quranm◉

Hizb 42

Range
from 32:11 to 33:50
Surahs covered
Tərcümə
70 Tərcümə

◉

32:11

قُلۡ يَتَوَفَّىٰكُم مَّلَكُ ٱلۡمَوۡتِ ٱلَّذِي وُكِّلَ بِكُمۡ ثُمَّ إِلَىٰ رَبِّكُمۡ تُرۡجَعُونَ ﴿11﴾

De: “Sizə müvəkkil olan ölüm mə­ləyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarıla­caqsınız!”

32:12

وَلَوۡ تَرَىٰٓ إِذِ ٱلۡمُجۡرِمُونَ نَاكِسُواْ رُءُوسِهِمۡ عِندَ رَبِّهِمۡ رَبَّنَآ أَبۡصَرۡنَا وَسَمِعۡنَا فَٱرۡجِعۡنَا نَعۡمَلۡ صَٰلِحًا إِنَّا مُوقِنُونَ ﴿12﴾

Kaş ki, günahkarları öz Rəbbi qar­­şısında başlarını aşa­ğı di­kə­rək: “Ey Rəb­bimiz! Biz gördük və eşitdik. Bizi ge­ri qay­tar ki, yax­şı işlər görək. Hə­qi­qətən də, biz qətiyyətlə inan­dıq!”– deyəndə gö­rəydin!

32:13

وَلَوۡ شِئۡنَا لَأٓتَيۡنَا كُلَّ نَفۡسٍ هُدَىٰهَا وَلَٰكِنۡ حَقَّ ٱلۡقَوۡلُ مِنِّي لَأَمۡلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلۡجِنَّةِ وَٱلنَّاسِ أَجۡمَعِينَ ﴿13﴾

Əgər Biz istəsəydik, hər kəsi doğ­ru yola yönəldərdik. La­kin Mə­­nim: “Cə­hənnəmi müt­ləq bütün günahkar cin və in­san­larla dol­du­racağam!” Sö­züm yeri­nə yetəcək.

32:14

فَذُوقُواْ بِمَا نَسِيتُمۡ لِقَآءَ يَوۡمِكُمۡ هَٰذَآ إِنَّا نَسِينَٰكُمۡۖ وَذُوقُواْ عَذَابَ ٱلۡخُلۡدِ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿14﴾

Bu gününüzlə qarşıla­şa­cağınızı unut­duğunuza görə dadın əza­bı! Doğ­rusu, Biz də sizi unutduq. Etdiyiniz əməl­lərə görə dadın əbə­di əzabı!

32:15

إِنَّمَا يُؤۡمِنُ بِـَٔايَٰتِنَا ٱلَّذِينَ إِذَا ذُكِّرُواْ بِهَا خَرُّواْۤ سُجَّدٗاۤ وَسَبَّحُواْ بِحَمۡدِ رَبِّهِمۡ وَهُمۡ لَا يَسۡتَكۡبِرُونَ۩ ﴿15﴾

Ayələrimizə ancaq o kəs­lər iman gətirirlər ki, ayələri­miz on­lara xatır­la­narkən təkəb­bür göstərmədən səcdəyə qa­panır, Rəb­bi­nə həmd-səna ilə təriflər deyirlər.

32:16

تَتَجَافَىٰ جُنُوبُهُمۡ عَنِ ٱلۡمَضَاجِعِ يَدۡعُونَ رَبَّهُمۡ خَوۡفٗا وَطَمَعٗا وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ ﴿16﴾

Onlar gecə namazını qıl­maq üçün böyürlərini yataq­dan qaldı­rır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və on­lara ver­di­yi­miz ruzi­lərdən Allah yo­lun­da xərcləyirlər.

32:17

فَلَا تَعۡلَمُ نَفۡسٞ مَّآ أُخۡفِيَ لَهُم مِّن قُرَّةِ أَعۡيُنٖ جَزَآءَۢ بِمَا كَانُواْ يَعۡمَلُونَ ﴿17﴾

Etdikləri əməllərin mü­kafatı ki­mi onlar üçün gözlə­ri­nə se­vinc gəti­rə­cək nələr sax­landığını heç kəs bilmir.

32:18

أَفَمَن كَانَ مُؤۡمِنٗا كَمَن كَانَ فَاسِقٗاۚ لَّا يَسۡتَوُۥنَ ﴿18﴾

Məgər möminlə fasiq ey­nidirmi? Onlar eyni ola bil­məz­lər!

32:19

أَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ فَلَهُمۡ جَنَّـٰتُ ٱلۡمَأۡوَىٰ نُزُلَۢا بِمَا كَانُواْ يَعۡمَلُونَ ﴿19﴾

İman gətirib əməlisaleh olanları etdikləri əməllərə görə Mə­va cən­nətlərində əbədi ziyafət gözləyir.

32:20

وَأَمَّا ٱلَّذِينَ فَسَقُواْ فَمَأۡوَىٰهُمُ ٱلنَّارُۖ كُلَّمَآ أَرَادُوٓاْ أَن يَخۡرُجُواْ مِنۡهَآ أُعِيدُواْ فِيهَا وَقِيلَ لَهُمۡ ذُوقُواْ عَذَابَ ٱلنَّارِ ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ ﴿20﴾

Fasiqlərə gəldikdə isə, onların gedəcəkləri yer Oddur. Hər dəfə on­lar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onla­ra: “Yalan say­dığınız odun əzabını da­dın!”– deyilə­cəkdir.

32:21

وَلَنُذِيقَنَّهُم مِّنَ ٱلۡعَذَابِ ٱلۡأَدۡنَىٰ دُونَ ٱلۡعَذَابِ ٱلۡأَكۡبَرِ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ﴿21﴾

Ən böyük əzabdan əv­vəl Biz on­lara mütləq kiçik əzab­dan – dün­ya əza­bından dad­dıra­ca­ğıq ki, bəlkə doğru yola qa­yıt­sınlar.

