quranm◉

Səhifə 550

Range
from 60:6 to 60:11
Surahs covered
Tərcümə
6 Tərcümə

◉

60:6

لَقَدۡ كَانَ لَكُمۡ فِيهِمۡ أُسۡوَةٌ حَسَنَةٞ لِّمَن كَانَ يَرۡجُواْ ٱللَّهَ وَٱلۡيَوۡمَ ٱلۡأٓخِرَۚ وَمَن يَتَوَلَّ فَإِنَّ ٱللَّهَ هُوَ ٱلۡغَنِيُّ ٱلۡحَمِيدُ ﴿6﴾

Onlarda sizin üçün – Alla­ha və Axi­rət gününə ümid bəs­lə­yən­lər üçün gözəl nü­munə var. Kim üz dön­dərsə, bilsin ki, Allah Zəngindir, Təri­fə­la­yiq­dir.

60:7

عَسَى ٱللَّهُ أَن يَجۡعَلَ بَيۡنَكُمۡ وَبَيۡنَ ٱلَّذِينَ عَادَيۡتُم مِّنۡهُم مَّوَدَّةٗۚ وَٱللَّهُ قَدِيرٞۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ ﴿7﴾

Ola bilsin ki, Allah sizin­lə ədavət bəslədiyiniz kimsə­lər ara­sın­da dostluq yaratsın. Allah hər şeyə Qadirdir. Allah Bağış­la­yan­dır, Rəhmlidir.

60:8

لَّا يَنۡهَىٰكُمُ ٱللَّهُ عَنِ ٱلَّذِينَ لَمۡ يُقَٰتِلُوكُمۡ فِي ٱلدِّينِ وَلَمۡ يُخۡرِجُوكُم مِّن دِيَٰرِكُمۡ أَن تَبَرُّوهُمۡ وَتُقۡسِطُوٓاْ إِلَيۡهِمۡۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُقۡسِطِينَ ﴿8﴾

Allah din uğrunda sizin­lə vuruş­mayan və sizi öz diya­rı­nız­dan qo­vub çıxartmayan kim­sələrə yaxşılıq etmə­nizi və onlarla in­saf­la dav­ranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olan­ları se­vir.

60:9

إِنَّمَا يَنۡهَىٰكُمُ ٱللَّهُ عَنِ ٱلَّذِينَ قَٰتَلُوكُمۡ فِي ٱلدِّينِ وَأَخۡرَجُوكُم مِّن دِيَٰرِكُمۡ وَظَٰهَرُواْ عَلَىٰٓ إِخۡرَاجِكُمۡ أَن تَوَلَّوۡهُمۡۚ وَمَن يَتَوَلَّهُمۡ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ ﴿9﴾

Allah sizə ancaq sizinlə din uğ­run­da vuruşan, sizi di­ya­rı­nız­dan qo­vub çı­xardan və çı­xarılmanıza kömək edən kim­­sələrlə dost­luq et­mənizi qa­da­ğan edir. Onlarla dostluq edən­lər zalım­lar­dır.

60:10

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا جَآءَكُمُ ٱلۡمُؤۡمِنَٰتُ مُهَٰجِرَٰتٖ فَٱمۡتَحِنُوهُنَّۖ ٱللَّهُ أَعۡلَمُ بِإِيمَٰنِهِنَّۖ فَإِنۡ عَلِمۡتُمُوهُنَّ مُؤۡمِنَٰتٖ فَلَا تَرۡجِعُوهُنَّ إِلَى ٱلۡكُفَّارِۖ لَا هُنَّ حِلّٞ لَّهُمۡ وَلَا هُمۡ يَحِلُّونَ لَهُنَّۖ وَءَاتُوهُم مَّآ أَنفَقُواْۚ وَلَا جُنَاحَ عَلَيۡكُمۡ أَن تَنكِحُوهُنَّ إِذَآ ءَاتَيۡتُمُوهُنَّ أُجُورَهُنَّۚ وَلَا تُمۡسِكُواْ بِعِصَمِ ٱلۡكَوَافِرِ وَسۡـَٔلُواْ مَآ أَنفَقۡتُمۡ وَلۡيَسۡـَٔلُواْ مَآ أَنفَقُواْۚ ذَٰلِكُمۡ حُكۡمُ ٱللَّهِ يَحۡكُمُ بَيۡنَكُمۡۖ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ ﴿10﴾

Ey iman gətirənlər! Mö­min qa­dın­lar hicrət edib sizin ya­nı­nı­za gəldik­ləri zaman on­ları imtahana çəkin. Allah on­ların ima­nı­nı daha yaxşı bilir. Əgər bun­ların mömin olduq­la­rını bilsəniz, on­la­rı kafirlərə qaytarmayın. Nə bunlar onla­ra halaldır, nə də onlar bun­la­ra halaldırlar. Kafirlərin bu qa­dınlara sərf etdiklə­ri mehri öz­lə­ri­nə qaytarın. Hə­min qadın­ların mehr­lərini özlərinə ver­di­yiniz hal­da onlarla evlən­mə­yi­nizdə sizə heç bir günah yox­dur. Kafir qadın­la­­rınızı kəbin altında saxlamayın, sərf etdiyi­niz mehri tələb edin. Qoy on­lar da mömin qadınlara sərf et­dik­ləri mehri sizdən tələb et­sin­­lər. Alla­hın hökmü bu­dur. O sizin aranızda hökm verir. Allah hər şeyi bi­lən­dir, hikmət sahibidir.

60:11

وَإِن فَاتَكُمۡ شَيۡءٞ مِّنۡ أَزۡوَٰجِكُمۡ إِلَى ٱلۡكُفَّارِ فَعَاقَبۡتُمۡ فَـَٔاتُواْ ٱلَّذِينَ ذَهَبَتۡ أَزۡوَٰجُهُم مِّثۡلَ مَآ أَنفَقُواْۚ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِيٓ أَنتُم بِهِۦ مُؤۡمِنُونَ ﴿11﴾

Əgər zövcələrinizdən hər hansı biri sizi qoyub kafirlərin ya­nı­na getsə və siz də kafir­lərlə vuruşub qalib gəl­səniz, ələ ke­çirdiyiniz qə­nimətdən zövcə­ləri çıxıb getmiş kimsələrə onların sərf etdikləri mehr qədər verin. İman gətir­diyiniz Allahdan qor­xun!