quranm◉

Səhifə 90

Range
from 4:75 to 4:79
Surahs covered
Tərcümə
5 Tərcümə

◉

4:75

وَمَا لَكُمۡ لَا تُقَٰتِلُونَ فِي سَبِيلِ ٱللَّهِ وَٱلۡمُسۡتَضۡعَفِينَ مِنَ ٱلرِّجَالِ وَٱلنِّسَآءِ وَٱلۡوِلۡدَٰنِ ٱلَّذِينَ يَقُولُونَ رَبَّنَآ أَخۡرِجۡنَا مِنۡ هَٰذِهِ ٱلۡقَرۡيَةِ ٱلظَّالِمِ أَهۡلُهَا وَٱجۡعَل لَّنَا مِن لَّدُنكَ وَلِيّٗا وَٱجۡعَل لَّنَا مِن لَّدُنكَ نَصِيرًا ﴿75﴾

Sizə nə olub ki, Allah yo­lunda və: “Ey Rəbbimiz! Bi­zi əha­li­si zalım olan bu şəhər­dən çı­xart, bizə Öz tərəfindən bir hi­mayəçi yolla, bizə Öz tərəfin­dən bir yardımçı göndər!”– deyən zəif ki­şi­lər, qadın­lar və uşaqlar uğ­runda vu­ruş­­mursunuz?!

4:76

ٱلَّذِينَ ءَامَنُواْ يُقَٰتِلُونَ فِي سَبِيلِ ٱللَّهِۖ وَٱلَّذِينَ كَفَرُواْ يُقَٰتِلُونَ فِي سَبِيلِ ٱلطَّـٰغُوتِ فَقَٰتِلُوٓاْ أَوۡلِيَآءَ ٱلشَّيۡطَٰنِۖ إِنَّ كَيۡدَ ٱلشَّيۡطَٰنِ كَانَ ضَعِيفًا ﴿76﴾

İman gətirənlər Allah yo­lun­da, kafir olanlar isə tağut yo­lunda vuru­şur­lar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şey­ta­nın hiyləsi zəifdir.

4:77

أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ قِيلَ لَهُمۡ كُفُّوٓاْ أَيۡدِيَكُمۡ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ فَلَمَّا كُتِبَ عَلَيۡهِمُ ٱلۡقِتَالُ إِذَا فَرِيقٞ مِّنۡهُمۡ يَخۡشَوۡنَ ٱلنَّاسَ كَخَشۡيَةِ ٱللَّهِ أَوۡ أَشَدَّ خَشۡيَةٗۚ وَقَالُواْ رَبَّنَا لِمَ كَتَبۡتَ عَلَيۡنَا ٱلۡقِتَالَ لَوۡلَآ أَخَّرۡتَنَآ إِلَىٰٓ أَجَلٖ قَرِيبٖۗ قُلۡ مَتَٰعُ ٱلدُّنۡيَا قَلِيلٞ وَٱلۡأٓخِرَةُ خَيۡرٞ لِّمَنِ ٱتَّقَىٰ وَلَا تُظۡلَمُونَ فَتِيلًا ﴿77﴾

Məgər sən, özlərinə: “Mü­haribə­dən əl çəkin, namaz qılın və zə­kat ve­rin!”– deyilən kəs­ləri gör­mədinmi? On­lara vu­ruşmaq fərz buyrulduqda, içə­ri­lə­rindən bir dəstəsi Allahdan qorx­duq­la­rı ki­mi, hətta daha artıq qorxu ilə in­­san­lardan qorx­dular və: “Ey Rəbbi­miz! Nə üçün vuruşmağı bizə fərz buyurdun? Nə olardı ki, bi­zə yaxın vax­ta­dək möh­lət verəy­din!”– dedi­lər. De: “Dün­yanın ləz­zəti az­dır. Müttəqilər üçün isə axi­rət daha xeyirlidir. Sizə xur­ma çər­də­yin­dəki lif qədər belə haqsız­lıq edil­məz”.

4:78

أَيۡنَمَا تَكُونُواْ يُدۡرِككُّمُ ٱلۡمَوۡتُ وَلَوۡ كُنتُمۡ فِي بُرُوجٖ مُّشَيَّدَةٖۗ وَإِن تُصِبۡهُمۡ حَسَنَةٞ يَقُولُواْ هَٰذِهِۦ مِنۡ عِندِ ٱللَّهِۖ وَإِن تُصِبۡهُمۡ سَيِّئَةٞ يَقُولُواْ هَٰذِهِۦ مِنۡ عِندِكَۚ قُلۡ كُلّٞ مِّنۡ عِندِ ٱللَّهِۖ فَمَالِ هَـٰٓؤُلَآءِ ٱلۡقَوۡمِ لَا يَكَادُونَ يَفۡقَهُونَ حَدِيثٗا ﴿78﴾

Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta əl­çatmaz qala­lar­da ol­sanız belə. On­la­ra bir yaxşılıq üz ver­dik­də: “Bu, Allahdandır!”– deyər, bir pislik üz verdikdə isə: “Bu, sən­dən­dir!”– deyərlər. De: “Ha­mısı Allahdan­dır!” Bu adam­la­ra nə olub ki, az qala söz də anlamırlar?

4:79

مَّآ أَصَابَكَ مِنۡ حَسَنَةٖ فَمِنَ ٱللَّهِۖ وَمَآ أَصَابَكَ مِن سَيِّئَةٖ فَمِن نَّفۡسِكَۚ وَأَرۡسَلۡنَٰكَ لِلنَّاسِ رَسُولٗاۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدٗا ﴿79﴾

Sənə gələn yaxşılıq Allah­­­dan­dır, sənə üz vermiş bə­la isə sənin özün­dəndir. Biz sə­ni in­san­lara elçi gön­dərdik. Şa­hid ola­raq Allah yetər.