quranm◉

Surə Al-Qasas 28:57

وَقَالُوٓاْ إِن نَّتَّبِعِ ٱلۡهُدَىٰ مَعَكَ نُتَخَطَّفۡ مِنۡ أَرۡضِنَآۚ أَوَلَمۡ نُمَكِّن لَّهُمۡ حَرَمًا ءَامِنٗا يُجۡبَىٰٓ إِلَيۡهِ ثَمَرَٰتُ كُلِّ شَيۡءٖ رِّزۡقٗا مِّن لَّدُنَّا وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ﴿٥٧﴾

◉

Tərcümə

Kafirlər dedilər: “Əgər biz sənin­lə birlikdə doğru yol­la get­sək, yur­du­muzdan qo­vu­la­rıq”. Məgər Biz onları Özü­müzdən bir ru­zi olaraq hər cür meyvənin gətirildiyi, müqəd­dəs, təhlü­kəsiz bir yer­də yer­ləşdirmədikmi? La­kin onların çoxu bunu bilmir.
— Alikhan Musayev
(Qüreyşlilər) dedilər: “Əgər biz səninlə bilikdə haqq yolu (islam dinini) tutub getsək, (əksəriyyəti təşkil edən müşriklərin əli ilə) yurdumuzdan tezliklə didərgin salınarıq”. Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər yerin meyvəsinin (hər cür meyvənin) daşınıb gətirildiyi, (daxilində Kə’bə yerləşən) qorxusuz-xətərsiz (müqəddəs) bir yerdə (Məkkədə) sakin etmədikmi? Lakin onların əksəriyyəti (Allahın onlara bəxş etdiyi bu ne’mətin qədrini) bilməz!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