quranm◉

Səhifə 264

Range
from 15:32 to 15:51
Surahs covered
Tərcümə
20 Tərcümə

◉

15:32

قَالَ يَـٰٓإِبۡلِيسُ مَا لَكَ أَلَّا تَكُونَ مَعَ ٱلسَّـٰجِدِينَ ﴿32﴾

Allah dedi: “Ey İblis! Nə üçün sən səcdə edənlər ara­sın­da de­yilsən?”

15:33

قَالَ لَمۡ أَكُن لِّأَسۡجُدَ لِبَشَرٍ خَلَقۡتَهُۥ مِن صَلۡصَٰلٖ مِّنۡ حَمَإٖ مَّسۡنُونٖ ﴿33﴾

İblis dedi: “Sənin, başqa şəklə düş­­müş qara palçıqdan, to­xun­duqda sax­sı kimi səs çı­xa­ran quru gildən yarat­dı­ğın in­sana səc­də etmək mənə ya­raş­maz!”

15:34

قَالَ فَٱخۡرُجۡ مِنۡهَا فَإِنَّكَ رَجِيمٞ ﴿34﴾

Allah dedi: “Oradan çıx! Artıq sən qo­vuldun.

15:35

وَإِنَّ عَلَيۡكَ ٱللَّعۡنَةَ إِلَىٰ يَوۡمِ ٱلدِّينِ ﴿35﴾

Haqq-hesab gününə qə­dər sənə lənət olacaqdır”.

15:36

قَالَ رَبِّ فَأَنظِرۡنِيٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ ﴿36﴾

İblis dedi: “Ey Rəbbim! Onların di­rildiləcəkləri günə qə­dər mə­nə möhlət ver”.

15:37

قَالَ فَإِنَّكَ مِنَ ٱلۡمُنظَرِينَ ﴿37﴾

Allah dedi: “Sən möhlət verilən­lər­dənsən.

15:38

إِلَىٰ يَوۡمِ ٱلۡوَقۡتِ ٱلۡمَعۡلُومِ ﴿38﴾

Ancaq məlum vaxtın gü­­nünə qə­dər”.

15:39

قَالَ رَبِّ بِمَآ أَغۡوَيۡتَنِي لَأُزَيِّنَنَّ لَهُمۡ فِي ٱلۡأَرۡضِ وَلَأُغۡوِيَنَّهُمۡ أَجۡمَعِينَ ﴿39﴾

İblis dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə on­lara pis işləri gözəl göstərib onların ha­mı­sını az­dıracağam.

15:40

إِلَّا عِبَادَكَ مِنۡهُمُ ٱلۡمُخۡلَصِينَ ﴿40﴾

Yalnız Sənin seçilmiş, ix­laslı qul­la­rından başqa”.

15:41

قَالَ هَٰذَا صِرَٰطٌ عَلَيَّ مُسۡتَقِيمٌ ﴿41﴾

Allah dedi: “Bu, Mənə tə­­rəf gə­ti­rib çıxaran düz yoldur.

15:42

إِنَّ عِبَادِي لَيۡسَ لَكَ عَلَيۡهِمۡ سُلۡطَٰنٌ إِلَّا مَنِ ٱتَّبَعَكَ مِنَ ٱلۡغَاوِينَ ﴿42﴾

Şübhəsiz ki, qullarım üzə­rində sə­nin heç bir hökmün yox­dur. Yalnız sənə uyan az­ğın­lar­dan başqa”.

15:43

وَإِنَّ جَهَنَّمَ لَمَوۡعِدُهُمۡ أَجۡمَعِينَ ﴿43﴾

Həqiqətən, Cəhənnəm on­la­rın ha­mısına vəd olunmuş yer­dir.

15:44

لَهَا سَبۡعَةُ أَبۡوَٰبٖ لِّكُلِّ بَابٖ مِّنۡهُمۡ جُزۡءٞ مَّقۡسُومٌ ﴿44﴾

Onun yeddi qapısı var­. Hər qapı üçün onlardan müəy­yən bir dəstə təyin olun­muşdur.

15:45

إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّـٰتٖ وَعُيُونٍ ﴿45﴾

Sözsüz ki, müttəqilər cən­nətlərdə və çeşmələr ba­şın­da ola­caq­lar.

15:46

ٱدۡخُلُوهَا بِسَلَٰمٍ ءَامِنِينَ ﴿46﴾

Onlara deyiləcək: “Oraya sağ-sala­mat və xatircəmliklə da­xil olun!”

15:47

وَنَزَعۡنَا مَا فِي صُدُورِهِم مِّنۡ غِلٍّ إِخۡوَٰنًا عَلَىٰ سُرُرٖ مُّتَقَٰبِلِينَ ﴿47﴾

Biz onların köksündəki kin-kü­durəti çıxarıb kənar et­dik. On­lar taxtlar üstündə qarşı-qarşıya oturan qar­daş­lar ola­caq­lar.

15:48

لَا يَمَسُّهُمۡ فِيهَا نَصَبٞ وَمَا هُم مِّنۡهَا بِمُخۡرَجِينَ ﴿48﴾

Onlara orada heç bir yor­ğunluq toxunmayacaq və on­lar ora­­dan çıxarıl­mayacaqlar.

15:49

نَبِّئۡ عِبَادِيٓ أَنِّيٓ أَنَا ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ﴿49﴾

Qullarıma xəbər ver ki, Mən Ba­ğışlayanam, Rəhmli­yəm.

15:50

وَأَنَّ عَذَابِي هُوَ ٱلۡعَذَابُ ٱلۡأَلِيمُ ﴿50﴾

Əzabım isə ağrılı-acılı əzab­dır.

15:51

وَنَبِّئۡهُمۡ عَن ضَيۡفِ إِبۡرَٰهِيمَ ﴿51﴾

Onlara İbrahimin qo­naq­ları barə­sində də xəbər ver.