quranm◉

Səhifə 493

Range
from 43:48 to 43:60
Surahs covered
Tərcümə
13 Tərcümə

◉

43:48

وَمَا نُرِيهِم مِّنۡ ءَايَةٍ إِلَّا هِيَ أَكۡبَرُ مِنۡ أُخۡتِهَاۖ وَأَخَذۡنَٰهُم بِٱلۡعَذَابِ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ﴿48﴾

Bizim onlara göstərdiyi­miz hər bir möcüzə, əvvəlki­lər­dən da­ha da üs­tün idi. Biz on­ları əzabla yaxaladıq ki, bəlkə, doğru yola qa­yıdalar.

43:49

وَقَالُواْ يَـٰٓأَيُّهَ ٱلسَّاحِرُ ٱدۡعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَ إِنَّنَا لَمُهۡتَدُونَ ﴿49﴾

Onlar: “Ey sehrbaz! Sə­nə verdiyi əhd xatirinə Rəb­bi­nə biz­dən ötrü dua et, biz də doğru yola gələk”– dedilər.

43:50

فَلَمَّا كَشَفۡنَا عَنۡهُمُ ٱلۡعَذَابَ إِذَا هُمۡ يَنكُثُونَ ﴿50﴾

Biz əzabı onlardan uzaq­laşdıran kimi, sözlərindən dön­dü­lər.

43:51

وَنَادَىٰ فِرۡعَوۡنُ فِي قَوۡمِهِۦ قَالَ يَٰقَوۡمِ أَلَيۡسَ لِي مُلۡكُ مِصۡرَ وَهَٰذِهِ ٱلۡأَنۡهَٰرُ تَجۡرِي مِن تَحۡتِيٓۚ أَفَلَا تُبۡصِرُونَ ﴿51﴾

Firon qövmünü çağırıb dedi: “Ey qövmüm! Misir səl­tə­nə­ti və al­tım­dan axan bu çaylar mənim deyilmi? Məgər görmür­sü­nüz?

43:52

أَمۡ أَنَا۠ خَيۡرٞ مِّنۡ هَٰذَا ٱلَّذِي هُوَ مَهِينٞ وَلَا يَكَادُ يُبِينُ ﴿52﴾

Ya da mən bu aciz və az qala sö­zünü belə aydın başa sala bil­məyən adam­dan daha üstün deyiləmmi?

43:53

فَلَوۡلَآ أُلۡقِيَ عَلَيۡهِ أَسۡوِرَةٞ مِّن ذَهَبٍ أَوۡ جَآءَ مَعَهُ ٱلۡمَلَـٰٓئِكَةُ مُقۡتَرِنِينَ ﴿53﴾

Nə üçün ona qızıl bilər­ziklər ta­xılmayıb və onunla bir­likdə bir-birinin ardınca mə­lək­lər gəlməyib?”

43:54

فَٱسۡتَخَفَّ قَوۡمَهُۥ فَأَطَاعُوهُۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ ﴿54﴾

Firon öz xalqını aldatdı, onlar da ona itaət etdilər. Hə­qi­qə­tən, onlar fasiq adamlar idi­lər.

43:55

فَلَمَّآ ءَاسَفُونَا ٱنتَقَمۡنَا مِنۡهُمۡ فَأَغۡرَقۡنَٰهُمۡ أَجۡمَعِينَ ﴿55﴾

Onlar Bizi qəzəbləndir­dikdə on­lardan intiqam alıb ha­mısını də­nizdə ba­tırdıq.

43:56

فَجَعَلۡنَٰهُمۡ سَلَفٗا وَمَثَلٗا لِّلۡأٓخِرِينَ ﴿56﴾

Biz onları sonradan gə­lənlərə sələf və ibrət et­dik.

43:57

وَلَمَّا ضُرِبَ ٱبۡنُ مَرۡيَمَ مَثَلًا إِذَا قَوۡمُكَ مِنۡهُ يَصِدُّونَ ﴿57﴾

Məryəm oğlu örnək gös­tərilincə sənin xalqın sevinc­dən gül­dü.

43:58

وَقَالُوٓاْ ءَأَٰلِهَتُنَا خَيۡرٌ أَمۡ هُوَۚ مَا ضَرَبُوهُ لَكَ إِلَّا جَدَلَۢاۚ بَلۡ هُمۡ قَوۡمٌ خَصِمُونَ ﴿58﴾

Onlar dedilər: “Bizim mə­bud­ları­mız yaxşıdır, yoxsa o?” On­lar bunu sə­nə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar hö­cətləşən adamlardır.

43:59

إِنۡ هُوَ إِلَّا عَبۡدٌ أَنۡعَمۡنَا عَلَيۡهِ وَجَعَلۡنَٰهُ مَثَلٗا لِّبَنِيٓ إِسۡرَـٰٓءِيلَ ﴿59﴾

O, yalnız və yalnız Bi­zim nemət verdiyimiz və İsrail oğul­la­rı­na nümunə etdiyimiz bir quldur.

43:60

وَلَوۡ نَشَآءُ لَجَعَلۡنَا مِنكُم مَّلَـٰٓئِكَةٗ فِي ٱلۡأَرۡضِ يَخۡلُفُونَ ﴿60﴾

Əgər istəsəydik, yer üzün­də içi­nizdən sizi əvəz edə­cək mə­lək­lər ya­ra­dardıq.