quranm◉

Səhifə 37

Range
from 2:231 to 2:233
Surahs covered
Tərcümə
3 Tərcümə

◉

2:231

وَإِذَا طَلَّقۡتُمُ ٱلنِّسَآءَ فَبَلَغۡنَ أَجَلَهُنَّ فَأَمۡسِكُوهُنَّ بِمَعۡرُوفٍ أَوۡ سَرِّحُوهُنَّ بِمَعۡرُوفٖۚ وَلَا تُمۡسِكُوهُنَّ ضِرَارٗا لِّتَعۡتَدُواْۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ فَقَدۡ ظَلَمَ نَفۡسَهُۥۚ وَلَا تَتَّخِذُوٓاْ ءَايَٰتِ ٱللَّهِ هُزُوٗاۚ وَٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡ وَمَآ أَنزَلَ عَلَيۡكُم مِّنَ ٱلۡكِتَٰبِ وَٱلۡحِكۡمَةِ يَعِظُكُم بِهِۦۚ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ﴿231﴾

Qadınlarınızı boşadığı­nız və on­ların gözləmə müd­dəti so­na yetişdiyi zaman on­ları ya şə­ri­ətə müvafiq qayda üzrə sax­layın, ya da müvafiq qay­da üz­rə bu­ra­xın. Zərər vermək üçün haqsızlıq edib on­ları saxla­ma­yın. Kim bu­nu etsə, ancaq özünə zülm et­miş olar. Allahın ayə­ləri­ni məsxərəyə qoymayın. Allahın sizə olan ne­mətlə­rini, öyüd-nəsihət ver­­mək üçün nazil etdiyi Kitab və hik­mə­ti yadınıza salın. Allah­dan qor­xun və bilin ki, Allah hər şe­yi bi­lir.

2:232

وَإِذَا طَلَّقۡتُمُ ٱلنِّسَآءَ فَبَلَغۡنَ أَجَلَهُنَّ فَلَا تَعۡضُلُوهُنَّ أَن يَنكِحۡنَ أَزۡوَٰجَهُنَّ إِذَا تَرَٰضَوۡاْ بَيۡنَهُم بِٱلۡمَعۡرُوفِۗ ذَٰلِكَ يُوعَظُ بِهِۦ مَن كَانَ مِنكُمۡ يُؤۡمِنُ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۗ ذَٰلِكُمۡ أَزۡكَىٰ لَكُمۡ وَأَطۡهَرُۚ وَٱللَّهُ يَعۡلَمُ وَأَنتُمۡ لَا تَعۡلَمُونَ ﴿232﴾

Qadınlarınızı boşadığı­nız və on­ların gözləmə müd­dəti ba­şa çatdığı zaman keçmiş ərləri ilə öz ara­ların­da xoşluqla razılığa gəldikləri təqdirdə, o qadınlara yeni­dən əv­vəlki ər­lə­rinə ərə get­mə­yə mane ol­ma­yın. Bu, siz­lər­dən Allaha və Axi­rət günü­nə iman gə­tirən­lərə verilən bir öyüd-nə­si­hət­dir. Bu, sizin üçün daha yaxşı və daha pak­dır. Allah bilir, siz isə bil­mir­siniz.

2:233

وَٱلۡوَٰلِدَٰتُ يُرۡضِعۡنَ أَوۡلَٰدَهُنَّ حَوۡلَيۡنِ كَامِلَيۡنِۖ لِمَنۡ أَرَادَ أَن يُتِمَّ ٱلرَّضَاعَةَۚ وَعَلَى ٱلۡمَوۡلُودِ لَهُۥ رِزۡقُهُنَّ وَكِسۡوَتُهُنَّ بِٱلۡمَعۡرُوفِۚ لَا تُكَلَّفُ نَفۡسٌ إِلَّا وُسۡعَهَاۚ لَا تُضَآرَّ وَٰلِدَةُۢ بِوَلَدِهَا وَلَا مَوۡلُودٞ لَّهُۥ بِوَلَدِهِۦۚ وَعَلَى ٱلۡوَارِثِ مِثۡلُ ذَٰلِكَۗ فَإِنۡ أَرَادَا فِصَالًا عَن تَرَاضٖ مِّنۡهُمَا وَتَشَاوُرٖ فَلَا جُنَاحَ عَلَيۡهِمَاۗ وَإِنۡ أَرَدتُّمۡ أَن تَسۡتَرۡضِعُوٓاْ أَوۡلَٰدَكُمۡ فَلَا جُنَاحَ عَلَيۡكُمۡ إِذَا سَلَّمۡتُم مَّآ ءَاتَيۡتُم بِٱلۡمَعۡرُوفِۗ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ ﴿233﴾

Analar öz övladlarını tam iki il əmizdirsinlər. Bu, əmiz­dir­mə­ni tamam­lamaq istə­yənlər üçün­dür. Anaların ye­məyi və ge­yi­mi şə­riətə mü­vafiq qay­dada uşa­ğın ata­sının üzərinə düşür. Heç kəs qüvvəsi çat­dı­ğından artıq yük­lən­məz. Nə bir ana, nə də bir ata öz övladına gö­rə zərər çəkməməlidir. Atanın üzərinə düşən bu vəzifə ey­­ni­lə varisin üzə­rinə düşür. Əgər ata və ana özlərinin razı­lığı və məs­ləhəti ilə uşağı süd­dən kəs­mək istə­sələr, ikisinə də heç bir gü­nah ol­maz. Əgər siz uşaq­­larınızı süd ana­sına əmizdir­mək is­təyirsi­nizsə və süd haqqı­nı mü­­vafiq qayda üzrə ödə­sə­niz, si­zə heç bir gü­nah olmaz. Allah­dan qorxun və bilin ki, Allah sizin nə et­dik­lə­ri­nizi görür.