quranm◉

Hizb 11

Range
from 4:163 to 5:40
Surahs covered
Tərcümə
54 Tərcümə

◉

4:163

إِنَّآ أَوۡحَيۡنَآ إِلَيۡكَ كَمَآ أَوۡحَيۡنَآ إِلَىٰ نُوحٖ وَٱلنَّبِيِّـۧنَ مِنۢ بَعۡدِهِۦۚ وَأَوۡحَيۡنَآ إِلَىٰٓ إِبۡرَٰهِيمَ وَإِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ وَٱلۡأَسۡبَاطِ وَعِيسَىٰ وَأَيُّوبَ وَيُونُسَ وَهَٰرُونَ وَسُلَيۡمَٰنَۚ وَءَاتَيۡنَا دَاوُۥدَ زَبُورٗا ﴿163﴾

Biz Nuha və ondan son­ra­kı pey­ğəmbərlərə vəhy etdi­yi­miz kimi, sənə də vəhy etdik. Biz İb­rahimə, İsmailə, İs­ha­qa, Yaquba və onun nəslinə, İsa­ya, Əy­yuba, Yunusa, Haruna və Süley­ma­na da vəhy etdik. Da­vuda da Zəbu­ru ver­dik.

4:164

وَرُسُلٗا قَدۡ قَصَصۡنَٰهُمۡ عَلَيۡكَ مِن قَبۡلُ وَرُسُلٗا لَّمۡ نَقۡصُصۡهُمۡ عَلَيۡكَۚ وَكَلَّمَ ٱللَّهُ مُوسَىٰ تَكۡلِيمٗا ﴿164﴾

Elçilərin bir qisimi ba­rə­sində daha öncə sənə xəbər verdik, digərləri barə­sin­də isə sənə heç nə söyləmədik. Və Allah Mu­sa ilə söz­lə (vasitəsiz) da­nışdı.

4:165

رُّسُلٗا مُّبَشِّرِينَ وَمُنذِرِينَ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَى ٱللَّهِ حُجَّةُۢ بَعۡدَ ٱلرُّسُلِۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمٗا ﴿165﴾

Biz müjdə verən və qor­xu­dan el­çilər göndərdik ki, in­san­la­rın elçilərdən sonra Alla­ha qarşı bir bəhanəsi olma­sın. Allah qüd­­rətlidir, hikmət sahibidir.

4:166

لَّـٰكِنِ ٱللَّهُ يَشۡهَدُ بِمَآ أَنزَلَ إِلَيۡكَۖ أَنزَلَهُۥ بِعِلۡمِهِۦۖ وَٱلۡمَلَـٰٓئِكَةُ يَشۡهَدُونَۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدًا ﴿166﴾

Fəqət Allah sənə nazil et­diyinə şahidlik edər. O, bu Qura­nı Öz elmi ilə nazil etdi. Mələklər də buna şahidlik edərlər. Şahid ola­raq Allah yetər.

4:167

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ قَدۡ ضَلُّواْ ضَلَٰلَۢا بَعِيدًا ﴿167﴾

Küfr edən və insanları Allah yolun­dan sapdı­ran kim­sələr, şübhəsiz ki, də­rin bir azğın­lı­ğa düş­müşlər.

4:168

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَظَلَمُواْ لَمۡ يَكُنِ ٱللَّهُ لِيَغۡفِرَ لَهُمۡ وَلَا لِيَهۡدِيَهُمۡ طَرِيقًا ﴿168﴾

Kafirləri və zalımları Allah əsla ba­ğışlamaz və doğ­ru yola yönəlt­mə­z.

4:169

إِلَّا طَرِيقَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٗا ﴿169﴾

İçərisində əbədi qala­ca­q­ları Cə­hən­nəm yolundan baş­qa. Bu isə Allah üçün çox asandır.

4:170

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ قَدۡ جَآءَكُمُ ٱلرَّسُولُ بِٱلۡحَقِّ مِن رَّبِّكُمۡ فَـَٔامِنُواْ خَيۡرٗا لَّكُمۡۚ وَإِن تَكۡفُرُواْ فَإِنَّ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمٗا ﴿170﴾

Ey insanlar! Pey­ğəm­bər sizə Rəb­binizdən haq­qı gətirdi. Elə isə ona iman gə­ti­rin! Bu si­zin üçün xeyirli olar. Əgər küfr et­sə­niz, şübhəsiz ki, göylər­də və yerdə nə varsa, Allaha məxsus­dur. Allah hər şeyi bi­lən­­dir, hikmət sahibidir.

4:171

يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لَا تَغۡلُواْ فِي دِينِكُمۡ وَلَا تَقُولُواْ عَلَى ٱللَّهِ إِلَّا ٱلۡحَقَّۚ إِنَّمَا ٱلۡمَسِيحُ عِيسَى ٱبۡنُ مَرۡيَمَ رَسُولُ ٱللَّهِ وَكَلِمَتُهُۥٓ أَلۡقَىٰهَآ إِلَىٰ مَرۡيَمَ وَرُوحٞ مِّنۡهُۖ فَـَٔامِنُواْ بِٱللَّهِ وَرُسُلِهِۦۖ وَلَا تَقُولُواْ ثَلَٰثَةٌۚ ٱنتَهُواْ خَيۡرٗا لَّكُمۡۚ إِنَّمَا ٱللَّهُ إِلَٰهٞ وَٰحِدٞۖ سُبۡحَٰنَهُۥٓ أَن يَكُونَ لَهُۥ وَلَدٞۘ لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلٗا ﴿171﴾

Ey Kitab əhli! Dini­niz­də ifrata varmayın və Allah ba­­rə­sin­də hə­qi­qətdən başqa bir şey söyləməyin. Məryəm oğ­lu İsa Məsih an­caq Allahın el­çisi, Onun Məryəmə gön­dər­diyi “Ol!” kəlməsi və Onun tə­rə­fin­dən gön­dərilən bir ruh­dur. Allaha və Onun el­çilə­rinə iman gətirin və: “Tanrı üç­dür!” de­məyin. Batil əqidə­nizə son qo­yun! Bu sizin üçün xe­yir­li olar. Həqi­qə­tən, Allah Tək İlahdır! O, pak­dır, mü­qəd­dəs­dir, övladı ol­maqdan uzaq­­dır. Göy­lərdə və yerdə nə var­sa, Ona məx­susdur. Vəkil ola­raq Allah yetər.

