quranm◉

Mövzular · az (Səhifə 4)

211 Ayə · Mövzular · az

Al-Anbya 21:82

وَمِنَ ٱلشَّيَٰطِينِ مَن يَغُوصُونَ لَهُۥ وَيَعۡمَلُونَ عَمَلٗا دُونَ ذَٰلِكَۖ وَكُنَّا لَهُمۡ حَٰفِظِينَ ﴿٨٢﴾

Şeytanlar arasından onun üçün dəniz sularına dalıb dal­ğıc­lıq edən və bun­dan başqa di­gər işlər görənlər də var idi. Biz on­ları nə­zarətimiz altında saxla­yırdıq.

Al-Mu'minun 23:63

بَلۡ قُلُوبُهُمۡ فِي غَمۡرَةٖ مِّنۡ هَٰذَا وَلَهُمۡ أَعۡمَٰلٞ مِّن دُونِ ذَٰلِكَ هُمۡ لَهَا عَٰمِلُونَ ﴿٦٣﴾

Lakin onların qəlbi bun­dan xə­bər­sizdir. Onların bun­dan əlavə gör­dükləri başqa pis işləri də vardır.

An-Nur 24:39

وَٱلَّذِينَ كَفَرُوٓاْ أَعۡمَٰلُهُمۡ كَسَرَابِۭ بِقِيعَةٖ يَحۡسَبُهُ ٱلظَّمۡـَٔانُ مَآءً حَتَّىٰٓ إِذَا جَآءَهُۥ لَمۡ يَجِدۡهُ شَيۡـٔٗا وَوَجَدَ ٱللَّهَ عِندَهُۥ فَوَفَّىٰهُ حِسَابَهُۥۗ وَٱللَّهُ سَرِيعُ ٱلۡحِسَابِ ﴿٣٩﴾

Kafirlərin əməlləri səh­ra­dakı ilğı­ma bənzəyir ki, su­sa­mış kim­sə onu su hesab edər. Ona ya­xınlaşdıqda isə onun heç nə ol­du­­ğunu görər. O öz ya­nında Allahı tapar. O da onun cəzasını ve­rər. Allah tez haqq-hesab çəkəndir.

Al-Furqan 25:23

وَقَدِمۡنَآ إِلَىٰ مَا عَمِلُواْ مِنۡ عَمَلٖ فَجَعَلۡنَٰهُ هَبَآءٗ مَّنثُورًا ﴿٢٣﴾

Biz onların etdikləri əməl­lərə bax­dıqdan sonra onları sov­rul­muş toz dənə­ciklərinə çevi­rərik.

Ash-Shu'ara 26:168

قَالَ إِنِّي لِعَمَلِكُم مِّنَ ٱلۡقَالِينَ ﴿١٦٨﴾

O dedi: “Mən sizin əməl­lərinizə nifrət edən­lərdə­nəm.

Ash-Shu'ara 26:169

رَبِّ نَجِّنِي وَأَهۡلِي مِمَّا يَعۡمَلُونَ ﴿١٦٩﴾

Ey Rəbbim! Məni və ailə­mi on­ların tutduqları işdən xi­las et!”

Ash-Shu'ara 26:170

فَنَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥٓ أَجۡمَعِينَ ﴿١٧٠﴾

Biz onu və onun bütün ailəsini xilas etdik.

Ash-Shu'ara 26:216

فَإِنۡ عَصَوۡكَ فَقُلۡ إِنِّي بَرِيٓءٞ مِّمَّا تَعۡمَلُونَ ﴿٢١٦﴾

Əgər onlar sənə asi ol­sa­lar, de: “Şüb­­həsiz ki, mən si­zin et­di­yiniz əməl­lərdən uza­ğam!”

Al-'Ankabut 29:4

أَمۡ حَسِبَ ٱلَّذِينَ يَعۡمَلُونَ ٱلسَّيِّـَٔاتِ أَن يَسۡبِقُونَاۚ سَآءَ مَا يَحۡكُمُونَ ﴿٤﴾

Yoxsa yaramaz işlərə yol verənlər Bizdən gizlənib özlə­ri­ni xi­las edəcək­lə­rini zənn edir­lər? Onlar nə yarıtmaz dü­şün­cələrə da­lır­lar.

