quranm◉

Surə An-Naba النبإ

#
78
↓
M
Ayə
40
Tərcümə
Alikhan Musayev

◉

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

78:1

عَمَّ يَتَسَآءَلُونَ ﴿١﴾

Onlar nə barədə bir-bi­rin­dən so­ru­şurlar?

78:2

عَنِ ٱلنَّبَإِ ٱلۡعَظِيمِ ﴿٢﴾

Böyük bir xəbər barə­sin­də –

78:3

ٱلَّذِي هُمۡ فِيهِ مُخۡتَلِفُونَ ﴿٣﴾

elə bir xəbər ki, onlar onun haq­qında ziddiyyətdə­dirlər.

78:4

كَلَّا سَيَعۡلَمُونَ ﴿٤﴾

Xeyr, onlar Qiyamətin hə­qiqət oldu­ğunu hökmən bilə­cək­lər!

78:5

ثُمَّ كَلَّا سَيَعۡلَمُونَ ﴿٥﴾

Bir daha xeyr! Onlar hök­mən bilə­cəklər!

78:6

أَلَمۡ نَجۡعَلِ ٱلۡأَرۡضَ مِهَٰدٗا ﴿٦﴾

Məgər Biz yeri yataq et­mədikmi?

78:7

وَٱلۡجِبَالَ أَوۡتَادٗا ﴿٧﴾

Dağları da payalar?

78:8

وَخَلَقۡنَٰكُمۡ أَزۡوَٰجٗا ﴿٨﴾

Biz sizi cüt yaratdıq.

78:9

وَجَعَلۡنَا نَوۡمَكُمۡ سُبَاتٗا ﴿٩﴾

Yuxunuzu da sizin üçün rahatlıq etdik.

78:10

وَجَعَلۡنَا ٱلَّيۡلَ لِبَاسٗا ﴿١٠﴾

Gecəni örtük etdik,

78:11

وَجَعَلۡنَا ٱلنَّهَارَ مَعَاشٗا ﴿١١﴾

gündüzü isə ruzi qazan­maq vaxtı.

78:12

وَبَنَيۡنَا فَوۡقَكُمۡ سَبۡعٗا شِدَادٗا ﴿١٢﴾

Üstünüzdə yeddi möh­kəm göy qurduq

78:13

وَجَعَلۡنَا سِرَاجٗا وَهَّاجٗا ﴿١٣﴾

və çox parlaq bir çıraq ya­ratdıq.

78:14

وَأَنزَلۡنَا مِنَ ٱلۡمُعۡصِرَٰتِ مَآءٗ ثَجَّاجٗا ﴿١٤﴾

Biz buludlardan şırıl­-şırıl axan yağmur endirdik ki,

78:15

لِّنُخۡرِجَ بِهِۦ حَبّٗا وَنَبَاتٗا ﴿١٥﴾

onunla toxum və digər bit­kilər ye­tiş­dirək,

78:16

وَجَنَّـٰتٍ أَلۡفَافًا ﴿١٦﴾

habelə ağaclarının qol-bu­daqları bir-birinə sarmaşan bağ­lar sa­laq.

78:17

إِنَّ يَوۡمَ ٱلۡفَصۡلِ كَانَ مِيقَٰتٗا ﴿١٧﴾

Həqiqətən, ayırd etmə günü bəlli bir vaxta təyin edil­mişdir!

78:18

يَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِ فَتَأۡتُونَ أَفۡوَاجٗا ﴿١٨﴾

Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksi­niz.

78:19

وَفُتِحَتِ ٱلسَّمَآءُ فَكَانَتۡ أَبۡوَٰبٗا ﴿١٩﴾

O gün göyün qapıları açılacaq.

78:20

وَسُيِّرَتِ ٱلۡجِبَالُ فَكَانَتۡ سَرَابًا ﴿٢٠﴾

Dağlar da hərəkətə gəti­rilib il­ğıma çevriləcək.

78:21

إِنَّ جَهَنَّمَ كَانَتۡ مِرۡصَادٗا ﴿٢١﴾

Həqiqətən, Cəhənnəm pusquda daya­nıb kafirləri göz­ləyir.

78:22

لِّلطَّـٰغِينَ مَـَٔابٗا ﴿٢٢﴾

O, həddi aşanların qayı­dacağı yerdir.

78:23

لَّـٰبِثِينَ فِيهَآ أَحۡقَابٗا ﴿٢٣﴾

Onlar orada əsrlər boyu qala­caq­lar.

