quranm◉

Surə Al-Mursalat المرسلات

#
77
↓
M
Ayə
50
Tərcümə
Alikhan Musayev

◉

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

77:1

وَٱلۡمُرۡسَلَٰتِ عُرۡفٗا ﴿١﴾

And olsun xeyirlə göndə­rilənlərə

77:2

فَٱلۡعَٰصِفَٰتِ عَصۡفٗا ﴿٢﴾

və şiddətlə əsənlərə!

77:3

وَٱلنَّـٰشِرَٰتِ نَشۡرٗا ﴿٣﴾

And olsun Allahın əmrini yaydıqca yayanlara,

77:4

فَٱلۡفَٰرِقَٰتِ فَرۡقٗا ﴿٤﴾

haqqı nahaqdan ayırdıqca ayıran­lara

77:5

فَٱلۡمُلۡقِيَٰتِ ذِكۡرًا ﴿٥﴾

və zikri çatdıranlara –

77:6

عُذۡرًا أَوۡ نُذۡرًا ﴿٦﴾

üzr diləmək və ya qor­xut­maq üçün çatdıranlara!

77:7

إِنَّمَا تُوعَدُونَ لَوَٰقِعٞ ﴿٧﴾

Sizə vəd edilmiş Qiyamət mütləq vaqe olacaq­.

77:8

فَإِذَا ٱلنُّجُومُ طُمِسَتۡ ﴿٨﴾

Ulduzlar sönəcəyi zaman;

77:9

وَإِذَا ٱلسَّمَآءُ فُرِجَتۡ ﴿٩﴾

Göy yarılacağı zaman;

77:10

وَإِذَا ٱلۡجِبَالُ نُسِفَتۡ ﴿١٠﴾

Dağlar dağılacağı zaman;

77:11

وَإِذَا ٱلرُّسُلُ أُقِّتَتۡ ﴿١١﴾

Ümmətlərinə şahidlik etmələri üçün elçilərə vaxt tə­yin edilə­cəyi zaman

77:12

لِأَيِّ يَوۡمٍ أُجِّلَتۡ ﴿١٢﴾

deyiləcək: “Bunlara ve­rilmiş möhlət hansı günə qə­dər­dir?”

77:13

لِيَوۡمِ ٱلۡفَصۡلِ ﴿١٣﴾

Cavabında deyiləcək: “Ayırd etmə günü­nədək!”

77:14

وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلۡفَصۡلِ ﴿١٤﴾

Sən ayırd etmə gününün nə ol­duğunu bilirsənmi?

77:15

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ﴿١٥﴾

O gün Qiyaməti yalan sayanla­rın vay halına!

77:16

أَلَمۡ نُهۡلِكِ ٱلۡأَوَّلِينَ ﴿١٦﴾

Məgər Biz ilk nəsilləri həlak et­mədikmi?!

77:17

ثُمَّ نُتۡبِعُهُمُ ٱلۡأٓخِرِينَ ﴿١٧﴾

Sonrakıları da onlara qa­tacağıq.

77:18

كَذَٰلِكَ نَفۡعَلُ بِٱلۡمُجۡرِمِينَ ﴿١٨﴾

Biz günah sahibləri ilə belə dav­ranırıq.

77:19

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ﴿١٩﴾

O gün Qiyaməti yalan sayanla­rın vay halına!

77:20

أَلَمۡ نَخۡلُقكُّم مِّن مَّآءٖ مَّهِينٖ ﴿٢٠﴾

Məgər Biz sizi dəyərsiz bir sudan xəlq etmə­dikmi?

77:21

فَجَعَلۡنَٰهُ فِي قَرَارٖ مَّكِينٍ ﴿٢١﴾

Biz onu etibarlı bir yer­də yerləş­dirmədikmi –

77:22

إِلَىٰ قَدَرٖ مَّعۡلُومٖ ﴿٢٢﴾

məlum bir vaxta kimi?

77:23

فَقَدَرۡنَا فَنِعۡمَ ٱلۡقَٰدِرُونَ ﴿٢٣﴾

Biz nütfəni yaratmağa qa­dir olduq. Nə gözəl Qadir olan­lar­ıq Biz!

77:24

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ﴿٢٤﴾

O gün Qiyaməti yalan sayanla­rın vay halına!

77:25

أَلَمۡ نَجۡعَلِ ٱلۡأَرۡضَ كِفَاتًا ﴿٢٥﴾

Məgər Biz yeri məskən et­mə­dikmi –

77:26

أَحۡيَآءٗ وَأَمۡوَٰتٗا ﴿٢٦﴾

dirilər və ölülərə?

