quranm◉

Səhifə 68

Range
from 3:141 to 3:148
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

3:141

وَلِيُمَحِّصَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ وَيَمۡحَقَ ٱلۡكَٰفِرِينَ ﴿141﴾

Həm də ona görə belə edi­rik ki, Allah möminləri tə­mizə çıxar­sın və ka­firləri məhv et­sin.

3:142

أَمۡ حَسِبۡتُمۡ أَن تَدۡخُلُواْ ٱلۡجَنَّةَ وَلَمَّا يَعۡلَمِ ٱللَّهُ ٱلَّذِينَ جَٰهَدُواْ مِنكُمۡ وَيَعۡلَمَ ٱلصَّـٰبِرِينَ ﴿142﴾

Yoxsa Allah içərinizdən ci­had edənləri və səbir edən­lə­ri bəlli etmə­dən Cənnə­tə da­xil ola­cağı­nızımı güman edir­si­niz?!

3:143

وَلَقَدۡ كُنتُمۡ تَمَنَّوۡنَ ٱلۡمَوۡتَ مِن قَبۡلِ أَن تَلۡقَوۡهُ فَقَدۡ رَأَيۡتُمُوهُ وَأَنتُمۡ تَنظُرُونَ ﴿143﴾

Siz düşmənlə qarşılaşma­dan öncə, Allah yolunda ölməyi ar­­zu­layırdı­nız. İn­di isə siz onu gör­düyünüz halda baxıb durur­su­nuz.

3:144

وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٞ قَدۡ خَلَتۡ مِن قَبۡلِهِ ٱلرُّسُلُۚ أَفَإِيْن مَّاتَ أَوۡ قُتِلَ ٱنقَلَبۡتُمۡ عَلَىٰٓ أَعۡقَٰبِكُمۡۚ وَمَن يَنقَلِبۡ عَلَىٰ عَقِبَيۡهِ فَلَن يَضُرَّ ٱللَّهَ شَيۡـٔٗاۚ وَسَيَجۡزِي ٱللَّهُ ٱلشَّـٰكِرِينَ ﴿144﴾

Muhəmməd ancaq bir el­çidir. On­dan əvvəl də, elçilər gə­lib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə, siz dininizdən gerimi dö­nəcək­si­niz?! Kim geri dönər­­­sə, Allaha heç bir şeylə zərər yetir­məz. Allah şü­kür edənləri mütləq mü­kafat­landırar.

3:145

وَمَا كَانَ لِنَفۡسٍ أَن تَمُوتَ إِلَّا بِإِذۡنِ ٱللَّهِ كِتَٰبٗا مُّؤَجَّلٗاۗ وَمَن يُرِدۡ ثَوَابَ ٱلدُّنۡيَا نُؤۡتِهِۦ مِنۡهَا وَمَن يُرِدۡ ثَوَابَ ٱلۡأٓخِرَةِ نُؤۡتِهِۦ مِنۡهَاۚ وَسَنَجۡزِي ٱلشَّـٰكِرِينَ ﴿145﴾

Allahın izni olmadan heç kəs ölümü dadmaz. Əcəl əzəl­dən müəyyən edil­miş bir yazıdır. Kim dünya müka­fatını istəsə, ona bundan ve­rə­rik. Kim də axirət mü­kafatını istəsə, ona da on­dan verərik. Biz şükür edənləri mütləq mükafat­lan­dıra­cağıq.

3:146

وَكَأَيِّن مِّن نَّبِيّٖ قَٰتَلَ مَعَهُۥ رِبِّيُّونَ كَثِيرٞ فَمَا وَهَنُواْ لِمَآ أَصَابَهُمۡ فِي سَبِيلِ ٱللَّهِ وَمَا ضَعُفُواْ وَمَا ٱسۡتَكَانُواْۗ وَٱللَّهُ يُحِبُّ ٱلصَّـٰبِرِينَ ﴿146﴾

Neçə-neçə peyğəmbər ol­muşdur ki, bir çox dindar­larla­ bir­likdə vuruş­muşlar. Onlar Allah yolunda başlarına gələn­ müsibət­lərə görə nə zəifləmiş, nə acizlik göstərmiş, nə də düşmənə bo­yun əymiş­lər. Allah səbir edən­ləri sevər.

3:147

وَمَا كَانَ قَوۡلَهُمۡ إِلَّآ أَن قَالُواْ رَبَّنَا ٱغۡفِرۡ لَنَا ذُنُوبَنَا وَإِسۡرَافَنَا فِيٓ أَمۡرِنَا وَثَبِّتۡ أَقۡدَامَنَا وَٱنصُرۡنَا عَلَى ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ ﴿147﴾

Onların sözü an­caq: “Ey Rəbbimiz, günah­la­rı­mızı və əməl­lə­rimizdə həddi aşma­ğımızı bizə bağışla, qə­dəmlə­rimizi sabit et və kafir qövmə qələbə çalmaq­da bizə yardım et!”– ol­muşdur.

3:148

فَـَٔاتَىٰهُمُ ٱللَّهُ ثَوَابَ ٱلدُّنۡيَا وَحُسۡنَ ثَوَابِ ٱلۡأٓخِرَةِۗ وَٱللَّهُ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ ﴿148﴾

Beləcə, Allah onlara həm dün­ya mükafatını, həm də axirət mü­kafatının ən gö­zəlini ver­di. Allah yaxşı iş görənləri se­vər.