32:22

وَمَنۡ أَظۡلَمُ مِمَّن ذُكِّرَ بِـَٔايَٰتِ رَبِّهِۦ ثُمَّ أَعۡرَضَ عَنۡهَآۚ إِنَّا مِنَ ٱلۡمُجۡرِمِينَ مُنتَقِمُونَ ﴿22﴾

Rəbbinin ayələri yadına salın­dıq­dan sonra onlardan üz dön­dərən kəs­dən daha zalım kim ola bilər? Şübhə­siz ki, Biz gü­nah­karlardan intiqam ala­­ca­ğıq.

32:23

وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ فَلَا تَكُن فِي مِرۡيَةٖ مِّن لِّقَآئِهِۦۖ وَجَعَلۡنَٰهُ هُدٗى لِّبَنِيٓ إِسۡرَـٰٓءِيلَ ﴿23﴾

Biz Musaya Kitab ver­mişdik. Sən onunla görüşə­cə­yinə şüb­hə etmə. Biz onu İsrail oğullarına doğru yol gös­tə­rən rəhbər et­miş­dik.

32:24

وَجَعَلۡنَا مِنۡهُمۡ أَئِمَّةٗ يَهۡدُونَ بِأَمۡرِنَا لَمَّا صَبَرُواْۖ وَكَانُواْ بِـَٔايَٰتِنَا يُوقِنُونَ ﴿24﴾

Səbir etdiklərinə və ayə­lərimizə yəqinliklə inandıqla­rı­na gö­rə Biz əmri­mizlə onlar­dan doğru yolu göstərən rəh­bərlər təyin et­miş­dik.

32:25

إِنَّ رَبَّكَ هُوَ يَفۡصِلُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ﴿25﴾

Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər ba­rə­sin­də Qi­ya­mət günü onla­rın arasında hökm verə­cək­dir.

32:26

أَوَلَمۡ يَهۡدِ لَهُمۡ كَمۡ أَهۡلَكۡنَا مِن قَبۡلِهِم مِّنَ ٱلۡقُرُونِ يَمۡشُونَ فِي مَسَٰكِنِهِمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٍۚ أَفَلَا يَسۡمَعُونَ ﴿26﴾

Yurdlarında gəzib-do­laş­dıqları əv­vəlki neçə-neçə nə­sli məhv etmə­yi­miz onları doğru yola gətirmədimi? Hə­qiqətən, bun­da ibrətlər var. Mə­gər onlar qulaq asmırlar?

32:27

أَوَلَمۡ يَرَوۡاْ أَنَّا نَسُوقُ ٱلۡمَآءَ إِلَى ٱلۡأَرۡضِ ٱلۡجُرُزِ فَنُخۡرِجُ بِهِۦ زَرۡعٗا تَأۡكُلُ مِنۡهُ أَنۡعَٰمُهُمۡ وَأَنفُسُهُمۡۚ أَفَلَا يُبۡصِرُونَ ﴿27﴾

Məgər onlar quru yerə su axıdıb onunla həm hey­van­ları­nın, həm də öz­lərinin ye­dikləri nemətlər yetiş­dirdi­yi­mizi gör­mürlər? Hə­lə də bunu gör­mür­lər?

32:28

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡفَتۡحُ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿28﴾

Onlar: “Əgər doğru da­nışanlar­dansınızsa, deyin görək bu hökm nə vaxt olacaq?”– deyirlər.

32:29

قُلۡ يَوۡمَ ٱلۡفَتۡحِ لَا يَنفَعُ ٱلَّذِينَ كَفَرُوٓاْ إِيمَٰنُهُمۡ وَلَا هُمۡ يُنظَرُونَ ﴿29﴾

De: “Hökm günü kafir­lərə iman­ları fayda verməyə­cək və on­lara möh­lət də veril­məyəcəkdir”.

32:30

فَأَعۡرِضۡ عَنۡهُمۡ وَٱنتَظِرۡ إِنَّهُم مُّنتَظِرُونَ ﴿30﴾

Artıq onlardan üz çevir və gözlə. Doğrusu, onlar da göz­lə­yir­lər.

33:1

يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ ٱتَّقِ ٱللَّهَ وَلَا تُطِعِ ٱلۡكَٰفِرِينَ وَٱلۡمُنَٰفِقِينَۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا ﴿1﴾

Ey Peyğəmbər! Allahdan qorx, ka­firlərə və münafiqlərə itaət et­mə. Hə­qi­qətən, Allah hər şeyi biləndir, hikmət sahibidir.

33:2

وَٱتَّبِعۡ مَا يُوحَىٰٓ إِلَيۡكَ مِن رَّبِّكَۚ إِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعۡمَلُونَ خَبِيرٗا ﴿2﴾

Rəbbindən sənə vəhy olu­nana tabe ol! Həqiqətən, Allah nə et­dik­lərinizdən xəbərdar­dır.

33:3

وَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلٗا ﴿3﴾

Allaha təvəkkül et! Alla­hın Qo­ru­yan olması sənə yetər.

33:4

مَّا جَعَلَ ٱللَّهُ لِرَجُلٖ مِّن قَلۡبَيۡنِ فِي جَوۡفِهِۦۚ وَمَا جَعَلَ أَزۡوَٰجَكُمُ ٱلَّـٰٓـِٔي تُظَٰهِرُونَ مِنۡهُنَّ أُمَّهَٰتِكُمۡۚ وَمَا جَعَلَ أَدۡعِيَآءَكُمۡ أَبۡنَآءَكُمۡۚ ذَٰلِكُمۡ قَوۡلُكُم بِأَفۡوَٰهِكُمۡۖ وَٱللَّهُ يَقُولُ ٱلۡحَقَّ وَهُوَ يَهۡدِي ٱلسَّبِيلَ ﴿4﴾

Allah bir adamın daxilin­də iki ürək yaratmamışdır. Allah ana­ya bənzədərək özünüzə ha­ram etdiyiniz zövcələrinizi ana­ları­nız et­mə­miş, oğulluğa gö­tür­dük­lə­ri­nizi də oğullarınız etmə­mişdir. Bun­lar si­zin dili­ni­zə gə­tirdi­yiniz yalan söz­lər­dir. Allah isə haqqı de­yir və doğ­ru yola yönəl­dir.

