quranm◉

Surə Al-Baqarah 2:137

فَإِنۡ ءَامَنُواْ بِمِثۡلِ مَآ ءَامَنتُم بِهِۦ فَقَدِ ٱهۡتَدَواْۖ وَّإِن تَوَلَّوۡاْ فَإِنَّمَا هُمۡ فِي شِقَاقٖۖ فَسَيَكۡفِيكَهُمُ ٱللَّهُۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ﴿١٣٧﴾

◉

Tərcümə

Əgər onlar da, siz iman gə­tir­di­yinizə iman gətirsələr, doğ­ru yola yö­nəlmiş olarlar. Yox, əgər üz dön­dər­sə­lər, müt­ləq ixti­lafa düş­müş olarlar. On­lardan qo­runmaq üçün Allah sənə yetər. O, Eşi­dən­dir, Biləndir!
— Alikhan Musayev
(Ey mö’minlər!) Əgər onlar da siz inandığınız kimi (Allaha) inanırlarsa, şübhəsiz ki, doğru yolu taparlar. Yox, əgər (imandan) üz döndərərlərsə, (sizə qarşı) ədavət bəsləmiş olarlar. (Ya Rəsulum! Belə olduqda sən onların düşmənçiliyindən qorxma!) Allah sənə (tezliklə sənin intiqamını) onlardan (almağa) kifayət edər. O, (hər şeyi) eşidəndir, biləndir.
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