quranm◉

Surə Al-Kahf 18:22

سَيَقُولُونَ ثَلَٰثَةٞ رَّابِعُهُمۡ كَلۡبُهُمۡ وَيَقُولُونَ خَمۡسَةٞ سَادِسُهُمۡ كَلۡبُهُمۡ رَجۡمَۢا بِٱلۡغَيۡبِۖ وَيَقُولُونَ سَبۡعَةٞ وَثَامِنُهُمۡ كَلۡبُهُمۡۚ قُل رَّبِّيٓ أَعۡلَمُ بِعِدَّتِهِم مَّا يَعۡلَمُهُمۡ إِلَّا قَلِيلٞۗ فَلَا تُمَارِ فِيهِمۡ إِلَّا مِرَآءٗ ظَٰهِرٗا وَلَا تَسۡتَفۡتِ فِيهِم مِّنۡهُمۡ أَحَدٗا ﴿٢٢﴾

◉

Tərcümə

Bəziləri: “Onlar üçdür, dör­dün­cü­sü köpəkləridir!”– de­yəcək­lər. Digərləri isə “On­lar beş­dir, altıncısı köpəklə­ri­dir!”– de­yəcək­lər. Bu­nunla da qeyb haq­qında təxmini fikir yürü­də­cək­lər. Bəzi­ləri də: “On­lar yed­di­dir, səkki­zincisi kö­pəklə­ri­dir!”– de­yəcək­lər. De: “On­la­­rın sa­yını Rəbbim daha yaxşı bilir. İnsan­lardan bunu bilən çox az­dır!” Mağara əhli ba­rədə açıq mü­ba­hisə et (ayələrə əsaslan) və ki­­tab əhli­nin heç bi­rindən on­lar barədə bir şey soruşma!
— Alikhan Musayev
(Kitab əhlindən əshabi-kəhfin sayı barəsində mübahisə edənlər) sanki qaranlıq yerə daş ataraq: “Onlar üçdür, dördüncüsü köpəkləridir!” - deyəcəklər. Bə’ziləri: “Onlar beşdir, altıncısı köpəkləridir!” – deyəcəklər. Digərləri (mö’minlər) isə: “Onlar yeddidir, səkkizincisi köpəkləridir!” – söyləyəcəklər. (Ya Rəsulum!) De: “Onların sayını Rəbbim daha yaxşı bilir. (İnsanlardan isə) bunu bilən çox azdır!” (Ya Rəsulum! Əshabi-kəhf) barəsində yalnız sənə açıq-aşkar nazil olan ayələrə əsaslanıb onlarla mübahisə et (Qur’anda olanlarla kifayətlənib çox dərinə getmə) və (kitab əhlinin) heç birindən onlar haqqında bir şey soruşma!
— Azerbaijani

◉ Surə · ∞