Saba 34:13

يَعۡمَلُونَ لَهُۥ مَا يَشَآءُ مِن مَّحَٰرِيبَ وَتَمَٰثِيلَ وَجِفَانٖ كَٱلۡجَوَابِ وَقُدُورٖ رَّاسِيَٰتٍۚ ٱعۡمَلُوٓاْ ءَالَ دَاوُۥدَ شُكۡرٗاۚ وَقَلِيلٞ مِّنۡ عِبَادِيَ ٱلشَّكُورُ ﴿١٣﴾

Cinlər onun üçün istə­diyi qəsrlər, heykəllər, hovuz­lara bən­zər çanaqlar və yerin­dən tərpənməyən nəhəng qa­zan­lar dü­zəl­dir­di­lər. Ey Davud nəsli! Bu ne­mətlərə şükür edin! Qullarımdan şükür edə­n azdır.

Al-Anbya 21:52

إِذۡ قَالَ لِأَبِيهِ وَقَوۡمِهِۦ مَا هَٰذِهِ ٱلتَّمَاثِيلُ ٱلَّتِيٓ أَنتُمۡ لَهَا عَٰكِفُونَ ﴿٥٢﴾

Bir zaman o öz atasına və tayfa­sına: “Bu nə heykəllər­dir ki, siz onlara sitayiş edir­siniz?”– demişdi.

Muhammad 47:1

ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ أَضَلَّ أَعۡمَٰلَهُمۡ ﴿١﴾

Kafirlərin və insanları Alla­hın yo­lundan sapdıranların əməl­lə­­rini Allah puça çıxar­mış­dır.

Al-Kahf 18:98

قَالَ هَٰذَا رَحۡمَةٞ مِّن رَّبِّيۖ فَإِذَا جَآءَ وَعۡدُ رَبِّي جَعَلَهُۥ دَكَّآءَۖ وَكَانَ وَعۡدُ رَبِّي حَقّٗا ﴿٩٨﴾

Zülqərneyn dedi: “Bu, Rəb­bim­dən olan bir mərhəmət­dir. Rəb­­bimin vədi gəldikdə isə onu yerlə yeksan edəcək­dir. Rəb­bi­min vədi həqiqətdir”.

Al-Anbya 21:70

وَأَرَادُواْ بِهِۦ كَيۡدٗا فَجَعَلۡنَٰهُمُ ٱلۡأَخۡسَرِينَ ﴿٧٠﴾

Onlar İbrahimə qəsd et­mək fik­ri­nə düşdülər, lakin Biz on­la­rı daha şid­dətli cəzaya mə­ruz qoyduq.

As-Saffat 37:98

فَأَرَادُواْ بِهِۦ كَيۡدٗا فَجَعَلۡنَٰهُمُ ٱلۡأَسۡفَلِينَ ﴿٩٨﴾

Onlar İbrahimə hiylə qur­maq is­tədilər, Biz də onları rüs­vay et­dik.

As-Saffat 37:54

قَالَ هَلۡ أَنتُم مُّطَّلِعُونَ ﴿٥٤﴾

O sözünə davam edib de­yə­cək: “Siz onun harada ol­du­ğunu gör­mək istəyirsi­niz­mi?”

Al-An'am 6:124

وَإِذَا جَآءَتۡهُمۡ ءَايَةٞ قَالُواْ لَن نُّؤۡمِنَ حَتَّىٰ نُؤۡتَىٰ مِثۡلَ مَآ أُوتِيَ رُسُلُ ٱللَّهِۘ ٱللَّهُ أَعۡلَمُ حَيۡثُ يَجۡعَلُ رِسَالَتَهُۥۗ سَيُصِيبُ ٱلَّذِينَ أَجۡرَمُواْ صَغَارٌ عِندَ ٱللَّهِ وَعَذَابٞ شَدِيدُۢ بِمَا كَانُواْ يَمۡكُرُونَ ﴿١٢٤﴾

Onlara bir ayə gəldik­də: “Alla­hın elçilərinə verilə­nin bən­zə­ri bizə də verilmə­yincə iman gətirməyəcəyik”– de­di­lər. Allah pey­ğəmbərliyini kimə ve­rəcəyini daha yaxşı bilir. Gü­nahkar­lar, qur­duqları hiylələrə görə Allahın hüzurun­da rəzil ola­caq və şid­dət­li əzab çə­kə­cəklər.

