quranm◉

Səhifə 587

Range
from 82:1 to 83:6
Surahs covered
Tərcümə
25 Tərcümə

◉

82:1

إِذَا ٱلسَّمَآءُ ٱنفَطَرَتۡ ﴿1﴾

Göy parçalanacağı zaman;

82:2

وَإِذَا ٱلۡكَوَاكِبُ ٱنتَثَرَتۡ ﴿2﴾

ulduzlar səpələnəcəyi za­man;

82:3

وَإِذَا ٱلۡبِحَارُ فُجِّرَتۡ ﴿3﴾

dənizlər daşıb bir-birinə qarışacağı zaman;

82:4

وَإِذَا ٱلۡقُبُورُ بُعۡثِرَتۡ ﴿4﴾

qəbirlər çevriləcəyi zaman;

82:5

عَلِمَتۡ نَفۡسٞ مَّا قَدَّمَتۡ وَأَخَّرَتۡ ﴿5﴾

hər kəs əvvəlcədən özü üçün nəyi tədarük edib, nəyi sonraya sax­ladığını biləcək.

82:6

يَـٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ مَا غَرَّكَ بِرَبِّكَ ٱلۡكَرِيمِ ﴿6﴾

Ey insan! Səni öz Səxa­vətli Rəbbinə qarşı qoyan nədir?

82:7

ٱلَّذِي خَلَقَكَ فَسَوَّىٰكَ فَعَدَلَكَ ﴿7﴾

O ki, səni yaradıb kamil­ləşdirdi və sənə gözəl bir surət verdi.

82:8

فِيٓ أَيِّ صُورَةٖ مَّا شَآءَ رَكَّبَكَ ﴿8﴾

Səni istədiyi şəklə saldı.

82:9

كَلَّا بَلۡ تُكَذِّبُونَ بِٱلدِّينِ ﴿9﴾

Xeyr! Əksinə, siz Qiya­mə­ti yalan hesab edir­siniz!

82:10

وَإِنَّ عَلَيۡكُمۡ لَحَٰفِظِينَ ﴿10﴾

Həqiqətən, sizin üstü­nüz­də nə­za­rətçilər var –

82:11

كِرَامٗا كَٰتِبِينَ ﴿11﴾

çox möhtərəm, əməllə­ri­nizi ya­zanlar.

82:12

يَعۡلَمُونَ مَا تَفۡعَلُونَ ﴿12﴾

Onlar sizin nə etdiklə­ri­nizi bi­lirlər.

82:13

إِنَّ ٱلۡأَبۡرَارَ لَفِي نَعِيمٖ ﴿13﴾

Həqiqətən, yaxşılar ne­mət içində ola­caqlar.

82:14

وَإِنَّ ٱلۡفُجَّارَ لَفِي جَحِيمٖ ﴿14﴾

Şübhəsiz ki, günahkar­lar da Cə­hənnəmdə olacaqlar.

82:15

يَصۡلَوۡنَهَا يَوۡمَ ٱلدِّينِ ﴿15﴾

Onlar ora Haqq-hesab günü girə­cəklər.

82:16

وَمَا هُمۡ عَنۡهَا بِغَآئِبِينَ ﴿16﴾

Onlar əsla ondan yayına bilmə­yəcəklər.

82:17

وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ ﴿17﴾

Sən haradan biləydin ki, Haqq-hesab günü nədir?

82:18

ثُمَّ مَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ ﴿18﴾

Doğrudan da, sən hara­dan biləy­din ki, Haqq-hesab günü nə­dir?

82:19

يَوۡمَ لَا تَمۡلِكُ نَفۡسٞ لِّنَفۡسٖ شَيۡـٔٗاۖ وَٱلۡأَمۡرُ يَوۡمَئِذٖ لِّلَّهِ ﴿19﴾

O gün heç kəs heç kəsə fayda verə bilməz. O gün hökm yalnız Allaha məx­sus olacaq!

83:1

وَيۡلٞ لِّلۡمُطَفِّفِينَ ﴿1﴾

Çəkidə və ölçüdə alda­dan­ların vay halına!

83:2

ٱلَّذِينَ إِذَا ٱكۡتَالُواْ عَلَى ٱلنَّاسِ يَسۡتَوۡفُونَ ﴿2﴾

O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq is­tə­yər­lər,

83:3

وَإِذَا كَالُوهُمۡ أَو وَّزَنُوهُمۡ يُخۡسِرُونَ ﴿3﴾

onlar üçün bir şey ölç­dük­də və ya çəkdikdə isə onları zi­yana sa­lar­lar.

83:4

أَلَا يَظُنُّ أُوْلَـٰٓئِكَ أَنَّهُم مَّبۡعُوثُونَ ﴿4﴾

Onlar dirildiləcəkləri barədə fi­kirləş­mir­lərmi?!

83:5

لِيَوۡمٍ عَظِيمٖ ﴿5﴾

Özü də əzəmətli bir gün­də.

83:6

يَوۡمَ يَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلۡعَٰلَمِينَ ﴿6﴾

O gündə ki, insanlar aləm­lərin Rəb­binin qarşısında duracaq­lar.