quranm◉

Səhifə 498

Range
from 44:40 to 44:59
Surahs covered
Tərcümə
20 Tərcümə

◉

44:40

إِنَّ يَوۡمَ ٱلۡفَصۡلِ مِيقَٰتُهُمۡ أَجۡمَعِينَ ﴿40﴾

Şübhəsiz ki, ayırd etmə günü on­ların hamısı üçün mü­əy­yən olun­muş vaxtdır.

44:41

يَوۡمَ لَا يُغۡنِي مَوۡلًى عَن مَّوۡلٗى شَيۡـٔٗا وَلَا هُمۡ يُنصَرُونَ ﴿41﴾

O gün dost dosta heç bir şeylə fay­da verə bilməyəcək, on­la­ra kö­mək də edilməyə­cək­,

44:42

إِلَّا مَن رَّحِمَ ٱللَّهُۚ إِنَّهُۥ هُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ﴿42﴾

Allahın rəhm etdiyi kim­sələrdən başqa! Həqiqətən, O, Qüd­rət­li­dir, Rəhm­lidir.

44:43

إِنَّ شَجَرَتَ ٱلزَّقُّومِ ﴿43﴾

Həqiqətən, Cəhənnəmdəki zəqqum ağacı

44:44

طَعَامُ ٱلۡأَثِيمِ ﴿44﴾

günahkar adamın yemə­yidir.

44:45

كَٱلۡمُهۡلِ يَغۡلِي فِي ٱلۡبُطُونِ ﴿45﴾

Əridilmiş yağın çökün­tü­sü kimi qarınlarda qaynayar –

44:46

كَغَلۡيِ ٱلۡحَمِيمِ ﴿46﴾

qaynar su qaynayan ki­mi.

44:47

خُذُوهُ فَٱعۡتِلُوهُ إِلَىٰ سَوَآءِ ٱلۡجَحِيمِ ﴿47﴾

Onu tutub Cəhənnəmin ortasına sürüyün!

44:48

ثُمَّ صُبُّواْ فَوۡقَ رَأۡسِهِۦ مِنۡ عَذَابِ ٱلۡحَمِيمِ ﴿48﴾

Sonra əzab vermək üçün başına qaynar su tökün!

44:49

ذُقۡ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡكَرِيمُ ﴿49﴾

Dad bu əzabı! Sən ki qüd­rətli və şərəfli idin.

44:50

إِنَّ هَٰذَا مَا كُنتُم بِهِۦ تَمۡتَرُونَ ﴿50﴾

Sizin şübhə etdiyiniz əzab budur!

44:51

إِنَّ ٱلۡمُتَّقِينَ فِي مَقَامٍ أَمِينٖ ﴿51﴾

Allahdan qorxanlar isə təhlü­kə­siz bir yerdə –

44:52

فِي جَنَّـٰتٖ وَعُيُونٖ ﴿52﴾

bağçalarda və çeşmələr başında olacaqlar!

44:53

يَلۡبَسُونَ مِن سُندُسٖ وَإِسۡتَبۡرَقٖ مُّتَقَٰبِلِينَ ﴿53﴾

Taftadan və atlazdan li­baslar ge­yib qarşı-qarşıya əylə­şəcək­lər.

44:54

كَذَٰلِكَ وَزَوَّجۡنَٰهُم بِحُورٍ عِينٖ ﴿54﴾

Bax belə! Üstəlik, onları iri qa­ra ­gözlü hurilərlə də ev­lən­di­rə­cə­yik.

44:55

يَدۡعُونَ فِيهَا بِكُلِّ فَٰكِهَةٍ ءَامِنِينَ ﴿55﴾

Onlar orada əmin-aman­lıq içində hər meyvədən istə­yə­cək­lər.

44:56

لَا يَذُوقُونَ فِيهَا ٱلۡمَوۡتَ إِلَّا ٱلۡمَوۡتَةَ ٱلۡأُولَىٰۖ وَوَقَىٰهُمۡ عَذَابَ ٱلۡجَحِيمِ ﴿56﴾

Onlar ilk ölüm­dən başqa orada heç bir ölüm dadmaya­caq­lar. Allah on­ları Cəhənnəm əzabından qorumuşdur –

44:57

فَضۡلٗا مِّن رَّبِّكَۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ﴿57﴾

sənin Rəbbinin lütfkar­lı­ğı sayə­sində. Məhz bu, bö­yük uğur­dur.

44:58

فَإِنَّمَا يَسَّرۡنَٰهُ بِلِسَانِكَ لَعَلَّهُمۡ يَتَذَكَّرُونَ ﴿58﴾

Biz Quranı sənin dilində asan­laş­dırdıq ki, onlar öyüd-nə­si­hət ala bilsin­lər.

44:59

فَٱرۡتَقِبۡ إِنَّهُم مُّرۡتَقِبُونَ ﴿59﴾

Sən gözlə! Şübhəsiz ki, onlar da gözləyirlər.