quranm◉

Səhifə 303

Range
from 18:84 to 18:97
Surahs covered
Tərcümə
14 Tərcümə

◉

18:84

إِنَّا مَكَّنَّا لَهُۥ فِي ٱلۡأَرۡضِ وَءَاتَيۡنَٰهُ مِن كُلِّ شَيۡءٖ سَبَبٗا ﴿84﴾

Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik və hər şe­yin yolunu ona öyrətdik.

18:85

فَأَتۡبَعَ سَبَبًا ﴿85﴾

O, yer üzündə gəzib do­laş­maq üçün səfərə çıxdı.

18:86

حَتَّىٰٓ إِذَا بَلَغَ مَغۡرِبَ ٱلشَّمۡسِ وَجَدَهَا تَغۡرُبُ فِي عَيۡنٍ حَمِئَةٖ وَوَجَدَ عِندَهَا قَوۡمٗاۖ قُلۡنَا يَٰذَا ٱلۡقَرۡنَيۡنِ إِمَّآ أَن تُعَذِّبَ وَإِمَّآ أَن تَتَّخِذَ فِيهِمۡ حُسۡنٗا ﴿86﴾

Nəhayət, günəşin qürub etdiyi yerə gə­lib çatdıqda onu qa­ra pal­çıq­lı bir yerdə batan gör­dü. Zülqərneyn onun ya­nın­da bir tay­fa­ya rast gəldi. Biz bu­yur­duq: “Ey Zülqər­neyn! Sən ya onları cə­za­lan­dırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!”

18:87

قَالَ أَمَّا مَن ظَلَمَ فَسَوۡفَ نُعَذِّبُهُۥ ثُمَّ يُرَدُّ إِلَىٰ رَبِّهِۦ فَيُعَذِّبُهُۥ عَذَابٗا نُّكۡرٗا ﴿87﴾

O dedi: “Zülm edə­ni cəzalan­dıracağıq. Sonra o, Rəb­bi­nə qayta­rıla­caq. O da ona ağır bir əzab verə­cək­!

18:88

وَأَمَّا مَنۡ ءَامَنَ وَعَمِلَ صَٰلِحٗا فَلَهُۥ جَزَآءً ٱلۡحُسۡنَىٰۖ وَسَنَقُولُ لَهُۥ مِنۡ أَمۡرِنَا يُسۡرٗا ﴿88﴾

İman gətirib yaxşı iş gö­rən kim­səyə isə ən gözəl mü­kafat ve­rilə­cək. Biz ona əm­ri­mizdən asan olanı buyura­cağıq”.

18:89

ثُمَّ أَتۡبَعَ سَبَبًا ﴿89﴾

Sonra o, yoluna davam etdi.

18:90

حَتَّىٰٓ إِذَا بَلَغَ مَطۡلِعَ ٱلشَّمۡسِ وَجَدَهَا تَطۡلُعُ عَلَىٰ قَوۡمٖ لَّمۡ نَجۡعَل لَّهُم مِّن دُونِهَا سِتۡرٗا ﴿90﴾

Nəhayət, günəşin doğ­duğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü ki, onlar üçün günəşə qar­şı heç bir örtük ya­rat­mamışdıq.

18:91

كَذَٰلِكَۖ وَقَدۡ أَحَطۡنَا بِمَا لَدَيۡهِ خُبۡرٗا ﴿91﴾

Bax belə! Biz onun ba­şına gələn­lərin hamısından xə­bər­da­rıq.

18:92

ثُمَّ أَتۡبَعَ سَبَبًا ﴿92﴾

Sonra o, yenə yoluna da­­vam etdi.

18:93

حَتَّىٰٓ إِذَا بَلَغَ بَيۡنَ ٱلسَّدَّيۡنِ وَجَدَ مِن دُونِهِمَا قَوۡمٗا لَّا يَكَادُونَ يَفۡقَهُونَ قَوۡلٗا ﴿93﴾

Nəhayət, iki dağ arasına gəlib çatdıqda onların ön tərə­fində az qala söz anlamayan bir tayfaya rast gəldi.

18:94

قَالُواْ يَٰذَا ٱلۡقَرۡنَيۡنِ إِنَّ يَأۡجُوجَ وَمَأۡجُوجَ مُفۡسِدُونَ فِي ٱلۡأَرۡضِ فَهَلۡ نَجۡعَلُ لَكَ خَرۡجًا عَلَىٰٓ أَن تَجۡعَلَ بَيۡنَنَا وَبَيۡنَهُمۡ سَدّٗا ﴿94﴾

Onlar dedilər: “Ey Zül­qər­neyn! Yəcuc və Məcuc tay­fa­ları yer üzündə fitnə-fəsad tö­rədirlər. Bəlkə biz sənə xə­rac verək, sən də bi­zimlə onların ara­sın­da bir sədd düzəl­də­sən?”

18:95

قَالَ مَا مَكَّنِّي فِيهِ رَبِّي خَيۡرٞ فَأَعِينُونِي بِقُوَّةٍ أَجۡعَلۡ بَيۡنَكُمۡ وَبَيۡنَهُمۡ رَدۡمًا ﴿95﴾

O dedi: “Rəbbimin mə­nə əta et­di­yi mülk daha yax­şı­dır. Gə­lin öz qüv­və­niz­lə mə­nə kö­mək edin, mən də sizinlə on­ların ara­sın­da möhkəm bir sədd çə­kim.

18:96

ءَاتُونِي زُبَرَ ٱلۡحَدِيدِۖ حَتَّىٰٓ إِذَا سَاوَىٰ بَيۡنَ ٱلصَّدَفَيۡنِ قَالَ ٱنفُخُواْۖ حَتَّىٰٓ إِذَا جَعَلَهُۥ نَارٗا قَالَ ءَاتُونِيٓ أُفۡرِغۡ عَلَيۡهِ قِطۡرٗا ﴿96﴾

Mənə dəmir parçaları gə­­tirin!” Nəhayət, dağın iki ya­nı ara­sını dəmir parçaları ilə dol­durduqda: “Körükləyin!”– de­di. Də­mir közərən kimi: “Gə­ti­rin mə­nə, onun üstünə ərimiş mis tö­küm!”– de­di.

18:97

فَمَا ٱسۡطَٰعُوٓاْ أَن يَظۡهَرُوهُ وَمَا ٱسۡتَطَٰعُواْ لَهُۥ نَقۡبٗا ﴿97﴾

Yəcuc və Məcuc tayfa­la­rı nə səd­din üstünə çıxa bil­di­lər, nə də onu dəlib keçə bil­dilər.