quranm◉

Surə An-Nur 24:61

لَّيۡسَ عَلَى ٱلۡأَعۡمَىٰ حَرَجٞ وَلَا عَلَى ٱلۡأَعۡرَجِ حَرَجٞ وَلَا عَلَى ٱلۡمَرِيضِ حَرَجٞ وَلَا عَلَىٰٓ أَنفُسِكُمۡ أَن تَأۡكُلُواْ مِنۢ بُيُوتِكُمۡ أَوۡ بُيُوتِ ءَابَآئِكُمۡ أَوۡ بُيُوتِ أُمَّهَٰتِكُمۡ أَوۡ بُيُوتِ إِخۡوَٰنِكُمۡ أَوۡ بُيُوتِ أَخَوَٰتِكُمۡ أَوۡ بُيُوتِ أَعۡمَٰمِكُمۡ أَوۡ بُيُوتِ عَمَّـٰتِكُمۡ أَوۡ بُيُوتِ أَخۡوَٰلِكُمۡ أَوۡ بُيُوتِ خَٰلَٰتِكُمۡ أَوۡ مَا مَلَكۡتُم مَّفَاتِحَهُۥٓ أَوۡ صَدِيقِكُمۡۚ لَيۡسَ عَلَيۡكُمۡ جُنَاحٌ أَن تَأۡكُلُواْ جَمِيعًا أَوۡ أَشۡتَاتٗاۚ فَإِذَا دَخَلۡتُم بُيُوتٗا فَسَلِّمُواْ عَلَىٰٓ أَنفُسِكُمۡ تَحِيَّةٗ مِّنۡ عِندِ ٱللَّهِ مُبَٰرَكَةٗ طَيِّبَةٗۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلۡأٓيَٰتِ لَعَلَّكُمۡ تَعۡقِلُونَ ﴿٦١﴾

◉

Tərcümə

Kora, ço­lağa, bir də xəs­təyə günah gəlməz. Si­zin özü­nüzə də öz evləriniz­də, yaxud ata­­larınızın evlərində, yaxud ana­la­rı­nı­zın ev­lərində, yaxud qar­daşla­rınızın ev­lə­rində, ya­xud bacı­ları­nı­zın evlə­rində, ya­­xud əmilərinizin evlərin­də, ya­xud bi­biləri­nizin ev­lərin­də, ya­xud dayı­ları­nı­zın evlərində, ya­xud xalalarınızın evlə­rin­də, ya­xud açarları əllərinizdə olan ev­lərdə, yaxud dostları­nızın ev­lə­rində ye­mək yeməkdə heç bir günah gəlməz. Bir yerdə, ya­xud ay­rı-ayrılıqda yemək ye­mə­yi­niz­də də sizə heç bir günah gəl­məz. Ev­­lərə daxil ol­duğu­nuz zaman özü­nüzü Allah tərə­fin­dən müba­rək və çox xoş bir sa­lamla salam­layın. Allah ayə­lə­rini sizə belə izah edir ki, başa düşəsiniz.
— Alikhan Musayev
Kora, çolağa, xəstəyə (başqaları ilə bir yerdə oturub yemək yeməkdə) günah yoxdur. Sizin özünüzə də öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan (səlahiyyətiniz çatan) evlərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdən heç bir günah gəlməz. Bir yerdə, yaxud ayrı-ayrılıqda yeməyinizdə də heç bir günah yoxdur. Evlərə daxil olduğunuz zaman özünüzü (bir-birinizi, qohum-əqrəbanızı, dostlarınızı və dindaşlarınızı) Allah dərgahından bərəkət və xoşluq diləyən bir salamla salamlayın. Allah ayələri sizə belə izah edir ki, düşünüb daşınasınız!
— Azerbaijani

◉ Surə · ∞