Al-Anfal 8:30

وَإِذۡ يَمۡكُرُ بِكَ ٱلَّذِينَ كَفَرُواْ لِيُثۡبِتُوكَ أَوۡ يَقۡتُلُوكَ أَوۡ يُخۡرِجُوكَۚ وَيَمۡكُرُونَ وَيَمۡكُرُ ٱللَّهُۖ وَٱللَّهُ خَيۡرُ ٱلۡمَٰكِرِينَ ﴿٣٠﴾

Bir zaman kafirlər səni həbs et­mək, öldürmək və ya yurdun­dan qovmaq üçün sənə qarşı hiylə qururdular. On­lar hiylə iş­lət­di­lər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır.

An-Nahl 16:26

قَدۡ مَكَرَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَأَتَى ٱللَّهُ بُنۡيَٰنَهُم مِّنَ ٱلۡقَوَاعِدِ فَخَرَّ عَلَيۡهِمُ ٱلسَّقۡفُ مِن فَوۡقِهِمۡ وَأَتَىٰهُمُ ٱلۡعَذَابُ مِنۡ حَيۡثُ لَا يَشۡعُرُونَ ﴿٢٦﴾

Onlardan öncəkilər də hiylə qur­muşdular. Sonra Allah on­la­rın tikililərini özülündən da­ğıtdı, ta­vanları başlarına uçdu və əzab onlara gözləmədikləri yer­dən gəldi.

An-Nahl 16:127

وَٱصۡبِرۡ وَمَا صَبۡرُكَ إِلَّا بِٱللَّهِۚ وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَلَا تَكُ فِي ضَيۡقٖ مِّمَّا يَمۡكُرُونَ ﴿١٢٧﴾

Səbir et! Sənin səbrin an­caq Allah­dandır. Onlara gö­rə kə­dər­lənmə və qurduqları hiy­lələr­dən ötrü də sıxılma.

An-Naml 27:50

وَمَكَرُواْ مَكۡرٗا وَمَكَرۡنَا مَكۡرٗا وَهُمۡ لَا يَشۡعُرُونَ ﴿٥٠﴾

Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar bunu hiss etmə­di­lər.

An-Naml 27:51

فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ مَكۡرِهِمۡ أَنَّا دَمَّرۡنَٰهُمۡ وَقَوۡمَهُمۡ أَجۡمَعِينَ ﴿٥١﴾

Bax gör onların hiylələ­rinin aqi­bəti necə oldu. Biz on­ları bü­tün tay­fa­la­rıyla birlikdə yerlə yeksan etdik.

Fatir 35:43

ٱسۡتِكۡبَارٗا فِي ٱلۡأَرۡضِ وَمَكۡرَ ٱلسَّيِّيِٕۚ وَلَا يَحِيقُ ٱلۡمَكۡرُ ٱلسَّيِّئُ إِلَّا بِأَهۡلِهِۦۚ فَهَلۡ يَنظُرُونَ إِلَّا سُنَّتَ ٱلۡأَوَّلِينَۚ فَلَن تَجِدَ لِسُنَّتِ ٱللَّهِ تَبۡدِيلٗاۖ وَلَن تَجِدَ لِسُنَّتِ ٱللَّهِ تَحۡوِيلًا ﴿٤٣﴾

Bütün bunlar onların yer üzündə təkəbbür göstərmələ­rinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yara­maz hiylələr isə ancaq öz sa­hib­lə­rini qap­layar. Onlar əv­vəl­kilərin baş­la­rı­na gə­lən aqibət­dən başqasınımı göz­lə­yirlər? Sən Allahın qayda-qa­nu­nu­na heç bir əvəz tapa bil­məzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməz­sən.

