quranm◉

Səhifə 9

Range
from 2:58 to 2:61
Surahs covered
Tərcümə
4 Tərcümə

◉

2:58

وَإِذۡ قُلۡنَا ٱدۡخُلُواْ هَٰذِهِ ٱلۡقَرۡيَةَ فَكُلُواْ مِنۡهَا حَيۡثُ شِئۡتُمۡ رَغَدٗا وَٱدۡخُلُواْ ٱلۡبَابَ سُجَّدٗا وَقُولُواْ حِطَّةٞ نَّغۡفِرۡ لَكُمۡ خَطَٰيَٰكُمۡۚ وَسَنَزِيدُ ٱلۡمُحۡسِنِينَ ﴿58﴾

O zaman Biz dedik: “Bu kəndə daxil olun və orada istə­di­yi­niz yerlər­də, rahatlıqla ye­yin için. Qapıdan səcdə edərək daxil olun və: “Bizi bağış­la!”– deyin ki, sizin günahlarınızı bağışla­yaq.” Biz yaxşı işlər gö­rənlərə müka­fat­larını artırarıq.

2:59

فَبَدَّلَ ٱلَّذِينَ ظَلَمُواْ قَوۡلًا غَيۡرَ ٱلَّذِي قِيلَ لَهُمۡ فَأَنزَلۡنَا عَلَى ٱلَّذِينَ ظَلَمُواْ رِجۡزٗا مِّنَ ٱلسَّمَآءِ بِمَا كَانُواْ يَفۡسُقُونَ ﴿59﴾

Zülm edənlər özlərinə de­yilən sözü başqası ilə dəyiş­dilər. Biz də zülm edənlərə, et­dikləri günaha görə göydən əzab gön­dər­dik.

2:60

وَإِذِ ٱسۡتَسۡقَىٰ مُوسَىٰ لِقَوۡمِهِۦ فَقُلۡنَا ٱضۡرِب بِّعَصَاكَ ٱلۡحَجَرَۖ فَٱنفَجَرَتۡ مِنۡهُ ٱثۡنَتَا عَشۡرَةَ عَيۡنٗاۖ قَدۡ عَلِمَ كُلُّ أُنَاسٖ مَّشۡرَبَهُمۡۖ كُلُواْ وَٱشۡرَبُواْ مِن رِّزۡقِ ٱللَّهِ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ ﴿60﴾

O zaman Musa öz qövmü üçün su istədikdə, Biz: “Əsan­la da­şa vur!”– de­dik. Daşdan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbi­lə su içə­cəyi yeri ta­nıdı. Onlara de­dik: “Allahın si­zə verdiyi ruzi­dən ye­yin-için və yer üzün­də fəsad yaymağa səy göstərməyin!”

2:61

وَإِذۡ قُلۡتُمۡ يَٰمُوسَىٰ لَن نَّصۡبِرَ عَلَىٰ طَعَامٖ وَٰحِدٖ فَٱدۡعُ لَنَا رَبَّكَ يُخۡرِجۡ لَنَا مِمَّا تُنۢبِتُ ٱلۡأَرۡضُ مِنۢ بَقۡلِهَا وَقِثَّآئِهَا وَفُومِهَا وَعَدَسِهَا وَبَصَلِهَاۖ قَالَ أَتَسۡتَبۡدِلُونَ ٱلَّذِي هُوَ أَدۡنَىٰ بِٱلَّذِي هُوَ خَيۡرٌۚ ٱهۡبِطُواْ مِصۡرٗا فَإِنَّ لَكُم مَّا سَأَلۡتُمۡۗ وَضُرِبَتۡ عَلَيۡهِمُ ٱلذِّلَّةُ وَٱلۡمَسۡكَنَةُ وَبَآءُو بِغَضَبٖ مِّنَ ٱللَّهِۚ ذَٰلِكَ بِأَنَّهُمۡ كَانُواْ يَكۡفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَيَقۡتُلُونَ ٱلنَّبِيِّـۧنَ بِغَيۡرِ ٱلۡحَقِّۚ ذَٰلِكَ بِمَا عَصَواْ وَّكَانُواْ يَعۡتَدُونَ ﴿61﴾

Onda siz dediniz: “Ey Mu­­sa! Biz eyni cür yeməklərə döz­mə­yəcə­yik. Elə buna görə də, bizim üçün Rəbbi­nə dua et ki, bizə yerin bitir­dik­lə­rin­­dən – tərə­vəzin­dən, xi­ya­rın­dan, sa­rım­sağın­dan, mər­ciməyin­dən və so­ğa­nından çıxartsın!” Musa dedi: “Siz xeyirli olan şey­lərin da­ha də­yərsiz şeylərlə əvəz olunma­sınımı istə­yir­si­niz?! Şəhərə enin! Şübhəsiz ki, ora­da sizin üçün istə­dikləriniz var­dır!” On­la­ra zə­lil­lik və düş­gün­lük üz ver­di, üstəlik, onlar Allahın qəzəbinə dü­çar ol­du­lar. Bu cəza ona görə idi ki, on­lar Allahın ayə­lərinə küfr edir­dilər və pey­ğəm­bər­ləri haq­sız yerə öl­dü­rür­dü­lər. Bu həm də on­ların asi ol­duq­la­rına və həddi aşdıq­la­rına görə idi.