4:172

لَّن يَسۡتَنكِفَ ٱلۡمَسِيحُ أَن يَكُونَ عَبۡدٗا لِّلَّهِ وَلَا ٱلۡمَلَـٰٓئِكَةُ ٱلۡمُقَرَّبُونَۚ وَمَن يَسۡتَنكِفۡ عَنۡ عِبَادَتِهِۦ وَيَسۡتَكۡبِرۡ فَسَيَحۡشُرُهُمۡ إِلَيۡهِ جَمِيعٗا ﴿172﴾

Nə İsa Məsih Allahın qu­lu ol­ma­ğı özünə ar bilər, nə də Alla­ha yaxın olan mələklər. Allah Ona ibadət etməyi özlə­rinə ar bi­lənlərin və təkəbbür­lük gös­tə­rən­lərin hamısını Öz hüzuruna top­laya­caqdır.

4:173

فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ فَيُوَفِّيهِمۡ أُجُورَهُمۡ وَيَزِيدُهُم مِّن فَضۡلِهِۦۖ وَأَمَّا ٱلَّذِينَ ٱسۡتَنكَفُواْ وَٱسۡتَكۡبَرُواْ فَيُعَذِّبُهُمۡ عَذَابًا أَلِيمٗا وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ ٱللَّهِ وَلِيّٗا وَلَا نَصِيرٗا ﴿173﴾

İman gətirib xeyirxah iş­lər gö­rənlərə gəlincə, Allah on­ların mü­ka­fatlarını tam olaraq ve­rə­cək və Öz lütfündən on­lar üçün is­tə­diyi qədər artıracaq­dır. Alla­ha iba­dət etməyi özlə­rinə ar bilənlərə və təkəbbürlük gös­tə­rənlərə gə­lin­cə, Allah on­ları ağ­rılı-acılı bir əzaba düçar edə­cək­dir. Onlar özlərinə Allahdan başqa nə bir dost, nə də bir yar­dımçı tapa­ bilərlər.

4:174

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ قَدۡ جَآءَكُم بُرۡهَٰنٞ مِّن رَّبِّكُمۡ وَأَنزَلۡنَآ إِلَيۡكُمۡ نُورٗا مُّبِينٗا ﴿174﴾

Ey insanlar! Rəb­bi­niz­dən sizə bir dəlil gəldi və Biz sizə aydın bir nur (Quran) na­zil etdik.

4:175

فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ بِٱللَّهِ وَٱعۡتَصَمُواْ بِهِۦ فَسَيُدۡخِلُهُمۡ فِي رَحۡمَةٖ مِّنۡهُ وَفَضۡلٖ وَيَهۡدِيهِمۡ إِلَيۡهِ صِرَٰطٗا مُّسۡتَقِيمٗا ﴿175﴾

Allaha iman gətirən və On­dan möhkəm yapışan şəxslərə gəlincə, Allah onları Öz rəhmətinə və lüt­fünə qo­vuşduracaq və on­ları Özünə tə­rəf gedən düz yola yö­nəldə­cək­dir.

4:176

يَسۡتَفۡتُونَكَ قُلِ ٱللَّهُ يُفۡتِيكُمۡ فِي ٱلۡكَلَٰلَةِۚ إِنِ ٱمۡرُؤٌاْ هَلَكَ لَيۡسَ لَهُۥ وَلَدٞ وَلَهُۥٓ أُخۡتٞ فَلَهَا نِصۡفُ مَا تَرَكَۚ وَهُوَ يَرِثُهَآ إِن لَّمۡ يَكُن لَّهَا وَلَدٞۚ فَإِن كَانَتَا ٱثۡنَتَيۡنِ فَلَهُمَا ٱلثُّلُثَانِ مِمَّا تَرَكَۚ وَإِن كَانُوٓاْ إِخۡوَةٗ رِّجَالٗا وَنِسَآءٗ فَلِلذَّكَرِ مِثۡلُ حَظِّ ٱلۡأُنثَيَيۡنِۗ يُبَيِّنُ ٱللَّهُ لَكُمۡ أَن تَضِلُّواْۗ وَٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمُۢ ﴿176﴾

Səndən fitva istəyirlər. De: “Va­li­­deyni və övladı ol­ma­yan kə­sin mirası ba­­rəsində fit­vanı sizə Allah verir: “Öv­ladı ol­ma­yan şəxs öldükdə onun bacı­sı varsa, qoyub get­diyinin ya­rı­sı ba­cı­ya ça­tır. Əgər ölmüş bacının öv­ladı yox­dur­sa, qar­daşı ona varis olur. Əgər va­ris­lər iki bacıdırsa, ölən qardaşın qo­­yub getdiyi­nin üçdə iki his­səsi on­­lara çatır. Əgər varislər qardaş və bacılar­dır­sa, ki­şiyə iki qadı­nın pa­yı qədər pay dü­­şür.” Allah bunu sizə bəyan edir ki, haqq yoldan sapmayası­nız. Allah hər şeyi bi­lir.

5:1

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَوۡفُواْ بِٱلۡعُقُودِۚ أُحِلَّتۡ لَكُم بَهِيمَةُ ٱلۡأَنۡعَٰمِ إِلَّا مَا يُتۡلَىٰ عَلَيۡكُمۡ غَيۡرَ مُحِلِّي ٱلصَّيۡدِ وَأَنتُمۡ حُرُمٌۗ إِنَّ ٱللَّهَ يَحۡكُمُ مَا يُرِيدُ ﴿1﴾

Ey iman gətirənlər! Əhd­ləri­nizi ye­rinə yetirin. İh­ram­da ikən ov ovlamaq qadağan edilməklə yanaşı, adları sizə bil­di­ri­lə­cək hey­vanlar da istisna olmaqla, di­gər hey­van­lar si­zə halal edildi. Həqi­qətən, Allah is­tədiyi hök­mü verir.

