quranm◉

Surə Al-An'am 6:91

وَمَا قَدَرُواْ ٱللَّهَ حَقَّ قَدۡرِهِۦٓ إِذۡ قَالُواْ مَآ أَنزَلَ ٱللَّهُ عَلَىٰ بَشَرٖ مِّن شَيۡءٖۗ قُلۡ مَنۡ أَنزَلَ ٱلۡكِتَٰبَ ٱلَّذِي جَآءَ بِهِۦ مُوسَىٰ نُورٗا وَهُدٗى لِّلنَّاسِۖ تَجۡعَلُونَهُۥ قَرَاطِيسَ تُبۡدُونَهَا وَتُخۡفُونَ كَثِيرٗاۖ وَعُلِّمۡتُم مَّا لَمۡ تَعۡلَمُوٓاْ أَنتُمۡ وَلَآ ءَابَآؤُكُمۡۖ قُلِ ٱللَّهُۖ ثُمَّ ذَرۡهُمۡ فِي خَوۡضِهِمۡ يَلۡعَبُونَ ﴿٩١﴾

◉

Tərcümə

Onlar: “Allah insana heç bir şey nazil etməmişdir”– de­mək­lə Allahı la­yiqincə qiy­mət­ləndirmədilər. De: “Mu­sa­nın in­sanlar üçün nur və doğru yolu göstərən rəhbər olaraq gətir­di­yi Kitabı kim nazil et­mişdir? Siz onu kağızlara yazıb bir qis­mini göstərir, ço­xu­nu isə giz­lə­dirsiniz. Axı, sizin də, ata­la­rı­nı­zın da bil­mədiyiniz şey­lər si­zə öy­rədilmiş­dir”. Sən: “Allah!”– de, sonra da onları bu­rax ki, öz boşboğazlıq­ları ilə əylən­sin­lər.
— Alikhan Musayev
Onlar (yəhudilər): “Allah heç bir bəşərə bir şey (Qur’an) nazil etməmişdir”, - deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: “Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı (Tövratı) kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb göstərir, bir çoxunu da gizlədirsiniz. (Əslində) siz (Qur’an vasitəsilə) özünüzün və atalarınızın bilmədiklərini öyrənmiş olursunuz. (Ya Rəsulum!) Sən: “Allah!” deyib çağır, sonra da onları burax ki, düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar. (Özlərinin dedi-qodularında, pis işlərində və yaramaz əqidələrində davam etsinlər).
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