quranm◉

Hizb 10

Range
from 4:100 to 4:162
Surahs covered
Tərcümə
63 Tərcümə

◉

4:100

وَمَن يُهَاجِرۡ فِي سَبِيلِ ٱللَّهِ يَجِدۡ فِي ٱلۡأَرۡضِ مُرَٰغَمٗا كَثِيرٗا وَسَعَةٗۚ وَمَن يَخۡرُجۡ مِنۢ بَيۡتِهِۦ مُهَاجِرًا إِلَى ٱللَّهِ وَرَسُولِهِۦ ثُمَّ يُدۡرِكۡهُ ٱلۡمَوۡتُ فَقَدۡ وَقَعَ أَجۡرُهُۥ عَلَى ٱللَّهِۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا ﴿100﴾

Allah yolunda hicrət edən kəs yer üzündə çoxlu gözəl yer və bolluq tapar. Kim Allaha və Onun rəsuluna tə­rəf hicrət edərək evindən çıxdıq­dan sonra ölüm onu haq­la­yarsa, onun mü­ka­fa­tı­nı Allah verər. Allah bağış­layandır, rəhm­lidir.

4:101

وَإِذَا ضَرَبۡتُمۡ فِي ٱلۡأَرۡضِ فَلَيۡسَ عَلَيۡكُمۡ جُنَاحٌ أَن تَقۡصُرُواْ مِنَ ٱلصَّلَوٰةِ إِنۡ خِفۡتُمۡ أَن يَفۡتِنَكُمُ ٱلَّذِينَ كَفَرُوٓاْۚ إِنَّ ٱلۡكَٰفِرِينَ كَانُواْ لَكُمۡ عَدُوّٗا مُّبِينٗا ﴿101﴾

Yer üzündə səfərə çıx­dı­ğınız za­man kafirlərin sizə zərər ye­ti­rəcək­lə­rin­dən qor­xar­sınızsa, namazı qısaltmanızda sizə gü­­nah yoxdur. Şüb­həsiz ki, ka­firlər sizin açıq-ay­dın düşmən­i­niz­dir.

4:102

وَإِذَا كُنتَ فِيهِمۡ فَأَقَمۡتَ لَهُمُ ٱلصَّلَوٰةَ فَلۡتَقُمۡ طَآئِفَةٞ مِّنۡهُم مَّعَكَ وَلۡيَأۡخُذُوٓاْ أَسۡلِحَتَهُمۡۖ فَإِذَا سَجَدُواْ فَلۡيَكُونُواْ مِن وَرَآئِكُمۡ وَلۡتَأۡتِ طَآئِفَةٌ أُخۡرَىٰ لَمۡ يُصَلُّواْ فَلۡيُصَلُّواْ مَعَكَ وَلۡيَأۡخُذُواْ حِذۡرَهُمۡ وَأَسۡلِحَتَهُمۡۗ وَدَّ ٱلَّذِينَ كَفَرُواْ لَوۡ تَغۡفُلُونَ عَنۡ أَسۡلِحَتِكُمۡ وَأَمۡتِعَتِكُمۡ فَيَمِيلُونَ عَلَيۡكُم مَّيۡلَةٗ وَٰحِدَةٗۚ وَلَا جُنَاحَ عَلَيۡكُمۡ إِن كَانَ بِكُمۡ أَذٗى مِّن مَّطَرٍ أَوۡ كُنتُم مَّرۡضَىٰٓ أَن تَضَعُوٓاْ أَسۡلِحَتَكُمۡۖ وَخُذُواْ حِذۡرَكُمۡۗ إِنَّ ٱللَّهَ أَعَدَّ لِلۡكَٰفِرِينَ عَذَابٗا مُّهِينٗا ﴿102﴾

Sən səhabələrinin ara­sın­da olub onlara namaz qıl­dır­dığın za­man onla­rın bir dəs­tə­si səninlə birlikdə namaza dur­sun, silahla­rını da özləri ilə gö­tür­sün­lər. Bun­lar səcdə et­dik­ləri zaman bi­rin­ci rükəti ta­mam­layanadək o biri dəs­tə arxa­nızda olsun. Sonra na­ma­zını qıl­ma­mış digər dəstə gəlib sə­nin­lə bir­lik­də na­maz qılsın, ehtiyat­la­rı­nı tutsunlar və silah­la­rını da özləri ilə götürsünlər. Ka­fir­lər is­tərlər ki, siz silah­ları­nız­dan və əşyalarınızdan xəbər­siz ola­sınız və onlar da sizin üzəri­nizə bircə dəfə hü­cum et­sinlər – bir həmlədə si­zi məğlub et­sin­lər. Əgər siz ya­ğış­dan əziy­yət çəksə­niz və ya xəs­tə ol­sa­nız, si­lahlarınızı yerə qoy­maqda sizə gü­nah yoxdur, lakin eh­ti­yatınızı əldən vermə­yin. Şüb­hə­siz ki, Allah kafirlər üçün alçal­dı­cı bir əzab hazırla­mışdır.

4:103

فَإِذَا قَضَيۡتُمُ ٱلصَّلَوٰةَ فَٱذۡكُرُواْ ٱللَّهَ قِيَٰمٗا وَقُعُودٗا وَعَلَىٰ جُنُوبِكُمۡۚ فَإِذَا ٱطۡمَأۡنَنتُمۡ فَأَقِيمُواْ ٱلصَّلَوٰةَۚ إِنَّ ٱلصَّلَوٰةَ كَانَتۡ عَلَى ٱلۡمُؤۡمِنِينَ كِتَٰبٗا مَّوۡقُوتٗا ﴿103﴾

Namazı bitirdikdən son­­ra ayaq üstə olanda da, otu­ran­da da, uza­nanda da Allahı yad edin. Düşmənin hücum etməyəcəyindən arxayın olduqda isə, namazı lazımi qay­dada qı­lın. Çün­ki namaz mömin­lərə vaxtları müəyyən edilmiş bir fərzdir.

