quranm◉

Surah Az-Zukhruf transliteration

◉ Surə · ∞

43:1

حمٓ ﴿1﴾

Transliteration: Hameem

Translation: Ha. Mim.

43:2

وَٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ ﴿2﴾

Transliteration: Waalkitabi almubeeni

Translation: Bu aydın Kitaba and ol­sun!

43:3

إِنَّا جَعَلۡنَٰهُ قُرۡءَٰنًا عَرَبِيّٗا لَّعَلَّكُمۡ تَعۡقِلُونَ ﴿3﴾

Transliteration: Inna jaAAalnahu quranan AAarabiyyan laAAallakum taAAqiloona

Translation: Biz Quranı ərəbcə nazil etdik ki, onu anlayasınız.

43:4

وَإِنَّهُۥ فِيٓ أُمِّ ٱلۡكِتَٰبِ لَدَيۡنَا لَعَلِيٌّ حَكِيمٌ ﴿4﴾

Transliteration: Wainnahu fee ommi alkitabi ladayna laAAaliyyun hakeemun

Translation: Şübhəsiz ki, o, yanı­mız­da­kı Ana Kitabdandır. O, ucadır, hik­mət­lə dolu­dur.

43:5

أَفَنَضۡرِبُ عَنكُمُ ٱلذِّكۡرَ صَفۡحًا أَن كُنتُمۡ قَوۡمٗا مُّسۡرِفِينَ ﴿5﴾

Transliteration: Afanadribu AAankumu alththikra safhan an kuntum qawman musrifeena

Translation: Siz həddi aşan adamlar oldu­ğunu­za görə, Biz Zikri si­zə çat­dır­maqdan vaz keçməli­yik?

43:6

وَكَمۡ أَرۡسَلۡنَا مِن نَّبِيّٖ فِي ٱلۡأَوَّلِينَ ﴿6﴾

Transliteration: Wakam arsalna min nabiyyin fee alawwaleena

Translation: Biz əvvəlki ümmətlərə də neçə-ne­çə peyğəmbər gön­dər­miş­dik.

43:7

وَمَا يَأۡتِيهِم مِّن نَّبِيٍّ إِلَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ﴿7﴾

Transliteration: Wama yateehim min nabiyyin illa kanoo bihi yastahzioona

Translation: Onlara elə bir peyğəmbər gəlmədi ki, onu məsxərəyə qoy­ma­sınlar.

43:8

فَأَهۡلَكۡنَآ أَشَدَّ مِنۡهُم بَطۡشٗا وَمَضَىٰ مَثَلُ ٱلۡأَوَّلِينَ ﴿8﴾

Transliteration: Faahlakna ashadda minhum batshan wamada mathalu alawwaleena

Translation: Biz onlardan daha qüv­vətli olanları məhv etdik. Əv­vəlki­lərin aqi­bəti ötüb keçmiş­dir.

43:9

وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ ٱلۡعَزِيزُ ٱلۡعَلِيمُ ﴿9﴾

Transliteration: Walain saaltahum man khalaqa alssamawati waalarda layaqoolunna khalaqahunna alAAazeezu alAAaleemu

Translation: Əgər sən onlardan: “Göy­ləri və yeri kim yaratmışdır?”– deyə so­ruşsan, mütləq: “On­la­rı Qüdrətli və Bilən Allah ya­rat­mışdır!”– de­yə­cəklər.

43:10

ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ مَهۡدٗا وَجَعَلَ لَكُمۡ فِيهَا سُبُلٗا لَّعَلَّكُمۡ تَهۡتَدُونَ ﴿10﴾

Transliteration: Allathee jaAAala lakumu alarda mahdan wajaAAala lakum feeha subulan laAAallakum tahtadoona

Translation: O, yeri sizin üçün beşik etdi və orada sizin üçün yollar saldı ki, bəlkə düz gedə bilə­siniz.

43:11

وَٱلَّذِي نَزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءَۢ بِقَدَرٖ فَأَنشَرۡنَا بِهِۦ بَلۡدَةٗ مَّيۡتٗاۚ كَذَٰلِكَ تُخۡرَجُونَ ﴿11﴾

Transliteration: Waallathee nazzala mina alssamai maan biqadarin faansharna bihi baldatan maytan kathalika tukhrajoona

Translation: Göydən lazım olduğu qə­dər su endirildi. Biz onunla ölü bir di­yarı di­ril­tdik. Siz də be­ləcə dirildilib çı­xa­rıla­caq­sınız.

43:12

وَٱلَّذِي خَلَقَ ٱلۡأَزۡوَٰجَ كُلَّهَا وَجَعَلَ لَكُم مِّنَ ٱلۡفُلۡكِ وَٱلۡأَنۡعَٰمِ مَا تَرۡكَبُونَ ﴿12﴾

Transliteration: Waallathee khalaqa alazwaja kullaha wajaAAala lakum mina alfulki waalanAAami ma tarkaboona

Translation: O, bütün canlıları və bit­ki­ləri cüt ya­ratdı. Mindiyiniz gə­miləri və heyvanları yaratdı ki,

43:13

لِتَسۡتَوُۥاْ عَلَىٰ ظُهُورِهِۦ ثُمَّ تَذۡكُرُواْ نِعۡمَةَ رَبِّكُمۡ إِذَا ٱسۡتَوَيۡتُمۡ عَلَيۡهِ وَتَقُولُواْ سُبۡحَٰنَ ٱلَّذِي سَخَّرَ لَنَا هَٰذَا وَمَا كُنَّا لَهُۥ مُقۡرِنِينَ ﴿13﴾

Transliteration: Litastawoo AAala thuhoorihi thumma tathkuroo niAAmata rabbikum itha istawaytum AAalayhi wataqooloo subhana allathee sakhkhara lana hatha wama kunna lahu muqrineena

Translation: onların belinə, yaxud gö­yərtəsinə qalxıb yerləşdiyi­niz za­man Rəb­binizin nemətini yada salıb deyə­si­niz: “Bunu bi­zə ram edən Allah pakdır, müqəd­dəs­dir. Yoxsa bi­zim ona gücümüz çatmaz­dı.

