quranm◉

Səhifə 124

Range
from 5:96 to 5:103
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

5:96

أُحِلَّ لَكُمۡ صَيۡدُ ٱلۡبَحۡرِ وَطَعَامُهُۥ مَتَٰعٗا لَّكُمۡ وَلِلسَّيَّارَةِۖ وَحُرِّمَ عَلَيۡكُمۡ صَيۡدُ ٱلۡبَرِّ مَا دُمۡتُمۡ حُرُمٗاۗ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِيٓ إِلَيۡهِ تُحۡشَرُونَ ﴿96﴾

Həm sizin, həm də sə­fər­də olan­ların faydalanması üçün də­niz ovu və onu yemək sizə halal edildi. İhramda oldu­ğu­nuz müd­dətdə isə quruda ov et­mək sizə haram edildi. Hü­zu­runa top­la­na­ca­ğınız Allah­dan qorxun!­

5:97

جَعَلَ ٱللَّهُ ٱلۡكَعۡبَةَ ٱلۡبَيۡتَ ٱلۡحَرَامَ قِيَٰمٗا لِّلنَّاسِ وَٱلشَّهۡرَ ٱلۡحَرَامَ وَٱلۡهَدۡيَ وَٱلۡقَلَـٰٓئِدَۚ ذَٰلِكَ لِتَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ وَأَنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٌ ﴿97﴾

Allah Kəbəni – müqəd­dəs evi, haram ayı, qurbanı və boy­nu­na nişan taxılmış qur­banlıq hey­vanları insanların iş­lə­rini yo­lu­na qoymaq üçün bir vasitə kimi mü­əy­yən etdi. Bu ona görə­dir ki, siz göylərdə və yer­də olan­ların Alla­ha bəlli olma­sını və Allahın hər şe­yi Bilən olduğunu an­laya­sınız.

5:98

ٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ وَأَنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ﴿98﴾

Agah olun ki, Allah şid­dət­li cəza verəndir, həmçinin də Allah Bağış­la­yan­dır, Rəhm­lidir.

5:99

مَّا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلۡبَلَٰغُۗ وَٱللَّهُ يَعۡلَمُ مَا تُبۡدُونَ وَمَا تَكۡتُمُونَ ﴿99﴾

Allahın elçisinin vəzi­fə­si an­caq təbliğ etməkdir. Allah sizin aş­kara çı­xar­dı­ğınızı da, gizlində saxladığınızı da bilir.

5:100

قُل لَّا يَسۡتَوِي ٱلۡخَبِيثُ وَٱلطَّيِّبُ وَلَوۡ أَعۡجَبَكَ كَثۡرَةُ ٱلۡخَبِيثِۚ فَٱتَّقُواْ ٱللَّهَ يَـٰٓأُوْلِي ٱلۡأَلۡبَٰبِ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ﴿100﴾

De: “Murdar şeyin çox ol­ması sənin xoşuna gəlsə be­lə, mur­darla təmiz eyni ola bil­məz”. Ey ağıl sahibləri! Allah­dan qor­xun ki, bəl­kə nicat ta­pa­sınız.

5:101

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَسۡـَٔلُواْ عَنۡ أَشۡيَآءَ إِن تُبۡدَ لَكُمۡ تَسُؤۡكُمۡ وَإِن تَسۡـَٔلُواْ عَنۡهَا حِينَ يُنَزَّلُ ٱلۡقُرۡءَانُ تُبۡدَ لَكُمۡ عَفَا ٱللَّهُ عَنۡهَاۗ وَٱللَّهُ غَفُورٌ حَلِيمٞ ﴿101﴾

Ey iman gətirənlər! Si­zə agah olun­ca xoşunuza gəl­mə­yə­cək şeylər ba­rəsində so­ruş­mayın. Əgər Quran nazil edil­diyi za­man onlar haqqında so­ruş­sa­nız, sizə aydın olar. Allah bunları – indi­yə qədər verdiyi­niz bu cür sualları əfv etdi. Allah Bağış­layandır, Rəhm­lidir.

5:102

قَدۡ سَأَلَهَا قَوۡمٞ مِّن قَبۡلِكُمۡ ثُمَّ أَصۡبَحُواْ بِهَا كَٰفِرِينَ ﴿102﴾

Sizdən əvvəl bir qövm bunları soruşmuş, sonra da bu sə­bəbdən kafir olmuşdu.

5:103

مَا جَعَلَ ٱللَّهُ مِنۢ بَحِيرَةٖ وَلَا سَآئِبَةٖ وَلَا وَصِيلَةٖ وَلَا حَامٖ وَلَٰكِنَّ ٱلَّذِينَ كَفَرُواْ يَفۡتَرُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَۖ وَأَكۡثَرُهُمۡ لَا يَعۡقِلُونَ ﴿103﴾

Allah müşriklərin bə­hi­rə, saibə, və­silə və ham ad­lan­dırıb büt­lərə nəzir et­di­yi hey­van­lar ba­rəsində heç bir gös­təriş ver­mə­mişdir. La­kin kafir olan­lar Alla­ha qarşı ya­lan uy­du­rurlar. Onların çoxu isə bunu anlamır.