quranm◉

Səhifə 7

Range
from 2:38 to 2:48
Surahs covered
Tərcümə
11 Tərcümə

◉

2:38

قُلۡنَا ٱهۡبِطُواْ مِنۡهَا جَمِيعٗاۖ فَإِمَّا يَأۡتِيَنَّكُم مِّنِّي هُدٗى فَمَن تَبِعَ هُدَايَ فَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ﴿38﴾

Biz dedik: “Hamınız ora­dan yerə enin! Mənim tərə­fim­dən si­zə doğru yol göstəricisi gəldik­də, Mənim yol gös­tə­ri­ci­min ar­dın­ca ge­dən­lərə heç bir qorxu yox­dur və onlar kədər­lən­mə­yə­cəklər.”

2:39

وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَآ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ﴿39﴾

Kafir olub ayələrimizi ya­lan sa­yanlar isə Od sakinlə­ridir­lər. Onlar ora­da əbədi qa­lacaq­lar!

2:40

يَٰبَنِيٓ إِسۡرَـٰٓءِيلَ ٱذۡكُرُواْ نِعۡمَتِيَ ٱلَّتِيٓ أَنۡعَمۡتُ عَلَيۡكُمۡ وَأَوۡفُواْ بِعَهۡدِيٓ أُوفِ بِعَهۡدِكُمۡ وَإِيَّـٰيَ فَٱرۡهَبُونِ ﴿40﴾

Ey İsrail oğulları! Sizə bəxş etdi­yim nemətimi xatırlayın və Mənə verdiyiniz əhdi yerinə ye­ti­rin ki, Mən də si­zə verdiyim əhdi yerinə ye­ti­rim. Və yalnız Mən­dən qorxun!

2:41

وَءَامِنُواْ بِمَآ أَنزَلۡتُ مُصَدِّقٗا لِّمَا مَعَكُمۡ وَلَا تَكُونُوٓاْ أَوَّلَ كَافِرِۭ بِهِۦۖ وَلَا تَشۡتَرُواْ بِـَٔايَٰتِي ثَمَنٗا قَلِيلٗا وَإِيَّـٰيَ فَٱتَّقُونِ ﴿41﴾

Sizdə olanı təsdiqləyici ki­mi na­zil etdiyim Qurana iman gə­ti­rin və ona küfr edən­lərin birin­cisi olma­yın! Mənim ayələ­rimi ucuz qiymətə sat­ma­yın və yalnız Mən­dən qorxun.

2:42

وَلَا تَلۡبِسُواْ ٱلۡحَقَّ بِٱلۡبَٰطِلِ وَتَكۡتُمُواْ ٱلۡحَقَّ وَأَنتُمۡ تَعۡلَمُونَ ﴿42﴾

Özünüz də bilə-bilə haq­­qa batil donu geyindirmə­yin və haq­qı giz­lət­məyin.

2:43

وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ وَٱرۡكَعُواْ مَعَ ٱلرَّـٰكِعِينَ ﴿43﴾

Namaz qılın, zəkat ve­rin və rüku edənlərlə birlikdə rüku edin!

2:44

أَتَأۡمُرُونَ ٱلنَّاسَ بِٱلۡبِرِّ وَتَنسَوۡنَ أَنفُسَكُمۡ وَأَنتُمۡ تَتۡلُونَ ٱلۡكِتَٰبَۚ أَفَلَا تَعۡقِلُونَ ﴿44﴾

Siz Kitab oxuduğunuz halda, insan­la­ra yaxşı işlər görməyi əmr edir, özünüzü isə unudursu­nuz?! Mə­gər anlamır­sı­nız?!

2:45

وَٱسۡتَعِينُواْ بِٱلصَّبۡرِ وَٱلصَّلَوٰةِۚ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى ٱلۡخَٰشِعِينَ ﴿45﴾

Səbir etmək və namaz qıl­­maqla Allahdan kömək di­lə­yin! Hə­qiqətən, bu, Allaha müti olanlardan başqa hamıya ağır gəlir.

2:46

ٱلَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلَٰقُواْ رَبِّهِمۡ وَأَنَّهُمۡ إِلَيۡهِ رَٰجِعُونَ ﴿46﴾

O müti kəslər ki, öz Rəbbi ilə qar­şıla­şacaqlarını və Ona qayı­da­caq­la­rını yəqin bilirlər.

2:47

يَٰبَنِيٓ إِسۡرَـٰٓءِيلَ ٱذۡكُرُواْ نِعۡمَتِيَ ٱلَّتِيٓ أَنۡعَمۡتُ عَلَيۡكُمۡ وَأَنِّي فَضَّلۡتُكُمۡ عَلَى ٱلۡعَٰلَمِينَ ﴿47﴾

Ey İsrail oğulları! Sizə bəxş etdi­yim nemətimi və sizi aləm­lər­­­dən üstün etdiyimi xa­tır­layın.

2:48

وَٱتَّقُواْ يَوۡمٗا لَّا تَجۡزِي نَفۡسٌ عَن نَّفۡسٖ شَيۡـٔٗا وَلَا يُقۡبَلُ مِنۡهَا شَفَٰعَةٞ وَلَا يُؤۡخَذُ مِنۡهَا عَدۡلٞ وَلَا هُمۡ يُنصَرُونَ ﴿48﴾

Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda ve­rə bil­mə­yəcək, heç kəsdən şə­faət qə­bul olun­mayacaq, heç kəsdən bir fid­yə alın­mayacaq və onlara kömək göstə­rilməyəcək­.