43:14

وَإِنَّآ إِلَىٰ رَبِّنَا لَمُنقَلِبُونَ ﴿14﴾

Transliteration: Wainna ila rabbina lamunqaliboona

Translation: Şübhəsiz ki, biz Rəbbi­mizə qayı­dacağıq”.

43:15

وَجَعَلُواْ لَهُۥ مِنۡ عِبَادِهِۦ جُزۡءًاۚ إِنَّ ٱلۡإِنسَٰنَ لَكَفُورٞ مُّبِينٌ ﴿15﴾

Transliteration: WajaAAaloo lahu min AAibadihi juzan inna alinsana lakafoorun mubeenun

Translation: Müşriklər Allahın qulla­rın­dan bə­zisini Onun bir his­səsi qə­bul et­dilər (Ona övlad­lar və şəriklər qoşdular). Həqi­qə­tən, insan açıq-aydın nankordur.

43:16

أَمِ ٱتَّخَذَ مِمَّا يَخۡلُقُ بَنَاتٖ وَأَصۡفَىٰكُم بِٱلۡبَنِينَ ﴿16﴾

Transliteration: Ami ittakhatha mimma yakhluqu banatin waasfakum bialbaneena

Translation: Yoxsa Allah yaratdıq­la­rından qız­ları Özünə götürüb oğ­lan­la­rı sizin üçün seçmiş­dir?

43:17

وَإِذَا بُشِّرَ أَحَدُهُم بِمَا ضَرَبَ لِلرَّحۡمَٰنِ مَثَلٗا ظَلَّ وَجۡهُهُۥ مُسۡوَدّٗا وَهُوَ كَظِيمٌ ﴿17﴾

Transliteration: Waitha bushshira ahaduhum bima daraba lilrrahmani mathalan thalla wajhuhu muswaddan wahuwa katheemun

Translation: Onlardan birinə, Mərhə­mətli Allaha aid etdikləri qız uşa­ğı ilə müj­də verilsə, hir­sindən üzü qapqara qaralar.

43:18

أَوَمَن يُنَشَّؤُاْ فِي ٱلۡحِلۡيَةِ وَهُوَ فِي ٱلۡخِصَامِ غَيۡرُ مُبِينٖ ﴿18﴾

Transliteration: Awaman yunashshao fee alhilyati wahuwa fee alkhisami ghayru mubeenin

Translation: Onlar zinət içində böyü­dülən və çəkişmə zamanı ay­dın da­nı­şa bilməyən qızları­mı Allaha isnad edirlər?

43:19

وَجَعَلُواْ ٱلۡمَلَـٰٓئِكَةَ ٱلَّذِينَ هُمۡ عِبَٰدُ ٱلرَّحۡمَٰنِ إِنَٰثًاۚ أَشَهِدُواْ خَلۡقَهُمۡۚ سَتُكۡتَبُ شَهَٰدَتُهُمۡ وَيُسۡـَٔلُونَ ﴿19﴾

Transliteration: WajaAAaloo almalaikata allatheena hum AAibadu alrrahmani inathan ashahidoo khalqahum satuktabu shahadatuhum wayusaloona

Translation: Onlar Mərhəmətli Allahın qul­ları olan mələkləri qız he­sab et­dilər. Məgər on­lar mələk­lərin yaradılışının şahidi olub­lar? On­la­rın bu şahidliyi ya­zı­lacaq və buna görə cavab ver­məli olacaqlar.

43:20

وَقَالُواْ لَوۡ شَآءَ ٱلرَّحۡمَٰنُ مَا عَبَدۡنَٰهُمۗ مَّا لَهُم بِذَٰلِكَ مِنۡ عِلۡمٍۖ إِنۡ هُمۡ إِلَّا يَخۡرُصُونَ ﴿20﴾

Transliteration: Waqaloo law shaa alrrahmanu ma AAabadnahum ma lahum bithalika min AAilmin in hum illa yakhrusoona

Translation: Onlar dedilər: “Əgər Mər­həmətli Allah istəsəydi, biz on­lara iba­dət et­məzdik!” Onların bu haqda heç bir bi­liyi yoxdur. Onlar an­caq yalan danı­şırlar.

43:21

أَمۡ ءَاتَيۡنَٰهُمۡ كِتَٰبٗا مِّن قَبۡلِهِۦ فَهُم بِهِۦ مُسۡتَمۡسِكُونَ ﴿21﴾

Transliteration: Am ataynahum kitaban min qablihi fahum bihi mustamsikoona

Translation: Bəlkə onlara bundan əv­vəl kitab vermişik və onlar da ona is­tinad edir­lər?

43:22

بَلۡ قَالُوٓاْ إِنَّا وَجَدۡنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٖ وَإِنَّا عَلَىٰٓ ءَاثَٰرِهِم مُّهۡتَدُونَ ﴿22﴾

Transliteration: Bal qaloo inna wajadna abaana AAala ommatin wainna AAala atharihim muhtadoona

Translation: Xeyr! Müşriklər: “Biz ata­larımızı bu yolda gördük və biz də on­ların yo­lunu tutub ge­də­cəyik!”– deyirlər.

43:23

وَكَذَٰلِكَ مَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ فِي قَرۡيَةٖ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتۡرَفُوهَآ إِنَّا وَجَدۡنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٖ وَإِنَّا عَلَىٰٓ ءَاثَٰرِهِم مُّقۡتَدُونَ ﴿23﴾

Transliteration: Wakathalika ma arsalna min qablika fee qaryatin min natheerin illa qala mutrafooha inna wajadna abaana AAala ommatin wainna AAala atharihim muqtadoona

Translation: Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən bir pey­ğəm­bər gön­dər­diksə, onun cah-calal içində yaşayan sa­kin­ləri: “Biz ata­larımızı bu yolda gör­dük və biz də onların yo­lu­nu tutub ge­də­cə­yik!”– dedilər.