33:5

ٱدۡعُوهُمۡ لِأٓبَآئِهِمۡ هُوَ أَقۡسَطُ عِندَ ٱللَّهِۚ فَإِن لَّمۡ تَعۡلَمُوٓاْ ءَابَآءَهُمۡ فَإِخۡوَٰنُكُمۡ فِي ٱلدِّينِ وَمَوَٰلِيكُمۡۚ وَلَيۡسَ عَلَيۡكُمۡ جُنَاحٞ فِيمَآ أَخۡطَأۡتُم بِهِۦ وَلَٰكِن مَّا تَعَمَّدَتۡ قُلُوبُكُمۡۚ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمًا ﴿5﴾

Oğulluğa götürdüyünüz uşaq­ları öz atalarının adları ilə ça­ğı­rın. Bu, Allah yanında da­ha əda­lət­li­dir. Atalarını ta­nı­ma­sa­nız, on­lar si­zin din qardaşla­rı­nız və yaxın­larınızdır. Səh­vən etdiyiniz əməl­lər­də sizə heç bir günah yox­dur. Lakin qəl­bini­zin qəsdlə etdiyi iş­lər­dən ötrü sizə günah var. Allah Bağış­la­yandır, Rəhm­lidir.

33:6

ٱلنَّبِيُّ أَوۡلَىٰ بِٱلۡمُؤۡمِنِينَ مِنۡ أَنفُسِهِمۡۖ وَأَزۡوَٰجُهُۥٓ أُمَّهَٰتُهُمۡۗ وَأُوْلُواْ ٱلۡأَرۡحَامِ بَعۡضُهُمۡ أَوۡلَىٰ بِبَعۡضٖ فِي كِتَٰبِ ٱللَّهِ مِنَ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُهَٰجِرِينَ إِلَّآ أَن تَفۡعَلُوٓاْ إِلَىٰٓ أَوۡلِيَآئِكُم مَّعۡرُوفٗاۚ كَانَ ذَٰلِكَ فِي ٱلۡكِتَٰبِ مَسۡطُورٗا ﴿6﴾

Peyğəmbər möminlərə on­ların öz­lə­rindən daha yaxın­dır. Zöv­cələri isə mö­minlərin ana­larıdır. Qohumlar Allahın ya­zı­sına gö­rə bir-birlərinə mö­min­lər­dən və mühacirlərdən daha yaxın­dır­lar. Dostlarınıza yax­şı­lıq etmək isə istis­na­dır. Bunlar Kitabda ya­zıl­mışdır.

33:7

وَإِذۡ أَخَذۡنَا مِنَ ٱلنَّبِيِّـۧنَ مِيثَٰقَهُمۡ وَمِنكَ وَمِن نُّوحٖ وَإِبۡرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَى ٱبۡنِ مَرۡيَمَۖ وَأَخَذۡنَا مِنۡهُم مِّيثَٰقًا غَلِيظٗا ﴿7﴾

Bir zaman Biz peyğəm­bərlərdən əhd almışdıq; səndən də, Nuh­dan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsa­dan da! Biz onlar­dan möh­kəm bir əhd almışdıq.

33:8

لِّيَسۡـَٔلَ ٱلصَّـٰدِقِينَ عَن صِدۡقِهِمۡۚ وَأَعَدَّ لِلۡكَٰفِرِينَ عَذَابًا أَلِيمٗا ﴿8﴾

Belə etmişik ki, Allah doğ­ru danışan­lardan doğruluq­ları ba­rə­də soruşsun, ka­fir­lər üçün isə ağrılı-acılı bir əzab ha­zırlasın.

33:9

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱذۡكُرُواْ نِعۡمَةَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ جَآءَتۡكُمۡ جُنُودٞ فَأَرۡسَلۡنَا عَلَيۡهِمۡ رِيحٗا وَجُنُودٗا لَّمۡ تَرَوۡهَاۚ وَكَانَ ٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرًا ﴿9﴾

Ey iman gətirənlər! Alla­hın sizə gös­tərdiyi iltifatını xa­tır­la­yın. O za­man ki, düşmən or­dusu sizin üstünüzə hücuma keçmişdi, Biz də onların üs­tü­nə külək və görmədiyiniz qo­şunlar gön­dər­miş­dik. Allah si­zin nə etdiyinizi görür.

33:10

إِذۡ جَآءُوكُم مِّن فَوۡقِكُمۡ وَمِنۡ أَسۡفَلَ مِنكُمۡ وَإِذۡ زَاغَتِ ٱلۡأَبۡصَٰرُ وَبَلَغَتِ ٱلۡقُلُوبُ ٱلۡحَنَاجِرَ وَتَظُنُّونَ بِٱللَّهِ ٱلظُّنُونَا۠ ﴿10﴾

O zaman onlar sizin həm yuxarı, həm də aşağı tərəfi­niz­dən üs­tü­nüzə gəlmişdilər. O vaxt qorxudan gözlər bə­rəlmiş, ürəklər xirt­dəyə çatmış və siz də Allah barəsində zənnə qapıl­mış­dınız.

33:11

هُنَالِكَ ٱبۡتُلِيَ ٱلۡمُؤۡمِنُونَ وَزُلۡزِلُواْ زِلۡزَالٗا شَدِيدٗا ﴿11﴾

Orada möminlər imta­hana çəkil­miş və güclü sarsın­tıya mə­ruz qalmış­dılar.

