quranm◉

Səhifə 8

Range
from 2:49 to 2:57
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

2:49

وَإِذۡ نَجَّيۡنَٰكُم مِّنۡ ءَالِ فِرۡعَوۡنَ يَسُومُونَكُمۡ سُوٓءَ ٱلۡعَذَابِ يُذَبِّحُونَ أَبۡنَآءَكُمۡ وَيَسۡتَحۡيُونَ نِسَآءَكُمۡۚ وَفِي ذَٰلِكُم بَلَآءٞ مِّن رَّبِّكُمۡ عَظِيمٞ ﴿49﴾

Bir zaman Biz sizi Firo­nun tə­rəf­dar­larından xilas et­dik. O vaxt onlar sizə ağır əzab­lar verir, oğlan uşaq­ları­nı­zı öl­dürür, qa­dın­­larınızı isə sağ bu­ra­xırdılar. Bun­da Rəbbi­niz tə­rəfindən sizin üçün bö­yük bir sınaq var idi.

2:50

وَإِذۡ فَرَقۡنَا بِكُمُ ٱلۡبَحۡرَ فَأَنجَيۡنَٰكُمۡ وَأَغۡرَقۡنَآ ءَالَ فِرۡعَوۡنَ وَأَنتُمۡ تَنظُرُونَ ﴿50﴾

O zaman Biz sizin üçün də­nizi yardıq, sizi xilas etdik və Fi­ro­nun tə­rəf­dar­larını gö­zü­­nüzün qabağın­da dənizdə ba­tırdıq.

2:51

وَإِذۡ وَٰعَدۡنَا مُوسَىٰٓ أَرۡبَعِينَ لَيۡلَةٗ ثُمَّ ٱتَّخَذۡتُمُ ٱلۡعِجۡلَ مِنۢ بَعۡدِهِۦ وَأَنتُمۡ ظَٰلِمُونَ ﴿51﴾

O zaman Biz Musa ilə qırx gecəlik görüşməyə vədələşdik. Sonra siz onun ardın­dan nəfsinizə zülm edərək buzovu özünüzə məbud qəbul etdiniz.

2:52

ثُمَّ عَفَوۡنَا عَنكُم مِّنۢ بَعۡدِ ذَٰلِكَ لَعَلَّكُمۡ تَشۡكُرُونَ ﴿52﴾

Sonra bunun ardınca Biz sizi əvf etdik ki, bəlkə şükür edə­si­niz.

2:53

وَإِذۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ وَٱلۡفُرۡقَانَ لَعَلَّكُمۡ تَهۡتَدُونَ ﴿53﴾

O zaman Biz Musaya Ki­tab və haqqı batildən ayıran Fur­qan verdik ki, bəlkə doğru yolla ge­də­siniz.

2:54

وَإِذۡ قَالَ مُوسَىٰ لِقَوۡمِهِۦ يَٰقَوۡمِ إِنَّكُمۡ ظَلَمۡتُمۡ أَنفُسَكُم بِٱتِّخَاذِكُمُ ٱلۡعِجۡلَ فَتُوبُوٓاْ إِلَىٰ بَارِئِكُمۡ فَٱقۡتُلُوٓاْ أَنفُسَكُمۡ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ عِندَ بَارِئِكُمۡ فَتَابَ عَلَيۡكُمۡۚ إِنَّهُۥ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ﴿54﴾

O zaman Musa öz qöv­mü­nə dedi: “Ey qövmüm! Siz buzo­va ibadət etməklə özü­nü­zə zülm et­diniz. Odur ki, Ya­ra­da­nı­nıza töv­bə edin və özü­nüzü öl­dürün. Bu, Yara­da­nını­zın yanında sizin üçün xe­yir­lidir.” O, sizin töv­bə­ni­zi qə­bul etdi. Həqiqətən də, O, töv­bələri qə­bul edən­dir, Rəhm­li­dir.

2:55

وَإِذۡ قُلۡتُمۡ يَٰمُوسَىٰ لَن نُّؤۡمِنَ لَكَ حَتَّىٰ نَرَى ٱللَّهَ جَهۡرَةٗ فَأَخَذَتۡكُمُ ٱلصَّـٰعِقَةُ وَأَنتُمۡ تَنظُرُونَ ﴿55﴾

O zaman siz: “Ey Musa! Biz Alla­hı açıq-aşkar gör­mə­yincə sənə iman gətirməyə­cə­yik!”– de­diniz və gözünüz gö­rə-görə sizi il­dı­rım vurdu.

2:56

ثُمَّ بَعَثۡنَٰكُم مِّنۢ بَعۡدِ مَوۡتِكُمۡ لَعَلَّكُمۡ تَشۡكُرُونَ ﴿56﴾

Ölümünüzdən sonra Biz sizi di­riltdik ki, bəlkə şükür edə­siniz.

2:57

وَظَلَّلۡنَا عَلَيۡكُمُ ٱلۡغَمَامَ وَأَنزَلۡنَا عَلَيۡكُمُ ٱلۡمَنَّ وَٱلسَّلۡوَىٰۖ كُلُواْ مِن طَيِّبَٰتِ مَا رَزَقۡنَٰكُمۡۚ وَمَا ظَلَمُونَا وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ﴿57﴾

Biz sizin üs­tünüzə bu­ludla kölgə saldıq, sizə manna və bil­dirçin endirdik və: “Sizə ruzi ola­raq ver­diyimiz pak şey­­lərdən ye­yin!”– dedik. Onlar Bi­zə yox, an­caq özlərinə zülm etdilər.