4:104

وَلَا تَهِنُواْ فِي ٱبۡتِغَآءِ ٱلۡقَوۡمِۖ إِن تَكُونُواْ تَأۡلَمُونَ فَإِنَّهُمۡ يَأۡلَمُونَ كَمَا تَأۡلَمُونَۖ وَتَرۡجُونَ مِنَ ٱللَّهِ مَا لَا يَرۡجُونَۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًا ﴿104﴾

Kafir qövmü təqib et­mək­də zə­iflik göstərməyin. Əgər siz dö­yüşdə ağrı-acı çəkir­si­niz­sə, on­lar da sizin kimi ağrı-acı çəkirlər. Fəqət siz on­la­rın ummadıq­larını Allahdan umur­­sunuz. Allah hər şeyi biləndir, hikmət sahibidir.

4:105

إِنَّآ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ لِتَحۡكُمَ بَيۡنَ ٱلنَّاسِ بِمَآ أَرَىٰكَ ٱللَّهُۚ وَلَا تَكُن لِّلۡخَآئِنِينَ خَصِيمٗا ﴿105﴾

Doğrusu, Allahın sənə göstərdiyi kimi in­san­lar arasında hökm ve­rə­sən deyə, Biz sənə Ki­ta­bı haqq olaraq nazil etdik. Odur ki, xainlərin tərəfini tutma.

4:106

وَٱسۡتَغۡفِرِ ٱللَّهَۖ إِنَّ ٱللَّهَ كَانَ غَفُورٗا رَّحِيمٗا ﴿106﴾

Allahdan bağışlanma di­lə! Şüb­həsiz ki, Allah bağış­la­yan­dır, rəhm­li­dir.

4:107

وَلَا تُجَٰدِلۡ عَنِ ٱلَّذِينَ يَخۡتَانُونَ أَنفُسَهُمۡۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ مَن كَانَ خَوَّانًا أَثِيمٗا ﴿107﴾

Özlərinə xəyanət edən­ləri müdafiə etmə. Şüb­hə­siz ki, Allah xain gü­nah­karı sevməz.

4:108

يَسۡتَخۡفُونَ مِنَ ٱلنَّاسِ وَلَا يَسۡتَخۡفُونَ مِنَ ٱللَّهِ وَهُوَ مَعَهُمۡ إِذۡ يُبَيِّتُونَ مَا لَا يَرۡضَىٰ مِنَ ٱلۡقَوۡلِۚ وَكَانَ ٱللَّهُ بِمَا يَعۡمَلُونَ مُحِيطًا ﴿108﴾

Onlar Alla­hın razı qal­madığı söz­ləri gecələr xəl­vət­də söylə­yərkən, onu in­sanlardan gizlədir, öz yanlarında olan Allahdan isə gizlətmirlər. Allah on­­la­rın nə etdik­lə­rini əha­tə edir.

4:109

هَـٰٓأَنتُمۡ هَـٰٓؤُلَآءِ جَٰدَلۡتُمۡ عَنۡهُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا فَمَن يُجَٰدِلُ ٱللَّهَ عَنۡهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ أَم مَّن يَكُونُ عَلَيۡهِمۡ وَكِيلٗا ﴿109﴾

Bax, siz o kəslərsiniz ki, dünya həyatında onlardan öt­rü mü­­bahisə etdiniz, bəs Qi­yamət günü onlardan ötrü Allahla kim mübahisə edəcək, yaxud onlara kim vəkil olacaq?

4:110

وَمَن يَعۡمَلۡ سُوٓءًا أَوۡ يَظۡلِمۡ نَفۡسَهُۥ ثُمَّ يَسۡتَغۡفِرِ ٱللَّهَ يَجِدِ ٱللَّهَ غَفُورٗا رَّحِيمٗا ﴿110﴾

Kim pis bir iş görər və ya özü özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyər­sə, Allahın bağışla­yan, rəhmli ol­du­ğunu görər­.

4:111

وَمَن يَكۡسِبۡ إِثۡمٗا فَإِنَّمَا يَكۡسِبُهُۥ عَلَىٰ نَفۡسِهِۦۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمٗا ﴿111﴾

Kim günah qazanarsa, onu an­caq öz əleyhinə qa­zan­mış olar. Allah hər şeyi biləndir, hikmət sahibidir.

4:112

وَمَن يَكۡسِبۡ خَطِيٓـَٔةً أَوۡ إِثۡمٗا ثُمَّ يَرۡمِ بِهِۦ بَرِيٓـٔٗا فَقَدِ ٱحۡتَمَلَ بُهۡتَٰنٗا وَإِثۡمٗا مُّبِينٗا ﴿112﴾

Kim xəta edər və ya gü­nah qaza­nar, sonra da onu təq­siri ol­mayanın boynuna atar­sa, özü özü­nə böhtan atmış və açıq aydın gü­naha batmış olar.

4:113

وَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكَ وَرَحۡمَتُهُۥ لَهَمَّت طَّآئِفَةٞ مِّنۡهُمۡ أَن يُضِلُّوكَ وَمَا يُضِلُّونَ إِلَّآ أَنفُسَهُمۡۖ وَمَا يَضُرُّونَكَ مِن شَيۡءٖۚ وَأَنزَلَ ٱللَّهُ عَلَيۡكَ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَعَلَّمَكَ مَا لَمۡ تَكُن تَعۡلَمُۚ وَكَانَ فَضۡلُ ٱللَّهِ عَلَيۡكَ عَظِيمٗا ﴿113﴾

Əgər sənə Allahın lüt­fü və rəhmi olmasaydı, əlbət­tə, on­la­rın bir qismi sə­ni doğru yol­­dan az­dır­maq istəyəcəkdi. Halbuki on­lar özlərin­dən baş­qasını azdıra bil­məz və sənə də heç bir zərər verə bilməz­lər. Allah sənə Ki­tabı və hikməti nazil etdi və sənə bil­mə­diklərini öyrətdi. Alla­­hın sənə olan lütfü bö­yükdür.

