quranm◉

Səhifə 586

Range
from 81:1 to 81:29
Surahs covered
Tərcümə
29 Tərcümə

◉

81:1

إِذَا ٱلشَّمۡسُ كُوِّرَتۡ ﴿1﴾

Günəş sarınacağı zaman;

81:2

وَإِذَا ٱلنُّجُومُ ٱنكَدَرَتۡ ﴿2﴾

ulduzlar soluxub sönəcə­yi zaman;

81:3

وَإِذَا ٱلۡجِبَالُ سُيِّرَتۡ ﴿3﴾

dağlar hərəkətə gətirilə­cə­yi zaman;

81:4

وَإِذَا ٱلۡعِشَارُ عُطِّلَتۡ ﴿4﴾

boğaz dəvələr başlı-başı­na qala­caq­ları zaman;

81:5

وَإِذَا ٱلۡوُحُوشُ حُشِرَتۡ ﴿5﴾

vəhşi heyvanlar bir yerə toplanacağı zaman;

81:6

وَإِذَا ٱلۡبِحَارُ سُجِّرَتۡ ﴿6﴾

dənizlər alovlanacağı za­man;

81:7

وَإِذَا ٱلنُّفُوسُ زُوِّجَتۡ ﴿7﴾

hər kəs öz tayına qo­vuş­durulacağı zaman;

81:8

وَإِذَا ٱلۡمَوۡءُۥدَةُ سُئِلَتۡ ﴿8﴾

diri-diri torpağa basdırıl­mış qız uşağı soruşulacağı za­man –

81:9

بِأَيِّ ذَنۢبٖ قُتِلَتۡ ﴿9﴾

hansı günaha görə öldü­rül­müş­dür;

81:10

وَإِذَا ٱلصُّحُفُ نُشِرَتۡ ﴿10﴾

səhifələr açılacağı zaman;

81:11

وَإِذَا ٱلسَّمَآءُ كُشِطَتۡ ﴿11﴾

göy qopardılacağı zaman;

81:12

وَإِذَا ٱلۡجَحِيمُ سُعِّرَتۡ ﴿12﴾

Cəhənnəm alovlandırı­la­cağı za­man

81:13

وَإِذَا ٱلۡجَنَّةُ أُزۡلِفَتۡ ﴿13﴾

və Cənnət möminlərə ya­xınlaşdı­rılacağı zaman;

81:14

عَلِمَتۡ نَفۡسٞ مَّآ أَحۡضَرَتۡ ﴿14﴾

hər kəs bu gün üçün özü­nə nə tə­darük etdiyini bilə­cək­dir.

81:15

فَلَآ أُقۡسِمُ بِٱلۡخُنَّسِ ﴿15﴾

And içirəm gecə çıxıb gün­düz batan ulduzlara,

81:16

ٱلۡجَوَارِ ٱلۡكُنَّسِ ﴿16﴾

seyrə çıxıb gizlənən səy­yarələrə,

81:17

وَٱلَّيۡلِ إِذَا عَسۡعَسَ ﴿17﴾

qaralmaqda olan gecəyə,

81:18

وَٱلصُّبۡحِ إِذَا تَنَفَّسَ ﴿18﴾

və açılmaqda olan səhə­rə!

81:19

إِنَّهُۥ لَقَوۡلُ رَسُولٖ كَرِيمٖ ﴿19﴾

Həqiqətən, bu, göndər­di­yimiz möh­tə­rəm bir elçinin sö­zü­dür.

81:20

ذِي قُوَّةٍ عِندَ ذِي ٱلۡعَرۡشِ مَكِينٖ ﴿20﴾

O elçi ki, qüvvətlidir, Ər­şin sahibi yanında böyük hör­­mət sa­hi­bidir,

81:21

مُّطَاعٖ ثَمَّ أَمِينٖ ﴿21﴾

orada itaət ediləndir, eti­barlı­dır.

81:22

وَمَا صَاحِبُكُم بِمَجۡنُونٖ ﴿22﴾

Sizin dostunuz Muhəm­məd di­vanə deyil.

81:23

وَلَقَدۡ رَءَاهُ بِٱلۡأُفُقِ ٱلۡمُبِينِ ﴿23﴾

O, Cəbraili aydın üfüqdə gördü.

81:24

وَمَا هُوَ عَلَى ٱلۡغَيۡبِ بِضَنِينٖ ﴿24﴾

O, qeybdən gələn xəbərləri sizdən əsirgəyən de­yil.

81:25

وَمَا هُوَ بِقَوۡلِ شَيۡطَٰنٖ رَّجِيمٖ ﴿25﴾

Bu Quran daşqalaq olun­muş şey­tanın sözü də deyildir.

81:26

فَأَيۡنَ تَذۡهَبُونَ ﴿26﴾

Elə isə ondan üz döndə­rib hara ge­dirsiniz?

81:27

إِنۡ هُوَ إِلَّا ذِكۡرٞ لِّلۡعَٰلَمِينَ ﴿27﴾

Bu, aləmlərə yalnız bir nəsihətdir –

81:28

لِمَن شَآءَ مِنكُمۡ أَن يَسۡتَقِيمَ ﴿28﴾

sizlərdən doğru yolda ol­maq istə­yənlər üçün.

81:29

وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ ﴿29﴾

Aləmlərin Rəbbi Allah istəmə­yincə, siz istəyə bilməz­siniz!