quranm◉

Səhifə 445

Range
from 36:71 to 36:83
Surahs covered
Tərcümə
13 Tərcümə

◉

36:71

أَوَلَمۡ يَرَوۡاْ أَنَّا خَلَقۡنَا لَهُم مِّمَّا عَمِلَتۡ أَيۡدِينَآ أَنۡعَٰمٗا فَهُمۡ لَهَا مَٰلِكُونَ ﴿71﴾

Məgər onlar görmürlər ki, Biz onlardan ötrü sahib ol­duq­la­rı mal-qa­ranı Öz əlləri­miz­lə yaratmışıq?

36:72

وَذَلَّلۡنَٰهَا لَهُمۡ فَمِنۡهَا رَكُوبُهُمۡ وَمِنۡهَا يَأۡكُلُونَ ﴿72﴾

Yaratdıqlarımızı öz isti­fadələrinə verdik ki, bəzilərin­dən mi­nik kimi ya­rarlansınlar və bəzilərini də yesinlər.

36:73

وَلَهُمۡ فِيهَا مَنَٰفِعُ وَمَشَارِبُۚ أَفَلَا يَشۡكُرُونَ ﴿73﴾

Bunlarda onlar üçün baş­qa mən­fə­ətlər və içiləcək süd də var­. Yenə də şükür etməyə­cəklərmi?

36:74

وَٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ ءَالِهَةٗ لَّعَلَّهُمۡ يُنصَرُونَ ﴿74﴾

Bir çarə tapmaları üçün müşrik­lər Allahdan başqa mə­bud­lar qəbul et­di­lər.

36:75

لَا يَسۡتَطِيعُونَ نَصۡرَهُمۡ وَهُمۡ لَهُمۡ جُندٞ مُّحۡضَرُونَ ﴿75﴾

Amma məbudlar onlara heç bir kö­mək edə bilməzlər. Hər­çənd ki, onlar bunlar üçün hazır durmuş əsgərlərdir.

36:76

فَلَا يَحۡزُنكَ قَوۡلُهُمۡۘ إِنَّا نَعۡلَمُ مَا يُسِرُّونَ وَمَا يُعۡلِنُونَ ﴿76﴾

Onların sözü səni kə­dər­ləndir­mə­sin. Şübhəsiz ki, Biz on­la­rın nəyi giz­li saxla­dıq­larını və nəyi aşkar etdiklərini bilirik.

36:77

أَوَلَمۡ يَرَ ٱلۡإِنسَٰنُ أَنَّا خَلَقۡنَٰهُ مِن نُّطۡفَةٖ فَإِذَا هُوَ خَصِيمٞ مُّبِينٞ ﴿77﴾

Məgər insan onu nütfə­dən yarat­dı­ğımızı görmür? Bu­dur, o in­di açıq-aş­kar müba­hi­sə edir.

36:78

وَضَرَبَ لَنَا مَثَلٗا وَنَسِيَ خَلۡقَهُۥۖ قَالَ مَن يُحۡيِ ٱلۡعِظَٰمَ وَهِيَ رَمِيمٞ ﴿78﴾

O Bizə bir məsəl çəkdi, lakin ya­ra­dılışını unutdu. O de­di: “Çü­rü­müş sü­mükləri kim dirildə bilər?”

36:79

قُلۡ يُحۡيِيهَا ٱلَّذِيٓ أَنشَأَهَآ أَوَّلَ مَرَّةٖۖ وَهُوَ بِكُلِّ خَلۡقٍ عَلِيمٌ ﴿79﴾

De: “Onları ilk dəfə ya­radan Allah Özü dirildə­cək­. O, hər bir məxlu­quna yaxşı bə­ləddir.

36:80

ٱلَّذِي جَعَلَ لَكُم مِّنَ ٱلشَّجَرِ ٱلۡأَخۡضَرِ نَارٗا فَإِذَآ أَنتُم مِّنۡهُ تُوقِدُونَ ﴿80﴾

O sizin üçün yaşıl ağac­dan od əmələ gətirdi. Budur, siz indi on­dan od yandırır­sınız”.

36:81

أَوَلَيۡسَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يَخۡلُقَ مِثۡلَهُمۚ بَلَىٰ وَهُوَ ٱلۡخَلَّـٰقُ ٱلۡعَلِيمُ ﴿81﴾

Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq et­mək qüdrətinə malik olmaz­mı?! Şübhəsiz ki, O, Yara­dan­dır, Bi­lən­dir.

36:82

إِنَّمَآ أَمۡرُهُۥٓ إِذَآ أَرَادَ شَيۡـًٔا أَن يَقُولَ لَهُۥ كُن فَيَكُونُ ﴿82﴾

Bir şeyi yaratmaq istə­dik­də ona təkcə: “Ol!” deyər, o da olar.

36:83

فَسُبۡحَٰنَ ٱلَّذِي بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَيۡءٖ وَإِلَيۡهِ تُرۡجَعُونَ ﴿83﴾

Əlində hər şeyin hökmü Olan Allah pak və müqəddəs­dir. Siz ancaq Onun hüzuruna qaytarı­la­caq­sınız.