4:114

لَّا خَيۡرَ فِي كَثِيرٖ مِّن نَّجۡوَىٰهُمۡ إِلَّا مَنۡ أَمَرَ بِصَدَقَةٍ أَوۡ مَعۡرُوفٍ أَوۡ إِصۡلَٰحِۭ بَيۡنَ ٱلنَّاسِۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ ٱبۡتِغَآءَ مَرۡضَاتِ ٱللَّهِ فَسَوۡفَ نُؤۡتِيهِ أَجۡرًا عَظِيمٗا ﴿114﴾

Onların pıçıdaşmalarının ço­xunda xeyir yoxdur. Sədəqə verməyi və ya yaxşılıq etməyi ya­xud da insanlar ara­sında sülh ya­rat­mağı əmr edən şəx­sin pıçıl­daması isə istisnadır. Kim bunu Alla­hın razılığını qa­zan­maq üçün edər­sə, Biz ona böyük mükafat ve­rə­rik.

4:115

وَمَن يُشَاقِقِ ٱلرَّسُولَ مِنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُ ٱلۡهُدَىٰ وَيَتَّبِعۡ غَيۡرَ سَبِيلِ ٱلۡمُؤۡمِنِينَ نُوَلِّهِۦ مَا تَوَلَّىٰ وَنُصۡلِهِۦ جَهَنَّمَۖ وَسَآءَتۡ مَصِيرًا ﴿115﴾

Hər kəs özünə doğru yol bəlli ol­duqdan sonra Peyğəm­bə­rə qarşı çıx­ıb möminlərin yo­lun­dan başqa bir yol­la gedər­sə, onu üz tutduğu yola yönəl­dər və Cə­hən­nəmə giriftar edərik. Ora nə pis dö­nüş yeridir.

4:116

إِنَّ ٱللَّهَ لَا يَغۡفِرُ أَن يُشۡرَكَ بِهِۦ وَيَغۡفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُۚ وَمَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدۡ ضَلَّ ضَلَٰلَۢا بَعِيدًا ﴿116﴾

Allah Özünə şə­rik qoşulmasını əsla bağışla­maz. Bun­­dan baş­qa gü­nah­ları isə istədiyi kimsəyə bağış­lar. Allaha şərik qoşan kəs, əlbəttə ki, dərin bir azğın­lığa düş­müşdür.

4:117

إِن يَدۡعُونَ مِن دُونِهِۦٓ إِلَّآ إِنَٰثٗا وَإِن يَدۡعُونَ إِلَّا شَيۡطَٰنٗا مَّرِيدٗا ﴿117﴾

Onlar Allahı qoyub, yal­nız qadın adlarını daşıyan büt­lərə dua edir və yalnız üsyan­kar şeytana sitayiş edir­lər.

4:118

لَّعَنَهُ ٱللَّهُۘ وَقَالَ لَأَتَّخِذَنَّ مِنۡ عِبَادِكَ نَصِيبٗا مَّفۡرُوضٗا ﴿118﴾

Allah şeytanı lənətlədi. O isə dedi: “Mən Sənin qul­la­rın­dan müəy­yən bir qis­mini hökmən ələ alacağam.

4:119

وَلَأُضِلَّنَّهُمۡ وَلَأُمَنِّيَنَّهُمۡ وَلَأٓمُرَنَّهُمۡ فَلَيُبَتِّكُنَّ ءَاذَانَ ٱلۡأَنۡعَٰمِ وَلَأٓمُرَنَّهُمۡ فَلَيُغَيِّرُنَّ خَلۡقَ ٱللَّهِۚ وَمَن يَتَّخِذِ ٱلشَّيۡطَٰنَ وَلِيّٗا مِّن دُونِ ٱللَّهِ فَقَدۡ خَسِرَ خُسۡرَانٗا مُّبِينٗا ﴿119﴾

Onları mütləq doğ­ru yoldan azdıracaq və xül­ya­lara sa­la­cağam, on­lara heyvanların qu­laqlarını kəsməyi bu­yuracaq və Alla­hın yarat­dıq­la­rına də­yi­şiklik etməyi əmr edə­cəyəm.” Alla­hı qo­yub şey­tanı özünə dost tu­tan kəs açıq-aşkar ziyana uğ­ra­mış­­dır.

4:120

يَعِدُهُمۡ وَيُمَنِّيهِمۡۖ وَمَا يَعِدُهُمُ ٱلشَّيۡطَٰنُ إِلَّا غُرُورًا ﴿120﴾

Şeytan onlara vədlər ve­rir və on­ları xülyalara salır. Halbu­ki şeytanın on­lara verdiyi vəd­lər al­­datmaqdan başqa bir şey deyil­dir.

4:121

أُوْلَـٰٓئِكَ مَأۡوَىٰهُمۡ جَهَنَّمُ وَلَا يَجِدُونَ عَنۡهَا مَحِيصٗا ﴿121﴾

Onların gedəcəkləri yer Cə­hənnəmdir. Onlar ora­dan xi­las olmağa bir yol tapa bil­məz­lər.

4:122

وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ سَنُدۡخِلُهُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ وَعۡدَ ٱللَّهِ حَقّٗاۚ وَمَنۡ أَصۡدَقُ مِنَ ٱللَّهِ قِيلٗا ﴿122﴾

İman gətirib saleh əməl­­lər edən­ləri isə altın­dan çay­lar axan, içində əbədi qa­la­caq­ları cən­nətlərə daxil edə­cə­yik. Bu, Allahın ger­­çək və­di sayəsində olacaqdır. Sözün­də Allah­dan da­ha doğ­ruçu kim ola bilər?