33:12

وَإِذۡ يَقُولُ ٱلۡمُنَٰفِقُونَ وَٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ مَّا وَعَدَنَا ٱللَّهُ وَرَسُولُهُۥٓ إِلَّا غُرُورٗا ﴿12﴾

O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Allah və Onun Elçisi bi­zə ancaq ya­lan vəd vermişdir”– deyir­di­lər.

33:13

وَإِذۡ قَالَت طَّآئِفَةٞ مِّنۡهُمۡ يَـٰٓأَهۡلَ يَثۡرِبَ لَا مُقَامَ لَكُمۡ فَٱرۡجِعُواْۚ وَيَسۡتَـٔۡذِنُ فَرِيقٞ مِّنۡهُمُ ٱلنَّبِيَّ يَقُولُونَ إِنَّ بُيُوتَنَا عَوۡرَةٞ وَمَا هِيَ بِعَوۡرَةٍۖ إِن يُرِيدُونَ إِلَّا فِرَارٗا ﴿13﴾

Onlardan bir dəstə de­miş­di: “Ey Yəsrib əhli! Siz mü­qa­vi­mət gös­tərə bil­məyəcəksi­niz. Geri qayıdın!” İçərilərin­dən bir qismi isə: “Ev­lərimiz nəzarətsiz qalıb”– deyərək Pey­ğəmbərdən izin istə­yir­di. Hal­buki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qaçmaq is­tə­yir­di­lər.

33:14

وَلَوۡ دُخِلَتۡ عَلَيۡهِم مِّنۡ أَقۡطَارِهَا ثُمَّ سُئِلُواْ ٱلۡفِتۡنَةَ لَأٓتَوۡهَا وَمَا تَلَبَّثُواْ بِهَآ إِلَّا يَسِيرٗا ﴿14﴾

Əgər Mədinənin hər tə­rəfindən üst­lərinə hücum edil­səydi, son­ra da on­lardan fitnə törətmək (imandan dön­mək) tələb olun­say­dı, onu mütləq edər və cüzi şey istisna olmaq­la bunda ləngi­məz­dilər.

33:15

وَلَقَدۡ كَانُواْ عَٰهَدُواْ ٱللَّهَ مِن قَبۡلُ لَا يُوَلُّونَ ٱلۡأَدۡبَٰرَۚ وَكَانَ عَهۡدُ ٱللَّهِ مَسۡـُٔولٗا ﴿15﴾

Baxmayaraq ki, onlar bun­dan əv­vəl cihaddan boyun qa­çır­ma­yacaqlarına dair Allaha söz vermişdilər. Onlar Alla­ha ver­dik­lə­ri sözə görə sorğu-sual olu­nacaqlar.

33:16

قُل لَّن يَنفَعَكُمُ ٱلۡفِرَارُ إِن فَرَرۡتُم مِّنَ ٱلۡمَوۡتِ أَوِ ٱلۡقَتۡلِ وَإِذٗا لَّا تُمَتَّعُونَ إِلَّا قَلِيلٗا ﴿16﴾

De: “Əgər ölməkdən və ya öldü­rülməkdən qaçırsı­nız­sa, bu qaçmağın sizə əsla faydası olmaz. Belə olduğu təq­dirdə siz an­caq əcəliniz çatana qədər çox az bir müddət ər­zin­də gün-gü­zə­ran gö­rəcəksiniz”.

33:17

قُلۡ مَن ذَا ٱلَّذِي يَعۡصِمُكُم مِّنَ ٱللَّهِ إِنۡ أَرَادَ بِكُمۡ سُوٓءًا أَوۡ أَرَادَ بِكُمۡ رَحۡمَةٗۚ وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ ٱللَّهِ وَلِيّٗا وَلَا نَصِيرٗا ﴿17﴾

De: “Əgər Allah sizə bir pislik et­mək istəyərsə, sizi On­dan kim qoruya bi­lər? Ya da si­zə bir yaxşılıq etmək is­tə­sə, Ona kim ma­ne ola bilər?” On­lar öz­lə­ri üçün Allahdan başqa nə bir hi­ma­yə­çi, nə də bir yar­dımçı tapa bilər­lər.

33:18

قَدۡ يَعۡلَمُ ٱللَّهُ ٱلۡمُعَوِّقِينَ مِنكُمۡ وَٱلۡقَآئِلِينَ لِإِخۡوَٰنِهِمۡ هَلُمَّ إِلَيۡنَاۖ وَلَا يَأۡتُونَ ٱلۡبَأۡسَ إِلَّا قَلِيلًا ﴿18﴾

Allah aranızdan camaatı cihaddan çəkindirənləri və öz qar­daş­larına: “Bizə qoşulun!”– deyənləri tanıyır. Onlar na­dir hallarda dö­yü­şə qatılırlar.

33:19

أَشِحَّةً عَلَيۡكُمۡۖ فَإِذَا جَآءَ ٱلۡخَوۡفُ رَأَيۡتَهُمۡ يَنظُرُونَ إِلَيۡكَ تَدُورُ أَعۡيُنُهُمۡ كَٱلَّذِي يُغۡشَىٰ عَلَيۡهِ مِنَ ٱلۡمَوۡتِۖ فَإِذَا ذَهَبَ ٱلۡخَوۡفُ سَلَقُوكُم بِأَلۡسِنَةٍ حِدَادٍ أَشِحَّةً عَلَى ٱلۡخَيۡرِۚ أُوْلَـٰٓئِكَ لَمۡ يُؤۡمِنُواْ فَأَحۡبَطَ ٱللَّهُ أَعۡمَٰلَهُمۡۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٗا ﴿19﴾

Çünki sizə qarşı xəsislik edirlər. Onlara qorxu gəldik­də, ölüm ayağında bayılan adam kimi, dönüb sənə bax­dıq­larını gö­rür­sən. Qorxu keçib getdik­də isə qənimətdə xəsislik edib acı dil­lə­ri ilə səni sancırlar. On­lar iman gətir­məmiş­lər. Allah da onların əməl­lərini puç et­miş­dir. Bu, Allah üçün asan­dır.