5:2

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُحِلُّواْ شَعَـٰٓئِرَ ٱللَّهِ وَلَا ٱلشَّهۡرَ ٱلۡحَرَامَ وَلَا ٱلۡهَدۡيَ وَلَا ٱلۡقَلَـٰٓئِدَ وَلَآ ءَآمِّينَ ٱلۡبَيۡتَ ٱلۡحَرَامَ يَبۡتَغُونَ فَضۡلٗا مِّن رَّبِّهِمۡ وَرِضۡوَٰنٗاۚ وَإِذَا حَلَلۡتُمۡ فَٱصۡطَادُواْۚ وَلَا يَجۡرِمَنَّكُمۡ شَنَـَٔانُ قَوۡمٍ أَن صَدُّوكُمۡ عَنِ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ أَن تَعۡتَدُواْۘ وَتَعَاوَنُواْ عَلَى ٱلۡبِرِّ وَٱلتَّقۡوَىٰۖ وَلَا تَعَاوَنُواْ عَلَى ٱلۡإِثۡمِ وَٱلۡعُدۡوَٰنِۚ وَٱتَّقُواْ ٱللَّهَۖ إِنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ ﴿2﴾

Ey iman gətirənlər! Alla­hın nişa­nə­lərinə, haram aya, qurban­lıq heyvana, boynuna nişan ta­xılmış qurbanlıq hey­van­lara, Rəbbi­nin lüt­fünü və razı­lı­ğını di­lə­yə­rək Bey­tulha­ra­ma gələnlərə qarşı hör­mət­siz­lik et­məyin. İh­ramdan çıxdığınız za­man ov edə bilərsi­niz. Sizi Məs­ci­dul­ha­rama da­xil ol­­mağa qoy­ma­yan camaata qarşı olan kin-küdu­rət sizi təca­vüz etməyə sövq et­mə­sin. Yaxşılıq et­mək­də və Allahdan qorxub pis əməllərdən çəkinməkdə bir-biri­nizə yar­­­dım edin. Günah iş­lər görmək­də və düşmənçilik et­mək­də bir-bi­ri­nizə yardım etməyin. Allah­dan qor­xun. Hə­qiqətən, Allah cəzası şid­­dət­lidir.

5:3

حُرِّمَتۡ عَلَيۡكُمُ ٱلۡمَيۡتَةُ وَٱلدَّمُ وَلَحۡمُ ٱلۡخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيۡرِ ٱللَّهِ بِهِۦ وَٱلۡمُنۡخَنِقَةُ وَٱلۡمَوۡقُوذَةُ وَٱلۡمُتَرَدِّيَةُ وَٱلنَّطِيحَةُ وَمَآ أَكَلَ ٱلسَّبُعُ إِلَّا مَا ذَكَّيۡتُمۡ وَمَا ذُبِحَ عَلَى ٱلنُّصُبِ وَأَن تَسۡتَقۡسِمُواْ بِٱلۡأَزۡلَٰمِۚ ذَٰلِكُمۡ فِسۡقٌۗ ٱلۡيَوۡمَ يَئِسَ ٱلَّذِينَ كَفَرُواْ مِن دِينِكُمۡ فَلَا تَخۡشَوۡهُمۡ وَٱخۡشَوۡنِۚ ٱلۡيَوۡمَ أَكۡمَلۡتُ لَكُمۡ دِينَكُمۡ وَأَتۡمَمۡتُ عَلَيۡكُمۡ نِعۡمَتِي وَرَضِيتُ لَكُمُ ٱلۡإِسۡلَٰمَ دِينٗاۚ فَمَنِ ٱضۡطُرَّ فِي مَخۡمَصَةٍ غَيۡرَ مُتَجَانِفٖ لِّإِثۡمٖ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ﴿3﴾

Leş, qan, donuz əti, Allah­dan baş­qa­sının adı ilə kəsil­miş, bo­ğul­muş, ağac, daş və s. bu kimi şeylərlə vurulub öldürül­müş, hün­dür bir yerdən yı­xı­lıb gə­bər­­miş, buy­nuzlanıb öl­­müş, yır­tıcı hey­van tə­rə­fin­dən parçala­nıb ye­yil­miş – öl­mə­miş kəsdikləriniz is­tisnadır – dik qoyulmuş daşlar (büt­­lər) üzə­rində kəsilmiş hey­van­lar və fal ox­ları ilə qismət ax­tar­manız sizə haram edildi. Bun­lar gü­nah­dır. Bu gün kafir­lər di­­ninizdən (onu yox etməkdən) ümidlərini kəsdi­lər. Elə isə on­lar­dan qorx­ma­yın, Mən­dən qorxun. Bu gün dininizi sizin üçün ka­mil et­dim, sizə olan nemətimi ta­mam­ladım və sizin üçün din olaraq İslamı bəyəndim. Kim aclıq üzündən çarəsiz qa­lar­sa, gü­naha meyl et­mə­yə­rək, haram edilmiş ətlərdən yeyə bilər. Çün­ki Allah ba­ğışla­yandır, rəhmlidir.

5:4

يَسۡـَٔلُونَكَ مَاذَآ أُحِلَّ لَهُمۡۖ قُلۡ أُحِلَّ لَكُمُ ٱلطَّيِّبَٰتُ وَمَا عَلَّمۡتُم مِّنَ ٱلۡجَوَارِحِ مُكَلِّبِينَ تُعَلِّمُونَهُنَّ مِمَّا عَلَّمَكُمُ ٱللَّهُۖ فَكُلُواْ مِمَّآ أَمۡسَكۡنَ عَلَيۡكُمۡ وَٱذۡكُرُواْ ٱسۡمَ ٱللَّهِ عَلَيۡهِۖ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلۡحِسَابِ ﴿4﴾

Səndən özlərinə nəyin ha­lal edildi­yi­ni soruşurlar. De: “Tə­miz ne­mətlər və Allahın si­zə öyrət­di­yindən təlim edib əh­li­ləş­dir­di­­yiniz yır­tıcı heyvan­la­rın ovla­dıq­ları sizə halal edildi. On­­ların si­zin üçün tutub gətirdiklərin­dən yeyin və ova gön­dərərkən onların üzərinə Alla­hın adını çəkin. Allahdan qor­­xun! Şüb­həsiz ki, Allah tez haqq-hesab çəkən­dir.”

