quranm◉

Səhifə 373

Range
from 26:137 to 26:159
Surahs covered
Tərcümə
23 Tərcümə

◉

26:137

إِنۡ هَٰذَآ إِلَّا خُلُقُ ٱلۡأَوَّلِينَ ﴿137﴾

Bu, yalnız və yalnız əv­vəlkilərin adətidir.

26:138

وَمَا نَحۡنُ بِمُعَذَّبِينَ ﴿138﴾

Biz əzaba düçar olan da deyi­lik”.

26:139

فَكَذَّبُوهُ فَأَهۡلَكۡنَٰهُمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ﴿139﴾

Onlar onu yalançı say­dılar. Biz də onları məhv et­dik. Şüb­hə­siz ki, bun­da bir ibrət var. Lakin onların əksə­riy­yəti iman gə­tir­mədi.

26:140

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ﴿140﴾

Həqiqətən, sənin Rəb­bin Qüd­rətlidir, Rəhmlidir.

26:141

كَذَّبَتۡ ثَمُودُ ٱلۡمُرۡسَلِينَ ﴿141﴾

Səmud tayfası da elçi­ləri yalan­çı saydı.

26:142

إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ صَٰلِحٌ أَلَا تَتَّقُونَ ﴿142﴾

O vaxt qardaşları Saleh onlara dedi: “Məgər qorxmur­su­nuz?

26:143

إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ ﴿143﴾

Şübhəsiz ki, mən sizin üçün eti­bar edilməli bir elçi­yəm.

26:144

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ﴿144﴾

Allahdan qorxun və mə­nə itaət edin.

26:145

وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ ﴿145﴾

Mən bunun əvəzinə siz­dən heç bir mükafat istəmi­rəm. Mə­nim müka­fatım ancaq aləm­lərin Rəbbinə aiddir.

26:146

أَتُتۡرَكُونَ فِي مَا هَٰهُنَآ ءَامِنِينَ ﴿146﴾

Məgər siz burada olan­ların için­də sərbəst buraxıla­caq­sı­nız?

26:147

فِي جَنَّـٰتٖ وَعُيُونٖ ﴿147﴾

Bağlar və bulaqlar için­də,

26:148

وَزُرُوعٖ وَنَخۡلٖ طَلۡعُهَا هَضِيمٞ ﴿148﴾

əkinlər və yumşaq mey­vəli xur­malıqlar içində arxa­yın­lıqla qa­lacaqsınız?

26:149

وَتَنۡحِتُونَ مِنَ ٱلۡجِبَالِ بُيُوتٗا فَٰرِهِينَ ﴿149﴾

Dağlardan məharətlə ev­lər yo­nub düzəldəcəksiniz?

26:150

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ﴿150﴾

Allahdan qorxun və mə­nə itaət edin!

26:151

وَلَا تُطِيعُوٓاْ أَمۡرَ ٱلۡمُسۡرِفِينَ ﴿151﴾

Həddi aşanların əmri­nə tabe ol­mayın.

26:152

ٱلَّذِينَ يُفۡسِدُونَ فِي ٱلۡأَرۡضِ وَلَا يُصۡلِحُونَ ﴿152﴾

Onlar yer üzündə fə­sad törədir və özlərini günahdan tə­miz­lə­mirlər”.

26:153

قَالُوٓاْ إِنَّمَآ أَنتَ مِنَ ٱلۡمُسَحَّرِينَ ﴿153﴾

Onlar dedilər: “Sən yal­nız və yal­nız sehrlənmişlər­dən­sən.

26:154

مَآ أَنتَ إِلَّا بَشَرٞ مِّثۡلُنَا فَأۡتِ بِـَٔايَةٍ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿154﴾

Sən də bizim kimi an­caq bir in­sansan. Əgər doğru da­nı­şan­lar­dan­san­sa, bizə bir möcüzə göstər”.

26:155

قَالَ هَٰذِهِۦ نَاقَةٞ لَّهَا شِرۡبٞ وَلَكُمۡ شِرۡبُ يَوۡمٖ مَّعۡلُومٖ ﴿155﴾

Saleh dedi: “Möcüzə bu dişi də­vədir! Onun da, sizin də mü­əy­yən edil­miş vaxtlarda su içmək haqqınız var­dır. (Bir gün o su iç­məli, bir gün də siz su içməlisiniz).

26:156

وَلَا تَمَسُّوهَا بِسُوٓءٖ فَيَأۡخُذَكُمۡ عَذَابُ يَوۡمٍ عَظِيمٖ ﴿156﴾

Ona heç bir pislik et­mə­yin, yox­sa böyük günün əzabı sizi ya­xalayar”.

26:157

فَعَقَرُوهَا فَأَصۡبَحُواْ نَٰدِمِينَ ﴿157﴾

Onlar dəvə­nin diz və­tə­rini kəs­dilər, sonra da peş­man ol­du­lar.

26:158

فَأَخَذَهُمُ ٱلۡعَذَابُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ﴿158﴾

Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət var­dır. La­kin onların əksəriy­yəti yenə iman gətirmədi.

26:159

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ﴿159﴾

Həqiqətən, sənin Rəb­bin Qüd­rət­lidir, Rəhmlidir.