77:27

وَجَعَلۡنَا فِيهَا رَوَٰسِيَ شَٰمِخَٰتٖ وَأَسۡقَيۡنَٰكُم مَّآءٗ فُرَاتٗا ﴿٢٧﴾

Orada möhkəm daya­nan uca dağ­lar yaratmadıqmı və si­zə şi­rin sulardan içirtmədikmi?

77:28

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ﴿٢٨﴾

O gün Qiyaməti yalan sayanla­rın vay halına!

77:29

ٱنطَلِقُوٓاْ إِلَىٰ مَا كُنتُم بِهِۦ تُكَذِّبُونَ ﴿٢٩﴾

Onlara belə deyiləcək: “Ge­din yalan hesab etdiyiniz Cə­hən­nə­mə!

77:30

ٱنطَلِقُوٓاْ إِلَىٰ ظِلّٖ ذِي ثَلَٰثِ شُعَبٖ ﴿٣٠﴾

Üç qola ayrılan kölgə­liyə ge­din!”

77:31

لَّا ظَلِيلٖ وَلَا يُغۡنِي مِنَ ٱللَّهَبِ ﴿٣١﴾

Ora nə kölgə salır, nə də alovdan qoruyur.

77:32

إِنَّهَا تَرۡمِي بِشَرَرٖ كَٱلۡقَصۡرِ ﴿٣٢﴾

Cəhənnəm hərəsi hündür imarət həcmində qığılcımlar püs­kü­rür.

77:33

كَأَنَّهُۥ جِمَٰلَتٞ صُفۡرٞ ﴿٣٣﴾

Onlar sanki sarı dəvə­lər­dir.

77:34

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ﴿٣٤﴾

O gün Qiyaməti yalan sayanla­rın vay halına!

77:35

هَٰذَا يَوۡمُ لَا يَنطِقُونَ ﴿٣٥﴾

Bu, günahkarların danışa bilmə­yəcəkləri bir gündür.

77:36

وَلَا يُؤۡذَنُ لَهُمۡ فَيَعۡتَذِرُونَ ﴿٣٦﴾

Onlara üzrxahlıq üçün izin belə verilməyəcək.

77:37

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ﴿٣٧﴾

O gün Qiyaməti yalan sayanla­rın vay halına!

77:38

هَٰذَا يَوۡمُ ٱلۡفَصۡلِۖ جَمَعۡنَٰكُمۡ وَٱلۡأَوَّلِينَ ﴿٣٨﴾

Bu gün, haqqı batildən ayırd etmə günüdür. Ey kafir­lər! Biz həm sizi, həm də əv­vəlkiləri bir yerə cəm etdik!

77:39

فَإِن كَانَ لَكُمۡ كَيۡدٞ فَكِيدُونِ ﴿٣٩﴾

Əgər hiyləniz varsa, Mə­nə qarşı işlədin!

77:40

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ﴿٤٠﴾

O gün Qiyaməti yalan sayanla­rın vay halına!

77:41

إِنَّ ٱلۡمُتَّقِينَ فِي ظِلَٰلٖ وَعُيُونٖ ﴿٤١﴾

Şübhəsiz ki, müttəqilər kölgəlik­lərdə, çeşmələr başında

77:42

وَفَوَٰكِهَ مِمَّا يَشۡتَهُونَ ﴿٤٢﴾

və istədikləri meyvələr içində ola­caqlar.

77:43

كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿٤٣﴾

Onlara deyiləcək: “Xeyir­xah əməl­lərinizə görə nuşcan­lıqla ye­yin-için!

77:44

إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ﴿٤٤﴾

Şübhəsiz ki, Biz yaxşı əməl sahib­lərini belə müka­fat­lan­dı­rı­rıq!”

77:45

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ﴿٤٥﴾

O gün Qiyaməti yalan sayanla­rın vay halına!

77:46

كُلُواْ وَتَمَتَّعُواْ قَلِيلًا إِنَّكُم مُّجۡرِمُونَ ﴿٤٦﴾

Kafirlərə deyiləcək: “Ye­yin və bir az əylənin! Həqiqə­tən, siz gü­nahkarsınız!

77:47

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ﴿٤٧﴾

O gün Qiyaməti yalan sayanla-rın vay halına!

77:48

وَإِذَا قِيلَ لَهُمُ ٱرۡكَعُواْ لَا يَرۡكَعُونَ ﴿٤٨﴾

Onlara: “Rüku edin!”– de­yildiyi zaman rüku etməzlər.

77:49

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ﴿٤٩﴾

O gün Qiyaməti yalan sayanla­rın vay halına!

77:50

فَبِأَيِّ حَدِيثِۭ بَعۡدَهُۥ يُؤۡمِنُونَ ﴿٥٠﴾

Onlar bu Qurandan son­ra hansı sözə inana­caqlar?