33:20

يَحۡسَبُونَ ٱلۡأَحۡزَابَ لَمۡ يَذۡهَبُواْۖ وَإِن يَأۡتِ ٱلۡأَحۡزَابُ يَوَدُّواْ لَوۡ أَنَّهُم بَادُونَ فِي ٱلۡأَعۡرَابِ يَسۡـَٔلُونَ عَنۡ أَنۢبَآئِكُمۡۖ وَلَوۡ كَانُواْ فِيكُم مَّا قَٰتَلُوٓاْ إِلَّا قَلِيلٗا ﴿20﴾

Münafiqlər müttəfiqlərin çıxıb get­mədiklərini güman edir­lər. Əgər müt­tə­fiqlər bir də gəlmiş olsaydı, onlar bə­dəvilər ara­sın­da kö­çəri həyat sürüb ba­rənizdəki xəbərləri soruşub öy­rənmək is­tə­yərdilər. Hərgah ara­nızda olsaydılar, ancaq aza­­cıq döyüşərdilər.

33:21

لَّقَدۡ كَانَ لَكُمۡ فِي رَسُولِ ٱللَّهِ أُسۡوَةٌ حَسَنَةٞ لِّمَن كَانَ يَرۡجُواْ ٱللَّهَ وَٱلۡيَوۡمَ ٱلۡأٓخِرَ وَذَكَرَ ٱللَّهَ كَثِيرٗا ﴿21﴾

Allahın Rəsulu sizlərə – Allaha və Axirət gününə ümi­dini bağ­layanlara və Allahı çox zikr edənlərə gözəl nümu­nə­dir.

33:22

وَلَمَّا رَءَا ٱلۡمُؤۡمِنُونَ ٱلۡأَحۡزَابَ قَالُواْ هَٰذَا مَا وَعَدَنَا ٱللَّهُ وَرَسُولُهُۥ وَصَدَقَ ٱللَّهُ وَرَسُولُهُۥۚ وَمَا زَادَهُمۡ إِلَّآ إِيمَٰنٗا وَتَسۡلِيمٗا ﴿22﴾

Möminlər müttəfiqləri (düşmən dəstələrini) gör­dükdə: “Bu, Allahın və Onun Rəsulunun bizə olan vədidir. Allah və Onun Rəsulu doğru söy­lə­miş­lər!”– dedilər. Bu on­ların yal­nız imanını və itaətini artırdı.

33:23

مِّنَ ٱلۡمُؤۡمِنِينَ رِجَالٞ صَدَقُواْ مَا عَٰهَدُواْ ٱللَّهَ عَلَيۡهِۖ فَمِنۡهُم مَّن قَضَىٰ نَحۡبَهُۥ وَمِنۡهُم مَّن يَنتَظِرُۖ وَمَا بَدَّلُواْ تَبۡدِيلٗا ﴿23﴾

Möminlərin içərisində Alla­ha et­dikləri əhdə sadiq qa­lan ki­şi­lər var. Onlardan ki­misi əh­di­ni yerinə yetirib şə­hid olmuş, ki­mi­si də şəhid olma­sını göz­ləyir. On­lar əhdlə­rini əsla dəyiş­dir­mə­yib­lər.

33:24

لِّيَجۡزِيَ ٱللَّهُ ٱلصَّـٰدِقِينَ بِصِدۡقِهِمۡ وَيُعَذِّبَ ٱلۡمُنَٰفِقِينَ إِن شَآءَ أَوۡ يَتُوبَ عَلَيۡهِمۡۚ إِنَّ ٱللَّهَ كَانَ غَفُورٗا رَّحِيمٗا ﴿24﴾

Bu ona görədir ki, Allah doğru da­nışanları doğruluqla­rına gö­rə mükafat­lan­dırsın, mü­na­fiqlərə də ya istəsə əzab versin, ya da on­ların tövbə­ləri­ni qəbul etsin. Həqiqətən, Allah Bağış­layandır, Rəhm­lidir.

33:25

وَرَدَّ ٱللَّهُ ٱلَّذِينَ كَفَرُواْ بِغَيۡظِهِمۡ لَمۡ يَنَالُواْ خَيۡرٗاۚ وَكَفَى ٱللَّهُ ٱلۡمُؤۡمِنِينَ ٱلۡقِتَالَۚ وَكَانَ ٱللَّهُ قَوِيًّا عَزِيزٗا ﴿25﴾

Allah kafirləri qəzəbli ol­duqları halda geri qaytardı və onlar heç bir xeyrə nail ol­ma­dılar. Döyüşdə Allah mö­min­lərə kifayət et­di. Allah Qüv­vət­li­dir, Qüdrətlidir.

33:26

وَأَنزَلَ ٱلَّذِينَ ظَٰهَرُوهُم مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ مِن صَيَاصِيهِمۡ وَقَذَفَ فِي قُلُوبِهِمُ ٱلرُّعۡبَ فَرِيقٗا تَقۡتُلُونَ وَتَأۡسِرُونَ فَرِيقٗا ﴿26﴾

Allah Kitab əhlindən müt­təfiqlərə yardım edənləri öz qa­la­la­rından endir­di və onların qəlbinə qorxu saldı. Siz on­la­rın bir qis­mi­ni öldürür, bir qis­mi­ni də əsir götürürdünüz.