4:123

لَّيۡسَ بِأَمَانِيِّكُمۡ وَلَآ أَمَانِيِّ أَهۡلِ ٱلۡكِتَٰبِۗ مَن يَعۡمَلۡ سُوٓءٗا يُجۡزَ بِهِۦ وَلَا يَجِدۡ لَهُۥ مِن دُونِ ٱللَّهِ وَلِيّٗا وَلَا نَصِيرٗا ﴿123﴾

Bu nemətə nail olmaq nə si­zin ar­zunuzla, nə də Kitab əh­li­nin arzusu ilə­dir. Pislik edən kəs, onun cəzasını ala­caq və o, Allah­dan başqa özünə nə bir dost, nə də bir yar­dımçı tapa­caqdır.

4:124

وَمَن يَعۡمَلۡ مِنَ ٱلصَّـٰلِحَٰتِ مِن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَأُوْلَـٰٓئِكَ يَدۡخُلُونَ ٱلۡجَنَّةَ وَلَا يُظۡلَمُونَ نَقِيرٗا ﴿124﴾

Həm kişilərdən, həm də qa­dın­lar­dan mömin olaraq yaxşı işlər görənlər Cənnətə gi­rərlər və onlara xurma çər­də­yindəki oyuq qədər haqsızlıq edil­məz.

4:125

وَمَنۡ أَحۡسَنُ دِينٗا مِّمَّنۡ أَسۡلَمَ وَجۡهَهُۥ لِلَّهِ وَهُوَ مُحۡسِنٞ وَٱتَّبَعَ مِلَّةَ إِبۡرَٰهِيمَ حَنِيفٗاۗ وَٱتَّخَذَ ٱللَّهُ إِبۡرَٰهِيمَ خَلِيلٗا ﴿125﴾

Muhsin olduğu halda özünü Alla­ha təs­lim edən və hənif İbra­himin dini­nə tabe olan şəxs­dən din baxı­mın­dan daha gö­zəl kim ola bilər? Allah İb­ra­himi Özünə yaxın dost tutmuş­dur.

4:126

وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَيۡءٖ مُّحِيطٗا ﴿126﴾

Göylərdə və yerdə nə var­sa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir.

4:127

وَيَسۡتَفۡتُونَكَ فِي ٱلنِّسَآءِۖ قُلِ ٱللَّهُ يُفۡتِيكُمۡ فِيهِنَّ وَمَا يُتۡلَىٰ عَلَيۡكُمۡ فِي ٱلۡكِتَٰبِ فِي يَتَٰمَى ٱلنِّسَآءِ ٱلَّـٰتِي لَا تُؤۡتُونَهُنَّ مَا كُتِبَ لَهُنَّ وَتَرۡغَبُونَ أَن تَنكِحُوهُنَّ وَٱلۡمُسۡتَضۡعَفِينَ مِنَ ٱلۡوِلۡدَٰنِ وَأَن تَقُومُواْ لِلۡيَتَٰمَىٰ بِٱلۡقِسۡطِۚ وَمَا تَفۡعَلُواْ مِنۡ خَيۡرٖ فَإِنَّ ٱللَّهَ كَانَ بِهِۦ عَلِيمٗا ﴿127﴾

Səndən qadınlar haqqında fitva istəyir­lər. De: “Onlar haq­qında fitvanı sizə Allah verir: “Ki­tabda sizə oxu­nan ayə­lərdə öz­lə­ri­nə müəyyən edil­miş mi­rası ver­mə­yərək evlən­mək istədiyiniz ye­tim qızlarla, zəif uşaqlarla və ye­timlərlə əda­lətlə rəftar edin.” Siz nə yaxşılıq edir­sinizsə, şüb­həsiz ki, Allah onu bi­lir.

4:128

وَإِنِ ٱمۡرَأَةٌ خَافَتۡ مِنۢ بَعۡلِهَا نُشُوزًا أَوۡ إِعۡرَاضٗا فَلَا جُنَاحَ عَلَيۡهِمَآ أَن يُصۡلِحَا بَيۡنَهُمَا صُلۡحٗاۚ وَٱلصُّلۡحُ خَيۡرٞۗ وَأُحۡضِرَتِ ٱلۡأَنفُسُ ٱلشُّحَّۚ وَإِن تُحۡسِنُواْ وَتَتَّقُواْ فَإِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعۡمَلُونَ خَبِيرٗا ﴿128﴾

Əgər bir qadın öz əri­nin onu yola verməməsindən, yaxud ondan üz döndər­məsindən qor­­xarsa, ər-arvadın öz ara­la­rında an­laş­masında onlara günah gəlməz. Çünki bir-biri ilə anlaşmaq da­ha xeyirlidir. Doğ­rusu, nəfslər qısqanclığa meyillidir. Əgər qa­dınlarla yaxşı dav­ra­nıb Allah­dan qorxsanız, şübhəsiz ki, Allah nə et­dik­lə­riniz­dən xəbər­dar­dır.

4:129

وَلَن تَسۡتَطِيعُوٓاْ أَن تَعۡدِلُواْ بَيۡنَ ٱلنِّسَآءِ وَلَوۡ حَرَصۡتُمۡۖ فَلَا تَمِيلُواْ كُلَّ ٱلۡمَيۡلِ فَتَذَرُوهَا كَٱلۡمُعَلَّقَةِۚ وَإِن تُصۡلِحُواْ وَتَتَّقُواْ فَإِنَّ ٱللَّهَ كَانَ غَفُورٗا رَّحِيمٗا ﴿129﴾

Siz nə qədər çalışsanız da, qadınlar arasında ədalətlə dav­ra­n­a bilməzsi­niz. Birinə ta­ma­­mi­lə meyl edib, digərini ası­lı vəziy­yət­də qalmış kimi burax­mayın. Əgər özü­nüzü düzəldib Allahdan qorx­sanız, şüb­hə­siz ki, Allah bağış­la­yandır, rəhmli­dir.

4:130

وَإِن يَتَفَرَّقَا يُغۡنِ ٱللَّهُ كُلّٗا مِّن سَعَتِهِۦۚ وَكَانَ ٱللَّهُ وَٰسِعًا حَكِيمٗا ﴿130﴾

Əgər ər-arvad ayrılsa­lar, Allah hər birini Öz lütfün­dən zən­gin edər. Allah geniş lütf və hikmət sahibidir.