5:5

ٱلۡيَوۡمَ أُحِلَّ لَكُمُ ٱلطَّيِّبَٰتُۖ وَطَعَامُ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ حِلّٞ لَّكُمۡ وَطَعَامُكُمۡ حِلّٞ لَّهُمۡۖ وَٱلۡمُحۡصَنَٰتُ مِنَ ٱلۡمُؤۡمِنَٰتِ وَٱلۡمُحۡصَنَٰتُ مِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ مِن قَبۡلِكُمۡ إِذَآ ءَاتَيۡتُمُوهُنَّ أُجُورَهُنَّ مُحۡصِنِينَ غَيۡرَ مُسَٰفِحِينَ وَلَا مُتَّخِذِيٓ أَخۡدَانٖۗ وَمَن يَكۡفُرۡ بِٱلۡإِيمَٰنِ فَقَدۡ حَبِطَ عَمَلُهُۥ وَهُوَ فِي ٱلۡأٓخِرَةِ مِنَ ٱلۡخَٰسِرِينَ ﴿5﴾

Bu gün pak ne­mətlər sizə ha­lal edildi. Kitab verilənlərin ye­mək­ləri sizə halal, sizin ye­mək­ləriniz də onlara ha­laldır. Mö­min qadınlardan ismətli olanlar və sizdən öncə Kitab verilənlər­dən is­mətli qa­dın­la­r, mehr­­ləri­ni verdiyiniz təq­dir­də, namuslu olub zina­karlıq et­mə­mək və aş­na saxlamamaq şər­ti ilə sizə ha­lal­dır. İmanı inkar edə­nin əməlləri boşa çıxar və o, axi­rət­də ziyana uğrayan­lar­dan olar.

5:6

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا قُمۡتُمۡ إِلَى ٱلصَّلَوٰةِ فَٱغۡسِلُواْ وُجُوهَكُمۡ وَأَيۡدِيَكُمۡ إِلَى ٱلۡمَرَافِقِ وَٱمۡسَحُواْ بِرُءُوسِكُمۡ وَأَرۡجُلَكُمۡ إِلَى ٱلۡكَعۡبَيۡنِۚ وَإِن كُنتُمۡ جُنُبٗا فَٱطَّهَّرُواْۚ وَإِن كُنتُم مَّرۡضَىٰٓ أَوۡ عَلَىٰ سَفَرٍ أَوۡ جَآءَ أَحَدٞ مِّنكُم مِّنَ ٱلۡغَآئِطِ أَوۡ لَٰمَسۡتُمُ ٱلنِّسَآءَ فَلَمۡ تَجِدُواْ مَآءٗ فَتَيَمَّمُواْ صَعِيدٗا طَيِّبٗا فَٱمۡسَحُواْ بِوُجُوهِكُمۡ وَأَيۡدِيكُم مِّنۡهُۚ مَا يُرِيدُ ٱللَّهُ لِيَجۡعَلَ عَلَيۡكُم مِّنۡ حَرَجٖ وَلَٰكِن يُرِيدُ لِيُطَهِّرَكُمۡ وَلِيُتِمَّ نِعۡمَتَهُۥ عَلَيۡكُمۡ لَعَلَّكُمۡ تَشۡكُرُونَ ﴿6﴾

Ey iman gətirənlər! Na­ma­za qalxdığınız zaman üzünüzü və dir­­sək­lərə qə­dər əl­lə­rinizi yu­yun, ba­şı­nıza məsh çəkin və topuq­lara qə­dər ayaqlarınızı yuyun. Əgər cunub olmusunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə ol­­sanız, ya­xud siz­lər­dən biri ayaq­yolun­dan gəlibsə və ya qadın­la­rla yaxınlıq etmisinizsə, su tapma­sa­nız, tə­miz torpaqla təyəm­müm edin və ondan üzünüzə və əl­lə­ri­ni­zə sür­tün. Allah sizi çə­tinliyə sal­maq is­təməz, fəqət O sizi pak etmək və sizə olan ne­mətini ta­mam­la­maq istər ki, bəlkə şü­kür edə­siniz.

5:7

وَٱذۡكُرُواْ نِعۡمَةَ ٱللَّهِ عَلَيۡكُمۡ وَمِيثَٰقَهُ ٱلَّذِي وَاثَقَكُم بِهِۦٓ إِذۡ قُلۡتُمۡ سَمِعۡنَا وَأَطَعۡنَاۖ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿7﴾

Allahın sizə olan nemətini və: “Eşitdik və ita­ət etdik!”– de­diyiniz za­man si­zin­lə bağladığı əhdi xa­tırlayın. Allah­­dan qor­xun! Şüb­hə­siz ki, O, köks­­lərdə olan­ları bilir.

5:8

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُونُواْ قَوَّـٰمِينَ لِلَّهِ شُهَدَآءَ بِٱلۡقِسۡطِۖ وَلَا يَجۡرِمَنَّكُمۡ شَنَـَٔانُ قَوۡمٍ عَلَىٰٓ أَلَّا تَعۡدِلُواْۚ ٱعۡدِلُواْ هُوَ أَقۡرَبُ لِلتَّقۡوَىٰۖ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ ﴿8﴾

Ey iman gətirənlər! Allah üçün haqqı qoru­yan, ədalətlə şa­hid­lik edən kimsələr olun. Bir qövmə qarşı olan kin-küdu­rət sizi əda­lət­siz­li­yə sövq etmə­sin. Əda­lətli olun! Bu, təqvaya daha ya­xındır. Allah­dan qorxun! Şüb­həsiz ki, Allah nə etdik­ləriniz­dən xəbərdar­dır.