Ghafir 40:45

فَوَقَىٰهُ ٱللَّهُ سَيِّـَٔاتِ مَا مَكَرُواْۖ وَحَاقَ بِـَٔالِ فِرۡعَوۡنَ سُوٓءُ ٱلۡعَذَابِ ﴿٤٥﴾

Allah Musanı onların qur­duğu hiylələrin şərindən qo­ru­du. Fi­ron nəs­li­ni isə dəhşətli əzab bürüdü.

Nuh 71:22

وَمَكَرُواْ مَكۡرٗا كُبَّارٗا ﴿٢٢﴾

Onlar mənə qarşı böyük bir hiylə işlətdilər

Al-Baqarah 2:137

فَإِنۡ ءَامَنُواْ بِمِثۡلِ مَآ ءَامَنتُم بِهِۦ فَقَدِ ٱهۡتَدَواْۖ وَّإِن تَوَلَّوۡاْ فَإِنَّمَا هُمۡ فِي شِقَاقٖۖ فَسَيَكۡفِيكَهُمُ ٱللَّهُۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ﴿١٣٧﴾

Əgər onlar da, siz iman gə­tir­di­yinizə iman gətirsələr, doğ­ru yola yö­nəlmiş olarlar. Yox, əgər üz dön­dər­sə­lər, müt­ləq ixti­lafa düş­müş olarlar. On­lardan qo­runmaq üçün Allah sənə yetər. O, Eşi­dən­dir, Biləndir!

An-Nisa 4:45

وَٱللَّهُ أَعۡلَمُ بِأَعۡدَآئِكُمۡۚ وَكَفَىٰ بِٱللَّهِ وَلِيّٗا وَكَفَىٰ بِٱللَّهِ نَصِيرٗا ﴿٤٥﴾

Allah sizin düşmənləri­nizi daha yaxşı tanıyır. Dost ola­raq Allah ki­fayət edər! Yardımçı olaraq Allah yetər!

An-Nisa 4:81

وَيَقُولُونَ طَاعَةٞ فَإِذَا بَرَزُواْ مِنۡ عِندِكَ بَيَّتَ طَآئِفَةٞ مِّنۡهُمۡ غَيۡرَ ٱلَّذِي تَقُولُۖ وَٱللَّهُ يَكۡتُبُ مَا يُبَيِّتُونَۖ فَأَعۡرِضۡ عَنۡهُمۡ وَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًا ﴿٨١﴾

Onlar: “İtaət edirik!”– de­yirlər. Sənin yanından çıxıb get­dik­də isə, on­la­rın bir qismi gecələr sə­nin de­diyinin ək­­sinə tədbir görər­. Allah on­ların gecələr nə tədbir gördük­lə­ri­ni ya­zır. Onlar­dan üz döndər və Allaha tə­vəkkül et! Qoruyan ola­raq Allah yetər.

Al-Isra 17:65

إِنَّ عِبَادِي لَيۡسَ لَكَ عَلَيۡهِمۡ سُلۡطَٰنٞۚ وَكَفَىٰ بِرَبِّكَ وَكِيلٗا ﴿٦٥﴾

Əslində, Mənim ixlaslı qullarım üzərində sənin hökm­ran­lı­ğın olmaya­caq. Qo­ru­yan olaraq Rəbbin yetər”.

Al-Ahzab 33:3

وَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلٗا ﴿٣﴾

Allaha təvəkkül et! Alla­hın Qo­ru­yan olması sənə yetər.

Al-Ahzab 33:39

ٱلَّذِينَ يُبَلِّغُونَ رِسَٰلَٰتِ ٱللَّهِ وَيَخۡشَوۡنَهُۥ وَلَا يَخۡشَوۡنَ أَحَدًا إِلَّا ٱللَّهَۗ وَكَفَىٰ بِٱللَّهِ حَسِيبٗا ﴿٣٩﴾

Onlar Allahın risalətini təbliğ edir, Ondan qorxur və Allah­dan başqa heç kəsdən qorx­murdular. Allah Özü haqq-hesab çək­mə­yə yetər.

Az-Zumar 39:36

أَلَيۡسَ ٱللَّهُ بِكَافٍ عَبۡدَهُۥۖ وَيُخَوِّفُونَكَ بِٱلَّذِينَ مِن دُونِهِۦۚ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنۡ هَادٖ ﴿٣٦﴾

Məgər Allah Öz qulunu qane et­mirmi? Onlar isə səni On­dan başqaları ilə qorxu­dur­lar. Allahın zəlalətə sal­dı­ğı kim­səyə isə doğ­ru yol göstərən ol­maz.

