quranm◉

Surə An-Nur 24:62

إِنَّمَا ٱلۡمُؤۡمِنُونَ ٱلَّذِينَ ءَامَنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَإِذَا كَانُواْ مَعَهُۥ عَلَىٰٓ أَمۡرٖ جَامِعٖ لَّمۡ يَذۡهَبُواْ حَتَّىٰ يَسۡتَـٔۡذِنُوهُۚ إِنَّ ٱلَّذِينَ يَسۡتَـٔۡذِنُونَكَ أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ يُؤۡمِنُونَ بِٱللَّهِ وَرَسُولِهِۦۚ فَإِذَا ٱسۡتَـٔۡذَنُوكَ لِبَعۡضِ شَأۡنِهِمۡ فَأۡذَن لِّمَن شِئۡتَ مِنۡهُمۡ وَٱسۡتَغۡفِرۡ لَهُمُ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ﴿٦٢﴾

◉

Tərcümə

Möminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən kim­sə­lərdir. On­lar ümumi bir işə görə Peyğəmbərlə bir yerdə olduqda on­dan izin almamış heç yerə getmirlər. Səndən izin istəyənlər, söz­süz ki, Allaha və Onun Elçisinə iman gətirənlər­dir. Əgər onlar bə­zi işləri üçün səndən izin istəsələr, onlardan istə­di­yin kəsə izin ver və onlar üçün Allah­dan bağışlanma di­lə. Həqiqətən, Allah Ba­ğış­la­­yan­dır, Rəhmlidir.
— Alikhan Musayev
Həqiqətən, mö’minlər ancaq Allaha və Onu Peyğəmbərinə iman gətirən, ümumi bir iş (cihad, cümə xütbəsi, məsləhət-məşvərət) üçün Peyğəmbərlə bir yerdə olduqda ondan izin almamış bir yerə getməyən kimsələrdir. (Ya Rəsulum!) Səndən izin istəyənlər - məhz belələri Allaha və Onun Peyğəmbərinə inananlardır. Əgər onlar bə’zi işləri üçün səndən izin istəsələr, onlardan özün istədiyinə (yanından getməyə) izin ver və onlar üçün Allahdan bağışlanma dilə. Həqiqətən, Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!
— Azerbaijani

◉ Surə · ∞