33:27

وَأَوۡرَثَكُمۡ أَرۡضَهُمۡ وَدِيَٰرَهُمۡ وَأَمۡوَٰلَهُمۡ وَأَرۡضٗا لَّمۡ تَطَـُٔوهَاۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٗا ﴿27﴾

Allah sizi onların yerlə­rinə, yurd­larına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir.

33:28

يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ قُل لِّأَزۡوَٰجِكَ إِن كُنتُنَّ تُرِدۡنَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا وَزِينَتَهَا فَتَعَالَيۡنَ أُمَتِّعۡكُنَّ وَأُسَرِّحۡكُنَّ سَرَاحٗا جَمِيلٗا ﴿28﴾

Ey Peyğəmbər! Zövcə­lərinə de: “Əgər siz dünya hə­yatını və onun bər­bəzəyini is­təyirsinizsə, gəlin sizi dünya ma­lıyla məmnun edib gö­zəl tərzdə sər­bəst buraxım.

33:29

وَإِن كُنتُنَّ تُرِدۡنَ ٱللَّهَ وَرَسُولَهُۥ وَٱلدَّارَ ٱلۡأٓخِرَةَ فَإِنَّ ٱللَّهَ أَعَدَّ لِلۡمُحۡسِنَٰتِ مِنكُنَّ أَجۡرًا عَظِيمٗا ﴿29﴾

Yox, əgər Allahı, Onun Rəsulunu və Axirət yurdunu is­tə­yir­si­niz­sə, bilin ki, Allah ara­nızdan yaxşı işlər görənlər üçün böyük bir mü­ka­fat hazırla­mış­dır”.

33:30

يَٰنِسَآءَ ٱلنَّبِيِّ مَن يَأۡتِ مِنكُنَّ بِفَٰحِشَةٖ مُّبَيِّنَةٖ يُضَٰعَفۡ لَهَا ٱلۡعَذَابُ ضِعۡفَيۡنِۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٗا ﴿30﴾

Ey Peyğəmbərin zövcə­ləri! Siz­lərdən hər kim açıq-aş­kar bir çir­kin iş görsə, onun əza­bı ikiqat artar. Bu, Allah üçün asandır.

33:31

وَمَن يَقۡنُتۡ مِنكُنَّ لِلَّهِ وَرَسُولِهِۦ وَتَعۡمَلۡ صَٰلِحٗا نُّؤۡتِهَآ أَجۡرَهَا مَرَّتَيۡنِ وَأَعۡتَدۡنَا لَهَا رِزۡقٗا كَرِيمٗا ﴿31﴾

Sizlərdən hər kim Allaha və Onun Rəsuluna itaət edib yax­şı iş­lər görsə, ona müka­fatını ikiqat verərik. Biz onun üçün bol ruzi ha­zırla­mışıq.

33:32

يَٰنِسَآءَ ٱلنَّبِيِّ لَسۡتُنَّ كَأَحَدٖ مِّنَ ٱلنِّسَآءِ إِنِ ٱتَّقَيۡتُنَّۚ فَلَا تَخۡضَعۡنَ بِٱلۡقَوۡلِ فَيَطۡمَعَ ٱلَّذِي فِي قَلۡبِهِۦ مَرَضٞ وَقُلۡنَ قَوۡلٗا مَّعۡرُوفٗا ﴿32﴾

Ey Peyğəmbərin zövcə­lə­ri! Siz hər hansı bir qadın kimi de­yil­si­niz. Əgər Allahdan qor­xursunuzsa, yad kişilərlə naz­la­na-naz­la­na danışmayın, yoxsa qəl­bində xəstəlik olan kəs tamaha düşər. Şə­ri­ə­tə mü­vafiq qayda­da danışın.

33:33

وَقَرۡنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجۡنَ تَبَرُّجَ ٱلۡجَٰهِلِيَّةِ ٱلۡأُولَىٰۖ وَأَقِمۡنَ ٱلصَّلَوٰةَ وَءَاتِينَ ٱلزَّكَوٰةَ وَأَطِعۡنَ ٱللَّهَ وَرَسُولَهُۥٓۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُذۡهِبَ عَنكُمُ ٱلرِّجۡسَ أَهۡلَ ٱلۡبَيۡتِ وَيُطَهِّرَكُمۡ تَطۡهِيرٗا ﴿33﴾

Evlərinizdə qərar tutun! İlk ca­hi­liyyə dövründə olduğu ki­mi açıq-saçıq gəzməyin. Na­maz qılın, zəkat verin, Allaha və Onun Rəsuluna itaət edin. Ey ev əhli! Allah sizdən günahı­nızı silib apar­maq və sizi tər­təmiz etmək istəyir.

33:34

وَٱذۡكُرۡنَ مَا يُتۡلَىٰ فِي بُيُوتِكُنَّ مِنۡ ءَايَٰتِ ٱللَّهِ وَٱلۡحِكۡمَةِۚ إِنَّ ٱللَّهَ كَانَ لَطِيفًا خَبِيرًا ﴿34﴾

Evlərinizdə oxunan Alla­hın ayə­lə­rini və hikməti yada salın. Hə­qiqətən, Allah Lütf­kardır, hər şeydən Xəbərdar­dır.