5:9

وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَهُم مَّغۡفِرَةٞ وَأَجۡرٌ عَظِيمٞ ﴿9﴾

Allah iman gətirib saleh əməl­lər edənlərə vəd etmişdir ki, on­lar üçün bağışlanma və böyük mü­kafat vardır.

5:10

وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَآ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَحِيمِ ﴿10﴾

Kafir olanlara və ayələrimizi ya­lan sa­yanlara gəlincə, onlar Cəhənnəm sa­kin­­­ləridirlər.

5:11

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ هَمَّ قَوۡمٌ أَن يَبۡسُطُوٓاْ إِلَيۡكُمۡ أَيۡدِيَهُمۡ فَكَفَّ أَيۡدِيَهُمۡ عَنكُمۡۖ وَٱتَّقُواْ ٱللَّهَۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ ﴿11﴾

Ey iman gətirənlər! Alla­­hın sizə olan nemətini xatırla­yın. Bir zaman bir toplum sizə əl qal­dır­maq fikrinə düşmüşdü, Allah isə on­ların əllərini siz­dən çəkmişdi. Allahdan qor­xun! Qoy mö­min­lər Allaha tə­vəkkül etsinlər!

5:12

وَلَقَدۡ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ وَبَعَثۡنَا مِنۡهُمُ ٱثۡنَيۡ عَشَرَ نَقِيبٗاۖ وَقَالَ ٱللَّهُ إِنِّي مَعَكُمۡۖ لَئِنۡ أَقَمۡتُمُ ٱلصَّلَوٰةَ وَءَاتَيۡتُمُ ٱلزَّكَوٰةَ وَءَامَنتُم بِرُسُلِي وَعَزَّرۡتُمُوهُمۡ وَأَقۡرَضۡتُمُ ٱللَّهَ قَرۡضًا حَسَنٗا لَّأُكَفِّرَنَّ عَنكُمۡ سَيِّـَٔاتِكُمۡ وَلَأُدۡخِلَنَّكُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ فَمَن كَفَرَ بَعۡدَ ذَٰلِكَ مِنكُمۡ فَقَدۡ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ ﴿12﴾

Allah İsrail oğullarından əhd a­la­mışdı. Biz onlardan on iki başçı təyin etmiş­dik. Allah onlara demişdi: “Mən sizinləyəm. Əgər namazı doğru-düzgün qılsa­nız, zəkat versə­niz, peyğəmbərlərimə iman gətirib on­la­rı dəstəklə­sə­niz və ka­sıb­lara könüllü yardım et­məklə Alla­ha gözəl bir borc ver­sə­niz, əl­bət­tə, təqsir­ləri­nizdən ke­çər və sizi al­tından çay­lar axan cən­nətlərə daxil edərəm. Bun­dan sonra siz­lərdən kim küfr edərsə, artıq doğru yoldan az­mış­ olar.”

5:13

فَبِمَا نَقۡضِهِم مِّيثَٰقَهُمۡ لَعَنَّـٰهُمۡ وَجَعَلۡنَا قُلُوبَهُمۡ قَٰسِيَةٗۖ يُحَرِّفُونَ ٱلۡكَلِمَ عَن مَّوَاضِعِهِۦ وَنَسُواْ حَظّٗا مِّمَّا ذُكِّرُواْ بِهِۦۚ وَلَا تَزَالُ تَطَّلِعُ عَلَىٰ خَآئِنَةٖ مِّنۡهُمۡ إِلَّا قَلِيلٗا مِّنۡهُمۡۖ فَٱعۡفُ عَنۡهُمۡ وَٱصۡفَحۡۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ ﴿13﴾

İsrail oğulları verdikləri əh­di poz­duqlarına görə, Biz on­­ları lənətlədik və qəlblərini sərt­ləş­dir­dik. Onlar kitabda olan kəlmə­lə­rin yerlərini də­yişdi­rir­­lər. Onlar özlərinə öyrə­dilmiş şeylərin bir his­səsini unut­du­lar. İçərilərin­dən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcək­sən. On­ları əfv et və təqsirlərin­dən keç. Şübhəsiz ki, Allah yax­şılıq edənləri sevir.

5:14

وَمِنَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّا نَصَٰرَىٰٓ أَخَذۡنَا مِيثَٰقَهُمۡ فَنَسُواْ حَظّٗا مِّمَّا ذُكِّرُواْ بِهِۦ فَأَغۡرَيۡنَا بَيۡنَهُمُ ٱلۡعَدَاوَةَ وَٱلۡبَغۡضَآءَ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِۚ وَسَوۡفَ يُنَبِّئُهُمُ ٱللَّهُ بِمَا كَانُواْ يَصۡنَعُونَ ﴿14﴾

“Biz xaçpərəstik!”– de­yən­lərdən də əhd a­la­mışdıq. Onlar da özlərinə öy­rə­dilmiş şeylərin bir hissə­sini unutdular. Buna görə də on­ların arasına Qiya­mət günü­nə qə­dər ədavət və kin saldıq. Allah on­lara nə et­dik­ləri barədə xəbər verəcək­dir.

5:15

يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ قَدۡ جَآءَكُمۡ رَسُولُنَا يُبَيِّنُ لَكُمۡ كَثِيرٗا مِّمَّا كُنتُمۡ تُخۡفُونَ مِنَ ٱلۡكِتَٰبِ وَيَعۡفُواْ عَن كَثِيرٖۚ قَدۡ جَآءَكُم مِّنَ ٱللَّهِ نُورٞ وَكِتَٰبٞ مُّبِينٞ ﴿15﴾

Ey Kitab əhli! Sizə ki­tab­dan gizlətdiyiniz şeylərin bir çoxu­nu bə­yan edən və bir ço­xu­nun da üstün­dən keçən rəsulumuz gəl­di. Artıq sizə Allah­dan bir nur və açıq-aydın bir ki­tab gəl­di.

5:16

يَهۡدِي بِهِ ٱللَّهُ مَنِ ٱتَّبَعَ رِضۡوَٰنَهُۥ سُبُلَ ٱلسَّلَٰمِ وَيُخۡرِجُهُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ بِإِذۡنِهِۦ وَيَهۡدِيهِمۡ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ﴿16﴾

Allah, Onun rizasını ara­­yan kəs­ləri bu kitabla əmin-aman­lıq yol­larına yönəldər, on­­ları Öz izni ilə zülmət­lər­dən nura çıxarar və düz yola yö­nəl­dər.