4:131

وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ وَلَقَدۡ وَصَّيۡنَا ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ مِن قَبۡلِكُمۡ وَإِيَّاكُمۡ أَنِ ٱتَّقُواْ ٱللَّهَۚ وَإِن تَكۡفُرُواْ فَإِنَّ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَكَانَ ٱللَّهُ غَنِيًّا حَمِيدٗا ﴿131﴾

Göylərdə və yerdə nə var­sa, Alla­ha məxsusdur. Biz sizdən əvvəl Ki­tab verilənlərə də, sizə də: “Allahdan qorx­­un!”– deyə bu­yur­duq. Əgər küfr etsəniz, bi­lin ki, göylərdə və yerdə nə var­sa, Allaha məx­susdur. Allah zən­gin­dir, tə­ri­fə­layiqdir.

4:132

وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًا ﴿132﴾

Göylərdə və yerdə nə var­sa, Alla­ha məxsusdur. Vəkil ola­raq Allah yetər.

4:133

إِن يَشَأۡ يُذۡهِبۡكُمۡ أَيُّهَا ٱلنَّاسُ وَيَأۡتِ بِـَٔاخَرِينَۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ ذَٰلِكَ قَدِيرٗا ﴿133﴾

Ey insanlar! Əgər Allah is­təsə, si­zi yox edib yerinizə baş­qa­larını gətirər. Allah buna qa­dir­dir.

4:134

مَّن كَانَ يُرِيدُ ثَوَابَ ٱلدُّنۡيَا فَعِندَ ٱللَّهِ ثَوَابُ ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۚ وَكَانَ ٱللَّهُ سَمِيعَۢا بَصِيرٗا ﴿134﴾

Kim dünya müka­fa­tı­nı is­tər­sə, bilsin ki, dünya­nın da, axi­rətin də mü­kafatı Alla­h yanın­dadır. Allah eşi­dəndir, görəndir.

4:135

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُونُواْ قَوَّـٰمِينَ بِٱلۡقِسۡطِ شُهَدَآءَ لِلَّهِ وَلَوۡ عَلَىٰٓ أَنفُسِكُمۡ أَوِ ٱلۡوَٰلِدَيۡنِ وَٱلۡأَقۡرَبِينَۚ إِن يَكُنۡ غَنِيًّا أَوۡ فَقِيرٗا فَٱللَّهُ أَوۡلَىٰ بِهِمَاۖ فَلَا تَتَّبِعُواْ ٱلۡهَوَىٰٓ أَن تَعۡدِلُواْۚ وَإِن تَلۡوُۥٓاْ أَوۡ تُعۡرِضُواْ فَإِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعۡمَلُونَ خَبِيرٗا ﴿135﴾

Ey iman gətirənlər! Şa­hid­liyiniz özünüzün, vali­deyn­lə­rini­zin, ya­xın qohum­larınızın əley­hinə olsa belə, Allah üçün ədaləti qoru­yan şahidlər olun. Əley­hi­nə şahidlik edəcəyiniz kəslər istər varlı, istər kasıb olsun, Allah on­ların hər ikisinə siz­dən da­ha yaxın­dır. Nəf­sinizin istəyinə uyub ədalətdən sapma­yın! Əgər dilinizi əysə­niz, yaxud hə­qi­qəti demək­dən boyun qa­çırsanız, bi­lin ki, Allah nə etdik­ləriniz­dən xə­bər­­dardır.

4:136

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ ءَامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَٱلۡكِتَٰبِ ٱلَّذِي نَزَّلَ عَلَىٰ رَسُولِهِۦ وَٱلۡكِتَٰبِ ٱلَّذِيٓ أَنزَلَ مِن قَبۡلُۚ وَمَن يَكۡفُرۡ بِٱللَّهِ وَمَلَـٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ فَقَدۡ ضَلَّ ضَلَٰلَۢا بَعِيدًا ﴿136﴾

Ey iman gətirənlər! Alla­ha, Onun elçisinə, elçisinə na­zil etdiyi Kitaba və on­dan əv­vəl nazil etdiyi ki­tablara iman gəti­rin! Alla­hı, Onun mə­lək­lə­rini, ki­tablarını, elçilərini və Axirət gü­nü­nü in­kar edən kəs, şübhəsiz ki, dərin bir az­ğınlığa düş­müşdür.

4:137

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ ثُمَّ كَفَرُواْ ثُمَّ ءَامَنُواْ ثُمَّ كَفَرُواْ ثُمَّ ٱزۡدَادُواْ كُفۡرٗا لَّمۡ يَكُنِ ٱللَّهُ لِيَغۡفِرَ لَهُمۡ وَلَا لِيَهۡدِيَهُمۡ سَبِيلَۢا ﴿137﴾

Doğrusu, iman gə­ti­rib sonra kafir olan, yenə iman gə­ti­­rib sonra ka­fir olan, sonra da küfrlərini artıranları Allah bağış­lama­ya­caq və doğru yola yö­nəlt­məyəcəkdir.

4:138

بَشِّرِ ٱلۡمُنَٰفِقِينَ بِأَنَّ لَهُمۡ عَذَابًا أَلِيمًا ﴿138﴾

Münafiqlərə müjdə ver ki, onlar üçün ağrılı-acılı bir əzab var­dır.

4:139

ٱلَّذِينَ يَتَّخِذُونَ ٱلۡكَٰفِرِينَ أَوۡلِيَآءَ مِن دُونِ ٱلۡمُؤۡمِنِينَۚ أَيَبۡتَغُونَ عِندَهُمُ ٱلۡعِزَّةَ فَإِنَّ ٱلۡعِزَّةَ لِلَّهِ جَمِيعٗا ﴿139﴾

O kəslər ki, möminləri qoyub ka­fir­­ləri özlə­ri­nə dost tutur­lar. Onlar kafirlərin yanında izzətmi axtarır­lar? Hal­buki izzət ta­ma­mi­lə Allaha məxsusdur.