43:24

قَٰلَ أَوَلَوۡ جِئۡتُكُم بِأَهۡدَىٰ مِمَّا وَجَدتُّمۡ عَلَيۡهِ ءَابَآءَكُمۡۖ قَالُوٓاْ إِنَّا بِمَآ أُرۡسِلۡتُم بِهِۦ كَٰفِرُونَ ﴿24﴾

Transliteration: Qala awalaw jitukum biahda mimma wajadtum AAalayhi abaakum qaloo inna bima orsiltum bihi kafiroona

Translation: Peyğəmbər dedi: “Əgər sizə ata­la­rınızın tutduğu o yol­dan da­ha doğ­ru­sunu göstər­səm necə?” Onlar dedilər: “Biz si­zin­lə gön­də­rilənləri inkar edi­rik”.

43:25

فَٱنتَقَمۡنَا مِنۡهُمۡۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُكَذِّبِينَ ﴿25﴾

Transliteration: Faintaqamna minhum faonthur kayfa kana AAaqibatu almukaththibeena

Translation: Biz də onlardan intiqam aldıq. Bir gör haqqı yalan sa­yan­la­rın aqibəti necə oldu.

43:26

وَإِذۡ قَالَ إِبۡرَٰهِيمُ لِأَبِيهِ وَقَوۡمِهِۦٓ إِنَّنِي بَرَآءٞ مِّمَّا تَعۡبُدُونَ ﴿26﴾

Transliteration: Waith qala ibraheemu liabeehi waqawmihi innanee baraon mimma taAAbudoona

Translation: Bir zaman İbrahim öz atasına və qövmünə demişdi: “Mən si­zin ibadət etdikləri­niz­dən uzağam.

43:27

إِلَّا ٱلَّذِي فَطَرَنِي فَإِنَّهُۥ سَيَهۡدِينِ ﴿27﴾

Transliteration: Illa allathee fataranee fainnahu sayahdeeni

Translation: Yalnız məni yaradan­dan başqa! Şübhəsiz ki, O məni doğru yo­la yönəl­dəcək”.

43:28

وَجَعَلَهَا كَلِمَةَۢ بَاقِيَةٗ فِي عَقِبِهِۦ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ﴿28﴾

Transliteration: WajaAAalaha kalimatan baqiyatan fee AAaqibihi laAAallahum yarjiAAoona

Translation: O, bu “lə ilahə illəl­lah” kəl­mə­si­ni öz nəsli ara­sında daimi qala­caq bir kəlmə etdi ki, bəl­kə doğru yola qa­yıt­sın­lar.

43:29

بَلۡ مَتَّعۡتُ هَـٰٓؤُلَآءِ وَءَابَآءَهُمۡ حَتَّىٰ جَآءَهُمُ ٱلۡحَقُّ وَرَسُولٞ مُّبِينٞ ﴿29﴾

Transliteration: Bal mattaAAtu haolai waabaahum hatta jaahumu alhaqqu warasoolun mubeenun

Translation: Doğrusu, Mən bunlara da, ata­la­rına da, haqq və onu bəyan edən bir elçi gələnədək dolanışıq nəsib etdim.

43:30

وَلَمَّا جَآءَهُمُ ٱلۡحَقُّ قَالُواْ هَٰذَا سِحۡرٞ وَإِنَّا بِهِۦ كَٰفِرُونَ ﴿30﴾

Transliteration: Walamma jaahumu alhaqqu qaloo hatha sihrun wainna bihi kafiroona

Translation: Onlara haqq gəldikdə isə: “Bu, sehrdir, biz ona inanmı­rıq!”– dedilər.

43:31

وَقَالُواْ لَوۡلَا نُزِّلَ هَٰذَا ٱلۡقُرۡءَانُ عَلَىٰ رَجُلٖ مِّنَ ٱلۡقَرۡيَتَيۡنِ عَظِيمٍ ﴿31﴾

Transliteration: Waqaloo lawla nuzzila hatha alquranu AAala rajulin mina alqaryatayni AAatheemun

Translation: Onlar dedilər: “Nə üçün bu Qu­ran iki şəhərdən (Mək­kə­dən və ya Taif­dən) olan bö­yük bir adama nazil edil­mədi?”

43:32

أَهُمۡ يَقۡسِمُونَ رَحۡمَتَ رَبِّكَۚ نَحۡنُ قَسَمۡنَا بَيۡنَهُم مَّعِيشَتَهُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَرَفَعۡنَا بَعۡضَهُمۡ فَوۡقَ بَعۡضٖ دَرَجَٰتٖ لِّيَتَّخِذَ بَعۡضُهُم بَعۡضٗا سُخۡرِيّٗاۗ وَرَحۡمَتُ رَبِّكَ خَيۡرٞ مِّمَّا يَجۡمَعُونَ ﴿32﴾

Transliteration: Ahum yaqsimoona rahmata rabbika nahnu qasamna baynahum maAAeeshatahum fee alhayati alddunya warafaAAna baAAdahum fawqa baAAdin darajatin liyattakhitha baAAduhum baAAdan sukhriyyan warahmatu rabbika khayrun mimma yajmaAAoona

Translation: Sənin Rəbbinin mərhə­mətini on­larmı bölüşdürürlər? Biz dün­ya həya­tında onla­rın dolanışıqlarını aralarında bö­lüşdürdük. Bi­ri digəri­ni öz ya­nına iş­çi götürsün deyə, bəzi­lərinin dərəcə­lə­rini di­gərlərin­dən üstün etdik. Sənin Rəb­bi­nin mərhəməti onların yığ­dıq­la­rından daha xeyirlidir.