Al-Ma'idah 5:11

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ هَمَّ قَوۡمٌ أَن يَبۡسُطُوٓاْ إِلَيۡكُمۡ أَيۡدِيَهُمۡ فَكَفَّ أَيۡدِيَهُمۡ عَنكُمۡۖ وَٱتَّقُواْ ٱللَّهَۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ ﴿١١﴾

Ey iman gətirənlər! Alla­­hın sizə olan nemətini xatırla­yın. Bir zaman bir toplum sizə əl qal­dır­maq fikrinə düşmüşdü, Allah isə on­ların əllərini siz­dən çəkmişdi. Allahdan qor­xun! Qoy mö­min­lər Allaha tə­vəkkül etsinlər!

Al-Ma'idah 5:23

قَالَ رَجُلَانِ مِنَ ٱلَّذِينَ يَخَافُونَ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِمَا ٱدۡخُلُواْ عَلَيۡهِمُ ٱلۡبَابَ فَإِذَا دَخَلۡتُمُوهُ فَإِنَّكُمۡ غَٰلِبُونَۚ وَعَلَى ٱللَّهِ فَتَوَكَّلُوٓاْ إِن كُنتُم مُّؤۡمِنِينَ ﴿٢٣﴾

Allahdan qorxanlar arasından Alla­hın nemət verdiyi iki kişi de­di: “Onların üzərinə şəhər qa­pı­sın­dan daxil olun. Əgər siz ora­dan da­xil ol­sanız, mütləq qalib gələr­si­niz. Əgər mömin­siniz­sə, Allaha tə­vək­kül edin!”

At-Tawbah 9:51

قُل لَّن يُصِيبَنَآ إِلَّا مَا كَتَبَ ٱللَّهُ لَنَا هُوَ مَوۡلَىٰنَاۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ ﴿٥١﴾

De: “Allahın bizim üçün yaz­dı­ğın­dan başqa bizim başı­mı­za heç nə gəl­məz. O bizim Hima­yədarımızdır. Qoy mö­min­lər yalnız Allaha təvəkkül etsin­lər!”

At-Tawbah 9:129

فَإِن تَوَلَّوۡاْ فَقُلۡ حَسۡبِيَ ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ عَلَيۡهِ تَوَكَّلۡتُۖ وَهُوَ رَبُّ ٱلۡعَرۡشِ ٱلۡعَظِيمِ ﴿١٢٩﴾

Əgər onlar üz döndər­sə­lər, de: “Mənə Allah yetər. Ondan başqa ibadə­tə layiq olan məbud yoxdur. Mən Ona tə­vək­kül etdim. O, bö­yük Ərşin Rəbbi­dir!”

Yunus 10:85

فَقَالُواْ عَلَى ٱللَّهِ تَوَكَّلۡنَا رَبَّنَا لَا تَجۡعَلۡنَا فِتۡنَةٗ لِّلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ ﴿٨٥﴾

Onlar dedilər: “Biz an­caq Allaha təvəkkül edirik. Ey Rəbbi­miz! Bizi za­lım qövmün əlində sınağa çəkmə!

Hud 11:56

إِنِّي تَوَكَّلۡتُ عَلَى ٱللَّهِ رَبِّي وَرَبِّكُمۚ مَّا مِن دَآبَّةٍ إِلَّا هُوَ ءَاخِذُۢ بِنَاصِيَتِهَآۚ إِنَّ رَبِّي عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ﴿٥٦﴾

Mən, Rəbbim və Rəbbi­niz olan Allaha təvəkkül et­dim. Elə bir canlı yox­dur ki, Allah onun kəkilindən tutmuş olma­sın. Həqi­qə­tən, Rəbbim düz yoldadır (ədalətlə hökm verir).