5:17

لَّقَدۡ كَفَرَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡمَسِيحُ ٱبۡنُ مَرۡيَمَۚ قُلۡ فَمَن يَمۡلِكُ مِنَ ٱللَّهِ شَيۡـًٔا إِنۡ أَرَادَ أَن يُهۡلِكَ ٱلۡمَسِيحَ ٱبۡنَ مَرۡيَمَ وَأُمَّهُۥ وَمَن فِي ٱلۡأَرۡضِ جَمِيعٗاۗ وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَاۚ يَخۡلُقُ مَا يَشَآءُۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿17﴾

“Şübhəsiz ki, Allah Mər­yəm oğlu Məsihdir!”– deyən­lər ar­tıq kafir oldu­lar. De: “Əgər Allah Mər­yəm oğlu Məsihi, onun ana­sı­nı və yer üzün­də olanların hamı­sı­nı məhv et­mək istəsə, kim Ona bir şeylə mane ola bilər?” Göy­lə­rin, ye­rin və onların ara­sın­da olan­­la­rın mülkü Allaha məx­sus­dur. Allah istədiyini yaradır. Allah hər şeyə qadirdir.

5:18

وَقَالَتِ ٱلۡيَهُودُ وَٱلنَّصَٰرَىٰ نَحۡنُ أَبۡنَـٰٓؤُاْ ٱللَّهِ وَأَحِبَّـٰٓؤُهُۥۚ قُلۡ فَلِمَ يُعَذِّبُكُم بِذُنُوبِكُمۖ بَلۡ أَنتُم بَشَرٞ مِّمَّنۡ خَلَقَۚ يَغۡفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُۚ وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَاۖ وَإِلَيۡهِ ٱلۡمَصِيرُ ﴿18﴾

Yəhudilər və xaçpərəst­lər: “Biz Allahın oğulları və se­vimli­ləri­yik”– dedilər. De: “On­da nə üçün Allah sizə günah­la­rı­nı­za görə əzab verir? Əksinə, siz Onun yaratdığı bir bəşər­si­niz.” O, istədiyi­ni ba­ğışlar, istədiyinə də əzab verər. Göylərin, yerin və on­la­rın ara­sında olanların mülkü Allaha məxsusdur. Dönüş də ancaq Ona­dır.

5:19

يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ قَدۡ جَآءَكُمۡ رَسُولُنَا يُبَيِّنُ لَكُمۡ عَلَىٰ فَتۡرَةٖ مِّنَ ٱلرُّسُلِ أَن تَقُولُواْ مَا جَآءَنَا مِنۢ بَشِيرٖ وَلَا نَذِيرٖۖ فَقَدۡ جَآءَكُم بَشِيرٞ وَنَذِيرٞۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿19﴾

Ey Kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövr­də: “Bizə müjdələyən və qor­­xudan kimsə gəlmədi”– de­mə­yə­si­niz deyə, haqqı bəyan edən rəsulumuz gəldi. Artıq sizə müj­dələyən və qor­xudan bir pey­ğəmbər gəldi. Allah hər şeyə qadirdir.

5:20

وَإِذۡ قَالَ مُوسَىٰ لِقَوۡمِهِۦ يَٰقَوۡمِ ٱذۡكُرُواْ نِعۡمَةَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ جَعَلَ فِيكُمۡ أَنۢبِيَآءَ وَجَعَلَكُم مُّلُوكٗا وَءَاتَىٰكُم مَّا لَمۡ يُؤۡتِ أَحَدٗا مِّنَ ٱلۡعَٰلَمِينَ ﴿20﴾

Bir zaman Musa öz qöv­mü­nə de­mişdi: “Ey qövmüm! Alla­hın sizə olan nemətini xa­tırlayın. O, sizin aranızdan pey­ğəmbərlər seçdi, sizi hökm­dar­lar təyin etdi və aləm­lər­dən heç kəsə vermədi­yi­ni sizə ver­di.

5:21

يَٰقَوۡمِ ٱدۡخُلُواْ ٱلۡأَرۡضَ ٱلۡمُقَدَّسَةَ ٱلَّتِي كَتَبَ ٱللَّهُ لَكُمۡ وَلَا تَرۡتَدُّواْ عَلَىٰٓ أَدۡبَارِكُمۡ فَتَنقَلِبُواْ خَٰسِرِينَ ﴿21﴾

Ey qövmüm! Allahın si­zin üçün müəyyən etdiyi mü­qəddəs torpağa da­xil olun və geri dön­məyin, yoxsa ziyana uğ­ra­yaraq geri dönərsiniz.”

5:22

قَالُواْ يَٰمُوسَىٰٓ إِنَّ فِيهَا قَوۡمٗا جَبَّارِينَ وَإِنَّا لَن نَّدۡخُلَهَا حَتَّىٰ يَخۡرُجُواْ مِنۡهَا فَإِن يَخۡرُجُواْ مِنۡهَا فَإِنَّا دَٰخِلُونَ ﴿22﴾

Onlar dedilər: “Ey Mu­sa! Ora­da çox qüvvətli adam­lar var­dır. Onlar oradan çıx­ma­yınca, biz əsla oraya­ da­xil ol­ma­yaca­ğıq. Əgər onlar ora­dan çıx­salar, biz daxil olarıq”.

5:23

قَالَ رَجُلَانِ مِنَ ٱلَّذِينَ يَخَافُونَ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِمَا ٱدۡخُلُواْ عَلَيۡهِمُ ٱلۡبَابَ فَإِذَا دَخَلۡتُمُوهُ فَإِنَّكُمۡ غَٰلِبُونَۚ وَعَلَى ٱللَّهِ فَتَوَكَّلُوٓاْ إِن كُنتُم مُّؤۡمِنِينَ ﴿23﴾

Allahdan qorxanlar arasından Alla­hın nemət verdiyi iki kişi de­di: “Onların üzərinə şəhər qa­pı­sın­dan daxil olun. Əgər siz ora­dan da­xil ol­sanız, mütləq qalib gələr­si­niz. Əgər mömin­siniz­sə, Allaha tə­vək­kül edin!”

