quranm◉

Səhifə 36

Range
from 2:225 to 2:230
Surahs covered
Tərcümə
6 Tərcümə

◉

2:225

لَّا يُؤَاخِذُكُمُ ٱللَّهُ بِٱللَّغۡوِ فِيٓ أَيۡمَٰنِكُمۡ وَلَٰكِن يُؤَاخِذُكُم بِمَا كَسَبَتۡ قُلُوبُكُمۡۗ وَٱللَّهُ غَفُورٌ حَلِيمٞ ﴿225﴾

Allah sizi qərəzsiz iç­di­yi­niz and­lara görə cəzalan­dır­maz, la­kin O, sizi qəlbinizin qə­rəzinə – qəsdən içdiyi­niz and­lara görə cə­za­landıracaqdır. Allah çox bağışla­yandır, həlimdir.

2:226

لِّلَّذِينَ يُؤۡلُونَ مِن نِّسَآئِهِمۡ تَرَبُّصُ أَرۡبَعَةِ أَشۡهُرٖۖ فَإِن فَآءُو فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ﴿226﴾

Qadınları ilə yaxınlıq et­məməyi and içənlər üçün göz­lə­mə müddəti dörd aydır. Əgər bu müddət içində qadınlarına dönsələr, şübhəsiz ki, Allah çox bağışla­yandır, rəhm­li­dir.

2:227

وَإِنۡ عَزَمُواْ ٱلطَّلَٰقَ فَإِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٞ ﴿227﴾

Əgər onlar boşanmağa qə­rar versələr, şübhəsiz ki, Allah hər şeyi eşidəndir, hər şeyi biləndir!

2:228

وَٱلۡمُطَلَّقَٰتُ يَتَرَبَّصۡنَ بِأَنفُسِهِنَّ ثَلَٰثَةَ قُرُوٓءٖۚ وَلَا يَحِلُّ لَهُنَّ أَن يَكۡتُمۡنَ مَا خَلَقَ ٱللَّهُ فِيٓ أَرۡحَامِهِنَّ إِن كُنَّ يُؤۡمِنَّ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۚ وَبُعُولَتُهُنَّ أَحَقُّ بِرَدِّهِنَّ فِي ذَٰلِكَ إِنۡ أَرَادُوٓاْ إِصۡلَٰحٗاۚ وَلَهُنَّ مِثۡلُ ٱلَّذِي عَلَيۡهِنَّ بِٱلۡمَعۡرُوفِۚ وَلِلرِّجَالِ عَلَيۡهِنَّ دَرَجَةٞۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌ ﴿228﴾

Boşanmış qadınlar üç heyz görüncəyə və ya üç kərə təmizlə­nincəyə qədər göz­ləməlidirlər. Əgər Allaha və Axi­rət gününə iman gətirmişlər­sə, Alla­hın onla­rın bət­nin­də yaratdığını gizlət­mək on­lara halal olmaz. Əgər bu müd­dət ər­zin­də onların ər­lə­ri barışmaq is­tə­sələr, onları qay­­tarmağa daha çox haq­lı­dır­lar. Kişilərin qadınlar üzərində şə­ri­ətə müvafiq haqları ol­duğu kimi, on­la­rın da kişilər üzərin­də haqları vardır. Ki­şilərin on­lar üzə­rində olan haqları isə bir dərəcə üstündür. Allah qüd­rət­lidir, hikmət sahibidir.

2:229

ٱلطَّلَٰقُ مَرَّتَانِۖ فَإِمۡسَاكُۢ بِمَعۡرُوفٍ أَوۡ تَسۡرِيحُۢ بِإِحۡسَٰنٖۗ وَلَا يَحِلُّ لَكُمۡ أَن تَأۡخُذُواْ مِمَّآ ءَاتَيۡتُمُوهُنَّ شَيۡـًٔا إِلَّآ أَن يَخَافَآ أَلَّا يُقِيمَا حُدُودَ ٱللَّهِۖ فَإِنۡ خِفۡتُمۡ أَلَّا يُقِيمَا حُدُودَ ٱللَّهِ فَلَا جُنَاحَ عَلَيۡهِمَا فِيمَا ٱفۡتَدَتۡ بِهِۦۗ تِلۡكَ حُدُودُ ٱللَّهِ فَلَا تَعۡتَدُوهَاۚ وَمَن يَتَعَدَّ حُدُودَ ٱللَّهِ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ ﴿229﴾

Boşama iki dəfədir. Bundan sonra qadını şəriətə mü­vafiq qayda üzrə sax­lamaq, ya­xud xoşluqla buraxmaq gə­rək­dir. On­lara ver­diklərinizdən bir şey gö­türmək sizə halal ol­maz. Yalnız hər iki­si­nin Alla­hın qoy­du­ğu hüdud­lar­ı ye­rinə yetir­məyə­cəklə­rin­dən qorx­ması is­tis­na­dır. Əgər siz onların Allahın qoy­du­ğu hüdud­lar­ı ye­rinə yetir­mə­yəcək­lə­rin­dən qorx­sa­nız, qadının boşanmaq üçün bir şey əvəz ver­məsində iki­si­nə də heç bir günah yox­dur. Bunlar Alla­hın qoy­du­ğu hüdud­lar­dır, on­la­rı aşma­yın! Allahın qoy­du­ğu hüdud­lar­ı aşanlar – məhz onlar za­lım­lar­dır.

2:230

فَإِن طَلَّقَهَا فَلَا تَحِلُّ لَهُۥ مِنۢ بَعۡدُ حَتَّىٰ تَنكِحَ زَوۡجًا غَيۡرَهُۥۗ فَإِن طَلَّقَهَا فَلَا جُنَاحَ عَلَيۡهِمَآ أَن يَتَرَاجَعَآ إِن ظَنَّآ أَن يُقِيمَا حُدُودَ ٱللَّهِۗ وَتِلۡكَ حُدُودُ ٱللَّهِ يُبَيِّنُهَا لِقَوۡمٖ يَعۡلَمُونَ ﴿230﴾

Əgər onu üçüncü dəfə bo­şayarsa, bundan sonra o qa­dın baş­qa bir kişiyə ərə getmə­yincə əvvəlki ərinə ha­lal ol­maz. Əgər sonrakı əri onu boşa­sa, Alla­hın qoy­du­ğu hüdud­lar­ı ye­ri­nə yetirə­cək­lə­rini gü­man et­dik­ləri təqdirdə, qadının birinci əri ilə ye­nidən nikaha gir­məsində, iki­sinə də heç bir gü­nah yoxdur. Bunlar Allahın qoy­du­ğu hüdud­lar­dır, onla­rı anlayan adam­la­ra bə­yan edir.