43:33

وَلَوۡلَآ أَن يَكُونَ ٱلنَّاسُ أُمَّةٗ وَٰحِدَةٗ لَّجَعَلۡنَا لِمَن يَكۡفُرُ بِٱلرَّحۡمَٰنِ لِبُيُوتِهِمۡ سُقُفٗا مِّن فِضَّةٖ وَمَعَارِجَ عَلَيۡهَا يَظۡهَرُونَ ﴿33﴾

Transliteration: Walawla an yakoona alnnasu ommatan wahidatan lajaAAalna liman yakfuru bialrrahmani libuyootihim suqufan min fiddatin wamaAAarija AAalayha yathharoona

Translation: Əgər insanların kafirlik zəminində birləşmiş vahid bir ümmətə çe­vrilmək təh­lü­kəsi ol­masaydı, Mərhəmətli Allahı in­kar edənlərin ev­lərinin tavan­larını və çıx­dıqları nərdi­van­la­rı da gümüşdən edər­dik,

43:34

وَلِبُيُوتِهِمۡ أَبۡوَٰبٗا وَسُرُرًا عَلَيۡهَا يَتَّكِـُٔونَ ﴿34﴾

Transliteration: Walibuyootihim abwaban wasururan AAalayha yattakioona

Translation: evlərinin qapılarını və söykən­dik­ləri taxtları da,

43:35

وَزُخۡرُفٗاۚ وَإِن كُلُّ ذَٰلِكَ لَمَّا مَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَٱلۡأٓخِرَةُ عِندَ رَبِّكَ لِلۡمُتَّقِينَ ﴿35﴾

Transliteration: Wazukhrufan wain kullu thalika lamma mataAAu alhayati alddunya waalakhiratu AAinda rabbika lilmuttaqeena

Translation: üstəlik, zinət də verərdik. Bütün bunlar sadəcə dünya hə­ya­tı­nın keçici zövqüdür. Axirət isə sənin Rəbbinin ya­nında an­caq Allah­dan qorxanlar üçün­dür.

43:36

وَمَن يَعۡشُ عَن ذِكۡرِ ٱلرَّحۡمَٰنِ نُقَيِّضۡ لَهُۥ شَيۡطَٰنٗا فَهُوَ لَهُۥ قَرِينٞ ﴿36﴾

Transliteration: Waman yaAAshu AAan thikri alrrahmani nuqayyid lahu shaytanan fahuwa lahu qareenun

Translation: Kim Mərhəmətli Allahın zik­rin­dən üz döndərsə, Biz şey­tanı ona cala­yar və o da ona yol­daş olar.

43:37

وَإِنَّهُمۡ لَيَصُدُّونَهُمۡ عَنِ ٱلسَّبِيلِ وَيَحۡسَبُونَ أَنَّهُم مُّهۡتَدُونَ ﴿37﴾

Transliteration: Wainnahum layasuddoonahum AAani alssabeeli wayahsaboona annahum muhtadoona

Translation: Əlbəttə ki, şeytanlar on­ları haqq yoldan sapdırar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edə­r­lər.

43:38

حَتَّىٰٓ إِذَا جَآءَنَا قَالَ يَٰلَيۡتَ بَيۡنِي وَبَيۡنَكَ بُعۡدَ ٱلۡمَشۡرِقَيۡنِ فَبِئۡسَ ٱلۡقَرِينُ ﴿38﴾

Transliteration: Hatta itha jaana qala ya layta baynee wabaynaka buAAda almashriqayni fabisa alqareenu

Translation: Nəhayət, o, hüzurumu­za gəldik­də yoldaşına deyər: “Kaş ki, mə­nimlə sə­nin aranda məş­riqlə məğrib arasındakı uzaq­lıq qədər mə­safə olaydı. Sən nə pis yoldaş imişsən!”

43:39

وَلَن يَنفَعَكُمُ ٱلۡيَوۡمَ إِذ ظَّلَمۡتُمۡ أَنَّكُمۡ فِي ٱلۡعَذَابِ مُشۡتَرِكُونَ ﴿39﴾

Transliteration: Walan yanfaAAakumu alyawma ith thalamtum annakum fee alAAathabi mushtarikoona

Translation: Onlara deyilər: “Siz haq­sızlıq etdi­yinizə görə bu gün əzaba şə­rik olma­ğı­nız sizə heç bir fayda verməz!”

43:40

أَفَأَنتَ تُسۡمِعُ ٱلصُّمَّ أَوۡ تَهۡدِي ٱلۡعُمۡيَ وَمَن كَانَ فِي ضَلَٰلٖ مُّبِينٖ ﴿40﴾

Transliteration: Afaanta tusmiAAu alssumma aw tahdee alAAumya waman kana fee dalalin mubeenin

Translation: Sənmi karlara eşitdirə­cəksən, ya­xud korları və aşkar az­ğın­lıq için­də olanları doğru yola yönəldəcəksən?

43:41

فَإِمَّا نَذۡهَبَنَّ بِكَ فَإِنَّا مِنۡهُم مُّنتَقِمُونَ ﴿41﴾

Transliteration: Faimma nathhabanna bika fainna minhum muntaqimoona

Translation: Biz səni götürüb apar­saq da, yenə onlardan mütləq inti­qam ala­ca­ğıq.

43:42

أَوۡ نُرِيَنَّكَ ٱلَّذِي وَعَدۡنَٰهُمۡ فَإِنَّا عَلَيۡهِم مُّقۡتَدِرُونَ ﴿42﴾

Transliteration: Aw nuriyannaka allathee waAAadnahum fainna AAalayhim muqtadiroona

Translation: Yaxud onlara vəd etdi­yi­mizi sə­nə göstərəcəyik. Şüb­hə­siz ki, Bi­zim on­lara gücü­müz çatar.

43:43

فَٱسۡتَمۡسِكۡ بِٱلَّذِيٓ أُوحِيَ إِلَيۡكَۖ إِنَّكَ عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ﴿43﴾

Transliteration: Faistamsik biallathee oohiya ilayka innaka AAala siratin mustaqeemin

Translation: Odur ki, sən özünə vəhy olunan ayələrə sarıl! Əslində, sən düz yoldasan.

