quranm◉

Səhifə 443

Range
from 36:41 to 36:54
Surahs covered
Tərcümə
14 Tərcümə

◉

36:41

وَءَايَةٞ لَّهُمۡ أَنَّا حَمَلۡنَا ذُرِّيَّتَهُمۡ فِي ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ ﴿41﴾

Onların nəslini yüklü gə­midə da­şımağımız da onlar üçün bir dəlildir.

36:42

وَخَلَقۡنَا لَهُم مِّن مِّثۡلِهِۦ مَا يَرۡكَبُونَ ﴿42﴾

Biz onlar üçün buna bən­zər daha neçə-neçə minik vasi­təsi ya­ratdıq.

36:43

وَإِن نَّشَأۡ نُغۡرِقۡهُمۡ فَلَا صَرِيخَ لَهُمۡ وَلَا هُمۡ يُنقَذُونَ ﴿43﴾

Əgər istəsək, onları suya qərq edə­rik. Onda nə onların im­da­dına çatan olar, nə də on­lar xilas ola bilərlər.

36:44

إِلَّا رَحۡمَةٗ مِّنَّا وَمَتَٰعًا إِلَىٰ حِينٖ ﴿44﴾

Yalnız Bizim onlara rəhm etməyi­miz və onlara, müəyyən edil­miş vax­tadək, gün-güzə­ran nəsib etməyimiz is­tisna­dır.

36:45

وَإِذَا قِيلَ لَهُمُ ٱتَّقُواْ مَا بَيۡنَ أَيۡدِيكُمۡ وَمَا خَلۡفَكُمۡ لَعَلَّكُمۡ تُرۡحَمُونَ ﴿45﴾

Onlara: “Önünüzdə olan­dan və ar­xa­nızca gələndən (dün­ya­da və axi­rətdə olan) əzabdan qorxun ki, bəlkə si­zə rəhm olu­na!”– de­yildikdə üz çevi­rir­lər.

36:46

وَمَا تَأۡتِيهِم مِّنۡ ءَايَةٖ مِّنۡ ءَايَٰتِ رَبِّهِمۡ إِلَّا كَانُواْ عَنۡهَا مُعۡرِضِينَ ﴿46﴾

Onlara öz Rəbbinin ayə­lərindən elə bir ayə gəlmir ki, ondan üz döndər­məsinlər.

36:47

وَإِذَا قِيلَ لَهُمۡ أَنفِقُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ قَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلَّذِينَ ءَامَنُوٓاْ أَنُطۡعِمُ مَن لَّوۡ يَشَآءُ ٱللَّهُ أَطۡعَمَهُۥٓ إِنۡ أَنتُمۡ إِلَّا فِي ضَلَٰلٖ مُّبِينٖ ﴿47﴾

Onlara: “Allahın sizə ver­diyi ruzi­dən sərf edin!”– de­yil­dik­də, ka­firlər mö­minlərə de­yir­lər: “Allahın istədiyi təq­dir­də ye­dir­də­cəyi kim­səni bizmi ye­dir­dəcəyik? Siz ancaq açıq-aydın azğınlıq için­dəsiniz”.

36:48

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿48﴾

Onlar: “Əgər doğru de­yirsinizsə, bu vəd nə vaxt ola­caq?”– de­yə soruşur­lar.

36:49

مَا يَنظُرُونَ إِلَّا صَيۡحَةٗ وَٰحِدَةٗ تَأۡخُذُهُمۡ وَهُمۡ يَخِصِّمُونَ ﴿49﴾

Onlar sadəcə olaraq, bir-birləri ilə höcətləşərkən özlə­rini ya­xa­la­yacaq bir tük­ür­pə­dici səsi gözləyirlər.

36:50

فَلَا يَسۡتَطِيعُونَ تَوۡصِيَةٗ وَلَآ إِلَىٰٓ أَهۡلِهِمۡ يَرۡجِعُونَ ﴿50﴾

Onlar nə bir vəsiyyət et­məyə qa­dir olacaq, nə də ailə­lə­rinin ya­nına qayı­da bilə­cək­lər.

36:51

وَنُفِخَ فِي ٱلصُّورِ فَإِذَا هُم مِّنَ ٱلۡأَجۡدَاثِ إِلَىٰ رَبِّهِمۡ يَنسِلُونَ ﴿51﴾

Sur ikinci dəfə üfürülən kimi on­lar dərhal qəbirlərdən çıxıb Rəb­binə tə­rəf axışacaqlar.

36:52

قَالُواْ يَٰوَيۡلَنَا مَنۢ بَعَثَنَا مِن مَّرۡقَدِنَاۜۗ هَٰذَا مَا وَعَدَ ٱلرَّحۡمَٰنُ وَصَدَقَ ٱلۡمُرۡسَلُونَ ﴿52﴾

Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yer­dən kim qaldırdı? Bu, Mərhə­mətli Allahın vəd etdiyi qiya­mət­dir. Elçilər doğ­ru deyirlərmiş”.

36:53

إِن كَانَتۡ إِلَّا صَيۡحَةٗ وَٰحِدَةٗ فَإِذَا هُمۡ جَمِيعٞ لَّدَيۡنَا مُحۡضَرُونَ ﴿53﴾

Bircə dəhşətli səs qopan kimi on­ların hamısı hüzuru­muza gə­tiri­ləcək­lər.

36:54

فَٱلۡيَوۡمَ لَا تُظۡلَمُ نَفۡسٞ شَيۡـٔٗا وَلَا تُجۡزَوۡنَ إِلَّا مَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿54﴾

O gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Sizə an­caq etdiyi­niz əməllərin əvə­zi veriləcəkdir.