quranm◉

Səhifə 444

Range
from 36:55 to 36:70
Surahs covered
Tərcümə
16 Tərcümə

◉

36:55

إِنَّ أَصۡحَٰبَ ٱلۡجَنَّةِ ٱلۡيَوۡمَ فِي شُغُلٖ فَٰكِهُونَ ﴿55﴾

Həqiqətən də, O gün Cənnət əhli nemətlər içində səfa sürər.

36:56

هُمۡ وَأَزۡوَٰجُهُمۡ فِي ظِلَٰلٍ عَلَى ٱلۡأَرَآئِكِ مُتَّكِـُٔونَ ﴿56﴾

Onlar zövcələri ilə bir­likdə köl­gə­liklərdə taxtlara söy­kə­nə­cək­lər.

36:57

لَهُمۡ فِيهَا فَٰكِهَةٞ وَلَهُم مَّا يَدَّعُونَ ﴿57﴾

Orada onlar üçün mey­və­lər və is­tədikləri hər şey vardır.

36:58

سَلَٰمٞ قَوۡلٗا مِّن رَّبّٖ رَّحِيمٖ ﴿58﴾

Üstəlik Rəhmli Rəbb on­lara: “Sa­lam” deyəcək.

36:59

وَٱمۡتَٰزُواْ ٱلۡيَوۡمَ أَيُّهَا ٱلۡمُجۡرِمُونَ ﴿59﴾

“Bu gün möminlərdən ay­rılın, ey günahkarlar!

36:60

أَلَمۡ أَعۡهَدۡ إِلَيۡكُمۡ يَٰبَنِيٓ ءَادَمَ أَن لَّا تَعۡبُدُواْ ٱلشَّيۡطَٰنَۖ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٞ ﴿60﴾

Ey Adəm övladları! Mə­gər Mən si­zə buyurmadımmı ki, şey­tana ibadət etməyin, o si­zin açıq-aydın düş­məni­nizdir,

36:61

وَأَنِ ٱعۡبُدُونِيۚ هَٰذَا صِرَٰطٞ مُّسۡتَقِيمٞ ﴿61﴾

Mənə ibadət edin? Doğ­ru yol bu­dur!

36:62

وَلَقَدۡ أَضَلَّ مِنكُمۡ جِبِلّٗا كَثِيرًاۖ أَفَلَمۡ تَكُونُواْ تَعۡقِلُونَ ﴿62﴾

Artıq şeytan içərinizdən bir çox­larını yoldan çıxart­mış­dır. Mə­gər dərk etmirdiniz?

36:63

هَٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِي كُنتُمۡ تُوعَدُونَ ﴿63﴾

Bu, sizə vəd edilmiş Cə­hənnəm­dir.

36:64

ٱصۡلَوۡهَا ٱلۡيَوۡمَ بِمَا كُنتُمۡ تَكۡفُرُونَ ﴿64﴾

Kafir olduğunuza görə bu gün orada yanın!”

36:65

ٱلۡيَوۡمَ نَخۡتِمُ عَلَىٰٓ أَفۡوَٰهِهِمۡ وَتُكَلِّمُنَآ أَيۡدِيهِمۡ وَتَشۡهَدُ أَرۡجُلُهُم بِمَا كَانُواْ يَكۡسِبُونَ ﴿65﴾

Bu gün onların ağızla­rı­na möhür vurarıq. Qazandıq­ları gü­nah­lar barə­sin­də onların əlləri Bizimlə danışar, ayaq­ları da şəhadət ve­rər.

36:66

وَلَوۡ نَشَآءُ لَطَمَسۡنَا عَلَىٰٓ أَعۡيُنِهِمۡ فَٱسۡتَبَقُواْ ٱلصِّرَٰطَ فَأَنَّىٰ يُبۡصِرُونَ ﴿66﴾

Əgər istəsəydik, onların gözlə­ri­ni kor edərdik və onda on­lar düz yolla getməyə çalı­şar­dılar. Amma necə görə bi­lər­di­lər?

36:67

وَلَوۡ نَشَآءُ لَمَسَخۡنَٰهُمۡ عَلَىٰ مَكَانَتِهِمۡ فَمَا ٱسۡتَطَٰعُواْ مُضِيّٗا وَلَا يَرۡجِعُونَ ﴿67﴾

Əgər istəsəydik, onları yerlərin­də­cə elə eybəcər hala sa­lar­dıq ki, nə irə­li gedə, nə də geri qayıda bilərdilər.

36:68

وَمَن نُّعَمِّرۡهُ نُنَكِّسۡهُ فِي ٱلۡخَلۡقِۚ أَفَلَا يَعۡقِلُونَ ﴿68﴾

Kimə uzun ömür veri­riksə, onu xilqətcə tərsinə çevi­ririk. Mə­gər başa düşmürlər?

36:69

وَمَا عَلَّمۡنَٰهُ ٱلشِّعۡرَ وَمَا يَنۢبَغِي لَهُۥٓۚ إِنۡ هُوَ إِلَّا ذِكۡرٞ وَقُرۡءَانٞ مُّبِينٞ ﴿69﴾

Biz Muhəmmədə şeir öy­rət­mədik, bu ona heç ya­raşmaz da. Bu an­caq öyüd-nəsihət və aydın Qurandır ki,

36:70

لِّيُنذِرَ مَن كَانَ حَيّٗا وَيَحِقَّ ٱلۡقَوۡلُ عَلَى ٱلۡكَٰفِرِينَ ﴿70﴾

diri olanları qorxutsun və ka­fir­lər barəsindəki söz ger­çək­ləş­sin.