quranm◉

Surə Al-An'am 6:94

وَلَقَدۡ جِئۡتُمُونَا فُرَٰدَىٰ كَمَا خَلَقۡنَٰكُمۡ أَوَّلَ مَرَّةٖ وَتَرَكۡتُم مَّا خَوَّلۡنَٰكُمۡ وَرَآءَ ظُهُورِكُمۡۖ وَمَا نَرَىٰ مَعَكُمۡ شُفَعَآءَكُمُ ٱلَّذِينَ زَعَمۡتُمۡ أَنَّهُمۡ فِيكُمۡ شُرَكَـٰٓؤُاْۚ لَقَد تَّقَطَّعَ بَيۡنَكُمۡ وَضَلَّ عَنكُم مَّا كُنتُمۡ تَزۡعُمُونَ ﴿٩٤﴾

◉

Tərcümə

Hüzurumuza ilk dəfə si­zi xəlq etdiyimiz kimi tək-tən­ha, həm də sizə verdiyimiz ne­mətləri arxanızda qoyub gəl­di­niz. Öz ara­nızda Allaha şərik say­dığınız şə­faət­çilərinizi də ya­nı­nızda gör­mü­rük. Artıq ara­nız­da əlaqə qırıl­mış, iddia et­di­yi­niz məbudlar isə sizdən uzaq­laşmışdır.
— Alikhan Musayev
Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimiz (var-dövləti, əhli-əyalı) arxanızda (dünyada) qoyub gəlmisiniz. Artıq sizin (vaxtı ilə) öz aranızda Allahın şərikləri iddia etdiyiniz şəfaətçilərinizi görmürük. Artıq aranızdakı (rabitə) qırılmış və (Allaha şərik) iddia etdikləriniz (bütlər) də sizdən (uzaqlaşıb) qeyb olmuşdur.
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