33:35

إِنَّ ٱلۡمُسۡلِمِينَ وَٱلۡمُسۡلِمَٰتِ وَٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ وَٱلۡقَٰنِتِينَ وَٱلۡقَٰنِتَٰتِ وَٱلصَّـٰدِقِينَ وَٱلصَّـٰدِقَٰتِ وَٱلصَّـٰبِرِينَ وَٱلصَّـٰبِرَٰتِ وَٱلۡخَٰشِعِينَ وَٱلۡخَٰشِعَٰتِ وَٱلۡمُتَصَدِّقِينَ وَٱلۡمُتَصَدِّقَٰتِ وَٱلصَّـٰٓئِمِينَ وَٱلصَّـٰٓئِمَٰتِ وَٱلۡحَٰفِظِينَ فُرُوجَهُمۡ وَٱلۡحَٰفِظَٰتِ وَٱلذَّـٰكِرِينَ ٱللَّهَ كَثِيرٗا وَٱلذَّـٰكِرَٰتِ أَعَدَّ ٱللَّهُ لَهُم مَّغۡفِرَةٗ وَأَجۡرًا عَظِيمٗا ﴿35﴾

Həqiqətən, müsəlman ki­şilər və müsəlman qadınlar, mö­min kişilər və mömin qa­dın­lar, müti kişilər və müti qa­dınlar, doğ­ru danışan kişilər və doğ­ru danışan qadınlar, səbirli kişi­lər və sə­bir­li qadınlar, Allaha baş əyən kişilər və baş əyən qadın­lar, sədəqə ve­rən kişilər və sə­dəqə verən qadın­lar, oruc tu­tan ki­şilər və oruc tu­tan qa­dınlar, ismətlərini qo­ruyan ki­şi­lər və ismətlərini qoruyan qa­dınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah ba­ğış­lan­ma və bö­yük mükafat hazırla­mışdır.

33:36

وَمَا كَانَ لِمُؤۡمِنٖ وَلَا مُؤۡمِنَةٍ إِذَا قَضَى ٱللَّهُ وَرَسُولُهُۥٓ أَمۡرًا أَن يَكُونَ لَهُمُ ٱلۡخِيَرَةُ مِنۡ أَمۡرِهِمۡۗ وَمَن يَعۡصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدۡ ضَلَّ ضَلَٰلٗا مُّبِينٗا ﴿36﴾

Allah və Onun Rəsulu bir işə hökm verdiyi zaman heç bir mö­min kişi və mö­min qa­dın öz işlərində istədikləri qə­­rarı verə bil­məz­lər. Allaha və Onun Rəsuluna asi olan kəs, əl­bəttə ki, açıq-ay­dın az­ğınlığa düşmüşdür.

33:37

وَإِذۡ تَقُولُ لِلَّذِيٓ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِ وَأَنۡعَمۡتَ عَلَيۡهِ أَمۡسِكۡ عَلَيۡكَ زَوۡجَكَ وَٱتَّقِ ٱللَّهَ وَتُخۡفِي فِي نَفۡسِكَ مَا ٱللَّهُ مُبۡدِيهِ وَتَخۡشَى ٱلنَّاسَ وَٱللَّهُ أَحَقُّ أَن تَخۡشَىٰهُۖ فَلَمَّا قَضَىٰ زَيۡدٞ مِّنۡهَا وَطَرٗا زَوَّجۡنَٰكَهَا لِكَيۡ لَا يَكُونَ عَلَى ٱلۡمُؤۡمِنِينَ حَرَجٞ فِيٓ أَزۡوَٰجِ أَدۡعِيَآئِهِمۡ إِذَا قَضَوۡاْ مِنۡهُنَّ وَطَرٗاۚ وَكَانَ أَمۡرُ ٱللَّهِ مَفۡعُولٗا ﴿37﴾

Bir zaman Allahın ne­mət verdiyi və sənin özünün nemət ver­diyin Zeydə: “Zövcəni öz ya­nında saxla, Allahdan qorx!”– de­yir­din. Alla­hın aşkar edəcə­yi şeyi ürəyində gizli sax­la­yır və insan­lar­dan çəkinirdin. Hal­buki əs­lində qorx­malı oldu­ğun məhz Allah­dır. Zeyd zövcəsini boşadıqda səni onun­la evlən­dir­dik ki, oğul­luq­ları öv­rətlərini bo­şadıqları za­man o qadınlarla evlən­mək­də mö­min­lərə heç bir sıxıntı ol­masın. Allahın əmri mütləq ye­rinə ye­tə­cək­.

33:38

مَّا كَانَ عَلَى ٱلنَّبِيِّ مِنۡ حَرَجٖ فِيمَا فَرَضَ ٱللَّهُ لَهُۥۖ سُنَّةَ ٱللَّهِ فِي ٱلَّذِينَ خَلَوۡاْ مِن قَبۡلُۚ وَكَانَ أَمۡرُ ٱللَّهِ قَدَرٗا مَّقۡدُورًا ﴿38﴾

Allahın Peyğəmbərə ha­lal buyur­duğu bir şeydə ona heç bir gü­nah gəl­məz. Öncə gə­lib-gedənlər haqqında da Alla­hın qayda-qa­nunu belə idi. Alla­hın əmri əzəldən müəyyən edil­miş bir hökm­dür.

33:39

ٱلَّذِينَ يُبَلِّغُونَ رِسَٰلَٰتِ ٱللَّهِ وَيَخۡشَوۡنَهُۥ وَلَا يَخۡشَوۡنَ أَحَدًا إِلَّا ٱللَّهَۗ وَكَفَىٰ بِٱللَّهِ حَسِيبٗا ﴿39﴾

Onlar Allahın risalətini təbliğ edir, Ondan qorxur və Allah­dan başqa heç kəsdən qorx­murdular. Allah Özü haqq-hesab çək­mə­yə yetər.

33:40

مَّا كَانَ مُحَمَّدٌ أَبَآ أَحَدٖ مِّن رِّجَالِكُمۡ وَلَٰكِن رَّسُولَ ٱللَّهِ وَخَاتَمَ ٱلنَّبِيِّـۧنَۗ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا ﴿40﴾

Muhəmməd aranızdakı kişilər­dən heç birinin atası de­yil. La­kin o, Allahın rəsulu və peyğəmbərlərin so­nun­cu­su­­dur. Allah hər şeyi bilir.