Hud 11:88

قَالَ يَٰقَوۡمِ أَرَءَيۡتُمۡ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٖ مِّن رَّبِّي وَرَزَقَنِي مِنۡهُ رِزۡقًا حَسَنٗاۚ وَمَآ أُرِيدُ أَنۡ أُخَالِفَكُمۡ إِلَىٰ مَآ أَنۡهَىٰكُمۡ عَنۡهُۚ إِنۡ أُرِيدُ إِلَّا ٱلۡإِصۡلَٰحَ مَا ٱسۡتَطَعۡتُۚ وَمَا تَوۡفِيقِيٓ إِلَّا بِٱللَّهِۚ عَلَيۡهِ تَوَكَّلۡتُ وَإِلَيۡهِ أُنِيبُ ﴿٨٨﴾

O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəb­bim­dən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tə­rəfindən mə­nə gözəl bir ruzi veribsə, onda necə olsun? Sizə qadağan buyur­duğum şey­ləri et­mək­lə sizin əleyhi­nizə çıxmaq istə­mirəm. Mən an­caq ba­car­dığım qə­dər islah etmək istəyi­rəm. Mən ancaq Allahın sa­yə­sin­də uğur qazanıram. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam.

Yusuf 12:67

وَقَالَ يَٰبَنِيَّ لَا تَدۡخُلُواْ مِنۢ بَابٖ وَٰحِدٖ وَٱدۡخُلُواْ مِنۡ أَبۡوَٰبٖ مُّتَفَرِّقَةٖۖ وَمَآ أُغۡنِي عَنكُم مِّنَ ٱللَّهِ مِن شَيۡءٍۖ إِنِ ٱلۡحُكۡمُ إِلَّا لِلَّهِۖ عَلَيۡهِ تَوَكَّلۡتُۖ وَعَلَيۡهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُتَوَكِّلُونَ ﴿٦٧﴾

O dedi: “Ey oğullarım! Şə­hərə bir qapıdan girməyin, ay­rı-ay­rı qapılardan girin. Alla­hın ira­dəsinə qarşı isə heç bir şeylə sizə fay­da verə bilmə­rəm. Hökm yal­nız Allahındır. Mən ancaq Ona tə­vək­kül edi­rəm. Qoy tə­vəkkül edənlər də ancaq Ona təvəkkül et­sin­lər”.

Ibrahim 14:12

وَمَا لَنَآ أَلَّا نَتَوَكَّلَ عَلَى ٱللَّهِ وَقَدۡ هَدَىٰنَا سُبُلَنَاۚ وَلَنَصۡبِرَنَّ عَلَىٰ مَآ ءَاذَيۡتُمُونَاۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُتَوَكِّلُونَ ﴿١٢﴾

Allah bizə yollarımızı gös­tərdiyi halda, biz nə üçün Alla­ha təvəkkül et­məyək? Si­zin bi­zə verdiyiniz əziy­yət­lə­rə dö­zə­cəyik. Qoy təvəkkül edən­lər an­caq Allaha təvəkkül et­sinlər”.

Az-Zumar 39:62

ٱللَّهُ خَٰلِقُ كُلِّ شَيۡءٖۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ وَكِيلٞ ﴿٦٢﴾

Allah hər şeyin Xaliqi­dir. O, hər şeyi Qoruyandır.

At-Talaq 65:3

وَيَرۡزُقۡهُ مِنۡ حَيۡثُ لَا يَحۡتَسِبُۚ وَمَن يَتَوَكَّلۡ عَلَى ٱللَّهِ فَهُوَ حَسۡبُهُۥٓۚ إِنَّ ٱللَّهَ بَٰلِغُ أَمۡرِهِۦۚ قَدۡ جَعَلَ ٱللَّهُ لِكُلِّ شَيۡءٖ قَدۡرٗا ﴿٣﴾

və ona təsəvvürünə gətir­mədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini ye­rinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuş­dur.

Al-Muzzammil 73:9

رَّبُّ ٱلۡمَشۡرِقِ وَٱلۡمَغۡرِبِ لَآ إِلَٰهَ إِلَّا هُوَ فَٱتَّخِذۡهُ وَكِيلٗا ﴿٩﴾

O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa ibadə­tə layiq olan məbud yox­dur. Elə isə Onu özünə Hi­mayəçi götür!

