quranm◉

Surə Al-An'am 6:93

وَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ قَالَ أُوحِيَ إِلَيَّ وَلَمۡ يُوحَ إِلَيۡهِ شَيۡءٞ وَمَن قَالَ سَأُنزِلُ مِثۡلَ مَآ أَنزَلَ ٱللَّهُۗ وَلَوۡ تَرَىٰٓ إِذِ ٱلظَّـٰلِمُونَ فِي غَمَرَٰتِ ٱلۡمَوۡتِ وَٱلۡمَلَـٰٓئِكَةُ بَاسِطُوٓاْ أَيۡدِيهِمۡ أَخۡرِجُوٓاْ أَنفُسَكُمُۖ ٱلۡيَوۡمَ تُجۡزَوۡنَ عَذَابَ ٱلۡهُونِ بِمَا كُنتُمۡ تَقُولُونَ عَلَى ٱللَّهِ غَيۡرَ ٱلۡحَقِّ وَكُنتُمۡ عَنۡ ءَايَٰتِهِۦ تَسۡتَكۡبِرُونَ ﴿٩٣﴾

◉

Tərcümə

Allaha qarşı yalan uy­du­­randan və ya özünə vəhy olun­ma­dı­ğı halda: “Mə­nə də vəhy olun­muşdur”– söylə­yəndən və: “Mən də Allahın nazil et­di­yi­nin bənzə­rini endirəcəyəm”– deyən­dən da­ha zalım kim ola bilər? Zalımları ölüm girda­bın­da olduqda, mə­lək­lərin də əl­lərini uzadıb: “Canları­nızı çı­xarın! Allaha qarşı na­haq söz­lər söylədiyinizə və Onun ayə­lərinə təkəbbür göstərdiyi­ni­zə gö­rə bu gün siz cəzalan­dırı­la­caq­sı­nız!”– dediklərini bircə gö­rəy­din.
— Alikhan Musayev
Allaha iftira yaxan, özünə heç bir vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur, mən də Allahın nazil etdiyi (Qur’an) kimi bir kitab endirəcəyəm”, - deyən şəxsdən daha zalım kim ola bilər? Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