4:140

وَقَدۡ نَزَّلَ عَلَيۡكُمۡ فِي ٱلۡكِتَٰبِ أَنۡ إِذَا سَمِعۡتُمۡ ءَايَٰتِ ٱللَّهِ يُكۡفَرُ بِهَا وَيُسۡتَهۡزَأُ بِهَا فَلَا تَقۡعُدُواْ مَعَهُمۡ حَتَّىٰ يَخُوضُواْ فِي حَدِيثٍ غَيۡرِهِۦٓ إِنَّكُمۡ إِذٗا مِّثۡلُهُمۡۗ إِنَّ ٱللَّهَ جَامِعُ ٱلۡمُنَٰفِقِينَ وَٱلۡكَٰفِرِينَ فِي جَهَنَّمَ جَمِيعًا ﴿140﴾

Allah Kitabda sizə na­zil et­miş­dir ki, Allahın ayələ­rinin in­kar edil­di­yi­ni, yaxud onlara is­teh­za olunduğunu eşit­di­yi­niz za­man, kafirlər başqa bir söh­­bə­tə keçməyincə, onlarla bir yerdə otur­ma­yın. Yoxsa siz də onların tayı olar­sı­nız. Şübhəsiz ki, Allah mü­na­fiq­lərin və kafirlərin hamısını Cə­hənnəmdə toplaya­caqdır.

4:141

ٱلَّذِينَ يَتَرَبَّصُونَ بِكُمۡ فَإِن كَانَ لَكُمۡ فَتۡحٞ مِّنَ ٱللَّهِ قَالُوٓاْ أَلَمۡ نَكُن مَّعَكُمۡ وَإِن كَانَ لِلۡكَٰفِرِينَ نَصِيبٞ قَالُوٓاْ أَلَمۡ نَسۡتَحۡوِذۡ عَلَيۡكُمۡ وَنَمۡنَعۡكُم مِّنَ ٱلۡمُؤۡمِنِينَۚ فَٱللَّهُ يَحۡكُمُ بَيۡنَكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ وَلَن يَجۡعَلَ ٱللَّهُ لِلۡكَٰفِرِينَ عَلَى ٱلۡمُؤۡمِنِينَ سَبِيلًا ﴿141﴾

Sizə göz qoyan münafiqlər, Allah­dan sizə bir zəfər gəl­dik­də: “Məgər biz sizinlə de­yil­dik­mi?”– deyər, ka­fir­lə­rin qələbədən bir nə­sibi olduqda isə: “Mə­gər biz mö­min­lər­lə birlikdə sizə qalib gələ bilə­cəyimiz halda, si­zi mö­min­lər­dən qoru­ma­dıq­mı?”– söy­lə­yər­lər. Qi­ya­mət gü­­nü Allah sizin aranızda hökm verə­cəkdir. Allah kafir­lərə mö­minlərin əleyhinə əsla bir yol ver­mə­yə­cək­dir.

4:142

إِنَّ ٱلۡمُنَٰفِقِينَ يُخَٰدِعُونَ ٱللَّهَ وَهُوَ خَٰدِعُهُمۡ وَإِذَا قَامُوٓاْ إِلَى ٱلصَّلَوٰةِ قَامُواْ كُسَالَىٰ يُرَآءُونَ ٱلنَّاسَ وَلَا يَذۡكُرُونَ ٱللَّهَ إِلَّا قَلِيلٗا ﴿142﴾

Doğrusu, münafiqlər Alla­hı aldatmağa çalışırlar. Hal­buki Allah onları aldadır. Onlar namaza durarkən kö­nül­­süz qal­xar, öz­lə­rini camaata gös­tərər və Allahı olduqca az yad edərlər.

4:143

مُّذَبۡذَبِينَ بَيۡنَ ذَٰلِكَ لَآ إِلَىٰ هَـٰٓؤُلَآءِ وَلَآ إِلَىٰ هَـٰٓؤُلَآءِۚ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ سَبِيلٗا ﴿143﴾

Onlar mömin­lə­rlə kafir­lər ara­­sında tə­rəddüd edir; nə bun­la­ra, nə də onlara tərəf olur­lar. Alla­hın az­dır­dığı kəs üçün heç bir yol tapa bilməzsən.

4:144

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ ٱلۡكَٰفِرِينَ أَوۡلِيَآءَ مِن دُونِ ٱلۡمُؤۡمِنِينَۚ أَتُرِيدُونَ أَن تَجۡعَلُواْ لِلَّهِ عَلَيۡكُمۡ سُلۡطَٰنٗا مُّبِينًا ﴿144﴾

Ey iman gətirənlər! Mö­min­ləri qoyub kafirləri özü­nü­zə dost tut­mayın. Allaha, öz əleyhinizə açıq-aydın bir dəlilmi ver­mək istəyirsiniz?!

4:145

إِنَّ ٱلۡمُنَٰفِقِينَ فِي ٱلدَّرۡكِ ٱلۡأَسۡفَلِ مِنَ ٱلنَّارِ وَلَن تَجِدَ لَهُمۡ نَصِيرًا ﴿145﴾

Şübhəsiz ki, münafiqlər Cəhənnəmin ən alt təbəqəsində ola­­caq­lar. Sən on­lar üçün heç bir yardımçı tapa bilməzsən.

4:146

إِلَّا ٱلَّذِينَ تَابُواْ وَأَصۡلَحُواْ وَٱعۡتَصَمُواْ بِٱللَّهِ وَأَخۡلَصُواْ دِينَهُمۡ لِلَّهِ فَأُوْلَـٰٓئِكَ مَعَ ٱلۡمُؤۡمِنِينَۖ وَسَوۡفَ يُؤۡتِ ٱللَّهُ ٱلۡمُؤۡمِنِينَ أَجۡرًا عَظِيمٗا ﴿146﴾

Tövbə edənlər, özlə­ri­ni islah edənlər, Allahdan möh­­kəm ya­pı­şanlar və öz din­lərini Allaha məxsus edənlər is­tis­na­dır. Bun­lar möminlərlə bərabərdirlər. Allah mö­minlərə tezliklə böyük mü­ka­fat verə­cəkdir.