Ali 'Imran 3:111

لَن يَضُرُّوكُمۡ إِلَّآ أَذٗىۖ وَإِن يُقَٰتِلُوكُمۡ يُوَلُّوكُمُ ٱلۡأَدۡبَارَ ثُمَّ لَا يُنصَرُونَ ﴿١١١﴾

Onlar sizə əziyyətdən baş­qa bir zərər yetirə bilməz­lər. Əgər sizinlə vu­ruşmalı ol­salar, arxa çevirib qaçarlar. Sonra isə onlara kö­mək də edil­məz.

Al-Ma'idah 5:42

سَمَّـٰعُونَ لِلۡكَذِبِ أَكَّـٰلُونَ لِلسُّحۡتِۚ فَإِن جَآءُوكَ فَٱحۡكُم بَيۡنَهُمۡ أَوۡ أَعۡرِضۡ عَنۡهُمۡۖ وَإِن تُعۡرِضۡ عَنۡهُمۡ فَلَن يَضُرُّوكَ شَيۡـٔٗاۖ وَإِنۡ حَكَمۡتَ فَٱحۡكُم بَيۡنَهُم بِٱلۡقِسۡطِۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُقۡسِطِينَ ﴿٤٢﴾

Onlar yalana həvəslə qu­laq asır və daima haram ye­yirlər. Əgər onlar sənin ya­nına gəlsələr, aralarında hökm ver, və ya on­lardan üz çevir. Əgər onlar­dan üz çevirsən, sə­nə heç bir şey­lə zə­rər verə bil­məzlər. Əgər on­ların ara­sında hökm verməli ol­san, ədalətlə hökm ver. Şübhə­siz ki, Allah ədalətli olanları sevir.

Al-An'am 6:17

وَإِن يَمۡسَسۡكَ ٱللَّهُ بِضُرّٖ فَلَا كَاشِفَ لَهُۥٓ إِلَّا هُوَۖ وَإِن يَمۡسَسۡكَ بِخَيۡرٖ فَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿١٧﴾

Əgər Allah sənə bir zə­rər vur­maq istəsə, bunun qarşı­sını On­dan baş­qa heç kəs ala bil­məz. Əgər sənə bir xe­yir to­xundursa, heç kəs Ona mane ola bil­məz. O, hər şeyə qa­dirdir.

Yunus 10:107

وَإِن يَمۡسَسۡكَ ٱللَّهُ بِضُرّٖ فَلَا كَاشِفَ لَهُۥٓ إِلَّا هُوَۖ وَإِن يُرِدۡكَ بِخَيۡرٖ فَلَا رَآدَّ لِفَضۡلِهِۦۚ يُصِيبُ بِهِۦ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۚ وَهُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ﴿١٠٧﴾

Əgər Allah sənə bir zə­rər to­xun­dursa, bunu Ondan başqa heç kəs ara­dan qaldıra bilməz. Əgər sənə bir xeyir di­ləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qulların­dan is­tə­di­yinə nə­sib edər. O, Bağış­layandır, Rəhm­­lidir.

Al-Anbya 21:83

۞وَأَيُّوبَ إِذۡ نَادَىٰ رَبَّهُۥٓ أَنِّي مَسَّنِيَ ٱلضُّرُّ وَأَنتَ أَرۡحَمُ ٱلرَّـٰحِمِينَ ﴿٨٣﴾

Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb de­mişdi: “Mənə, hə­qi­qətən də, bəla düçar olubdur. Sən rəhm­lilərin ən rəhm­lisisən!”

Al-Anbya 21:84

فَٱسۡتَجَبۡنَا لَهُۥ فَكَشَفۡنَا مَا بِهِۦ مِن ضُرّٖۖ وَءَاتَيۡنَٰهُ أَهۡلَهُۥ وَمِثۡلَهُم مَّعَهُمۡ رَحۡمَةٗ مِّنۡ عِندِنَا وَذِكۡرَىٰ لِلۡعَٰبِدِينَ ﴿٨٤﴾

Biz onun duasını qəbul etdik və ona düçar olmuş bə­la­nı ara­dan qal­dır­dıq. Öz tərə­fi­mizdən bir mərhə­mət və iba­dət edən­lə­rə bir ibrət olsun deyə, ailə­sini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik.

Mövzular