quranm◉

Surə An-Nisa 4:95

لَّا يَسۡتَوِي ٱلۡقَٰعِدُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ غَيۡرُ أُوْلِي ٱلضَّرَرِ وَٱلۡمُجَٰهِدُونَ فِي سَبِيلِ ٱللَّهِ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡۚ فَضَّلَ ٱللَّهُ ٱلۡمُجَٰهِدِينَ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ عَلَى ٱلۡقَٰعِدِينَ دَرَجَةٗۚ وَكُلّٗا وَعَدَ ٱللَّهُ ٱلۡحُسۡنَىٰۚ وَفَضَّلَ ٱللَّهُ ٱلۡمُجَٰهِدِينَ عَلَى ٱلۡقَٰعِدِينَ أَجۡرًا عَظِيمٗا ﴿٩٥﴾

◉

Tərcümə

Möminlərdən, – üzrlü­ olanlar müstəsna olmaqla, – evdə otu­ran­larla Allah yolun­da öz mal­ları və can­ları ilə cihad edən­lər eyni olmaz­lar. Allah öz mal­la­rı və canları ilə cihad edənləri evdə otu­ran­­lar­­dan dərəcə eti­ba­rilə üstün etmişdir. Allah on­ların hamısı­na ən gözəl olanı (Cənnəti) vəd etmişdir. Allah müca­hidləri ev­də otu­ran­lardan böyük bir mü­ka­fatla üstün et­mişdir.
— Alikhan Musayev
Zərər çəkmədən (üzürsüz səbəbə görə evlərində) əyləşən mö’minlərlə Allah yolunda öz malları və canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları (evlərində) əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə e’tibarilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə savab) və’d etmişdir. (Lakin) Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir.
— Azerbaijani

◉ Surə · ∞