quranm◉

Səhifə 40

Range
from 2:246 to 2:248
Surahs covered
Tərcümə
3 Tərcümə

◉

2:246

أَلَمۡ تَرَ إِلَى ٱلۡمَلَإِ مِنۢ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ مِنۢ بَعۡدِ مُوسَىٰٓ إِذۡ قَالُواْ لِنَبِيّٖ لَّهُمُ ٱبۡعَثۡ لَنَا مَلِكٗا نُّقَٰتِلۡ فِي سَبِيلِ ٱللَّهِۖ قَالَ هَلۡ عَسَيۡتُمۡ إِن كُتِبَ عَلَيۡكُمُ ٱلۡقِتَالُ أَلَّا تُقَٰتِلُواْۖ قَالُواْ وَمَا لَنَآ أَلَّا نُقَٰتِلَ فِي سَبِيلِ ٱللَّهِ وَقَدۡ أُخۡرِجۡنَا مِن دِيَٰرِنَا وَأَبۡنَآئِنَاۖ فَلَمَّا كُتِبَ عَلَيۡهِمُ ٱلۡقِتَالُ تَوَلَّوۡاْ إِلَّا قَلِيلٗا مِّنۡهُمۡۚ وَٱللَّهُ عَلِيمُۢ بِٱلظَّـٰلِمِينَ ﴿246﴾

Musadan sonra İsrail oğul­­ların­dan olan əyanların ba­­şına gə­lən­ləri bil­mirsən­mi? O za­man onlar özlərinə göndərilmiş pey­ğəm­bər­ə dedilər: “Bizə bir hökm­dar tə­yin et ki, Allah yo­lunda döyü­şək!” O dedi: “Si­zə döyüş vacib edildikdə, bəlkə heç döyüşmədi­niz?” On­lar de­di­lər: “Niyə Allah yo­lunda döyüşməyək ki, biz yur­du­muz­dan çı­xarıldıq, öv­lad­ları­mız­dan ayrıldıq?!” Döyüşmək on­lara vacib edildikdə isə on­lar­dan az bir qis­mi is­tisna ol­maq­la hamı­sı dö­yüş­dən üz çevir­di. Allah za­lımları yaxşı tanıyır.

2:247

وَقَالَ لَهُمۡ نَبِيُّهُمۡ إِنَّ ٱللَّهَ قَدۡ بَعَثَ لَكُمۡ طَالُوتَ مَلِكٗاۚ قَالُوٓاْ أَنَّىٰ يَكُونُ لَهُ ٱلۡمُلۡكُ عَلَيۡنَا وَنَحۡنُ أَحَقُّ بِٱلۡمُلۡكِ مِنۡهُ وَلَمۡ يُؤۡتَ سَعَةٗ مِّنَ ٱلۡمَالِۚ قَالَ إِنَّ ٱللَّهَ ٱصۡطَفَىٰهُ عَلَيۡكُمۡ وَزَادَهُۥ بَسۡطَةٗ فِي ٱلۡعِلۡمِ وَٱلۡجِسۡمِۖ وَٱللَّهُ يُؤۡتِي مُلۡكَهُۥ مَن يَشَآءُۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٞ ﴿247﴾

Pey­ğəmbərləri onlara de­di: “Allah Talutu sizə hökm­dar göndərdi!” Onlar dedilər: “O, ne­cə bizə hökmdar ola bi­lər ki, biz hökmdarlığa ondan daha la­yiqik və ona çoxlu sərvət verilməmiş­dir?” O dedi: “Allah onu sizə hökm­dar seç­di, elm və bədəncə ona üstünlük vermişdir. Allah Öz mül­kü­nü istədi­yi kəsə verir. Allahın lütfü genişdir, O hər şeyi bi­lən­dir.”

2:248

وَقَالَ لَهُمۡ نَبِيُّهُمۡ إِنَّ ءَايَةَ مُلۡكِهِۦٓ أَن يَأۡتِيَكُمُ ٱلتَّابُوتُ فِيهِ سَكِينَةٞ مِّن رَّبِّكُمۡ وَبَقِيَّةٞ مِّمَّا تَرَكَ ءَالُ مُوسَىٰ وَءَالُ هَٰرُونَ تَحۡمِلُهُ ٱلۡمَلَـٰٓئِكَةُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لَّكُمۡ إِن كُنتُم مُّؤۡمِنِينَ ﴿248﴾

Pey­ğəmbərləri onlara de­di: “Onun hökmdarlığının əla­məti sizə bir sandığın gəl­məsidir. Onun içində, Rəb­bi­nizdən bir təs­kin­lik, Musa­ və Haru­n ailə­sin­dən qalan bəzi şey­lər vardır. Onu mə­lək­lər gəti­rə­cək. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün bir dəlil vardır.”