43:44

وَإِنَّهُۥ لَذِكۡرٞ لَّكَ وَلِقَوۡمِكَۖ وَسَوۡفَ تُسۡـَٔلُونَ ﴿44﴾

Transliteration: Wainnahu lathikrun laka waliqawmika wasawfa tusaloona

Translation: Doğrusu, bu Quran sə­nin üçün və sənin xalqın üçün bir şə­rəf­dir. Siz sor­ğu-suala tu­tulacaqsınız.

43:45

وَسۡـَٔلۡ مَنۡ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ مِن رُّسُلِنَآ أَجَعَلۡنَا مِن دُونِ ٱلرَّحۡمَٰنِ ءَالِهَةٗ يُعۡبَدُونَ ﴿45﴾

Transliteration: Waisal man arsalna min qablika min rusulina ajaAAalna min dooni alrrahmani alihatan yuAAbadoona

Translation: Səndən əvvəl göndərdi­yimiz el­çilərdən – onların da­vam­çı­la­rın­dan soruş; Biz Mər­hə­mət­li Allahdan başqa iba­dət edi­ləsi mə­bud­lar­mı icad et­mi­şik?

43:46

وَلَقَدۡ أَرۡسَلۡنَا مُوسَىٰ بِـَٔايَٰتِنَآ إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦ فَقَالَ إِنِّي رَسُولُ رَبِّ ٱلۡعَٰلَمِينَ ﴿46﴾

Transliteration: Walaqad arsalna moosa biayatina ila firAAawna wamalaihi faqala innee rasoolu rabbi alAAalameena

Translation: Biz Musanı Öz dəlilləri­mizlə Fi­ron və onun əyanları­nın ya­nı­na gön­dər­dik. Musa de­di: “Mən aləmlərin Rəb­bi­nin elçisiyəm!”

43:47

فَلَمَّا جَآءَهُم بِـَٔايَٰتِنَآ إِذَا هُم مِّنۡهَا يَضۡحَكُونَ ﴿47﴾

Transliteration: Falamma jaahum biayatina itha hum minha yadhakoona

Translation: Musa dəlillərimizi onla­ra bəyan edən kimi onlar buna gül­dü­lər.

43:48

وَمَا نُرِيهِم مِّنۡ ءَايَةٍ إِلَّا هِيَ أَكۡبَرُ مِنۡ أُخۡتِهَاۖ وَأَخَذۡنَٰهُم بِٱلۡعَذَابِ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ﴿48﴾

Transliteration: Wama nureehim min ayatin illa hiya akbaru min okhtiha waakhathnahum bialAAathabi laAAallahum yarjiAAoona

Translation: Bizim onlara göstərdiyi­miz hər bir möcüzə, əvvəlki­lər­dən da­ha da üs­tün idi. Biz on­ları əzabla yaxaladıq ki, bəlkə, doğru yola qa­yıdalar.

43:49

وَقَالُواْ يَـٰٓأَيُّهَ ٱلسَّاحِرُ ٱدۡعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَ إِنَّنَا لَمُهۡتَدُونَ ﴿49﴾

Transliteration: Waqaloo ya ayyuha alsahiru odAAu lana rabbaka bima AAahida AAindaka innana lamuhtadoona

Translation: Onlar: “Ey sehrbaz! Sə­nə verdiyi əhd xatirinə Rəb­bi­nə biz­dən ötrü dua et, biz də doğru yola gələk”– dedilər.

43:50

فَلَمَّا كَشَفۡنَا عَنۡهُمُ ٱلۡعَذَابَ إِذَا هُمۡ يَنكُثُونَ ﴿50﴾

Transliteration: Falamma kashafna AAanhumu alAAathaba itha hum yankuthoona

Translation: Biz əzabı onlardan uzaq­laşdıran kimi, sözlərindən dön­dü­lər.

43:51

وَنَادَىٰ فِرۡعَوۡنُ فِي قَوۡمِهِۦ قَالَ يَٰقَوۡمِ أَلَيۡسَ لِي مُلۡكُ مِصۡرَ وَهَٰذِهِ ٱلۡأَنۡهَٰرُ تَجۡرِي مِن تَحۡتِيٓۚ أَفَلَا تُبۡصِرُونَ ﴿51﴾

Transliteration: Wanada firAAawnu fee qawmihi qala ya qawmi alaysa lee mulku misra wahathihi alanharu tajree min tahtee afala tubsiroona

Translation: Firon qövmünü çağırıb dedi: “Ey qövmüm! Misir səl­tə­nə­ti və al­tım­dan axan bu çaylar mənim deyilmi? Məgər görmür­sü­nüz?

43:52

أَمۡ أَنَا۠ خَيۡرٞ مِّنۡ هَٰذَا ٱلَّذِي هُوَ مَهِينٞ وَلَا يَكَادُ يُبِينُ ﴿52﴾

Transliteration: Am ana khayrun min hatha allathee huwa maheenun wala yakadu yubeenu

Translation: Ya da mən bu aciz və az qala sö­zünü belə aydın başa sala bil­məyən adam­dan daha üstün deyiləmmi?

43:53

فَلَوۡلَآ أُلۡقِيَ عَلَيۡهِ أَسۡوِرَةٞ مِّن ذَهَبٍ أَوۡ جَآءَ مَعَهُ ٱلۡمَلَـٰٓئِكَةُ مُقۡتَرِنِينَ ﴿53﴾

Transliteration: Falawla olqiya AAalayhi aswiratun min thahabin aw jaa maAAahu almalaikatu muqtarineena

Translation: Nə üçün ona qızıl bilər­ziklər ta­xılmayıb və onunla bir­likdə bir-birinin ardınca mə­lək­lər gəlməyib?”