33:41

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱذۡكُرُواْ ٱللَّهَ ذِكۡرٗا كَثِيرٗا ﴿41﴾

Ey iman gətirənlər! Alla­hı çox-çox yada salın!

33:42

وَسَبِّحُوهُ بُكۡرَةٗ وَأَصِيلًا ﴿42﴾

Səhər-axşam Onun şəni­nə təriflər deyin!

33:43

هُوَ ٱلَّذِي يُصَلِّي عَلَيۡكُمۡ وَمَلَـٰٓئِكَتُهُۥ لِيُخۡرِجَكُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِۚ وَكَانَ بِٱلۡمُؤۡمِنِينَ رَحِيمٗا ﴿43﴾

Sizi zülmətlərdən nura çıxart­maq üçün sizə rəhm edən Odur. Onun mələkləri də sizin üçün bağışlanma dilə­yir­lər. Allah mö­min­lərə qarşı Rəhm­lidir.

33:44

تَحِيَّتُهُمۡ يَوۡمَ يَلۡقَوۡنَهُۥ سَلَٰمٞۚ وَأَعَدَّ لَهُمۡ أَجۡرٗا كَرِيمٗا ﴿44﴾

Möminlərin Ona qovu­şa­caqları gün xeyir-duaları “sa­lam” ola­caq­. Allah onlara ol­duq­ca gözəl mükafat ha­zır­la­mış­dır.

33:45

يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِنَّآ أَرۡسَلۡنَٰكَ شَٰهِدٗا وَمُبَشِّرٗا وَنَذِيرٗا ﴿45﴾

Ey Peyğəmbər! Həqiqə­tən, Biz səni şahid, müjdəçi və xə­bər­dar edən olaraq göndər­dik.

33:46

وَدَاعِيًا إِلَى ٱللَّهِ بِإِذۡنِهِۦ وَسِرَاجٗا مُّنِيرٗا ﴿46﴾

Səni həm də Allahın izni ilə Ona tərəf çağıran və nur saçan bir çıraq ki­mi göndərdik.

33:47

وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ بِأَنَّ لَهُم مِّنَ ٱللَّهِ فَضۡلٗا كَبِيرٗا ﴿47﴾

Möminlərə müjdə ver ki, onlara Allah tərəfindən böyük bir lütf nəsib olacaqdır.

33:48

وَلَا تُطِعِ ٱلۡكَٰفِرِينَ وَٱلۡمُنَٰفِقِينَ وَدَعۡ أَذَىٰهُمۡ وَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلٗا ﴿48﴾

Kafirlərə və münafiqlərə itaət et­mə. Onların əziyyət­lə­ri­nə fi­kir vermə və Allaha tə­vək­kül et. Allahın Qoruyan ol­ma­sı ki­fa­yət­dir.

33:49

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا نَكَحۡتُمُ ٱلۡمُؤۡمِنَٰتِ ثُمَّ طَلَّقۡتُمُوهُنَّ مِن قَبۡلِ أَن تَمَسُّوهُنَّ فَمَا لَكُمۡ عَلَيۡهِنَّ مِنۡ عِدَّةٖ تَعۡتَدُّونَهَاۖ فَمَتِّعُوهُنَّ وَسَرِّحُوهُنَّ سَرَاحٗا جَمِيلٗا ﴿49﴾

Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, son­ra da onlara toxunmazdan əvvəl talaqlarını ver­sə­niz, ar­tıq onlar üçün göz­ləmə müd­dəti­ni saymağa – onları yanınızda saxlama­ğa haq­qınız yoxdur. Be­lə olduğu təqdirdə on­lara talaq haqlarını verin və onları gözəl tərz­də sərbəst buraxın.

33:50

يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِنَّآ أَحۡلَلۡنَا لَكَ أَزۡوَٰجَكَ ٱلَّـٰتِيٓ ءَاتَيۡتَ أُجُورَهُنَّ وَمَا مَلَكَتۡ يَمِينُكَ مِمَّآ أَفَآءَ ٱللَّهُ عَلَيۡكَ وَبَنَاتِ عَمِّكَ وَبَنَاتِ عَمَّـٰتِكَ وَبَنَاتِ خَالِكَ وَبَنَاتِ خَٰلَٰتِكَ ٱلَّـٰتِي هَاجَرۡنَ مَعَكَ وَٱمۡرَأَةٗ مُّؤۡمِنَةً إِن وَهَبَتۡ نَفۡسَهَا لِلنَّبِيِّ إِنۡ أَرَادَ ٱلنَّبِيُّ أَن يَسۡتَنكِحَهَا خَالِصَةٗ لَّكَ مِن دُونِ ٱلۡمُؤۡمِنِينَۗ قَدۡ عَلِمۡنَا مَا فَرَضۡنَا عَلَيۡهِمۡ فِيٓ أَزۡوَٰجِهِمۡ وَمَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ لِكَيۡلَا يَكُونَ عَلَيۡكَ حَرَجٞۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا ﴿50﴾

Ey Peyğəmbər! Mehrlə­rini ver­di­yin zövcələrini, Alla­hın sə­nə bəxş et­dik­lərindən sa­hib olduğun cariyələri, sə­nin­lə birlikdə hic­rət etmiş əmin qız­la­rı­nı, bibilərinin qızlarını, da­yın qızlarını, xa­lalarının qızla­rını, habelə Peyğəmbər onunla ev­lənmək istədiyi təq­dirdə özü­nü Peyğəmbərə bağışlayan hər hansı bir mömin qa­dı­nı sənə halal etdik. Sonun­cusu digər mö­min­lərə deyil, yalnız sənə məx­­susdur. Onlara zövcələri və sa­hib olduqları cariyələr barə­sin­də nəyi vacib buyurdu­ğu­muzu bilirik. Belə etdik ki, sənə bir çə­tin­lik olmasın. Allah Ba­ğış­layandır, Rəhmlidir.