4:147

مَّا يَفۡعَلُ ٱللَّهُ بِعَذَابِكُمۡ إِن شَكَرۡتُمۡ وَءَامَنتُمۡۚ وَكَانَ ٱللَّهُ شَاكِرًا عَلِيمٗا ﴿147﴾

Şükür etsəniz və iman gə­­tir­sə­niz, Allah sizə nə üçün əzab versin! Allah şükrün əvəzini verən­dir, hər şeyi bi­lən­dir.

4:148

لَّا يُحِبُّ ٱللَّهُ ٱلۡجَهۡرَ بِٱلسُّوٓءِ مِنَ ٱلۡقَوۡلِ إِلَّا مَن ظُلِمَۚ وَكَانَ ٱللَّهُ سَمِيعًا عَلِيمًا ﴿148﴾

Allah pis sözün açıq de­yil­mə­sini sevməz. Yalnız zülmə mə­­ruz qalmış kimsələr müstəsnadır. Allah hər şeyi eşidəndir, bi­ləndir.

4:149

إِن تُبۡدُواْ خَيۡرًا أَوۡ تُخۡفُوهُ أَوۡ تَعۡفُواْ عَن سُوٓءٖ فَإِنَّ ٱللَّهَ كَانَ عَفُوّٗا قَدِيرًا ﴿149﴾

Əgər bir xeyri aşkara çı­xar­sanız və ya onu giz­lət­sə­niz, ya­xud bir pisliyi bağış­la­sa­nız, bilin ki, Allah əfv edəndir, hər şeyə qa­dir­dir.

4:150

إِنَّ ٱلَّذِينَ يَكۡفُرُونَ بِٱللَّهِ وَرُسُلِهِۦ وَيُرِيدُونَ أَن يُفَرِّقُواْ بَيۡنَ ٱللَّهِ وَرُسُلِهِۦ وَيَقُولُونَ نُؤۡمِنُ بِبَعۡضٖ وَنَكۡفُرُ بِبَعۡضٖ وَيُرِيدُونَ أَن يَتَّخِذُواْ بَيۡنَ ذَٰلِكَ سَبِيلًا ﴿150﴾

Allaha və Onun elçilə­ri­nə küfr edənlər­, Allahla el­çi­lə­rini bir-birindən ayır­maq istəyib: “Biz o el­çi­lə­rin bəzisi­nə ina­nır, bəzilə­ri­nə isə inan­mırıq!”– de­yənlər və bunun ara­sın­da bir yol tutmaq is­tə­yən­lər –

4:151

أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡكَٰفِرُونَ حَقّٗاۚ وَأَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ عَذَابٗا مُّهِينٗا ﴿151﴾

məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazır­la­mışıq.

4:152

وَٱلَّذِينَ ءَامَنُواْ بِٱللَّهِ وَرُسُلِهِۦ وَلَمۡ يُفَرِّقُواْ بَيۡنَ أَحَدٖ مِّنۡهُمۡ أُوْلَـٰٓئِكَ سَوۡفَ يُؤۡتِيهِمۡ أُجُورَهُمۡۚ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا ﴿152﴾

Allaha və Onun elçilə­rinə iman gətirən və onlardan heç bi­rini digərindən ayırmayan­lara gəlincə, Allah onlara öz müka­fat­la­rı­nı verə­cək­­dir. Allah bağış­la­yan­dır, rəhm­li­dir.

4:153

يَسۡـَٔلُكَ أَهۡلُ ٱلۡكِتَٰبِ أَن تُنَزِّلَ عَلَيۡهِمۡ كِتَٰبٗا مِّنَ ٱلسَّمَآءِۚ فَقَدۡ سَأَلُواْ مُوسَىٰٓ أَكۡبَرَ مِن ذَٰلِكَ فَقَالُوٓاْ أَرِنَا ٱللَّهَ جَهۡرَةٗ فَأَخَذَتۡهُمُ ٱلصَّـٰعِقَةُ بِظُلۡمِهِمۡۚ ثُمَّ ٱتَّخَذُواْ ٱلۡعِجۡلَ مِنۢ بَعۡدِ مَا جَآءَتۡهُمُ ٱلۡبَيِّنَٰتُ فَعَفَوۡنَا عَن ذَٰلِكَۚ وَءَاتَيۡنَا مُوسَىٰ سُلۡطَٰنٗا مُّبِينٗا ﴿153﴾

Kitab əhli səndən on­lara göy­dən bir kitab endirmə­yini is­tə­yirlər. On­lar Musadan, bundan daha böyüyü­nü istə­yə­rək: “Alla­hı bizə açıq-aşkar gös­tər!”– de­miş­dilər. Haqsız­lıqlarına görə on­­­ları ildırım vur­muşdu. Sonra on­lara gə­lən açıq-aydın dəlillərin ardın­dan bu­­zovu məbud qəbul etdilər. Biz bu­nu da əfv etdik və Musa­ya açıq-aşkar dəlil verdik.

4:154

وَرَفَعۡنَا فَوۡقَهُمُ ٱلطُّورَ بِمِيثَٰقِهِمۡ وَقُلۡنَا لَهُمُ ٱدۡخُلُواْ ٱلۡبَابَ سُجَّدٗا وَقُلۡنَا لَهُمۡ لَا تَعۡدُواْ فِي ٱلسَّبۡتِ وَأَخَذۡنَا مِنۡهُم مِّيثَٰقًا غَلِيظٗا ﴿154﴾

Biz onlardan aldığımız əh­də gö­rə, Tur dağını baş­ları üzə­ri­nə qal­dır­dıq və on­la­ra: “Qapı­dan səcdə edərək daxil olun!”– de­dik. Biz on­lara: “Şənbə günü üçün qo­yul­muş qadağanı poz­ma­yın!”– de­dik. Biz onlardan möh­kəm bir əhd a­dıq.