5:24

قَالُواْ يَٰمُوسَىٰٓ إِنَّا لَن نَّدۡخُلَهَآ أَبَدٗا مَّا دَامُواْ فِيهَا فَٱذۡهَبۡ أَنتَ وَرَبُّكَ فَقَٰتِلَآ إِنَّا هَٰهُنَا قَٰعِدُونَ ﴿24﴾

Onlar dedilər: “Ey Musa! Onlar orada olduqları müddətcə biz əsla ora girməyəcəyik. Odur ki, sən get Rəbbinlə birlikdə on­lara qarşı vuruş. Biz isə burada oturacağıq”.

5:25

قَالَ رَبِّ إِنِّي لَآ أَمۡلِكُ إِلَّا نَفۡسِي وَأَخِيۖ فَٱفۡرُقۡ بَيۡنَنَا وَبَيۡنَ ٱلۡقَوۡمِ ٱلۡفَٰسِقِينَ ﴿25﴾

O dedi: “Ey Rəbbim! Mən yalnız özümə və qarda­şıma hökm edə bilə­rəm. Odur ki, Sən bizi bu günahkar tay­fa­dan ayır!”

5:26

قَالَ فَإِنَّهَا مُحَرَّمَةٌ عَلَيۡهِمۡۛ أَرۡبَعِينَ سَنَةٗۛ يَتِيهُونَ فِي ٱلۡأَرۡضِۚ فَلَا تَأۡسَ عَلَى ٱلۡقَوۡمِ ٱلۡفَٰسِقِينَ ﴿26﴾

Allah dedi: “Elə isə o yer onlara qırx il müd­dətinə ha­ram edildi. Onlar yer üzündə sərgərdan gəzib dolaşacaqlar. Sən isə günahkar tayfa­ üçün heyifsi­lənmə”.

5:27

وَٱتۡلُ عَلَيۡهِمۡ نَبَأَ ٱبۡنَيۡ ءَادَمَ بِٱلۡحَقِّ إِذۡ قَرَّبَا قُرۡبَانٗا فَتُقُبِّلَ مِنۡ أَحَدِهِمَا وَلَمۡ يُتَقَبَّلۡ مِنَ ٱلۡأٓخَرِ قَالَ لَأَقۡتُلَنَّكَۖ قَالَ إِنَّمَا يَتَقَبَّلُ ٱللَّهُ مِنَ ٱلۡمُتَّقِينَ ﴿27﴾

Onlara Adəmin iki oğ­lu­­nun əhvalatını gerçək olaraq danış. O za­man ikisi də qurban vermiş, onların bi­rindən qəbul edil­miş, digə­rin­dən isə qəbul edilmə­miş­di. Qur­ba­nı qəbul olmayan qardaş öz qar­da­şı­na demişdi: “Səni hökmən öldü­rəcə­­yəm!” Qarda­şı da ona belə de­mişdi: “Allah saleh əməlləri ancaq müttəqi­lər­­dən qə­bul edər!

5:28

لَئِنۢ بَسَطتَ إِلَيَّ يَدَكَ لِتَقۡتُلَنِي مَآ أَنَا۠ بِبَاسِطٖ يَدِيَ إِلَيۡكَ لِأَقۡتُلَكَۖ إِنِّيٓ أَخَافُ ٱللَّهَ رَبَّ ٱلۡعَٰلَمِينَ ﴿28﴾

Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən sə­ni öl­­dürmək üçün sənə əl qal­dı­ran deyiləm. Çünki mən aləm­lə­rin Rəbbi olan Allahdan qor­xu­ram.

5:29

إِنِّيٓ أُرِيدُ أَن تَبُوٓأَ بِإِثۡمِي وَإِثۡمِكَ فَتَكُونَ مِنۡ أَصۡحَٰبِ ٱلنَّارِۚ وَذَٰلِكَ جَزَـٰٓؤُاْ ٱلظَّـٰلِمِينَ ﴿29﴾

Mən istəyirəm ki, sən, həm mə­nim günahımı, həm də öz gü­nahını üzə­rinə götürəsən və Cəhənnəm əhlindən ola­san. Zalım­ların cəzası bu­dur”.

5:30

فَطَوَّعَتۡ لَهُۥ نَفۡسُهُۥ قَتۡلَ أَخِيهِ فَقَتَلَهُۥ فَأَصۡبَحَ مِنَ ٱلۡخَٰسِرِينَ ﴿30﴾

Nəhayət, nəfsi onu qardaşını qət­lə ye­tirmə­yə vadar etdi və o onu öl­dürdü, beləliklə də, ziyana uğrayan­lar­dan oldu.

5:31

فَبَعَثَ ٱللَّهُ غُرَابٗا يَبۡحَثُ فِي ٱلۡأَرۡضِ لِيُرِيَهُۥ كَيۡفَ يُوَٰرِي سَوۡءَةَ أَخِيهِۚ قَالَ يَٰوَيۡلَتَىٰٓ أَعَجَزۡتُ أَنۡ أَكُونَ مِثۡلَ هَٰذَا ٱلۡغُرَابِ فَأُوَٰرِيَ سَوۡءَةَ أَخِيۖ فَأَصۡبَحَ مِنَ ٱلنَّـٰدِمِينَ ﴿31﴾

Allah, qar­da­şı­nın cəsədini necə bas­dır­mağı ona gös­tər­mək üçün yeri eşən bir qar­ğa göndərdi. O dedi: “Vay ha­lıma! Yəni mən qar­daşı­mın cə­sə­dini basdırmaqda, bu qarğa qədər ol­maqdan da aci­zəm?” Beləliklə, o, peş­man­çılıq çəkənlərdən oldu.

