quranm◉

Surə Az-Zukhruf 43:57

۞وَلَمَّا ضُرِبَ ٱبۡنُ مَرۡيَمَ مَثَلًا إِذَا قَوۡمُكَ مِنۡهُ يَصِدُّونَ ﴿٥٧﴾

◉

Tərcümə

Məryəm oğlu örnək gös­tərilincə sənin xalqın sevinc­dən gül­dü.
— Alikhan Musayev
(Ya Rəsulum!) Məryəm oğlu (İsa) misal çəkilincə sənin qövmün sevincdən güldü. (Müşriklərə xitabən: “Siz və Allahdan başqa ibadət etdikləriniz Cəhənnəmdə yanacaq odunsunuz!” ayəsi nazil olduqda, onlar öz cahillikləri üzündən: “Yəhudilər Üzeyrə, xaçpərəstlər İsaya, Bəni Məlih qəbiləsi mələklərə ibadət edirlər. Əgər bu tanrıların hamısı cəhənnəm odunda yanacaqsa, biz də öz bütlərimizin odda yanmasına razıyıq!” – deyə sevindilər).
— Azerbaijani

◉ Surə · ∞