quranm◉

Səhifə 92

Range
from 4:87 to 4:91
Surahs covered
Tərcümə
5 Tərcümə

◉

4:87

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۚ لَيَجۡمَعَنَّكُمۡ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ لَا رَيۡبَ فِيهِۗ وَمَنۡ أَصۡدَقُ مِنَ ٱللَّهِ حَدِيثٗا ﴿87﴾

Özündən başqa məbud ol­ma­yan Allah, baş verəcəyinə şübhə edilməyən Qi­yamət gü­nü sizi mütləq bir yerə top­la­ya­caqdır. Ver­di­yi xəbərdə Allah­dan da­ha doğ­ru danışan kim ola bilər?

4:88

فَمَا لَكُمۡ فِي ٱلۡمُنَٰفِقِينَ فِئَتَيۡنِ وَٱللَّهُ أَرۡكَسَهُم بِمَا كَسَبُوٓاْۚ أَتُرِيدُونَ أَن تَهۡدُواْ مَنۡ أَضَلَّ ٱللَّهُۖ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ سَبِيلٗا ﴿88﴾

Sizə nə oldu ki, müna­fiq­lər barə­sin­də iki dəstəyə ay­rıl­dı­nız? Halbuki Allah onları et­dik­ləri əməllərə görə küfrə qay­tar­maqla başı­aşağı etmişdir. Alla­hın sapdır­dı­ğı kim­səni doğru yola gətirməkmi­ is­tə­yir­si­niz? Allahın asapdırdığı kim­sə üçün əsla doğru yol ta­pa bil­məz­sən.

4:89

وَدُّواْ لَوۡ تَكۡفُرُونَ كَمَا كَفَرُواْ فَتَكُونُونَ سَوَآءٗۖ فَلَا تَتَّخِذُواْ مِنۡهُمۡ أَوۡلِيَآءَ حَتَّىٰ يُهَاجِرُواْ فِي سَبِيلِ ٱللَّهِۚ فَإِن تَوَلَّوۡاْ فَخُذُوهُمۡ وَٱقۡتُلُوهُمۡ حَيۡثُ وَجَدتُّمُوهُمۡۖ وَلَا تَتَّخِذُواْ مِنۡهُمۡ وَلِيّٗا وَلَا نَصِيرًا ﴿89﴾

Onlar özləri küfr etdik­ləri kimi, sizin də küfr edib on­larla ey­ni ol­manızı is­təyər­lər. Onlar Allah yolunda hicrət et­məyincə, on­­lar­dan heç birini özünüzə dost tut­ma­yın. Əgər üz çevir­sələr, on­ları hara­da gör­səniz, tutub öldürün. Onlar­dan nə bir dost, nə də bir kö­mək­çi tutun.

4:90

إِلَّا ٱلَّذِينَ يَصِلُونَ إِلَىٰ قَوۡمِۭ بَيۡنَكُمۡ وَبَيۡنَهُم مِّيثَٰقٌ أَوۡ جَآءُوكُمۡ حَصِرَتۡ صُدُورُهُمۡ أَن يُقَٰتِلُوكُمۡ أَوۡ يُقَٰتِلُواْ قَوۡمَهُمۡۚ وَلَوۡ شَآءَ ٱللَّهُ لَسَلَّطَهُمۡ عَلَيۡكُمۡ فَلَقَٰتَلُوكُمۡۚ فَإِنِ ٱعۡتَزَلُوكُمۡ فَلَمۡ يُقَٰتِلُوكُمۡ وَأَلۡقَوۡاْ إِلَيۡكُمُ ٱلسَّلَمَ فَمَا جَعَلَ ٱللَّهُ لَكُمۡ عَلَيۡهِمۡ سَبِيلٗا ﴿90﴾

Ancaq sizinlə aralarında mü­qa­vi­lə olan bir camaata sığı­nan­lar, yaxud si­zinlə və ya öz ca­maatı ilə vuru­şmaqdan köks­­ləri sıxıldığı üçün sizin ya­nınıza gələn kimsələr istis­na­dır. Əgər Allah istəsəydi, on­la­rı sizə qarşı qal­dı­rardı və onlar da sizinlə vu­ru­­şar­dı­lar. Əgər onlar sizdən ara­­lanıb geri çə­kil­sə­lər, sizinlə vu­ruş­ma­sa­lar və sizə sülh təklif etsələr, Allah sizə onlara qarşı vu­ruş­ma­nıza yol verməz.

4:91

سَتَجِدُونَ ءَاخَرِينَ يُرِيدُونَ أَن يَأۡمَنُوكُمۡ وَيَأۡمَنُواْ قَوۡمَهُمۡ كُلَّ مَا رُدُّوٓاْ إِلَى ٱلۡفِتۡنَةِ أُرۡكِسُواْ فِيهَاۚ فَإِن لَّمۡ يَعۡتَزِلُوكُمۡ وَيُلۡقُوٓاْ إِلَيۡكُمُ ٱلسَّلَمَ وَيَكُفُّوٓاْ أَيۡدِيَهُمۡ فَخُذُوهُمۡ وَٱقۡتُلُوهُمۡ حَيۡثُ ثَقِفۡتُمُوهُمۡۚ وَأُوْلَـٰٓئِكُمۡ جَعَلۡنَا لَكُمۡ عَلَيۡهِمۡ سُلۡطَٰنٗا مُّبِينٗا ﴿91﴾

Siz bir başqalarına da rast gə­lə­cəksiniz ki, onlar həm siz­dən, həm də öz cama­atın­dan ar­xayın olmaq istə­yər­lər. Onlar hər dəfə fitnəyə qay­ta­rıl­dıq­da başıaşağı ona dalarlar. Əgər on­lar siz­dən ara­­lanıb geri çəkil­məsələr, sizə sülh təklif etmə­sələr və siz­dən əl çək­mə­­sələr, onlara harada rast gəl­səniz, tu­tub öl­dürün. Biz on­la­ra qarşı çıxmaq üçün sizə açıq-aydın dəlil verdik.