5:32

مِنۡ أَجۡلِ ذَٰلِكَ كَتَبۡنَا عَلَىٰ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ أَنَّهُۥ مَن قَتَلَ نَفۡسَۢا بِغَيۡرِ نَفۡسٍ أَوۡ فَسَادٖ فِي ٱلۡأَرۡضِ فَكَأَنَّمَا قَتَلَ ٱلنَّاسَ جَمِيعٗا وَمَنۡ أَحۡيَاهَا فَكَأَنَّمَآ أَحۡيَا ٱلنَّاسَ جَمِيعٗاۚ وَلَقَدۡ جَآءَتۡهُمۡ رُسُلُنَا بِٱلۡبَيِّنَٰتِ ثُمَّ إِنَّ كَثِيرٗا مِّنۡهُم بَعۡدَ ذَٰلِكَ فِي ٱلۡأَرۡضِ لَمُسۡرِفُونَ ﴿32﴾

Buna görə də İsrail oğul­la­rı­na ya­zıb buyurduq ki, kim bir cana qəsd etməyən və ya yer üzün­də fəsad tö­rət­məyən bir şəxsi öl­dürərsə, bü­tün insanları öl­dürmüş kimi olar. Kim də onu ölüm­­dən xilas edərsə, sanki bütün in­sanları xilas etmiş kimi olar. Pey­ğəmbərlərimiz onlara aydın dəlillər gətirmişdilər. Amma bun­dan sonra da onla­rın çoxu yer üzündə həddi aşdılar.

5:33

إِنَّمَا جَزَـٰٓؤُاْ ٱلَّذِينَ يُحَارِبُونَ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَسۡعَوۡنَ فِي ٱلۡأَرۡضِ فَسَادًا أَن يُقَتَّلُوٓاْ أَوۡ يُصَلَّبُوٓاْ أَوۡ تُقَطَّعَ أَيۡدِيهِمۡ وَأَرۡجُلُهُم مِّنۡ خِلَٰفٍ أَوۡ يُنفَوۡاْ مِنَ ٱلۡأَرۡضِۚ ذَٰلِكَ لَهُمۡ خِزۡيٞ فِي ٱلدُّنۡيَاۖ وَلَهُمۡ فِي ٱلۡأٓخِرَةِ عَذَابٌ عَظِيمٌ ﴿33﴾

Allaha və Onun rəsuluna qar­şı savaşanların və yer üzündə fit­nə-fəsad törət­mə­yə səy göstərənlərin cə­za­sı an­caq öldü­rülmək və ya çarmı­xa çə­kilmək, yaxud əllərinin və ayaq­larının çar­paz­vari kəsilməsi, ya­ da yaşa­dıq­­ları yer­dən sürgün edil­mələri­dir. Bu, on­lar üçün dün­yada bir rüsvay­çı­lıq­dır. Axi­­rət­də isə on­la­rı bö­yük bir əzab gözlə­yir.

5:34

إِلَّا ٱلَّذِينَ تَابُواْ مِن قَبۡلِ أَن تَقۡدِرُواْ عَلَيۡهِمۡۖ فَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ﴿34﴾

Sizin əlinizə keçməmiş­dən öncə tövbə edənləri müstəsna­dır. Bilin ki, Allah bağışla­yan­dır, rəhmlidir.

5:35

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَٱبۡتَغُوٓاْ إِلَيۡهِ ٱلۡوَسِيلَةَ وَجَٰهِدُواْ فِي سَبِيلِهِۦ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ﴿35﴾

Ey iman gətirənlər! Allah­dan qor­xun, Ona yaxınlaş­maq üçün vasitə axta­rın və Onun yo­lunda cihad edin ki, bəl­kə nicat ta­pa­sı­nız.

5:36

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ لَوۡ أَنَّ لَهُم مَّا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا وَمِثۡلَهُۥ مَعَهُۥ لِيَفۡتَدُواْ بِهِۦ مِنۡ عَذَابِ يَوۡمِ ٱلۡقِيَٰمَةِ مَا تُقُبِّلَ مِنۡهُمۡۖ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ ﴿36﴾

Əgər yer üzündə olan hər şey, üs­­təlik bir o qədəri də ka­fir­lərin ol­sa və on­lar bu­nu Qiyamət gü­nü­nün əza­bından qur­tulmaq üçün fidyə ver­sə­lər, onlardan əsla qəbul edilməz. Onlar üçün ağrılı-acılı bir əzab vardır.

5:37

يُرِيدُونَ أَن يَخۡرُجُواْ مِنَ ٱلنَّارِ وَمَا هُم بِخَٰرِجِينَ مِنۡهَاۖ وَلَهُمۡ عَذَابٞ مُّقِيمٞ ﴿37﴾

Kafirlər Oddan çıxmaq is­tərlər, la­kin onlar oradan çıxan de­yil­lər. Onlar üçün davamlı bir əzab vardır.

5:38

وَٱلسَّارِقُ وَٱلسَّارِقَةُ فَٱقۡطَعُوٓاْ أَيۡدِيَهُمَا جَزَآءَۢ بِمَا كَسَبَا نَكَٰلٗا مِّنَ ٱللَّهِۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٞ ﴿38﴾

Oğru kişi­nin və oğru qa­dı­nın, etdikləri əməlin cəzası və Alla­hdan bir ibrət olaraq əllə­ri­ni kəsin! Allah qüdrətli­dir, hikmət sahibidir.

5:39

فَمَن تَابَ مِنۢ بَعۡدِ ظُلۡمِهِۦ وَأَصۡلَحَ فَإِنَّ ٱللَّهَ يَتُوبُ عَلَيۡهِۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٌ ﴿39﴾

Kim bu haqsızlığından sonra tövbə edib özünü düzəldərsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Hə­qi­qətən, Allah bağışlayan­dır, rəhm­li­dir.

5:40

أَلَمۡ تَعۡلَمۡ أَنَّ ٱللَّهَ لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ يُعَذِّبُ مَن يَشَآءُ وَيَغۡفِرُ لِمَن يَشَآءُۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿40﴾

Məgər bilmirsən ki, göy­lə­rin və yerin mülkü Alla­ha məx­susdur? O, istədiyinə əzab verər, istədiyini də ba­ğış­layar. Allah hər şeyə qadirdir.