quranm◉

Mövzular · az (Səhifə 5)

211 Ayə · Mövzular · az

An-Naml 27:62

أَمَّن يُجِيبُ ٱلۡمُضۡطَرَّ إِذَا دَعَاهُ وَيَكۡشِفُ ٱلسُّوٓءَ وَيَجۡعَلُكُمۡ خُلَفَآءَ ٱلۡأَرۡضِۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ قَلِيلٗا مَّا تَذَكَّرُونَ ﴿٦٢﴾

Bütlər yaxşıdır, yoxsa darda qalan kimsə yal­vardığı za­man ona cavab ve­rən, şəri so­vuşduran və sizi yer üzü­nün varisləri edən Allah?! Heç Allahla yanaşı başqa bir mə­budmu var? Siz necə də az dü­şünürsü­nüz?

Fatir 35:2

مَّا يَفۡتَحِ ٱللَّهُ لِلنَّاسِ مِن رَّحۡمَةٖ فَلَا مُمۡسِكَ لَهَاۖ وَمَا يُمۡسِكۡ فَلَا مُرۡسِلَ لَهُۥ مِنۢ بَعۡدِهِۦۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿٢﴾

Allah insanlara mərhə­mə­tindən nəyi nəsib edərsə, heç kəs onun qarşı­sı­nı ala bil­məz. Onun göndərmədiyi bir şeyi də Ondan baş­qa heç kəs verə bil­məz. O, Qüdrətlidir, Hikmət sahibidir.

An-Nahl 16:69

ثُمَّ كُلِي مِن كُلِّ ٱلثَّمَرَٰتِ فَٱسۡلُكِي سُبُلَ رَبِّكِ ذُلُلٗاۚ يَخۡرُجُ مِنۢ بُطُونِهَا شَرَابٞ مُّخۡتَلِفٌ أَلۡوَٰنُهُۥ فِيهِ شِفَآءٞ لِّلنَّاسِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ ﴿٦٩﴾

Sonra bütün meyvələr­dən ye və Rəbbinin səndən ötrü asan­laş­dır­dığı yol­larla get”. O arıların qarınlarından tər­ki­bin­də insan­lar üçün şəfa olan müx­tə­lif rəngli bal çıxır. Həqi­qə­tən, bunda dü­şü­nən bir qövm üçün dəlillər vardır.

Al-Hajj 22:20

يُصۡهَرُ بِهِۦ مَا فِي بُطُونِهِمۡ وَٱلۡجُلُودُ ﴿٢٠﴾

Bununla, onların bətn­lə­rin­də­ki­ləri və dərisi əridilə­cək­dir.

Ad-Dukhan 44:43

إِنَّ شَجَرَتَ ٱلزَّقُّومِ ﴿٤٣﴾

Həqiqətən, Cəhənnəmdəki zəqqum ağacı

Ad-Dukhan 44:44

طَعَامُ ٱلۡأَثِيمِ ﴿٤٤﴾

günahkar adamın yemə­yidir.

Ad-Dukhan 44:45

كَٱلۡمُهۡلِ يَغۡلِي فِي ٱلۡبُطُونِ ﴿٤٥﴾

Əridilmiş yağın çökün­tü­sü kimi qarınlarda qaynayar –

As-Saffat 37:143

فَلَوۡلَآ أَنَّهُۥ كَانَ مِنَ ٱلۡمُسَبِّحِينَ ﴿١٤٣﴾

Əgər o, Allaha tərif de­yən­lər­dən olmasaydı,

As-Saffat 37:144

لَلَبِثَ فِي بَطۡنِهِۦٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ ﴿١٤٤﴾

balığın qarnında Qiya­mət gü­nü­nə qədər qalardı.

At-Talaq 65:4

وَٱلَّـٰٓـِٔي يَئِسۡنَ مِنَ ٱلۡمَحِيضِ مِن نِّسَآئِكُمۡ إِنِ ٱرۡتَبۡتُمۡ فَعِدَّتُهُنَّ ثَلَٰثَةُ أَشۡهُرٖ وَٱلَّـٰٓـِٔي لَمۡ يَحِضۡنَۚ وَأُوْلَٰتُ ٱلۡأَحۡمَالِ أَجَلُهُنَّ أَن يَضَعۡنَ حَمۡلَهُنَّۚ وَمَن يَتَّقِ ٱللَّهَ يَجۡعَل لَّهُۥ مِنۡ أَمۡرِهِۦ يُسۡرٗا ﴿٤﴾

Heyzdən kəsilmiş yaşlı qadınla­rı­nızın iddəsi barəsində şüb­hə­niz varsa, onların, eləcə də hələ heyz görməmiş qızla­rın gözləmə müd­dəti üç aydır. Ha­milə qadınların gözləmə müd­dəti isə onlar ha­miləlikdən azad olana qədər­dir. Kim Allah­dan qorxarsa, Allah onun işini asan­laşdırar.

Luqman 31:16

يَٰبُنَيَّ إِنَّهَآ إِن تَكُ مِثۡقَالَ حَبَّةٖ مِّنۡ خَرۡدَلٖ فَتَكُن فِي صَخۡرَةٍ أَوۡ فِي ٱلسَّمَٰوَٰتِ أَوۡ فِي ٱلۡأَرۡضِ يَأۡتِ بِهَا ٱللَّهُۚ إِنَّ ٱللَّهَ لَطِيفٌ خَبِيرٞ ﴿١٦﴾

Loğman dedi: “Oğlum! Gördüyün iş bir xardal dənəsi ağırlı­ğın­da olsa da, bir qaya­nın içində, yaxud göylərdə və ya yerin di­bin­də olsa da, Allah onu aş­kar edər. Həqiqətən, Allah Lətifdir, Xə­bər­dardır.

Mövzular