43:54

فَٱسۡتَخَفَّ قَوۡمَهُۥ فَأَطَاعُوهُۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ ﴿54﴾

Transliteration: Faistakhaffa qawmahu faataAAoohu innahum kanoo qawman fasiqeena

Translation: Firon öz xalqını aldatdı, onlar da ona itaət etdilər. Hə­qi­qə­tən, onlar fasiq adamlar idi­lər.

43:55

فَلَمَّآ ءَاسَفُونَا ٱنتَقَمۡنَا مِنۡهُمۡ فَأَغۡرَقۡنَٰهُمۡ أَجۡمَعِينَ ﴿55﴾

Transliteration: Falamma asafoona intaqamna minhum faaghraqnahum ajmaAAeena

Translation: Onlar Bizi qəzəbləndir­dikdə on­lardan intiqam alıb ha­mısını də­nizdə ba­tırdıq.

43:56

فَجَعَلۡنَٰهُمۡ سَلَفٗا وَمَثَلٗا لِّلۡأٓخِرِينَ ﴿56﴾

Transliteration: FajaAAalnahum salafan wamathalan lilakhireena

Translation: Biz onları sonradan gə­lənlərə sələf və ibrət et­dik.

43:57

وَلَمَّا ضُرِبَ ٱبۡنُ مَرۡيَمَ مَثَلًا إِذَا قَوۡمُكَ مِنۡهُ يَصِدُّونَ ﴿57﴾

Transliteration: Walamma duriba ibnu maryama mathalan itha qawmuka minhu yasiddoona

Translation: Məryəm oğlu örnək gös­tərilincə sənin xalqın sevinc­dən gül­dü.

43:58

وَقَالُوٓاْ ءَأَٰلِهَتُنَا خَيۡرٌ أَمۡ هُوَۚ مَا ضَرَبُوهُ لَكَ إِلَّا جَدَلَۢاۚ بَلۡ هُمۡ قَوۡمٌ خَصِمُونَ ﴿58﴾

Transliteration: Waqaloo aalihatuna khayrun am huwa ma daraboohu laka illa jadalan bal hum qawmun khasimoona

Translation: Onlar dedilər: “Bizim mə­bud­ları­mız yaxşıdır, yoxsa o?” On­lar bunu sə­nə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar hö­cətləşən adamlardır.

43:59

إِنۡ هُوَ إِلَّا عَبۡدٌ أَنۡعَمۡنَا عَلَيۡهِ وَجَعَلۡنَٰهُ مَثَلٗا لِّبَنِيٓ إِسۡرَـٰٓءِيلَ ﴿59﴾

Transliteration: In huwa illa AAabdun anAAamna AAalayhi wajaAAalnahu mathalan libanee israeela

Translation: O, yalnız və yalnız Bi­zim nemət verdiyimiz və İsrail oğul­la­rı­na nümunə etdiyimiz bir quldur.

43:60

وَلَوۡ نَشَآءُ لَجَعَلۡنَا مِنكُم مَّلَـٰٓئِكَةٗ فِي ٱلۡأَرۡضِ يَخۡلُفُونَ ﴿60﴾

Transliteration: Walaw nashao lajaAAalna minkum malaikatan fee alardi yakhlufoona

Translation: Əgər istəsəydik, yer üzün­də içi­nizdən sizi əvəz edə­cək mə­lək­lər ya­ra­dardıq.

43:61

وَإِنَّهُۥ لَعِلۡمٞ لِّلسَّاعَةِ فَلَا تَمۡتَرُنَّ بِهَا وَٱتَّبِعُونِۚ هَٰذَا صِرَٰطٞ مُّسۡتَقِيمٞ ﴿61﴾

Transliteration: Wainnahu laAAilmun lilssaAAati fala tamtarunna biha waittabiAAooni hatha siratun mustaqeemun

Translation: Həqiqətən, İsanın yer üzü­nə enmə­si Saatın yaxınlaş­ması­nın əla­məti­dir. Qi­yamətə şəkk et­mə­yin və Mənə tabe olun. Bu, doğru yoldur!

43:62

وَلَا يَصُدَّنَّكُمُ ٱلشَّيۡطَٰنُۖ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٞ ﴿62﴾

Transliteration: Wala yasuddannakumu alshshaytanu innahu lakum AAaduwwun mubeenun

Translation: Şeytan sizi doğru yoldan döndər­məsin. Şübhəsiz ki, o si­zin açıq-aydın düşmə­niniz­dir.

43:63

وَلَمَّا جَآءَ عِيسَىٰ بِٱلۡبَيِّنَٰتِ قَالَ قَدۡ جِئۡتُكُم بِٱلۡحِكۡمَةِ وَلِأُبَيِّنَ لَكُم بَعۡضَ ٱلَّذِي تَخۡتَلِفُونَ فِيهِۖ فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ﴿63﴾

Transliteration: Walamma jaa AAeesa bialbayyinati qala qad jitukum bialhikmati waliobayyina lakum baAAda allathee takhtalifoona feehi faittaqoo Allaha waateeAAooni

Translation: İsa aydın dəlillərlə gəl­diyi za­man dedi: “Mən sizə hik­mət gə­tir­mi­şəm və barə­sində ziddiyyətə düşdü­yü­nüz bəzi şeyləri izah et­mək üçün gəl­mi­şəm. Allahdan qorxun və mənə itaət edin!

43:64

إِنَّ ٱللَّهَ هُوَ رَبِّي وَرَبُّكُمۡ فَٱعۡبُدُوهُۚ هَٰذَا صِرَٰطٞ مُّسۡتَقِيمٞ ﴿64﴾

Transliteration: Inna Allaha huwa rabbee warabbukum faoAAbudoohu hatha siratun mustaqeemun

Translation: Həqiqətən, Allah mə­nim də Rəb­bim, sizin də Rəbbiniz­dir. Elə isə Ona ibadət edin! Budur düz yol!”

