quranm◉

Səhifə 569

Range
from 70:11 to 70:39
Surahs covered
Tərcümə
29 Tərcümə

◉

70:11

يُبَصَّرُونَهُمۡۚ يَوَدُّ ٱلۡمُجۡرِمُ لَوۡ يَفۡتَدِي مِنۡ عَذَابِ يَوۡمِئِذِۭ بِبَنِيهِ ﴿11﴾

Halbuki onlar bir-birini görəcək­lər. Günahkar o günün əza­bın­dan qur­tarmaq üçün fid­yə vermək istəyər – öz oğul­la­rını,

70:12

وَصَٰحِبَتِهِۦ وَأَخِيهِ ﴿12﴾

həyat yoldaşını və qar­daşını,

70:13

وَفَصِيلَتِهِ ٱلَّتِي تُـٔۡوِيهِ ﴿13﴾

ona sığınacaq vermiş nəs­lini

70:14

وَمَن فِي ٱلۡأَرۡضِ جَمِيعٗا ثُمَّ يُنجِيهِ ﴿14﴾

və yer üzündə olanların hamısını – təki bu onu xilas et­sin.

70:15

كَلَّآۖ إِنَّهَا لَظَىٰ ﴿15﴾

Xeyr! Bu, alovu şölələ­nən Oddur –

70:16

نَزَّاعَةٗ لِّلشَّوَىٰ ﴿16﴾

başın dərisini sıyırıb çı­xaran bir od.

70:17

تَدۡعُواْ مَنۡ أَدۡبَرَ وَتَوَلَّىٰ ﴿17﴾

O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni

70:18

وَجَمَعَ فَأَوۡعَىٰٓ ﴿18﴾

və mal-dövlət yığıb sax­la­yanı.

70:19

إِنَّ ٱلۡإِنسَٰنَ خُلِقَ هَلُوعًا ﴿19﴾

Həqiqətən, insan kəm­hövsələ ya­radılmışdır.

70:20

إِذَا مَسَّهُ ٱلشَّرُّ جَزُوعٗا ﴿20﴾

Ona bir pislik toxun­duqda özün­dən çıxır,

70:21

وَإِذَا مَسَّهُ ٱلۡخَيۡرُ مَنُوعًا ﴿21﴾

bir xeyir nəsib olduqda isə xəsis­lik edir.

70:22

إِلَّا ٱلۡمُصَلِّينَ ﴿22﴾

Namaz qılanlar istis­na­dır.

70:23

ٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ دَآئِمُونَ ﴿23﴾

O kəslər ki, namazlarını həmişə qılırlar.

70:24

وَٱلَّذِينَ فِيٓ أَمۡوَٰلِهِمۡ حَقّٞ مَّعۡلُومٞ ﴿24﴾

O kəslər ki, onların mal­larında bəlli bir haqq var­ –

70:25

لِّلسَّآئِلِ وَٱلۡمَحۡرُومِ ﴿25﴾

dilənən və həya edib istəmədiyinə görə məhrum qalan üçün.

70:26

وَٱلَّذِينَ يُصَدِّقُونَ بِيَوۡمِ ٱلدِّينِ ﴿26﴾

O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər.

70:27

وَٱلَّذِينَ هُم مِّنۡ عَذَابِ رَبِّهِم مُّشۡفِقُونَ ﴿27﴾

O kəslər ki, Rəbbinin əza­bından qorxurlar.

70:28

إِنَّ عَذَابَ رَبِّهِمۡ غَيۡرُ مَأۡمُونٖ ﴿28﴾

Axı Rəbbinin əzabı on­lar üçün də təhlükəsiz deyil.

70:29

وَٱلَّذِينَ هُمۡ لِفُرُوجِهِمۡ حَٰفِظُونَ ﴿29﴾

O kəslər ki, tənasül üzv­lərini zi­nadan qoruyurlar –

70:30

إِلَّا عَلَىٰٓ أَزۡوَٰجِهِمۡ أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَإِنَّهُمۡ غَيۡرُ مَلُومِينَ ﴿30﴾

zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Buna gö­rə onlar əsla qınan­maz­lar.

70:31

فَمَنِ ٱبۡتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡعَادُونَ ﴿31﴾

Bundan artığını istəyən­lər isə həddi aşanlardır.

70:32

وَٱلَّذِينَ هُمۡ لِأَمَٰنَٰتِهِمۡ وَعَهۡدِهِمۡ رَٰعُونَ ﴿32﴾

O kəslər ki, əmanəti dan­mır və əhdlərini pozmurlar.

70:33

وَٱلَّذِينَ هُم بِشَهَٰدَٰتِهِمۡ قَآئِمُونَ ﴿33﴾

O kəslər ki, şahidliklə­rin­də mə­tindirlər.

70:34

وَٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ يُحَافِظُونَ ﴿34﴾

Bir də o kəslər ki, na­maz­larını dəqiqliklə qılırlar.

70:35

أُوْلَـٰٓئِكَ فِي جَنَّـٰتٖ مُّكۡرَمُونَ ﴿35﴾

Cən­nətlərdə hör­mət göstə­riləcək insanlar da elə onlar ola­caq.

70:36

فَمَالِ ٱلَّذِينَ كَفَرُواْ قِبَلَكَ مُهۡطِعِينَ ﴿36﴾

Sənə doğru tələsən ka­firlərə nə olub belə –

70:37

عَنِ ٱلۡيَمِينِ وَعَنِ ٱلشِّمَالِ عِزِينَ ﴿37﴾

sağdan-soldan dəstələr­lə ətrafına yığışırlar?

70:38

أَيَطۡمَعُ كُلُّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ أَن يُدۡخَلَ جَنَّةَ نَعِيمٖ ﴿38﴾

Yoxsa onların hər biri Nəim cən­nətinə girə bilə­cəyinə ümid edir?

70:39

كَلَّآۖ إِنَّا خَلَقۡنَٰهُم مِّمَّا يَعۡلَمُونَ ﴿39﴾

Xeyr! Bu mümkün deyil! Biz onları bildikləri şeydən xəlq et­mi­şik.