quranm◉

Surə At-Talaq 65:4

وَٱلَّـٰٓـِٔي يَئِسۡنَ مِنَ ٱلۡمَحِيضِ مِن نِّسَآئِكُمۡ إِنِ ٱرۡتَبۡتُمۡ فَعِدَّتُهُنَّ ثَلَٰثَةُ أَشۡهُرٖ وَٱلَّـٰٓـِٔي لَمۡ يَحِضۡنَۚ وَأُوْلَٰتُ ٱلۡأَحۡمَالِ أَجَلُهُنَّ أَن يَضَعۡنَ حَمۡلَهُنَّۚ وَمَن يَتَّقِ ٱللَّهَ يَجۡعَل لَّهُۥ مِنۡ أَمۡرِهِۦ يُسۡرٗا ﴿٤﴾

◉

Tərcümə

Heyzdən kəsilmiş yaşlı qadınla­rı­nızın iddəsi barəsində şüb­hə­niz varsa, onların, eləcə də hələ heyz görməmiş qızla­rın gözləmə müd­dəti üç aydır. Ha­milə qadınların gözləmə müd­dəti isə onlar ha­miləlikdən azad olana qədər­dir. Kim Allah­dan qorxarsa, Allah onun işini asan­laşdırar.
— Alikhan Musayev
(Yaşa dolmaqla) heyzdən kəsilmiş qadınlarınız (onların gözləmə müddəti) barədə şübhə etsəniz, (bilin ki) onların və həmçinin (yaşları müsaid olmadığı üçün) hələ heyz görməmiş olanların (heyz görməmiş gənc övrətlərinizin) gözləmə müddəti üç aydır (bu müddət başa çatdıqdan sonra başqası ilə evlənə bilərlər). Hamilə qadınların gözləmə müddəti isə onlar bari-həmlini yerə qoyduqda başa çatır. Kim Allahdan qorxsa, Allah onun işini (dünya və axirətdə) asan edər.
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