quranm◉

Surə Al-Ahzab 33:20

يَحۡسَبُونَ ٱلۡأَحۡزَابَ لَمۡ يَذۡهَبُواْۖ وَإِن يَأۡتِ ٱلۡأَحۡزَابُ يَوَدُّواْ لَوۡ أَنَّهُم بَادُونَ فِي ٱلۡأَعۡرَابِ يَسۡـَٔلُونَ عَنۡ أَنۢبَآئِكُمۡۖ وَلَوۡ كَانُواْ فِيكُم مَّا قَٰتَلُوٓاْ إِلَّا قَلِيلٗا ﴿٢٠﴾

◉

Tərcümə

Münafiqlər müttəfiqlərin çıxıb get­mədiklərini güman edir­lər. Əgər müt­tə­fiqlər bir də gəlmiş olsaydı, onlar bə­dəvilər ara­sın­da kö­çəri həyat sürüb ba­rənizdəki xəbərləri soruşub öy­rənmək is­tə­yərdilər. Hərgah ara­nızda olsaydılar, ancaq aza­­cıq döyüşərdilər.
— Alikhan Musayev
(Münafiqlər qorxularından Xəndək müharibəsində mələklərin pərən-pərən saldığı düşmən) dəstələrinin çıxıb getmədiklərini zənn edirlər. O dəstələrin bir də qayıdıb gələcəyi təqdirdə onlar (qorxularından) çöldə bədəvilər arasında olmaq istərdilər ki, (gəlib-gedəndən) sizə dair xəbərləri soruşub öyrənsinlər. (Əgər mö’minlər zəfər çalıbsa, qənimətə şərik çıxsınlar, yox, əgər kafirlər qalib gəliblərsə, onlara qoşulsunlar). Əgər aranızda olsaydılar, çox az (özü də yalandan) döyüşərdilər.
— Azerbaijani

◉ Surə · ∞