43:65

فَٱخۡتَلَفَ ٱلۡأَحۡزَابُ مِنۢ بَيۡنِهِمۡۖ فَوَيۡلٞ لِّلَّذِينَ ظَلَمُواْ مِنۡ عَذَابِ يَوۡمٍ أَلِيمٍ ﴿65﴾

Transliteration: Faikhtalafa alahzabu min baynihim fawaylun lillatheena thalamoo min AAathabi yawmin aleemin

Translation: Firqələr öz aralarında ix­tilafa düşdülər. Ağrılı-acılı bir gü­nün əza­bın­dan vay zalımla­rın halına!

43:66

هَلۡ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأۡتِيَهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ ﴿66﴾

Transliteration: Hal yanthuroona illa alssaAAata an tatiyahum baghtatan wahum la yashAAuroona

Translation: Onlar özləri də hiss et­mədən o Saatın qəflətən on­la­ra gəl­mə­sin­dən baş­qa bir şey­mi gözləyirlər?

43:67

ٱلۡأَخِلَّآءُ يَوۡمَئِذِۭ بَعۡضُهُمۡ لِبَعۡضٍ عَدُوٌّ إِلَّا ٱلۡمُتَّقِينَ ﴿67﴾

Transliteration: Alakhillao yawmaithin baAAduhum libaAAdin AAaduwwun illa almuttaqeena

Translation: O gün müttəqilərdən baş­qa bü­tün dostlar bir-birinə düş­mən kə­silə­cəklər.

43:68

يَٰعِبَادِ لَا خَوۡفٌ عَلَيۡكُمُ ٱلۡيَوۡمَ وَلَآ أَنتُمۡ تَحۡزَنُونَ ﴿68﴾

Transliteration: Ya AAibadi la khawfun AAalaykumu alyawma wala antum tahzanoona

Translation: Ey qullarım! Həmin gün sizə qorxu yox­dur və siz heç kə­dər­lənməyə­cəksiniz də.

43:69

ٱلَّذِينَ ءَامَنُواْ بِـَٔايَٰتِنَا وَكَانُواْ مُسۡلِمِينَ ﴿69﴾

Transliteration: Allatheena amanoo biayatina wakanoo muslimeena

Translation: Siz ayələrimizə iman gə­tirib mü­səlman olmusunuz.

43:70

ٱدۡخُلُواْ ٱلۡجَنَّةَ أَنتُمۡ وَأَزۡوَٰجُكُمۡ تُحۡبَرُونَ ﴿70﴾

Transliteration: Odkhuloo aljannata antum waazwajukum tuhbaroona

Translation: Siz də, zövcələriniz də fərəhlə Cənnətə daxil olun!

43:71

يُطَافُ عَلَيۡهِم بِصِحَافٖ مِّن ذَهَبٖ وَأَكۡوَابٖۖ وَفِيهَا مَا تَشۡتَهِيهِ ٱلۡأَنفُسُ وَتَلَذُّ ٱلۡأَعۡيُنُۖ وَأَنتُمۡ فِيهَا خَٰلِدُونَ ﴿71﴾

Transliteration: Yutafu AAalayhim bisihafin min thahabin waakwabin wafeeha ma tashtaheehi alanfusu watalaththu alaAAyunu waantum feeha khalidoona

Translation: Onlar üçün qızıl sinilər və piya­lələr dolandırılacaq. Ora­da nəfslərin istədiyi və göz­lərə xoş gələn hər şey ola­caq­. Siz ora­da əbədi qalacaq­sınız.

43:72

وَتِلۡكَ ٱلۡجَنَّةُ ٱلَّتِيٓ أُورِثۡتُمُوهَا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿72﴾

Transliteration: Watilka aljannatu allatee oorithtumooha bima kuntum taAAmaloona

Translation: Xeyirxah əməllərinizin nə­ticəsi kimi varis olduğunuz Cən­nət budur.

43:73

لَكُمۡ فِيهَا فَٰكِهَةٞ كَثِيرَةٞ مِّنۡهَا تَأۡكُلُونَ ﴿73﴾

Transliteration: Lakum feeha fakihatun katheeratun minha takuloona

Translation: Orada sizin üçün bol-bol mey­və­lər var, onlardan ye­yə­cək­siniz.

43:74

إِنَّ ٱلۡمُجۡرِمِينَ فِي عَذَابِ جَهَنَّمَ خَٰلِدُونَ ﴿74﴾

Transliteration: Inna almujrimeena fee AAathabi jahannama khalidoona

Translation: Şübhəsiz ki, günah­kar­lar əbədi olaraq Cəhənnəm əzabı için­də qalacaq­lar.

43:75

لَا يُفَتَّرُ عَنۡهُمۡ وَهُمۡ فِيهِ مُبۡلِسُونَ ﴿75﴾

Transliteration: La yufattaru AAanhum wahum feehi mublisoona

Translation: Onların əzabı yüngül­ləş­diril­mə­yə­cək və onlar orada na­ümid qa­lacaq­lar.

43:76

وَمَا ظَلَمۡنَٰهُمۡ وَلَٰكِن كَانُواْ هُمُ ٱلظَّـٰلِمِينَ ﴿76﴾

Transliteration: Wama thalamnahum walakin kanoo humu alththalimeena

Translation: Biz onlara zülm et­mə­dik, lakin onlar özləri zalım idilər.

43:77

وَنَادَوۡاْ يَٰمَٰلِكُ لِيَقۡضِ عَلَيۡنَا رَبُّكَۖ قَالَ إِنَّكُم مَّـٰكِثُونَ ﴿77﴾

Transliteration: Wanadaw ya maliku liyaqdi AAalayna rabbuka qala innakum makithoona

Translation: Onlar Cəhənnəm gözət­çi­si­ni çağı­rıb deyəcəklər: “Ey Ma­lik! Qoy Rəbbin canımızı alıb qurtarsın!” O isə: “Siz bu­rada əbədi qala­caq­sınız!”– de­yəcək.

