quranm◉

Səhifə 302

Range
from 18:75 to 18:83
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

18:75

قَالَ أَلَمۡ أَقُل لَّكَ إِنَّكَ لَن تَسۡتَطِيعَ مَعِيَ صَبۡرٗا ﴿75﴾

Xızır dedi: “Sənə demə­dimmi ki, mənim yanımda sə­bir edə bil­məzsən?”

18:76

قَالَ إِن سَأَلۡتُكَ عَن شَيۡءِۭ بَعۡدَهَا فَلَا تُصَٰحِبۡنِيۖ قَدۡ بَلَغۡتَ مِن لَّدُنِّي عُذۡرٗا ﴿76﴾

Musa dedi: “Əgər bun­dan sonra səndən bir şey ba­rə­sində so­ruş­sam, da­ha mənə yol­daş olma. Sən artıq mənim di­ləyəcəyim so­­nuncu üzrxah­lığa çat­dın”.

18:77

فَٱنطَلَقَا حَتَّىٰٓ إِذَآ أَتَيَآ أَهۡلَ قَرۡيَةٍ ٱسۡتَطۡعَمَآ أَهۡلَهَا فَأَبَوۡاْ أَن يُضَيِّفُوهُمَا فَوَجَدَا فِيهَا جِدَارٗا يُرِيدُ أَن يَنقَضَّ فَأَقَامَهُۥۖ قَالَ لَوۡ شِئۡتَ لَتَّخَذۡتَ عَلَيۡهِ أَجۡرٗا ﴿77﴾

Yenə yola düzəldilər. Nə­ha­yət, bir kənd əhlinin ya­nına gə­lib camaatdan yeməyə bir şey istədi­lər. Camaat onları ye­məyə qo­naq etmək istəmədi. Onlar orada da­ğılmaq istəyən bir di­var gör­dü­lər. Xızır onu dü­zəlt­di. Musa dedi: “Əgər is­tə­səy­din, bunun mü­qa­bilində zəhmət haqqı alardın”.

18:78

قَالَ هَٰذَا فِرَاقُ بَيۡنِي وَبَيۡنِكَۚ سَأُنَبِّئُكَ بِتَأۡوِيلِ مَا لَمۡ تَسۡتَطِع عَّلَيۡهِ صَبۡرًا ﴿78﴾

Xızır dedi: “Bu, mənim­lə sənin aran­da ayrılıqdır. Sə­bir edə bil­mədiyin şey­lərin yo­zu­munu sənə xəbər verə­cə­yəm.

18:79

أَمَّا ٱلسَّفِينَةُ فَكَانَتۡ لِمَسَٰكِينَ يَعۡمَلُونَ فِي ٱلۡبَحۡرِ فَأَرَدتُّ أَنۡ أَعِيبَهَا وَكَانَ وَرَآءَهُم مَّلِكٞ يَأۡخُذُ كُلَّ سَفِينَةٍ غَصۡبٗا ﴿79﴾

Gəmiyə gəlincə, o, də­niz­də çalışan kasıb adamlara məx­sus idi. Mənim onu korla­ma­ğı­mın sə­bəbi, onların önün­də hər bir ya­rar­lı gəmini zorla ələ ke­çirən hökm­darın olması idi.

18:80

وَأَمَّا ٱلۡغُلَٰمُ فَكَانَ أَبَوَاهُ مُؤۡمِنَيۡنِ فَخَشِينَآ أَن يُرۡهِقَهُمَا طُغۡيَٰنٗا وَكُفۡرٗا ﴿80﴾

Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz uşa­ğın bö­yü­yəndə onları az­ğın­lığa və küfrə sürük­lə­mə­sin­dən qorx­duq.

18:81

فَأَرَدۡنَآ أَن يُبۡدِلَهُمَا رَبُّهُمَا خَيۡرٗا مِّنۡهُ زَكَوٰةٗ وَأَقۡرَبَ رُحۡمٗا ﴿81﴾

Biz istədik ki, onların Rəb­bi onun əvəzində onlara on­dan da­ha təmiz və da­ha mər­hə­mət­li olan başqa bir övlad versin.

18:82

وَأَمَّا ٱلۡجِدَارُ فَكَانَ لِغُلَٰمَيۡنِ يَتِيمَيۡنِ فِي ٱلۡمَدِينَةِ وَكَانَ تَحۡتَهُۥ كَنزٞ لَّهُمَا وَكَانَ أَبُوهُمَا صَٰلِحٗا فَأَرَادَ رَبُّكَ أَن يَبۡلُغَآ أَشُدَّهُمَا وَيَسۡتَخۡرِجَا كَنزَهُمَا رَحۡمَةٗ مِّن رَّبِّكَۚ وَمَا فَعَلۡتُهُۥ عَنۡ أَمۡرِيۚ ذَٰلِكَ تَأۡوِيلُ مَا لَمۡ تَسۡطِع عَّلَيۡهِ صَبۡرٗا ﴿82﴾

Divara gəldikdə isə, o, şə­hərdəki iki yetim oğlanın idi. Al­tın­da onlara məxsus bir xə­zinə vardı. Onların atası əmə­li­saleh adam ol­muşdur. Rəbbin on­ların həddi-buluğa çatmala­rını və Rəb­bin­dən bir mərhə­mət olaraq öz xəzi­nə­lə­rini ta­pıb çıxartmalarını is­tə­di. Mən bun­ları öz ixtiyarımla etmir­dim. Sənin səbir edə bilmə­di­­yin şeylərin yozumu budur!”

18:83

وَيَسۡـَٔلُونَكَ عَن ذِي ٱلۡقَرۡنَيۡنِۖ قُلۡ سَأَتۡلُواْ عَلَيۡكُم مِّنۡهُ ذِكۡرًا ﴿83﴾

Səndən Zülqərneyn ba­rə­sin­də so­ruşurlar. De: “Onun barə­sin­də si­zə bir əhvalat da­nışa­cağam”.