quranm◉

Surə Fatir 35:8

أَفَمَن زُيِّنَ لَهُۥ سُوٓءُ عَمَلِهِۦ فَرَءَاهُ حَسَنٗاۖ فَإِنَّ ٱللَّهَ يُضِلُّ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۖ فَلَا تَذۡهَبۡ نَفۡسُكَ عَلَيۡهِمۡ حَسَرَٰتٍۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِمَا يَصۡنَعُونَ ﴿٨﴾

◉

Tərcümə

Pis əməli özünə gözəl gös­tərilib onu yaxşı hesab edənlə, doğ­ru yolla ge­dən kimsə eyni ola bilərmi? Həqiqətən, Allah istə­diyini zə­la­lətə salır, istədi­yini də doğru yola yönəldir. Sən onlara görə özü­nü üzüb əl­dən salma. Şübhəsiz ki, Allah on­ların nə törətdiklərini bi­lir.
— Alikhan Musayev
Pis əməli (Şeytan tərəfindən) özünə yaxşı göstərilib onu yaxşı görən (Allahın doğru yola yönəltdiyi kimsəyə bənzəyirmi?!) Şübhəsiz ki, Allah istədiyini zəlalətə, istədiyini də doğru yola salar. (Ya Peyğəmbər!) Artıq onlara (Məkkə müşriklərinin haqq yoldan azmalarına) görə özünü üzüb həlak etmə. Həqiqətən, Allah onların nə etdiklərini biləndir!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