quranm◉

Surə Al-Kahf 18:21

وَكَذَٰلِكَ أَعۡثَرۡنَا عَلَيۡهِمۡ لِيَعۡلَمُوٓاْ أَنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَأَنَّ ٱلسَّاعَةَ لَا رَيۡبَ فِيهَآ إِذۡ يَتَنَٰزَعُونَ بَيۡنَهُمۡ أَمۡرَهُمۡۖ فَقَالُواْ ٱبۡنُواْ عَلَيۡهِم بُنۡيَٰنٗاۖ رَّبُّهُمۡ أَعۡلَمُ بِهِمۡۚ قَالَ ٱلَّذِينَ غَلَبُواْ عَلَىٰٓ أَمۡرِهِمۡ لَنَتَّخِذَنَّ عَلَيۡهِم مَّسۡجِدٗا ﴿٢١﴾

◉

Tərcümə

Beləcə, insanları onla­rın halından xəbərdar etdik ki, Alla­hın və­dinin həqi­qət oldu­ğunu və o Saatın (Qiyamət gününün) gə­lə­cə­yi­nə şübhə olma­dı­ğı­nı bil­sinlər. O zaman mömin­lər və kafirlər öz ara­larında onla­rın işi ba­rə­sin­də mübahisə edir­dilər. Bə­ziləri: “On­ların üstündə bir bi­na ti­­kin. Rəbbi onların halını daha yaxşı bi­lir!”– dedilər. Mü­ba­hi­sədə üs­tün gələnlər isə: “On­la­rın məzarı üs­tün­də mütləq bir məs­­cid ti­kə­cəyik!”– dedilər.
— Alikhan Musayev
(İnsanları–Tərsusun əhalisini) onların halı ilə beləcə tanış etdik ki, Allahın (məxluqatın öləndən sonra diriləcəyi haqqındakı) və’dinin doğru olduğunu və qiyamətin qopacağına əsla şübhə olmadığını bilsinlər. O zaman (Tərsusdakı mö’minlər və kafirlər) öz aralarında onların (əshabi-kəhfin) işi (və ya insanın öləndən sonra dirilib-dirilməyəcəyi, dirilmənin yalnız ruhla, yaxud ruh və bədənlə birlikdə olacağı kimi dini məsələlər) barəsində mübahisə edirlər. (Nəhayət, əshabi-kəhf öldükdən sonra kafirlər) dedilər: “Onların üstündə bir bina tikin. Rəbbi (onların öldüyünü, yaxud yenidən yuxuya getdiyini və nəyə e’tiqad etdiyini) daha yaxşı bilir!” Onların (əshabi-kəhfin) haqqındakı mübahisədə qalib gələnlər (mö’minlər) isə: “Onların (məzarı) üstündə (Allaha ibadət etmək məqsədilə) bir məscid tikəcəyik!” – dedilər.
— Azerbaijani

◉ Surə · ∞