78:24

لَّا يَذُوقُونَ فِيهَا بَرۡدٗا وَلَا شَرَابًا ﴿٢٤﴾

Onlar orada nə bir sə­rin­lik, nə də sərinləşdirici içki da­da­caq­lar.

78:25

إِلَّا حَمِيمٗا وَغَسَّاقٗا ﴿٢٥﴾

İçdikləri yalnız qaynar su və irin olacaq –

78:26

جَزَآءٗ وِفَاقًا ﴿٢٦﴾

törətdikləri əməllərinə uy­ğun bir cəza kimi.

78:27

إِنَّهُمۡ كَانُواْ لَا يَرۡجُونَ حِسَابٗا ﴿٢٧﴾

Çünki, onlar haqq-he­sab çəki­lə­cəyini güman et­mir­di­lər.

78:28

وَكَذَّبُواْ بِـَٔايَٰتِنَا كِذَّابٗا ﴿٢٨﴾

Ayələrimizi də qətiy­yət­lə təkzib edirdilər.

78:29

وَكُلَّ شَيۡءٍ أَحۡصَيۡنَٰهُ كِتَٰبٗا ﴿٢٩﴾

Biz hər bir şeyi hesab­la­yıb yaz­mışıq.

78:30

فَذُوقُواْ فَلَن نَّزِيدَكُمۡ إِلَّا عَذَابًا ﴿٣٠﴾

Elə isə dadın əzabı! Biz sizə əzab­dan başqa bir şey ar­tır­ma­ya­­cağıq!

78:31

إِنَّ لِلۡمُتَّقِينَ مَفَازًا ﴿٣١﴾

Həqiqətən, müttəqilər üçün nicat yeri vardır.

78:32

حَدَآئِقَ وَأَعۡنَٰبٗا ﴿٣٢﴾

Həmçinin bağlar və üzüm­lüklər,

78:33

وَكَوَاعِبَ أَتۡرَابٗا ﴿٣٣﴾

dolğun döşlü həmyaşıd qızlar

78:34

وَكَأۡسٗا دِهَاقٗا ﴿٣٤﴾

və ləbələb doldurulmuş qədəhlər də vardır!

78:35

لَّا يَسۡمَعُونَ فِيهَا لَغۡوٗا وَلَا كِذَّـٰبٗا ﴿٣٥﴾

Onlar orada nə mənasız sözlər, nə də iftira eşidə­cəklər.

78:36

جَزَآءٗ مِّن رَّبِّكَ عَطَآءً حِسَابٗا ﴿٣٦﴾

Bunlar sənin Rəbbindən olan mü­kafatlar, artıq­laması ilə ve­ri­lən töhfə­lərdir.

78:37

رَّبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا ٱلرَّحۡمَٰنِۖ لَا يَمۡلِكُونَ مِنۡهُ خِطَابٗا ﴿٣٧﴾

Göylərin, yerin və onla­rın ara­sın­da olanların Rəb­bi ər-Rəhmanın mü­kafatdır. On­lar Allahın hü­zu­run­da bir söz deməyə qa­dir ol­maya­caqlar.

78:38

يَوۡمَ يَقُومُ ٱلرُّوحُ وَٱلۡمَلَـٰٓئِكَةُ صَفّٗاۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنۡ أَذِنَ لَهُ ٱلرَّحۡمَٰنُ وَقَالَ صَوَابٗا ﴿٣٨﴾

Ruh Cəbrail və mələk­lər səf-səf duracağı gün, ər-Rəhmanın izin verdiyi kim­sə­lər­dən və doğru söz de­yən­lər­dən başqa heç kəs danışma­ya­caq.

78:39

ذَٰلِكَ ٱلۡيَوۡمُ ٱلۡحَقُّۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔابًا ﴿٣٩﴾

O gün, gerçək bir gün­dür. Kim is­təsə öz Rəbbi yanında sı­ğı­na­caq ta­par!

78:40

إِنَّآ أَنذَرۡنَٰكُمۡ عَذَابٗا قَرِيبٗا يَوۡمَ يَنظُرُ ٱلۡمَرۡءُ مَا قَدَّمَتۡ يَدَاهُ وَيَقُولُ ٱلۡكَافِرُ يَٰلَيۡتَنِي كُنتُ تُرَٰبَۢا ﴿٤٠﴾

Həqiqətən, Biz sizi ya­xın əzab barədə xəbərdar etdik. O gün in­san öz əlləri ilə nələr et­diyini görəcək, kafir isə deyə­cək­dir: “Kaş mən torpaq olay­dım!”