quranm◉

Səhifə 374

Range
from 26:160 to 26:183
Surahs covered
Tərcümə
24 Tərcümə

◉

26:160

كَذَّبَتۡ قَوۡمُ لُوطٍ ٱلۡمُرۡسَلِينَ ﴿160﴾

Lut tayfası da elçiləri yalançı saydı.

26:161

إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ لُوطٌ أَلَا تَتَّقُونَ ﴿161﴾

O vaxt qardaşları Lut onlara de­di: “Məgər qorx­mur­sunuz?

26:162

إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ ﴿162﴾

Həqiqətən, mən sizin üçün eti­bar edilməli bir elçi­yəm.

26:163

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ﴿163﴾

Allahdan qorxun və mə­nə itaət edin!

26:164

وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ ﴿164﴾

Mən bunun əvəzinə siz­dən heç bir mükafat istə­mi­rəm. Mə­nim mü­ka­fa­tım ancaq aləm­lərin Rəbbinə aiddir.

26:165

أَتَأۡتُونَ ٱلذُّكۡرَانَ مِنَ ٱلۡعَٰلَمِينَ ﴿165﴾

Doğrudanmı siz insan­lar içində ancaq kişilərlə ya­xın­lıq edir

26:166

وَتَذَرُونَ مَا خَلَقَ لَكُمۡ رَبُّكُم مِّنۡ أَزۡوَٰجِكُمۚ بَلۡ أَنتُمۡ قَوۡمٌ عَادُونَ ﴿166﴾

və Rəbbinizin sizin üçün yarat­dığı qadınlarınızı tərk edir­si­niz? Siz, hə­qiqətən də, həddi aşan adamlarsı­nız”.

26:167

قَالُواْ لَئِن لَّمۡ تَنتَهِ يَٰلُوطُ لَتَكُونَنَّ مِنَ ٱلۡمُخۡرَجِينَ ﴿167﴾

Onlar dedilər: “Ey Lut! Əgər dəvətinə son qoyma­san, müt­ləq qovu­lan­lardan ola­caq­san!”

26:168

قَالَ إِنِّي لِعَمَلِكُم مِّنَ ٱلۡقَالِينَ ﴿168﴾

O dedi: “Mən sizin əməl­lərinizə nifrət edən­lərdə­nəm.

26:169

رَبِّ نَجِّنِي وَأَهۡلِي مِمَّا يَعۡمَلُونَ ﴿169﴾

Ey Rəbbim! Məni və ailə­mi on­ların tutduqları işdən xi­las et!”

26:170

فَنَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥٓ أَجۡمَعِينَ ﴿170﴾

Biz onu və onun bütün ailəsini xilas etdik.

26:171

إِلَّا عَجُوزٗا فِي ٱلۡغَٰبِرِينَ ﴿171﴾

Geridə qalanlar arasın­dakı yaşlı qadından başqa.

26:172

ثُمَّ دَمَّرۡنَا ٱلۡأٓخَرِينَ ﴿172﴾

Sonra da o birilərini yerlə yeksan etdik.

26:173

وَأَمۡطَرۡنَا عَلَيۡهِم مَّطَرٗاۖ فَسَآءَ مَطَرُ ٱلۡمُنذَرِينَ ﴿173﴾

Biz onların üstünə daş­lardan ya­ğış yağdırdıq. Qorxu­dulan­la­rın yağışı nə yaman imiş!

26:174

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ﴿174﴾

Şübhəsiz ki, bunda bir ibrət var­. Lakin onların ək­sə­riy­yə­ti iman gətir­mədi.

26:175

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ﴿175﴾

Həqiqətən, sənin Rəb­bin Qüd­rətlidir, Rəhmlidir.

26:176

كَذَّبَ أَصۡحَٰبُ لۡـَٔيۡكَةِ ٱلۡمُرۡسَلِينَ ﴿176﴾

Əykə əhli də elçiləri ya­lançı saydı.

26:177

إِذۡ قَالَ لَهُمۡ شُعَيۡبٌ أَلَا تَتَّقُونَ ﴿177﴾

O vaxt Şueyb on­lara de­di: “Mə­gər qorxmur­sunuz?

26:178

إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ ﴿178﴾

Şübhəsiz ki, mən sizin üçün eti­bar edilməli bir elçi­yəm.

26:179

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ﴿179﴾

Allahdan qorxun və mə­nə itaət edin!

26:180

وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ ﴿180﴾

Mən bunun əvəzinə siz­dən heç bir mükafat istəmi­rəm. Mə­nim müka­fa­tım ancaq aləm­lərin Rəbbinə aiddir.

26:181

أَوۡفُواْ ٱلۡكَيۡلَ وَلَا تَكُونُواْ مِنَ ٱلۡمُخۡسِرِينَ ﴿181﴾

Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın.

26:182

وَزِنُواْ بِٱلۡقِسۡطَاسِ ٱلۡمُسۡتَقِيمِ ﴿182﴾

Düz tərəzi ilə çəkin.

26:183

وَلَا تَبۡخَسُواْ ٱلنَّاسَ أَشۡيَآءَهُمۡ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ ﴿183﴾

İnsanların əşyalarını ək­sik ver­məyin və yer üzündə fə­sad ya­ya­raq pis işlər gör­mə­yin.