quranm◉

Surə Al-Muddaththir 74:31

وَمَا جَعَلۡنَآ أَصۡحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَـٰٓئِكَةٗۖ وَمَا جَعَلۡنَا عِدَّتَهُمۡ إِلَّا فِتۡنَةٗ لِّلَّذِينَ كَفَرُواْ لِيَسۡتَيۡقِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَيَزۡدَادَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِيمَٰنٗا وَلَا يَرۡتَابَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡمُؤۡمِنُونَ وَلِيَقُولَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَمَا يَعۡلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَۚ وَمَا هِيَ إِلَّا ذِكۡرَىٰ لِلۡبَشَرِ ﴿٣١﴾

◉

Tərcümə

Biz Cəhənnəm gözətçi­lərini yal­nız mələklər­dən etdik və on­la­rın sa­yını on doqquz et­dik ki, bu, kafir­lər üçün ancaq bir sınaq ol­sun, özlə­rinə Kitab verilənlər yəqinlik hasil etsin­lər, iman gə­ti­rən­lə­rin ima­nı art­sın, Kitab ve­rilən­lər və mö­min­lər haqqa şübhə etmə­sin­lər və qəlblərində xəs­təlik olanlar və kafir­lər: “Allah bu mə­səllə nə demək istə­yir?”– desinlər. Allah istədiyi kimsəni belə az­dırır, is­­tədiyini də doğru yola yönəl­dir. Sə­nin Rəbbinin qo­şunları ba­rə­də yal­nız Özü bilir. Bu, bə­şəriyyət üçün ancaq bir xatır­latmadır.
— Alikhan Musayev
Biz cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi, kitab verilənlərin yəqinlik hasil etməsi (çünki onların kitablarında bu mələklərin sayı on doqquzdur), iman gətirənlərin imanının daha da artması, kitab əhlinin və mö’minlərin (bununla əlaqədar Muhəmməd əleyhissəlam barəsində) şübhəyə düşməməsi, həmçinin qəlblərində mərəz (nifaq və şəkk mərəzi) olanların və kafirlərin: “Allah bu misalla nə demək istəyir?” – demələri üçün (on doqquz) etdik. Allah istədiyi kimsəni (haqq yoldan) belə sapdırır və istədiyini də doğru yola salır. Rəbbinin ordularını özündən başqası bilməz. Bu (vəsf olunan Səqər) insanlar üçün ancaq bir öyüd-nəsihətdir!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