quranm◉

Səhifə 364

Range
from 25:44 to 25:55
Surahs covered
Tərcümə
12 Tərcümə

◉

25:44

أَمۡ تَحۡسَبُ أَنَّ أَكۡثَرَهُمۡ يَسۡمَعُونَ أَوۡ يَعۡقِلُونَۚ إِنۡ هُمۡ إِلَّا كَٱلۡأَنۡعَٰمِ بَلۡ هُمۡ أَضَلُّ سَبِيلًا ﴿44﴾

Yoxsa elə hesab edirsən ki, onla­rın əksəriyyəti eşidəcək və ya anla­ya­caq? Onlar hey­van kimidirlər, hətta, haqq yoldan da­ha çox uzaq­laş­mışlar.

25:45

أَلَمۡ تَرَ إِلَىٰ رَبِّكَ كَيۡفَ مَدَّ ٱلظِّلَّ وَلَوۡ شَآءَ لَجَعَلَهُۥ سَاكِنٗا ثُمَّ جَعَلۡنَا ٱلشَّمۡسَ عَلَيۡهِ دَلِيلٗا ﴿45﴾

Məgər Rəbbinin kölgəni necə uzat­dığını görmürsənmi? Əgər O istə­səydi, onu hərəkət­siz halda saxlayardı. Sonra Biz gü­nə­şi onun bələdçisi etdik.

25:46

ثُمَّ قَبَضۡنَٰهُ إِلَيۡنَا قَبۡضٗا يَسِيرٗا ﴿46﴾

Sonra o kölgəni yavaş-yavaş Özü­müzə tərəf çəkib qısaltdıq.

25:47

وَهُوَ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلَّيۡلَ لِبَاسٗا وَٱلنَّوۡمَ سُبَاتٗا وَجَعَلَ ٱلنَّهَارَ نُشُورٗا ﴿47﴾

Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də can­lan­ma vaxtı edən Odur.

25:48

وَهُوَ ٱلَّذِيٓ أَرۡسَلَ ٱلرِّيَٰحَ بُشۡرَۢا بَيۡنَ يَدَيۡ رَحۡمَتِهِۦۚ وَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ طَهُورٗا ﴿48﴾

Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi ola­raq göndərən Odur. Biz göy­dən tərtəmiz su endirdik ki,

25:49

لِّنُحۡـِۧيَ بِهِۦ بَلۡدَةٗ مَّيۡتٗا وَنُسۡقِيَهُۥ مِمَّا خَلَقۡنَآ أَنۡعَٰمٗا وَأَنَاسِيَّ كَثِيرٗا ﴿49﴾

onunla ölü bir diyarı can­landıraq, yaratdığımız neçə-ne­çə hey­vana və neçə-neçə in­sana ondan içirdək.

25:50

وَلَقَدۡ صَرَّفۡنَٰهُ بَيۡنَهُمۡ لِيَذَّكَّرُواْ فَأَبَىٰٓ أَكۡثَرُ ٱلنَّاسِ إِلَّا كُفُورٗا ﴿50﴾

Biz düşünüb ibrət alsın­lar deyə o suyu onların ara­sın­da pay­laş­dırdıq. La­kin insan­la­rın çoxu küfrdən başqa bir şey qəbul et­mə­di.

25:51

وَلَوۡ شِئۡنَا لَبَعَثۡنَا فِي كُلِّ قَرۡيَةٖ نَّذِيرٗا ﴿51﴾

Əgər istəsəydik, hər kən­də qorxu­dan bir peyğəmbər gön­də­rər­dik.

25:52

فَلَا تُطِعِ ٱلۡكَٰفِرِينَ وَجَٰهِدۡهُم بِهِۦ جِهَادٗا كَبِيرٗا ﴿52﴾

Belə olduqda sən kafir­lərə baş əy­mə və onlara qarşı bu Qu­ran­la böyük bir cihad et!

25:53

وَهُوَ ٱلَّذِي مَرَجَ ٱلۡبَحۡرَيۡنِ هَٰذَا عَذۡبٞ فُرَاتٞ وَهَٰذَا مِلۡحٌ أُجَاجٞ وَجَعَلَ بَيۡنَهُمَا بَرۡزَخٗا وَحِجۡرٗا مَّحۡجُورٗا ﴿53﴾

Birinin suyu dadlı və şi­rin, digə­rininki isə duzlu və acı olan iki dənizi qovuşduraraq aralarında maneə və ke­çilməz sədd qo­yan Odur.

25:54

وَهُوَ ٱلَّذِي خَلَقَ مِنَ ٱلۡمَآءِ بَشَرٗا فَجَعَلَهُۥ نَسَبٗا وَصِهۡرٗاۗ وَكَانَ رَبُّكَ قَدِيرٗا ﴿54﴾

Sudan insan yaradan, ona qan qo­humları və sonradan qo­hum olanları bəxş edən Odur. Rəbbin hər şeyə Qadir­dir.

25:55

وَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُهُمۡ وَلَا يَضُرُّهُمۡۗ وَكَانَ ٱلۡكَافِرُ عَلَىٰ رَبِّهِۦ ظَهِيرٗا ﴿55﴾

Onlar Allahı qoyub öz­lə­rinə nə xe­yir, nə də zərər verə bil­mə­yənlərə ibadət edir­lər. Ka­fir öz Rəbbinə qarşı şey­tana kö­mək­çi­dir.