quranm◉

Səhifə 38

Range
from 2:234 to 2:237
Surahs covered
Tərcümə
4 Tərcümə

◉

2:234

وَٱلَّذِينَ يُتَوَفَّوۡنَ مِنكُمۡ وَيَذَرُونَ أَزۡوَٰجٗا يَتَرَبَّصۡنَ بِأَنفُسِهِنَّ أَرۡبَعَةَ أَشۡهُرٖ وَعَشۡرٗاۖ فَإِذَا بَلَغۡنَ أَجَلَهُنَّ فَلَا جُنَاحَ عَلَيۡكُمۡ فِيمَا فَعَلۡنَ فِيٓ أَنفُسِهِنَّ بِٱلۡمَعۡرُوفِۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ ﴿234﴾

Sizlərdən ölənlərin qo­yub get­diyi zövcələr dörd ay on gün göz­ləmə­lidirlər. Onla­rın gözlə­mə müddəti­ bi­tdikdə öz­ləri barədə şəriətə mü­va­fiq qayda üzrə etdikləri işə görə sizə günah ol­maz. Allah nə etdiklərinizdən xə­bər­dardır.

2:235

وَلَا جُنَاحَ عَلَيۡكُمۡ فِيمَا عَرَّضۡتُم بِهِۦ مِنۡ خِطۡبَةِ ٱلنِّسَآءِ أَوۡ أَكۡنَنتُمۡ فِيٓ أَنفُسِكُمۡۚ عَلِمَ ٱللَّهُ أَنَّكُمۡ سَتَذۡكُرُونَهُنَّ وَلَٰكِن لَّا تُوَاعِدُوهُنَّ سِرًّا إِلَّآ أَن تَقُولُواْ قَوۡلٗا مَّعۡرُوفٗاۚ وَلَا تَعۡزِمُواْ عُقۡدَةَ ٱلنِّكَاحِ حَتَّىٰ يَبۡلُغَ ٱلۡكِتَٰبُ أَجَلَهُۥۚ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِيٓ أَنفُسِكُمۡ فَٱحۡذَرُوهُۚ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ غَفُورٌ حَلِيمٞ ﴿235﴾

Qadınlara elçi göndər­mək istə­yi­nizi üstüörtülü bildirmək­də və ya ürəyi­nizdə giz­lət­­məkdə si­zə heç bir günah yox­dur. Allah bi­lir ki, siz on­ları xatır­la­ya­caq­sı­nız. Lakin on­lar­la gizlicə sözləşmə­yin, onlara yal­nız şəriətə müva­fiq qay­da üzrə söz deyin. Göz­lə­mə vaxtı başa çatanadək ni­kah bağlamayın. Bi­lin ki, Allah sizin kön­lünüzdəkiləri bilir. Elə isə Ondan qorxun! Bilin ki, Allah çox bağışla­yandır, rəhmli­dir!

2:236

لَّا جُنَاحَ عَلَيۡكُمۡ إِن طَلَّقۡتُمُ ٱلنِّسَآءَ مَا لَمۡ تَمَسُّوهُنَّ أَوۡ تَفۡرِضُواْ لَهُنَّ فَرِيضَةٗۚ وَمَتِّعُوهُنَّ عَلَى ٱلۡمُوسِعِ قَدَرُهُۥ وَعَلَى ٱلۡمُقۡتِرِ قَدَرُهُۥ مَتَٰعَۢا بِٱلۡمَعۡرُوفِۖ حَقًّا عَلَى ٱلۡمُحۡسِنِينَ ﴿236﴾

Yaxınlıq etmədiyiniz və mehrini təyin etmədiyiniz qa­dın­ları boşasanız, sizə heç bir günah gəlməz. Onlara pay verin – varlı öz imkanına görə, kasıb da öz im­ka­nı­na görə, şə­riətə müvafiq qay­da üzrə pay versin. Bu, yax­şılıq edən­lər üçün bir borcdur.

2:237

وَإِن طَلَّقۡتُمُوهُنَّ مِن قَبۡلِ أَن تَمَسُّوهُنَّ وَقَدۡ فَرَضۡتُمۡ لَهُنَّ فَرِيضَةٗ فَنِصۡفُ مَا فَرَضۡتُمۡ إِلَّآ أَن يَعۡفُونَ أَوۡ يَعۡفُوَاْ ٱلَّذِي بِيَدِهِۦ عُقۡدَةُ ٱلنِّكَاحِۚ وَأَن تَعۡفُوٓاْ أَقۡرَبُ لِلتَّقۡوَىٰۚ وَلَا تَنسَوُاْ ٱلۡفَضۡلَ بَيۡنَكُمۡۚ إِنَّ ٱللَّهَ بِمَا تَعۡمَلُونَ بَصِيرٌ ﴿237﴾

Qadınlar üçün mehr tə­­yin et­dikdən sonra, yaxınlıq et­məz­dən əvvəl onları boşasa­nız, təyin etdiyinizin yarı­sını on­lara ver­mə­li­siniz. Qadınla­rın bu­nu ər­lə­rinə bağışlaması və ya əlində ni­kah müqa­viləsi ola­nın bunu qadına ba­ğışla­ması isə is­tisnadır. Sizin ba­ğışla­manız təqvaya da­ha ya­xındır. Bir-bi­rinizə güzəşt etməyi unut­ma­yın. Allah sizin nə etdik­lərinizi görür.