43:78

لَقَدۡ جِئۡنَٰكُم بِٱلۡحَقِّ وَلَٰكِنَّ أَكۡثَرَكُمۡ لِلۡحَقِّ كَٰرِهُونَ ﴿78﴾

Transliteration: Laqad jinakum bialhaqqi walakinna aktharakum lilhaqqi karihoona

Translation: Biz sizə haqqı təqdim et­dik, lakin çoxunuz haqqı xoş­la­mır­dı.

43:79

أَمۡ أَبۡرَمُوٓاْ أَمۡرٗا فَإِنَّا مُبۡرِمُونَ ﴿79﴾

Transliteration: Am abramoo amran fainna mubrimoona

Translation: Yoxsa müşriklər işə qəti qərarmı verdilər? Əslində, qəti qə­ra­rı Biz veri­rik.

43:80

أَمۡ يَحۡسَبُونَ أَنَّا لَا نَسۡمَعُ سِرَّهُمۡ وَنَجۡوَىٰهُمۚ بَلَىٰ وَرُسُلُنَا لَدَيۡهِمۡ يَكۡتُبُونَ ﴿80﴾

Transliteration: Am yahsaboona anna la nasmaAAu sirrahum wanajwahum bala warusuluna ladayhim yaktuboona

Translation: Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli da­nışıq­la­rı­nı eşitmi­rik? Xeyr! Yanlarında əməllə­ri­ni ya­zan elçi­lə­ri­miz var.

43:81

قُلۡ إِن كَانَ لِلرَّحۡمَٰنِ وَلَدٞ فَأَنَا۠ أَوَّلُ ٱلۡعَٰبِدِينَ ﴿81﴾

Transliteration: Qul in kana lilrrahmani waladun faana awwalu alAAabideena

Translation: De: “Əgər Mərhəmətli Allahın övladı olsaydı, ona ilk ibadət edən mən olar­dım.

43:82

سُبۡحَٰنَ رَبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ رَبِّ ٱلۡعَرۡشِ عَمَّا يَصِفُونَ ﴿82﴾

Transliteration: Subhana rabbi alssamawati waalardi rabbi alAAarshi AAamma yasifoona

Translation: Göylərin və yerin Rəbbi, Ərşin Rəbbi müqəddəsdir və on­la­rın Ona aid etdikləri sifət­lərdən uzaqdır!”

43:83

فَذَرۡهُمۡ يَخُوضُواْ وَيَلۡعَبُواْ حَتَّىٰ يُلَٰقُواْ يَوۡمَهُمُ ٱلَّذِي يُوعَدُونَ ﴿83﴾

Transliteration: Fatharhum yakhoodoo wayalAAaboo hatta yulaqoo yawmahumu allathee yooAAadoona

Translation: Onları burax, qoy vəd olunduq­ları günə qovuşana­dək batil iş­lərə dal­sınlar və bir müd­dət əylənsinlər.

43:84

وَهُوَ ٱلَّذِي فِي ٱلسَّمَآءِ إِلَٰهٞ وَفِي ٱلۡأَرۡضِ إِلَٰهٞۚ وَهُوَ ٱلۡحَكِيمُ ٱلۡعَلِيمُ ﴿84﴾

Transliteration: Wahuwa allathee fee alssamai ilahun wafee alardi ilahun wahuwa alhakeemu alAAaleemu

Translation: Göydə də məbud, yerdə də mə­bud yalnız Odur. O, Hikmət sa­hibidir, Bilən­dir.

43:85

وَتَبَارَكَ ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا وَعِندَهُۥ عِلۡمُ ٱلسَّاعَةِ وَإِلَيۡهِ تُرۡجَعُونَ ﴿85﴾

Transliteration: Watabaraka allathee lahu mulku alssamawati waalardi wama baynahuma waAAindahu AAilmu alssaAAati wailayhi turjaAAoona

Translation: Göylərin, yerin və onla­rın ara­sın­da olan hər şeyin sa­hibi olan Allah nə qə­dər xeyir­xahdır! O Saat (Qiyamət) haqqında bil­gi Ondadır və siz Onun hü­zu­ru­na qay­tarılacaqsınız.

43:86

وَلَا يَمۡلِكُ ٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِهِ ٱلشَّفَٰعَةَ إِلَّا مَن شَهِدَ بِٱلۡحَقِّ وَهُمۡ يَعۡلَمُونَ ﴿86﴾

Transliteration: Wala yamliku allatheena yadAAoona min doonihi alshshafaAAata illa man shahida bialhaqqi wahum yaAAlamoona

Translation: Müşriklərin Onu qoyub yalvar­dıq­ları tanrılar şəfaət ve­rə bil­məz­lər. Mə­nasını bilə­rək haqqa şəhadət verən­lər isə is­tisnadır.

43:87

وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَهُمۡ لَيَقُولُنَّ ٱللَّهُۖ فَأَنَّىٰ يُؤۡفَكُونَ ﴿87﴾

Transliteration: Walain saaltahum man khalaqahum layaqoolunna Allahu faanna yufakoona

Translation: Əgər onlardan özlərini kimin ya­ratdığını soruşsan, əl­bəttə: “Allah!”– de­yərlər. Gör necə də haqdan döndəri­lir­lər!

43:88

وَقِيلِهِۦ يَٰرَبِّ إِنَّ هَـٰٓؤُلَآءِ قَوۡمٞ لَّا يُؤۡمِنُونَ ﴿88﴾

Transliteration: Waqeelihi yarabbi inna haolai qawmun la yuminoona

Translation: Peyğəmbər dedi: “Ey Rəb­bim! Bun­lar iman gətirmə­yən adam­lardır!”

43:89

فَٱصۡفَحۡ عَنۡهُمۡ وَقُلۡ سَلَٰمٞۚ فَسَوۡفَ يَعۡلَمُونَ ﴿89﴾

Transliteration: Faisfah AAanhum waqul salamun fasawfa yaAAlamoona

Translation: Onlara “Salam!” deyib, vaz keç. Onlar tezliklə bilə­cək­lər.

Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download