quranm◉

Səhifə 39

Range
from 2:238 to 2:245
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

2:238

حَٰفِظُواْ عَلَى ٱلصَّلَوَٰتِ وَٱلصَّلَوٰةِ ٱلۡوُسۡطَىٰ وَقُومُواْ لِلَّهِ قَٰنِتِينَ ﴿238﴾

Namazları, xüsisilə orta namazı qo­ruyun və Allah qarşısın­da müti­liklə du­run.

2:239

فَإِنۡ خِفۡتُمۡ فَرِجَالًا أَوۡ رُكۡبَانٗاۖ فَإِذَآ أَمِنتُمۡ فَٱذۡكُرُواْ ٱللَّهَ كَمَا عَلَّمَكُم مَّا لَمۡ تَكُونُواْ تَعۡلَمُونَ ﴿239﴾

Əgər nədənsə qorxsa­nız, namazı­nızı ayaq üstə və ya mi­nik üzərində qı­lın. Təhlükə so­vuş­duq­da isə Allahı, si­zə bil­mədik­ləri­ni­zi necə öyrədibsə, o cür yad edin!

2:240

وَٱلَّذِينَ يُتَوَفَّوۡنَ مِنكُمۡ وَيَذَرُونَ أَزۡوَٰجٗا وَصِيَّةٗ لِّأَزۡوَٰجِهِم مَّتَٰعًا إِلَى ٱلۡحَوۡلِ غَيۡرَ إِخۡرَاجٖۚ فَإِنۡ خَرَجۡنَ فَلَا جُنَاحَ عَلَيۡكُمۡ فِي مَا فَعَلۡنَ فِيٓ أَنفُسِهِنَّ مِن مَّعۡرُوفٖۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٞ ﴿240﴾

Sizlərdən ölüb özün­dən sonra zövcələr qoyub ge­dən kəslər sağlığında ikən, zövcə­lərinə bir ilin tamamı­nadək evlərindən çıxa­rıl­ma­maq şər­tilə baxılma­sını vəsiy­yət et­mə­­lidirlər. Əgər o qadın­lar öz istəkləri ilə çıxıb get­sələr, öz­ləri barədə şəriətə mü­va­fiq qayda üzrə etdikləri işə görə sizə günah ol­maz. Allah qüd­rətlidir, hikmət sahibidir.

2:241

وَلِلۡمُطَلَّقَٰتِ مَتَٰعُۢ بِٱلۡمَعۡرُوفِۖ حَقًّا عَلَى ٱلۡمُتَّقِينَ ﴿241﴾

Boşanmış qadınlara şə­riə­tə mü­vafiq qayda üzrə yax­şılıq et­mək lazım­dır. Bu, müt­təqilər üçün bir borcdur.

2:242

كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمۡ ءَايَٰتِهِۦ لَعَلَّكُمۡ تَعۡقِلُونَ ﴿242﴾

Allah Öz ayələrini sizə belə bəyan edir ki, bəlkə anlayasınız.

2:243

أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ خَرَجُواْ مِن دِيَٰرِهِمۡ وَهُمۡ أُلُوفٌ حَذَرَ ٱلۡمَوۡتِ فَقَالَ لَهُمُ ٱللَّهُ مُوتُواْ ثُمَّ أَحۡيَٰهُمۡۚ إِنَّ ٱللَّهَ لَذُو فَضۡلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَشۡكُرُونَ ﴿243﴾

Sayları minlərlə olduğu halda ölüm qorxusundan dolayı yurd­la­rından çı­xanları gör­mə­dinmi? Allah onlara: “Ölün!”– dedi. Sonra isə onları diriltdi. Doğru­dan da, Allah in­san­lara qarşı lütfkar­dır, la­kin insan­la­rın çoxu buna şükür etmir.

2:244

وَقَٰتِلُواْ فِي سَبِيلِ ٱللَّهِ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٞ ﴿244﴾

Allah yolunda vuru­şun və bilin ki, Allah hər şeyi eşidən­dir, hər şeyi bi­lən­dir!

2:245

مَّن ذَا ٱلَّذِي يُقۡرِضُ ٱللَّهَ قَرۡضًا حَسَنٗا فَيُضَٰعِفَهُۥ لَهُۥٓ أَضۡعَافٗا كَثِيرَةٗۚ وَٱللَّهُ يَقۡبِضُ وَيَبۡصُۜطُ وَإِلَيۡهِ تُرۡجَعُونَ ﴿245﴾

Kim Allaha gözəl bir borc versə (malından Allah yo­lunda xərcləsə), Allah onun üçün bunu qat-qat artır­ar. Allah ki­misinin ru­zi­sini azal­dar, kimi­si­nin ruzisini də artırar. Siz Ona qaytarı­la­caq­sı­nız.