4:155

فَبِمَا نَقۡضِهِم مِّيثَٰقَهُمۡ وَكُفۡرِهِم بِـَٔايَٰتِ ٱللَّهِ وَقَتۡلِهِمُ ٱلۡأَنۢبِيَآءَ بِغَيۡرِ حَقّٖ وَقَوۡلِهِمۡ قُلُوبُنَا غُلۡفُۢۚ بَلۡ طَبَعَ ٱللَّهُ عَلَيۡهَا بِكُفۡرِهِمۡ فَلَا يُؤۡمِنُونَ إِلَّا قَلِيلٗا ﴿155﴾

Onlar əhdlərini poz­duqlarına, Alla­hın ayə­lə­rinə küfr et­dik­­lərinə, pey­­ğəm­bər­ləri haq­sız yerə öl­dür­dük­­lə­ri­nə və: “Qəlb­lə­ri­miz qa­pa­lı­dır!”– demələ­rinə görə lə­nə­tə dü­çar edil­­dilər. Xeyr, küfrləri üzün­dən Allah on­ların qəlblə­rini mö­hür­lə­miş­dir. Onlar ol­duqca az ina­nırlar.

4:156

وَبِكُفۡرِهِمۡ وَقَوۡلِهِمۡ عَلَىٰ مَرۡيَمَ بُهۡتَٰنًا عَظِيمٗا ﴿156﴾

Onlar həm də küfr et­dik­lə­rinə və Məryəmə qarşı böyük bir böh­tan dediklərinə görə,

4:157

وَقَوۡلِهِمۡ إِنَّا قَتَلۡنَا ٱلۡمَسِيحَ عِيسَى ٱبۡنَ مَرۡيَمَ رَسُولَ ٱللَّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَٰكِن شُبِّهَ لَهُمۡۚ وَإِنَّ ٱلَّذِينَ ٱخۡتَلَفُواْ فِيهِ لَفِي شَكّٖ مِّنۡهُۚ مَا لَهُم بِهِۦ مِنۡ عِلۡمٍ إِلَّا ٱتِّبَاعَ ٱلظَّنِّۚ وَمَا قَتَلُوهُ يَقِينَۢا ﴿157﴾

bir də: “Biz Alla­hın elçisi Məryəm oğlu İsa Mə­si­hi öldür­dük!”– dediklə­ri­nə görə lənə­tə düçar edil­dilər. Halbuki onu nə öl­dür­­dülər, nə də çarmı­xa çəkdi­lər. Onlara an­caq İsanın bən­zəri gös­tə­rildi. Şübhəsiz ki, bunda ix­ti­laf edən­lər onun barə­sin­də şəkk-şübhə için­də­dirlər. Bu haqda on­la­rın, zənnə uymaq­dan başqa heç bir bilgisi yox­dur. Onlar onu öl­dür­dük­lə­rinə əmin deyildilər.

4:158

بَل رَّفَعَهُ ٱللَّهُ إِلَيۡهِۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمٗا ﴿158﴾

Əksinə, Allah onu Özü­nə tərəf qal­dırmışdır. Allah qüd­rət­lidir, hikmət sahibidir.

4:159

وَإِن مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ إِلَّا لَيُؤۡمِنَنَّ بِهِۦ قَبۡلَ مَوۡتِهِۦۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ يَكُونُ عَلَيۡهِمۡ شَهِيدٗا ﴿159﴾

Kitab əhlindən hər kəs öz ölümündən, ya­xud İsa­nın ölümün­dən əvvəl ona iman gətirəcək. Qiya­mət günü isə İsa onların əley­hi­nə şa­hid ola­caqdır.

4:160

فَبِظُلۡمٖ مِّنَ ٱلَّذِينَ هَادُواْ حَرَّمۡنَا عَلَيۡهِمۡ طَيِّبَٰتٍ أُحِلَّتۡ لَهُمۡ وَبِصَدِّهِمۡ عَن سَبِيلِ ٱللَّهِ كَثِيرٗا ﴿160﴾

Yəhudilərin etdikləri zül­mə gö­rə, onlara daha öncə halal edilmiş gözəl nemətləri haram et­dik. Həm də bir çox­larını, elə­cə də özlərini Allah yolun­dan dön­dərdiklərinə,

4:161

وَأَخۡذِهِمُ ٱلرِّبَوٰاْ وَقَدۡ نُهُواْ عَنۡهُ وَأَكۡلِهِمۡ أَمۡوَٰلَ ٱلنَّاسِ بِٱلۡبَٰطِلِۚ وَأَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ مِنۡهُمۡ عَذَابًا أَلِيمٗا ﴿161﴾

qadağan olunmasına baxmaya­raq, sələm aldıqlarına və haq­sız yerə in­sanların mal­la­rını yediklərinə görə belə et­dik. Biz on­­lardan olan kafirlər üçün ağrılı-acılı bir əzab hazır­lamışıq.

4:162

لَّـٰكِنِ ٱلرَّـٰسِخُونَ فِي ٱلۡعِلۡمِ مِنۡهُمۡ وَٱلۡمُؤۡمِنُونَ يُؤۡمِنُونَ بِمَآ أُنزِلَ إِلَيۡكَ وَمَآ أُنزِلَ مِن قَبۡلِكَۚ وَٱلۡمُقِيمِينَ ٱلصَّلَوٰةَۚ وَٱلۡمُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَٱلۡمُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ أُوْلَـٰٓئِكَ سَنُؤۡتِيهِمۡ أَجۡرًا عَظِيمًا ﴿162﴾

Lakin onlardan elmdə qüv­vətli olanlar və möminlər sənə na­zil edilənə və səndən öncə nazil edilənlərə iman gətirir, na­maz qılır, zə­kat verir, Allaha və Axi­rət günü­nə iman gə­ti­­rirlər. Biz on­la­­ra bö­yük mükafat ve­rəcəyik.